Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə42/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   38   39   40   41   42   43   44   45   ...   142

 

128 


 

 

orqanizmində  həzm  olunmayan  karbohidratları  parçalayan 



fermentlər sintez olunmurlar. Elə ona görə də onlar orqanizmdə 

gedən maddələr mübadiləsi prosesində iştirak etmirlər.  

Həzm 

olunmayan 



karbohidratlara 

misal 


olaraq 

polisaxaridlərin nümayəndəsi olan sellülozanı, hemisellülozanı, 

oliqosaxaridlərdən  rafinozanı  və  başqa  sadə  şəkərləri 

göstərmək olar.  

Son zamanlar müəyyən olunmuşdur ki, həzm olunmayan 

polisaxaridlərin  qidada  az  miqdarda  olması  insan  orqanizminə 

yaxşı  təsir  göstərir.  Belə  ki,  onlar  (əsasən  də  sellüloza) 

orqanizm üçün zərərli maddələrin xaric olunmasına, həmçinin, 

xolesterin  mübadiləsinin  tənzimlənməsində  mühüm  rol 

oynayırlar.  

Adından  məlumdur  ki,  həzm  olunan  şəkərlər  və  ya 

karbohidratlar 

insan 

orqanizmi 



tərəfindən 

asanlıqla 

mənimsənilir  və  orqanizmin  enerjiyə  olan  tələbatının 

ödənilməsində sərf olunur.  

Müəyyən  olunmuşdur  ki,  fiziki  əməklə  məşğul  olan  hər 

bir  insan  gün  ərzində  350-400  qram  karbohidrat  qəbul 

etməlidir. Daha ağır fiziki əməklə məşğul olan insanlar isə gün 

ərzində 300-380 qram karbohidrat qəbul etməlidir. Orqanizmə 

qeyd  olunan  miqdarda  karbohidrat  qəbul  etməklə  maddələr 

mübadiləsi  prosesi  tənzimlənir,  beyin  hüceyrələrinin  qlükoza 

ilə təminatı yaxşılaşır.  

Orqanizmin  enerjiyə  olan  ehtiyacının  təxminən  yarısı 

karbohidratların  hesabına  ödənilir.  Đnsan  orqanizmində 

karbohidratların 

çatışmaması 

yaxşı 


hal 

deyildir. 

Karbohidratların  qida  rasionunda  az  olması  orqanizmin 

enerjiyə  olan  tələbatının  tam  ödənilməsinə  səbəb  olur.  Bu 

zaman  orqanizmə  lazım  olan  qlükozanın  bir  hissəsi 

aminturşularının hesabına ödənilir.  

Nəticədə orqanizmdə aminturşu qıtlığı əmələ gəlir. Bu da 

orqanizmdə  zülal  sintezinin  pozulmasına  səbəb  olur.  Qeyd 




 

129 


 

 

etmək lazımdır ki, qida məhsullarını həddindən artıq isti üsulla 



emal etdikdə bəzi mənfi fəsadlar da meydana çıxır.  

Belə  ki,  qida  məhsullarının  tərkibini  təşkil  edən  sadə 

şəkərlərin  bir  qismi  aminturşularla  reaksiyaya  girərək 

melanoidlər  (şəkər-amin)  əmələ  gətirirlər.  Bu  da  qida 

məhsullarında aminturşu qıtlığının yaranmasına səbəb olur.  

Qida  məhsullarında  baş  verən  şəkər-amin  reaksiyası 

əsasən 

qlükoza 


ilə 

əvəzolunmayan 

aminturşularının 

nümayəndəsi olan lizin və metionin arasında gedir.  

Qida  məhsullarının  tərkibini  təşkil  edən  həzm  olan 

şəkərlər əsasən üç qrupa bölünürlər.  

1.  Çörək və çörək məhsulları. 

2.  Şəkərli məhsullar. 

3.  Meyvə-tərəvəz məhsulları. 

Çörək  və  çörək  məhsullarının  tərkibini  təşkil  edən 

karbohidratlar  əsasən  nişastadan  ibarətdir.  Çörəyin  tərkibində 

orta hesabla 40-50% nişasta, 2-4% mono və disaxaridlər, 1-5% 

sellüloza  və  hümisellüloza  olur.  Makaron  məmulatlarının 

tərkibində isə 65-70% nişasta, 2-3% mono və disaxaridlər olur. 

