üzvlərdən xəbərlər
“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən
tələbələr üçün həyata keçirilən “Sığorta
və sığorta mədəniyyəti” layihəsi Azərbay-
can Respublikası Prezidenti yanında Döv-
lət İdarəçilik Akademiyasında 103 layihə
arasında “İlin ən yaxşı layihəsi” hesab
olunub.
Layihələrin seçimi və qiymətləndiril-
məsi akademiyanın tələbə gənclər təşki-
latı tərəfindən aparılıb.
Qeyd edək ki, “Sığorta və sığorta mə-
dəniyyəti” layihəsinə 2013-cü ilin iyul
ayından start verilib. Bugünədək davam
edən layihə çərçivəsində 55 təlim təşkil
olunub və təlimlərə 1.100 nəfərdən çox
iştirakçı qatılıb.
Təlim zamanı tələbələrə sığortaya aid
mövcud qanunvericilik bazası, sığortanın
mahiyyəti, sığorta mədəniyyətini forma-
laşdıran amillər, sığorta müqaviləsi, tək-
rarsığorta, sığorta riskləri, dünya və yerli
sığorta bazarının vəziyyəti haqqında ət-
raflı məlumat verilib.
ATİB İdarə heyətinin üzvü “RR Şirkətlər
Qrupu”nun baş direktoru Rafiq Qarayev və
“Network Global Logostics” MMC-nin ölkə
üzrə meneceri Oktay Vayiç əməkdaşlığa
başlayaraq “BUTA 2015” Karqo şirkətini
yaradıblar. Şirkət İstanbuldan Bakıya eks-
pres çatdırılma işini həyata keçirir.
28 may 2015-ci ildə ATİB nümayəndə
heyəti ATİB üzvü olan “C - Group” MMC şirkə-
tinin Türkiyənin öndə gedən mebel istehsal-
çılarından olan “SANDALYECI” A.Ş. - nin Azər-
baycanda distributoru olan satış mağazasının
açılış mərasimində iştirak edib.
Azərbaycanın tanınmış memar və di-
zaynerləri, ictimai simalarının qatıldığı
açılış mərasimində qonaqlar “SANDALYE-
CI” brendinə aid yüksək keyfiyyətli mebel
nümunələri ilə tanış olublar.
“Azərbaycan Coca-Cola Bottlers LTD”
84 ölkə arasından seçilərək Avrasiya
və Afrika regionu daxilində “Ən Yaxşı
Şüşələmə Müəssisəsi” əsas mükafatına
layiq görülən 10 finalçı siyahısına daxil
edilib və bu uğur artıq dördüncü ildir
təkrarlanır.
Bu nominasiya “Azərbaycan Coca-Cola
Bottlers LTD” şirkətinin uğurlu fəaliyyə-
tinin, o cümlədən əməkdaşların rifahının
artırılması, ətraf mühitin mühafizəsi
kimi layihələrin tanınmasının sübutudur.
Qeyd edək ki, bu, “Azərbaycan Coca-Cola
Bottlers LTD” MMC şirkətini 2020-ci ilin
hədəflərinə daha da yaxınlaşdıran növ-
bəti mühüm addımdır.
“PAŞA Həyat Sığorta” şirkətinin layihəsi
“İlin ən yaxşı layihəsi” seçilib
ATİB İdarə heyətinin
üzvləri əməkdaşlığa
başladı
“SANDALYECI” artıq
Bakıda
“Azərbaycan Coca-Cola Bottlers LTD”
mükafatlandırıldı
10
say 24 |
EcoVision
Azərbaycan Türkiyə İş Adamları Birli-
yinin üzvü olan BASF şirkəti 20-29 iyul ta-
rixlərində M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının ba-
zasında keçirilən 47-ci Beynəlxalq Kimya
Olimpiadasının sponsoru qismində çıxış
edib. BASF şirkətinin beynəlxalq olimpi-
adada sponsor kimi iştirakı şirkətin 150
illik yubileyi çərçivəsində həyata keçirilib.
Bu münasibətlə ATİB BASF şirkətini təb-
rik edir və fəaliyyətində uğurlar arzulayır.
