ATİB nümayəndə heyəti “Müasir türk
rəsm sənətində təxəyyül,
məkan və zaman” adlı sərginin açılış mərasimində iştirak edib
ATİB İdarə heyətinin sədri Cemal Yangın,
İdarə heyəti və üzvləri 13 may 2015-ci ildə
Heydər Əliyev Mərkəzində keçirilən “Müasir
türk rəsm sənətində təxəyyül, məkan və za-
man” adlı sərginin açılış mərasimində iştirak
ediblər. Bakıda ilk dəfə təqdim olunan bu
sərgi Türkiyə Respublikasının Mərkəzi Ban-
kı ilə birgə təşkil olunub.
Sərgidə 28 rəssamın 35 əsəri yer alıb.
Sənətsevərlər ekspozisiyada Türkiyənin
rəsm sənətinin inkişaf və dəyişmə dinami-
kasını izləyiblər.
ATİB xəbərləri
14
say 24 |
EcoVision
Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə heyəti sədrinin müavini Cem Becel
və Baş katib Pərvanə Hacıyeva mayın 27-
də Azərbaycan Universitetinin 2015-ci il
məzunları üçün buraxılış mərasimində
iştirak edib.
Mərasimdə ATİB təhsilin keyfiyyəti-
nin artırılması, təcrübə işinin təşkilində
biznes qurumlarının səfərbər edilməsin-
də yaxın əməkdaşlığa görə “Azərbaycan
Universitetinin Dostu” mükafatına layiq
görülüb. Mükafata görə təşəkkürünü bil-
dirən ATİB sədrinin müavini Cem Becel
məzunları təbrik edib.
ATİB İdarə heyəti bu il iyunun 4-də Şi-
mali Kipr Türk Cümhuriyyətinin (ŞKTÇ)
Bakı nümayəndəliyinin rəhbəri Sadettin
Topukçu ilə görüşüb.
Sadettin Topukçu görüşdə tarixi tellərlə
bir-birinə bağlı olan Azərbaycan Respubli-
kası ilə Şimali Kipr Türk Cümhuriyyəti ara-
sında əlaqələrin son illərdə sürətlə inkişaf
etdiyini, münasibətlərin keyfiyyətcə yeni
mərhələyə qədəm qoyduğunu qeyd edib.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin
Baş katibi Pərvanə Hacıyeva və layihə mene-
ceri Sevda Məmmədli “Xəzər Neft və Qaz”
sərgisində iştirak etmiş, həmçinin ATİB İdarə
heyətinin üzvü “BORUSAN MAKINA SERVIS
VE TICARET” A.Ş. və ATİB üzvü olan “Schnei-
der Electric” şirkətini ziyarət etmişlər.
ATİB İdarə heyəti Azərbaycan
Universitetinin buraxılış mərasimində
iştirak edib
ATİB İdarə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Bakı
nümayəndəliyinin rəhbəri Sadettin Topukçu ilə görüşüb
ATİB nümayəndə
heyəti “Xəzər Neft
və Qaz” sərgisində
iştirak edib
15(a)
say 24 |
EcoVision
ATİB xəbərləri
14 may 2015-ci ildə ATİB İdarə heyə-
tinin sədri Cemal Yangın, İdarə heyəti
və üzvləri Azərbaycan Dövlət İqtisad
Universitetində “G20: Türkiyənin səd-
rliyinin prioritetləri və Azərbaycanın
yeni iqtisadi əməkdaşlıq imkanları”
mövzusunda elmi-praktik konfransda
iştirak edib. Səfir İsmayıl Alper Coşqu-
nun, Türkiyə Mərkəzi Bankının sədr
müavini Mehmet Yörükoğlunun, Azər-
baycan Respublikası Maliyyə Nazirli-
yinin Dövlət Borcunun İdarə Edilməsi
Agentliyinin direktoru Razim Vəliyevin,
Azərbaycan Mərkəzi Bankının Pul si-
yasəti departamentinin direktoru Azər
Ələsgərovun və digər qonaqların iştirak
etdiyi tədbiri Türkiyənin Azərbaycanda-
kı Səfirliyi təşkil edib.
Mayın 22-də Bakı Dövlət Universite-
tində (BDU) Türkiyənin, Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş Krallığının,
Avstraliya İttifaqının Azərbaycandakı
səfirlikləri ilə birgə “Çanaqqala: barışa
uzanan yol” mövzusunda beynəlxalq kon-
frans keçirilib.
Konfransda ATİB İdarə heyətinin sədr
müavini Cem Becel, Baş katib Pərvanə
Hacıyeva, İdarə heyətinin üzvü Ali Gümüş,
ATİB üzvlərindən İrfan Hilmi, Azər Hətə-
mov, Ali Bülent Kutvan iştirak edib.
Türkiyənin Azərbaycandakı səfiri İs-
mayıl Alper Coşqun Çanaqqala savaşında
qazanılan qələbənin Türkiyə tarixində
çox mühüm bir hadisə olduğunu diqqətə
çatdırıb.
ATİB İdarə heyəti 23 may 2015-ci ildə
ənənəvi üzvlük ziyarətlərindən daha biri-
ni gerçəkləşdirdi. İdarə heyətinin üzvləri
Kaya Karslı, Ali Gümüş və Baş katib Pər-
vanə Hacıyeva birliyin üzvü olan “Tekfen
İnşaat və Təsisat”ın “Socar Tower” layihəsi
ilə yaxından tanış oldular. “Tekfen İnşaat
ve Tesisat A.” şirkətinin layihə rəhbəri Bü-
lent Güney ziyarətə görə ATİB İdarə heyə-
tinə təşəkkürünü bildirdi.
Görüşun sonunda ATİB üzvünə plaket
təqdim olundu və xatirə fotoları çəkildi.
ATİB nümayəndə heyəti ADİU-da Türkiyə
Səfirliyinin təşkilatçılığı ilə G20 sammitinə
həsr olunmuş konfransda iştirak edib
Bakı Dövlət Universitetində “Çanaqqala: barışa uzanan yol”
mövzusunda beynəlxalq konfrans keçirilib
ATİB növbəti ziyarətini
həyata keçirdi
15
ATİB xəbərləri
say 24 |
EcoVision