Đnsanlar çörək və çörək məmulatları hesabına gün ərzində 150-

200 qram karbohidrat qəbul etməlidirlər. Daha çox çörək qəbul 

etmək  insanların  piylənməsinə  səbəb  olur.  Şəkərli  məhsulların 

(şəkər,  bal,  mürəbbə,  cem,  povidla,  meyvələrin  emalı  zamanı 

şəkər  əlavə  edilməklə  istehsal  olunan  şirələr  və  s.)  ümumi 

kütləsinin  təxminən  50%-i  mono  və  oliqosaxaridlərdən 

ibarətdir.  Şəkərli  məhsulların  kaloriliyi  başqa  karbohidratlı 

məhsullara nisbətən daha yüksəkdir. Belə ki, 100 qram şəkərli 

məhsulların oksidləşməsindən 1200-1600 kC enerji ayrılır.  Bu 

zaman ayrılmış enerji əsasən orta və yaşlı insanlar arasında sərf 

olunması çətinləşir. Ona görə də şəkərli məhsullardan nisbətən 

az  miqdarda  istifadə  olunması  məsləhət  görülür.  Şəkərli 

məhsullardan  mütəmadi  olaraq  həddindən  artıq  istifadə 

olunması,  insanlar  arasında  piylənməyə,  qan  təzyiqinin  əmələ 

gəlməsinə  və  başqa  xoşagəlməyən  fəsadların  meydana 



 

130 


 

 

çıxmasına  səbəb  olur.  Müəyyən  olunmuşdur  ki,  orqanizmə 



qəbul  olunmuş  hər  25  qram  artıq  şəkər,  10  qram  yağın  əmələ 

gəlməsinə  səbəb  olur.  Bu  məhsulların  mübadiləsi  zamanı 

karbohidratlar asanlıqla xolesterinə çevrilməklə yanaşı, həm də 

şəkərli diabetin əmələ gəlməsinə şərait yaradır.  

Meyvə-tərəvəzlər qida məhsulu istehsalında xammal kimi 

qida  sənayesində  geniş  istifadə  olunur.  Meyvə-tərəvəzlər 

insanların  gündəlik  qida  rasionunun  əsasını  təşkil  edirlər.  

Đnsanlar  bütün  il  ərzində  meyvə-tərəvəz  məhsulları  ilə 

qidalanmalıdırlar.  Meyvə-tərəvəzlər  karbohidratlarla,  əsasən 

monosaxaridlərlə  daha  zəngin  olurlar.  Meyvələrin  tərkibində 

(üzüm,  alma,  armud  və  s.)  ən  çox  karbohidratlardan  qlükoza, 

fruktoza  daha  çox  olur.  Tərəvəzlərdə  isə  qlükoza  və  fruktoza 

ilə yanaşı di və polisaxaridlər də olur.  

Meyvə-tərəvəzlərin  saxlanmasında  elə  rejim  seçilir  ki, 

onlar  uzun  müddət  keyfiyyətli  qalmaqla  yanaşı  həm  də  öz 

təbiiliyini  saxlamalıdır.  Heyvan  mənşəli  məhsullara  nisbətən 

meyvə-tərəvəzlər  insan  orqanizmi  tərəfindən  daha  tez 

mənimsənilir.  

Qida  rasionunda  karbohidratlar  kifayət  qədər  olmadıqda 

orqanizmə  qəbul  olunan  yağların  mənimsənilmə  qabiliyyəti 

zəifləyir,  nəticədə  enerji  sərfinin  ödənilməsi  üçün  zülalların 

parçalanması sürətlənir. Bu da yaxşı hal deyildir.  

Zülalların parçalanması prosesi orqanizmdə uzun müddət 

davam  edərsə,  xoşagəlməyən  xəstəliklərin  əmələ  gəlməsinə 

şərait yaranır. Bundan başqa insanların qanında şəkərin miqdarı 

(monosaxaridlərin,  əsasən  də  qlükozanın)  35-40  mq%-ə  qədər 

enməsi  huşun  itməsi  və  ya  qıc  olma  hallarının  baş  verməsinə 

səbəb  olur.  Normaya  əsasən  qanda  şəkərin  miqdarı  80-120 

mq%  arasında  olmalıdır.  Şəkərli  diabet  olan  xəstələrə  çox 

yüksək  dozada  insulin  yeridilməsi  də  həyat  üçün  təhlükəlidir. 

Bu  əsas  onunla  əlaqədardır  ki,  bu  zaman  qanda  olan  şəkər 

(qlükoza) tamamilə başqa maddələrə çevrilərək, normadan çox 

aşağı  olur,  bu  da  xəstənin  huşunun  itməsinə  və  koma 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə