116
Disaxaridlər. Onlar iki monosaxaridin qalığından əmələ
gəlmiş şəkərlərdir. Bitkilərdə ən geniş yayılmış disaxaridlərə
misal olaraq saxarozanı göstərmək olar. Saxaroza qlükoza ilə
fruktozanın birləşməsindən bir molekul su çıxmaqla əmələ
gəlir. Onun alınması və kimyəvi tərkibi aşağıdakı kimidir:
OH
H–C CH
2
OH
H–C–OH HO–C
HO–C–H O HO–C–H
O
H–C–OH H–C–OH
- H
2
O
H–C H–C
CH
2
OH CH
2
OH
α, D-qlükopiranoza
β, D-fruktofuranoza
CH
2
OH
H–C O C
H–C–OH HO –C –H
O
HO–C–H O H –C –OH
H–C–OH H –C
H–C CH
2
OH
CH
2
OH Saxaroza
117
Göründüyü
kimi,
burada
qlükozanın
birinci
və
fruktozanın ikinci karbon atomlarının yanındakı hidroksil
qruplarından bir molekul su çıxmaqla oksigen korpusu əmələ
gəlir. Saxarozada qlükoza α-D-qlükopiranoza şəklində,
fruktoza isə β-D-fruktofuranoza formasında olur. Ona görə də
saxarozaya
qlükopiranozil-fruktofuranozid
də
deyilir.
Saxarozaya çuğundur və ya qamış şəkəri də deyilir. Saxaroza
β-D-fruktofuranozidaza
(invertaza)
fermentinin
təsiri
nəticəsində asanlıqla qlükoza və fruktozaya ayrılır. Bu iki
heksozanın qarışığına invert şəkər deyilir. Saxaroza şəkər
çuğundurunda 15-20%, şəkər qamışında isə 13-18% olur.
Saxaroza üzümdə sortdan asılı olaraq 0,2-2,5% olur.
Maltoza. Disaxaridlərin nümayəndəsi olub, iki molekul α-
D-qlükozanın birləşməsindən əmələ gəlmişdir. Bunlarda
oksigen körpüsü birinci və dördüncü karbon atomları arasında
olur.
H OH
C
H–C H–C–OH
H–C–OH O HO–C–H O
HO–C–H O H –C –OH
H–C–OH H –C
H–C CH
2
OH
CH
2
OH
Maltoza
118
Maltoza bitkilərin tərkibində sərbəst halda çox az
miqdarda olur. Ona sərbəst halda, cücərmiş dənli bitkilərin
(arpa, buğda və s.) tərkibində rast gəlmək olar. Ona görə də
maltozaya səməni şəkəri də deyilir. Nişastanın fermentativ
hidrolizi zamanı maltoza əmələ gəlir. Maltoza, α-qlükozidaza
fermentinin təsiri nəticəsində iki molekul qlükozaya çevrilir.
Laktoza-disaxarid olub, bir molekul qalaktoza və bir
molekul qlükoza qalığından təşkil olunmuşdur. Laktozaya,
başqa sözlə süd şəkəri də deyilir. Süddə və onun məhsullarında
4-5% laktoza olur. Bundan başqa laktozaya bitkilərin
tərkibində də rast gəlinir. Südün tərkibində laktoza istənilən
qədər olmağına baxmayaraq o, şirin dada malik deyildir. Bu,
onunla izah olunur ki, laktoza 4-5 dəfə saxarozadan az şirin
dada malikdir. Kimyəvi formulu aşağıdakı kimidir:
H OH
C
–C–H H–C–OH
H–C–OH O HO–C–H O
HO–C–H O H –C –OH
HO–C–H H –C
H–C CH
2
OH
α-D-qlükoza
CH
2
OH
β-D-qalaktoza
Laktoza,
β-qalaktozidaza
fermentinin
təsirindən
qalaktozaya və qlükozaya parçalanır.