ƏSƏS MÖVZU: Biznes təhsili
Ədalət Muradov:
“Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa
çalışırıq”
Ədalət müəllim, rektor təyin edil-
dikdən sonra universitetin inkişafı ilə
bağlı apardığınız islahatlarda əsas ön-
cəliklər nədən ibarətdir?
“Ə.M.:
Ölkəmizdə insan kapitalının
inkişafı, şəxsin müasir bilik və bacarıqla-
ra yiyələnməsinin təmin edilməsi “Azər-
baycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nın əsas hədəf-
lərindəndir. Bu strategiya həm də cənab
Prezident İlham Əliyevin müəyyən etdi-
yi “insan kapitalı”nın formalaşdırılması
strategiyası kimi qəbul edilə bilər. Stra-
tegiyada qeyd edilən əsas istiqamətlərin
reallaşdırılması, keyfiyyət meyarlarının
sistemin əhəmiyyətli dayaq nöqtəsinə
çevrilməsi Azərbaycanda müasirləşən
təhsilin ən mühüm təşəbbüsləri sırasın-
dadır. Bu baxımdan universitetimizdə
həyata keçirilən islahatların əsas öncə-
likləri kimi əmək bazarının tələblərinə
uyğun kadr hazırlığının təmin edilməsini
və ölkənin rəqabət qabiliyyətini artıran
insan kapitalının formalaşdırılmasına
xidmət edilməsini göstərmək olar. Müa-
sir çağırışları nəzərə alaraq, müasir bi-
likləri mənimsəyən, təkcə öyrənən deyil,
həm də tədqiqatçı yanaşması və bacarığı
ilə yeni fikir və baxışlar “istehsal edən”
mütəxəssis yetişdirən universitet mo-
delini formalaşdırmaq əsas məqsədləri-
mizdəndir.
Universitetdə biznes sektorunun möv-
cud tələblərinə cavab verən kadr hazırlı-
ğı üçün hansı yeniliklər gözlənilir?
“Ə.M.:
Bu istiqamətdə gördüyümüz
və görəcəyimiz işləri ölkədə əmək ba-
zarının tələblərinin öyrənilməsi, tədris
plan və proqramlarının bu tələblərə
uyğunlaşdırılması, professor-müəllim
heyətinin gücləndirilməsi və tədris pro-
sesinin düzgün təşkili və keyfiyyətinin
təmin edilməsi olmaqla dörd əsas qrupa
ayrımaq mümkündür. Bu gün Azərbay-
can Dövlət İqtisad Universiteti (UNEC)
dövlət və özəl sektor təmsilçiləri, nüfuz-
lu xarici universitetlərlə sıx əməkdaşlıq
etməyə başlamışdır. Biz həm ölkə əmək
bazarının tələblərini, həm də beynəlxalq
əmək bazarında baş verən yeni tenden-
siyaları öyrənərək fəaliyyətimizi həmin
tələblər istiqamətində qurmağa çalışırıq.
Bu sahədə “iqtisadiyyat və idarəetmə”
ixtisas qrupu üzrə bakalavr ixtisasları
üçün ölkədə ali təhsilin yeni dövlət stan-
dartlarının hazırlanması prosesində uni-
versitet olaraq fəaliyyətimiz davam edir.
Hazırlanan yeni dövlət standartlarında
ixtisaslar üzrə tədris olunan fənlərin
sayı və məzmunu əmək bazarının və Av-
ropa Kredit Transfert Sisteminin (AKTS)
tələbələrinə mühüm dərəcədə uyğunlaş-
dırılmışdır. Təsdiq olunmuş yeni təhsil
standartları tədrisin keyfiyyətinin artı-
rılması ilə yanaşı, “Liberal Arts” baxımın-
24
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili
biznes təhsili
dan da tamamilə yeni imkanlar açır. Yeni stan-
dartlarda tələbənin sərbəst işinə əlverişli şərait
yaratmaqla auditoriya saatları azaldılmış, ixtisas-
lar üzrə əmək bazarının tələblərinə uyğun olaraq
kompetensiyalar yenilənmiş və müxtəlif ixtisas-
lar üzrə tədris proqramları ilk illər üzrə unifi-
kasiya edilmişdir. MBA proqramımızın da tədris
plan və proqramları tamamilə yeniləşdirilərək
Avropa və Amerikanın qabaqcıl MBA proqram-
larının tətbiq etdiyi standartlara uyğunlaşdırıl-
mışdır. Hazırda magistratura səviyyəsində tədris
planlarının əsaslı surətdə yenilənməsi işləri də
tamamlanmaq üzrədir. ADİU sabahın keyfiyyətli