Heydər Əliyev Mərkəzində keçirilmiş
olimpiadanın açılış mərasimində “BASF
Caspian Yapı Kimyasalları Sənaye” MMC-
nin baş direktoru cənab Ali İhsan Genç
olimpiada iştirakçılarına müraciətin-
də qeyd edib: “47-ci Beynəlxalq Kimya
Olimpiadasında iştirak edən bugünkü
şagirdlər – bizim gələcəkdəki alimlərimiz,
mühəndislərimiz və konstruktorlarımız
qlobal çağırışların həllində, o cümlədən
planetimizin həyat balansının saxlan-
masında, Yer kürəsinin təmiz su, qida və
enerji ilə təmin olunmasında, həmçinin
iqlim dəyişikliklərinin mənfi nəticələrinin
azaldılmasında vacib rol oynayırlar”.
BASF şirkəti gələcək nəsildə kimyaya
marağın artırılmasına böyük diqqət ayı-
rarkən kimya sahəsində yuxarı sinif şa-
girdləri üçün ən əhəmiyyətli beynəlxalq
müsabiqələrin birindən kənarda qala
bilməzdi. Özünün 150 illik yubileyinin
qeyd olunduğu ildə BASF şirkəti bütün
dünyada gələcəyin əsas mövzularına:
səmərəli enerji istehlakı, keyfiyyətli qida
məhsulları ilə təminat kimi mövzulara
həsr olunmuş çoxsaylı tədbirlər keçirir.
15 may 2015-ci ildə ATİB üzvü olan
“KoçSistem-Azərbaycan” şirkətinin “Bank
sektorunda informasiya texnologiyaları
həlləri” mövzusunda konfransı keçirilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə heyətinin sədri Cemal Yangın kon-
fransda iştirak edib.
Ölkənin informasiya texnologiyaları
sektorunda qısa zaman kəsiyində sıç-
rayışlı inkişafa nail olunmasından bəhs
edən şirkətin Azərbaycan nümayəndəli-
yinin direktoru Əli Kutvan “KoçSistem”in
Azərbaycan iqtisadiyyatına verdiyi
töhfələrdən də danışıb.
BASF şirkəti Beynəlxalq Kimya Olimpiadasının sponsoru
qismində çıxış edib
“KoçSistem-Azərbaycan” konfrans keçirib
150 years
üzvlərdən xəbərlər
11
say 24 |
EcoVision
7 may 2015-ci ildə Azərbaycan Dövlət
İqtisad Universitetinin (ADİU) Türk dün-
yası işlətmə fakültəsində “Məzun günü”
keçirilib. “Məzun günü”ndə Azərbaycan
Türkiyə İş Adamları Birliyi İdarə heyə-
tinin sədri Cemal Yangın, universitetin
professor və müəllim heyəti, iş adamları,
tələbələr və valideynlər iştirak edib.
Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə heyətinin sədri Cemal Yangın Dövlət
İqtisad Universitetində Azərbaycan Res-
publikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiy-
yatın təhlili və qloballaşma məsələləri şöbə-
sinin müdiri dr.Vüsal Qasımlının ulu öndər
Heydər Əliyevə ithaf etdiyi “Geoiqtisadiyyat”
kitabının təqdimat mərasimində iştirak
edib.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin
rəhbəri Cemal Yangın ulu öndər Heydər Əli-
yevə ithaf edilən “Geoiqtisadiyyat” kitabının
iş adamları üçün böyük töhfə olduğundan söz
açıb. Kitabın Türkiyənin Əskişəhər şəhərində
də təqdimat mərasiminin keçirildiyini vur-
ğulayan C.Yangın onun Türkiyənin Anadolu
Universiteti tərəfindən təkrar çapının planlaş-
dırıldığını bildirib.
Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə heyətinin sədri Cemal Yangın və ATİB
üzvləri bu il mayın 12-də Bakıda keçirilən
B20 Azərbaycan Regional Forumunda iştirak
ediblər.
İqtisadiyyat və Sənaye Nazirliyinin
və Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən
forumda həmçinin Türkiyə Baş naziri-
nin müavini Əli Babacan, aidiyyəti dövlət
qurumlarının rəhbərləri, iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərən
140-dan çox şirkətin nümayəndələri və
təhsil müəssisələrinin rəhbərləri də iştirak
edib.
Türk dünyası işlətmə fakültəsinin “Məzun
günü” keçirilib
ATİB-in sədri və üzvləri Bakıda B20 Azərbaycan Regional
Məsləhətləşmə Forumunda iştirak ediblər
ADİU-da ulu
öndərə ithaf edilən
“Geoiqtisadiyyat”
kitabının təqdimatı
keçirilib
12
say 24 |
EcoVision
ATİB xəbərləri
Dostları ilə paylaş: |