119
Sellobioza-disaxaridlərin nümayəndəsidir. Bu iki molekul
β-D-qlükozadan əmələ gəlmişdir. Onun əmələ gəlməsində
qlükozalarda rabitə birinci və dördüncü karbonlar arasında
gedir.
H
C
H
HO–C H–C–OH
H–C–OH O HO–C–H O
HO–C–H O H –C –OH
H–C H –C
H–C CH
2
OH
CH
2
OH
Sellobioza
Sellobioza
sellülozanın
tərkibində
olur.
Onun
hidrolizindən də sellobioza alınır. Ona bəzi ağacların
gövdəsində rast gəlinir. Mayaların təsirindən qıcqırmır.
Trisaxaridlər-(C
18
H
32
O
16
). Oliqosaxaridlərin nümayən-
dəsi olub, üç molekul monosaxariddən iki molekul su
ayrıldıqda əmələ gəlir. Trisaxaridlərdən bitkilərdən ən çox
təsadüf
olunan
rafinozadır.
Rafinoza
ən
çox
şəkər
çuğundurunda və pambıq toxumunda olur.
Đnvertaza
fermentinin təsirindən hidroliz olunub, melibioza adlanan
disaxarid və fruktoza əmələ gəlir. Bundan başqa α-qalaktozida-
za fermenti isə rafinozanı qalaktozaya və saxarozaya
parçalayır. Şəkər istehsalı zamanı rafinoza və başqa
trisaxaridlər saxarozadan ayrılaraq şəkər qalığı kimi spirt
istehsalında xammal kimi istifadə olunur.
120
Rafinozanın tərkibi aşağıdakı kimidir:
CH
2
OH
H–C
H O C
C H–C–OH
HO–C–H
H–C–OH O HO–C–H O O
H–C–OH
HO–C–H O H –C –OH
H–C
HO–C–H H–C
CH
2
OH
H–C CH
2
β-fruktoza
α-qlükoza
CH
2
OH
α-qalaktoza
Tetrasaxaridlər.
Bir
çox
bitkilərin
tərkibində
tetrasaxaridlərin nümayəndəsi olan staxiozaya təsadüf olunur.
Onun əmələ gəlməsində 2 molekul α-qalaktoza, bir molekul α-
qlükoza və bir molekul β-fruktoza iştirak edir. Staxiozaya
noxudda, soyada çox rast gəlinir.
Müxtəlif şəkərlərin şirinliyi. Şəkərlərin xarakterik
xüsusiyyətlərindən ən əsası onların şirin dada malik olmasıdır.
Sulukarbonların bəzilərinin şirinliyi aşağıdakı kimidir:
Saxaroza....................100 Ksiloza...........................40
Fruktoza.....................173 Maltoza...........................32
Đnvert şəkər................130 Ramnoza.........................32
Qlükoza.......................74 Qalaktoza.......................32
Sorbit...........................48 Rafinoza.........................23
Qliserin........................48 Laktoza..........................16
Qeyd etmək lazımdır ki, bəzi bitki zülalları daha çox
şirinliyə malikdir. Məsələn, Afrika bitkisindən alınmış
monellin zülalı saxarozadan 3000 dəfə şirindir. Daha başqa
121
bitki zülalı olan tumatin, saxarozadan 750-1000 dəfə şirin dada
malikdir. Qlikoproteidlərin nümayəndəsi olan mirakulin zülalı
isə şirin deyil, ancaq turş dadlı məhsulları şirin dada çevirir.
1.5.3.Polisaxaridlər-(C
6
H
10
O
5
)
Bitkilərin tərkibində olan sulukarbonların əsas kütləsini
polisaxaridlər təşkil edir. Onlar yüksək molekullu üzvi
birləşmələrdir. Onların əmələ gəlməsində çoxlu sayda
monosaxarid qalıqları iştirak etdiyinə görə polisaxaridlər
adlanır. Polisaxaridlər molekulyar tərkibinə görə iki qrupa
bölünür:
homopolisaxaridlər
və
heteropolisaxaridlər.
Homopolisaxaridlər
eyni
monosaxaridlərdən,
heteropolisaxaridlər isə müxtəlif monosaxaridlərdən əmələ
gəlir. Bitkilərdə geniş yayılmış homopolisaxaridlərə misal
olaraq nişastanı, sellülozanı, inulini, arabanları, qalaktanları və
qeyrilərini
göstərmək
olar.
Heteropolisaxaridlərə
isə
hemisellülozanı, pektin maddələrini və qeyrilərini göstərmək
olar.
Nişasta (C
6
H
10
O
5
)
n
. Bitkilərdə ən geniş yayılmış
homopolisxariddir. Çoxlu sayda yalnız qlükoza qalıqlarından
əmələ gəlmişdir. Nişasta spesifik fermentlərin təsiri ilə hidroliz
olunduqda əvvəlcə bir sıra aralıq məhsullara (dekstrinlərə) və
nəhayət qlükozaya ayrılır.
(C
6
H
10
O
5
)
n
+nH
2
O→nC
6
H
12
O
6
n-nişasta molekulunda qlükoza qalıqlarının sayını göstərir.
Nişasta insanın gündəlik qidasının əsasını təşkil edən üzvi
maddələrdən biridir. Nişasta bitkilərdə ehtiyat qida maddəsi
şəklində toplanır. O, iki maddədən amiloza və amilopektindən
ibarətdir. Amiloza amilopektinə nisbətən bəsit maddədir. Suda
yaxşı həll olur. Amiloza molekulu təxminən 500-3000 qlükoza
qalığından ibarətdir. Onun molekul çəkisi 100 mindən 600
minə qədər olur.