ali təhsil modeli olan SABAH-ın ən fəal iştirakçı-
larındandır. SABAH-da təhsil alan tələbənin təx-
minən 1/3-nin bizim universiteti seçməsi, burada
yaradılmış fərqli mühit əsasən xaricdə təhsil al-
mış müəllimlərin SABAH-da tədrisə cəlb edilməsi
və s. keyfiyyət göstəricilərinin əhəmiyyətli dərə-
cədə yüksəlməsinə şərait yaratmışdır. Universite-
timizdə əmək bazarının tələblərinə cavab verən
kadr hazırlığının həyata keçirilməsi məqsədilə
atılan addımlardan biri də ingilis dilində fəaliy-
yət göstərən Beynəlxalq İqtisadiyyat Məktəbinin
yaradılmasıdır. Artıq 2015-2016-cı tədris ilindən
bu məktəb bir neçə ixtisas üzrə tədris prosesinə
başlayır. Müxtəlif ixtisaslar üzrə ingilisdilli qrup-
ları yaratmaqla bir tərəfdən ölkəmiz üçün bu dil-
də yüksək səviyyədə təhsil almış kadrlar forma-
laşdırmağı nəzərdə tuturuqsa, digər tərəfdən də
İqtisad Universitetinin dünya ilə inteqrasiyasını
gücləndirməyi hədəfləyirik. Ümid edirik ki, bu
qruplar tam şəkildə fəaliyyət göstərdikdən son-
ra İqtisad Universitetinə əcnəbi tələbələrin axını
güclənəcək və universitet beynəlxalq tələbə və
müəllim mübadiləsi sahəsində çox böyük imkan
əldə edəcəkdir. Eyni gözləntilərimiz ingilisdilli
MBA proqramlarımız ilə də bağlıdır. Həmçinin
2015-2016-cı tədris ilindən başlayaraq universi-
tetimizdə London Universitetinin bakalavr təhsil
proqramları da fəaliyyətə başlayacaqdır. Hesab
edirəm ki, bu təhsil proqramları ölkədə biznes
sektorunun tələblərinə tam şəkildə cavab verən
kadrların hazırlanmasına imkan verəcəkdir.
Biznes təhsili üçün zəruri olan insan resurs-
larının, yəni müəllim heyətinin formalaşması
istiqamətində universitetin qarşısında duran
əsas vəzifələr nələrdir və bu istiqamətdə hansı
işləri görürsünüz?
“Ə.M.:
Təbii ki, istənilən tələblərə cavab verən
kadr hazırlığına təkcə tədris plan və proqramla-
rının təkmilləşdirilməsi ilə nail olmaq mümkün
deyildir. Bunun üçün adekvat bilik və bacarıqla-
ra malik professor-müəllim heyətinin də olması
zəruridir. Bu məqsədlə keçən ildən başlayaraq
universitetimizdə işə qəbul komissiyası yaradıl-
mış, müasir biliklərə yiyələnmiş, Amerika, Avro-
pa və Türkiyədə təhsil alan bir çox perspektivli
gənc kadrlar, eyni zamanda da təcrübəli və peşə-
kar mütəxəssislər müsabiqə yolu ilə işə qəbul
edilmişlər. Bununla yanaşı, uzun illərdir univer-
sitetimizdə çalışan, bilik və bacarığı ilə seçilən
kadrlarımızın potensialından da maksimum şə-
kildə istifadə etməyə çalışırıq və bu yanaşmamız
gələcəkdə də davam edəcəkdir. Universitetimizin
kadr potensialının gücləndirilməsi sahəsində
gələcəyə istiqamətlənmiş önəmli layihələrimiz də
var. Belə ki, hazırda “gənc professor” layihəmizi
icra etməyə başlamışıq və bu layihə çərçivəsində
yaşı 40-dan aşağı olan professorlar yetişdirməyi
qarşımıza hədəf qoymuşuq. Bu layihə çərçivə-
1930-cu ildə əsası qoyulmuş
Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC) Cənubi
Qafqaz ölkələrinin ən iri ali
təhsil ocaqlarından biridir.
UNEC-də 11 fakültə fəaliyyət
göstərir, 21 ixtisas üzrə
18 mindən çox tələbə və
magistrant təhsil alır.
Mindən çox müəllim, o
cümlədən sıralarında Milli
Elmlər Akademiyasının, Nyu
York Elmlər Akademiyasının
həqiqi üzvləri, Dövlət
Mükafatı laureatları, əməkdar
müəllim və elm xadimlərinin
olduğu
120 professor, 600 dosent
çalışır.
UNEC-də dünyanın 12
ölkəsindən olan 850-dən çox
tələbə və magistrant təhsil
alır.
25
say 24 |
EcoVision
ƏSƏS MÖVZU: Biznes təhsili