Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

123 
 
prinsipinə  əsasən  ölkə  daxilində  qiymətlər  xarici  ölkədəki  qiymətlərdən  məzənnə  amilinə  görə 
fərqlənir: 
 
 
 
 
burada, 
=  * 
(1) 
 
ölkə daxilindəki qiymət
-məzənnə
-ticarət təfədaşları olan ölkələrdə qiymət 
 
 
Beləliklə,  məzənnədə  istənilən  dəyişiklik  birbaşa  olaraq  daxili  qiymətlərdə  əks  olunmalıdır. 
Lakin,  əksər  tədqiqat  işlərində  AQP-nin  özünü  doğrultmadığı  qeyd  edilir
28
.  Buna  səbəb  hər  bir 
ölkədə  müxtəlif  iqtisadi  şəraitin  mövcüdluğu,  məzənnə  ötürücülüyünün  tam  olmaması  və  s. 
amillərdir. 
Ötürücülük  əlaqəsinin  tədqiqi  hər  bir  ölkə  üçün  spesifik  xarakter  daşıyır.  Ölkənin  malik 
olduğu  iqtisadi  durumun  fərqli  olması  bu  spesifikanı  daha  da  dərinləşdirir.  Belə  ki,  ötürücülüyə 
xas olan aşağıdakı bir neçə spesifik xüsusiyyətlərə fikir verilməsi vacibdir: 
 
1)  Məzənnə  dəyişməsinin  istiqaməti.  Məzənnənin  ucuzlaşması  və  ya  bahalaşması  zamanı 
ötürücülüyün həcmi müxtəlif ola bilər (Pollard & Coughlin, 2004); 
 
2)  Məzənnənin  dəyişməsinin  tempi.  Məzənnə  dəyişməsinin  tempi  kiçik  olduqda, 
qiymətlərdə  baş  verən  dəyişikliklərdən  yarana  biləcək  neqativ  təsirlərin  böyük  olacağını  nəzərə 
alaraq  ölkə  daxilində  firmalar  qiymətləri  sabit  saxlamağı  üstün  tuturlar  (Pollard  &  Coughlin, 
2004); 
 
3) Məzənnədəki dəyişikliyin davam etmə müddəti. Bu müddət birdəfəlik və ya müvəqqəti 
ola bilər. Məzənnədə baş  verən  müvəqqəti dəyişmələr zamanı  firmalar daxili  bazardakı paylarını 
qorumaq məqsədi ilə öz gəlir marjalarını azaltmağı data üstün tuturlar; 
 
4)  Ölkə  daxilində  mövcüd  mikro  və  makro  iqtisadi  vəziyyət.  Adətən,  ölkədə  yüksək 
rəqabət  şəraiti  mövcüd  olduqda  firmalar  daxili  bazarda  mövqelərini  itirməmək  məqsədilə  gəlir 
marjalarında  dəyişiklik  etməyə  üstünlük  verirlər.  Digər  tərəfdən,  bazarın  institusional  strukturu 
da  məzənnə  ötürücülüyünə  əhəmiyyətli  təsir  edir.  Həmçinin  inflyasiya  səviyyəsinin  kiçik  və 
davamlı  olduğu  dövrlərdə  məzənnə  dəyişikliyinin  qiymətlərə  ötürücülüyünün  səviyyəsi  aşağı 
olur (Taylor, 2000) 
 
Qeyd  etmək  lazımdır  ki,  məzənnədə  baş  verən  dəyişiklik  istehlakçı  qiymətlərində  dolayısı 
ilə  də  əks  olunur.  Bütövlükdə  isə,  mövcüd  ədəbiyyatlara  əsasən,  məzənnədə  baş  verən 
dəyişikliklər  aşağıdakı  üç  əsas  transmissiya  kanalı  vasitəsilə  qiymətlərə  ötürülə  bilər  (Kiptui, 
Ndolo, & Kaminchia, 2005): 
 
I.  İdxal  olunan   istehlakçı   məhsullarının  qiymətlərinin   dəyişməsinin   birbaşa  olaraq 
qiymətlərə təsiri; 
II.  İdxal  olunan  aralıq  məhsulların  qiymətlərinin  dəyişməsinin  yerli  istehsalçıların  istehsal 
xərclərini dəyişdirməsi; 
III.  Ölkə daxilində xarici valyutada alınıb-satılan məhsulların qiymətlərinin dəyişməsi. 
 
 
 
 
28
Yangru Wu (1995),  “Are real exchange rates non-stationary? Evidence from a panel-data test” Journal of money, 
credit, and banking. 


124 
 
Sxem  1-də  məzənnə  ötürücülüyünün  2  əsas  kanalının  sxematik  strukturu  göstərilmişdir. 
Sxemdə  iqtisadiyyatda  baş  verən  təklif,  tələb,  pul  və  fiskal  şoklar  ölkə  daxilində  qiymətlərin 
formalaşmasında  əsas  amillərdən  biri kimi göstərilmişdir. 3-cü kanal  xüsusi  hal  hesab  olunur  və 
ölkə  daxilində alqı-satqının  tam  xarici  valyuta  ilə  həyata  keçirildiyi  iqtisadiyyatlara  şamil  edilir. 
Bu kanal Sxem 1-də nəzərə alınmamışdır. 
 
 
Sxem 3. Ötürücülüyün strukturu
 
 
 
 
 
Ə
mək haqqı 
Məzənnə 
ş
okları
 
 
SON ISTEHLAKÇI 
 
QIYMƏTLƏRI 
 
Istehsalçının xərcləri 
İ
dxal məhsulların qiymətləri 
 
Aralıq məhsullarının 
 
qiymətləri 
 
Tələb və təklif şokları, pul və fiskal şoklar
 
 
İlkin mərhələdə ötürücülk 
İkinci mərhələdə ötürücülük 
Üçüncü mərhələdə ötürücülük 
Məzənnədə  baş  verən  şok  birbaşa  olaraq  idxal  məhsullarının  qiymətlərini  dəyişdirir.  İdxal 
məhsulları  son  istehlakçı  və  istehsal  təyinatlı  məhsulları  özündə  birləşdirdiyindən  məzənnə 
ötürücülüyü  iki  yolla  -  birbaşa  və  dolayı  yolla  daxili  qiymətlərə  təsir  edir(Sxem1).  İstehsal 
təyinatlı  məhsulların  qiymətlərinin  dəyişməsi  firmanın  istehsal  xərclərində  əks  olunur  ki,  bu  da 
öz növbəsində istehsal olunan son istehlak məhsullarının qiymətinə təsir edir. 
 
Bununla  yanaşı,  qiymət  səviyyəsi  əmək  haqqı-qiymət  zəncirinə  təsir  etdiyindən,  firmaların 
xərcləri  dəyişir  ki,  bu  da  inflyasiyaya  ötürülür.  Belə  ki,  mövcüd  olan  inflyasiya  səviyyəsi 
istehsalçıları  (firmaları)  əmək  haqqını  yüksəltmək  məcburiyyəti  qarşısında qoyur.  Bu  da  istehsal 
olunan  məhsulların  qiymətlərində  əks  olunur.  O  cümlədən,  tələb,  təklif,  pul  və  fiskal  şoklar  da 
ölkədə qiymət səviyyəsinin dəyişməsində müəyyən paya malikdir. 
 
 
2.   Ədəbiyyatların icmalı
 
 
Son  dövrlər  xarici  iqtisadi  ədəbiyyatlarda  məzənnə  ötürücülüyü  istiqamətində  çoxsaylı  elmi 
tədqiqat  işləri  aparılmışdır.  Aparılmış  tədqiqat  işlərində  məzənnə  ötürücülüyünün  müxtəlif 
aspektlərdən qiymətləndirilməsi  həyata keçirilmişdir. Məzənnə ötürücülüyü ölkə iqtisadiyyatında 
həm  mikro,  həm  də  makro  səviyyədə  mühüm  əhəmiyyətə  malik  olduğundan  bu  mövzü  üzrə 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə