106
vəfat etmişdir), Məkki əl-Bərdəyi (965-ci ildə vəfat etmişdir).
Əbdüləziz əl-Bərdəyi (935-ci ildə vəfat etmişdir), Cəfər əl-
Marağı (889-967), Musa əs-Səlmasi (990-ci ildə vəfat etmişdir)
də bu dövrdə Azərbaycan elmi potensialının zənginliyini yüksək
səviyyədə nümayiş etdirmiş alimlərdən olmuşlar. Onlar
topladıqları hədislərlə müsəlman hüququnun baxışlar sistemini
zənginləşdirmiş, buna görə də islam Şərqində tanınmışlar.
Məsələn, Əhməd əl-Bərdici «hədis dayaqlarından biri»,
«fəzilətli», «zəkalı», «hafiz» (Quranı əzbər bilən), «nüfuz sahi-
bi», «inanılmış» kimi məşhurlaşmışdı. Mənbələrdə onun 3 əsəri
haqqında xüsusi məlumat verilir, lakin onun «Əshabələr,
ardıcıllar və hədis müəlliflərinin nadir adlarının təbəqələri»
(ərəbcə yazılmışdır) əsəri daha çox məşhurlaşmışdı. Əsərdə
peyğəmbər Məhəmmədin 426 əshabəsi, ardıcılı, davamçısı
haqqında müfəssəl məlumatlar toplanmışdır. Həmin dövrdə is-
lam dini ilə bağlı olan araşdırmalarda Bərdə şəhərindən çıxmış
Azərbaycan alimlərinin çoxluğu, fəallığı təsadüfi deyildi. Bərdə
vaxtilə Xilafətin Cənubi Qafqazdakı canişinliyinin mərkəzi idi
və islam aləminin mərkəzində (Bağdadda) baş vermiş hərbi-
siyasi, dini-ideoloji səciyyəli hadisələr bu şəhərdə də özünün
əks-sədasını
tapırdı.
Ümumiyyətlə,
Azərbaycan
Xilafət
dövründə də zamanın dini-ideoloji, elmi-fəlsəfi mübahisələrinin
(bir çox hallarda mübarizənin) mərkəzində olmuşdur.
VIII əsrdə Bəsrədə yaranmış mütəzililik Azərbaycanda da
geniş yayılmış, IX əsrin ortalarından etibarən hakim dairələr
tərəfindən bidət elan olunaraq təqib edilmişdi. Mütəzililər islam
dinində rasional istiqamətli ilk teoloji sistemin yaradıcıları
olmuşlar. Onlar «kobud antropomorfizmə qarşı çıxır, ilahi
keyfiyyətləri inkar edir, Allahın təkliyini və onun saf mənəvi
varlıq olduğunu təbliğ edirdilər»
42
. Quranı dini həqiqət mənbəyi
hesab edən mütəzililər bu müqəddəs kitabın sonradan
yaradıldığını göstərirdilər. Onlar Quranın «alleqorik təfsirini
mümkün hesab edir və rəvayətə kor-koranə riayət olunmasını
rədd edirdilər».
43
IX əsrdə mütəzililər özlərinin ehkamlar siste-
mini yaratmışdılar. Həmin vaxtadək islam dinində ehkamların
vahid sistemi, dövlət dini tərəfindən etiraf olunan və hamı üçün
107
məcburi olan bir sistem olmadığına görə xəlifə Məmun (813-
833) mütəzilizmi ən mükəmməl ilahiyyat sistemi kimi dövlət
dini elan etmişdi. Lakin xəlifə əl-Mütəvəkkilin dövründə (847-
861) bu təlim yenidən «küfr» elan olundu. Buna baxmayaraq,
mütəzililiyin başlıca ideyaları X-XII əsrlərdə də yaşamaqda idi.
Bu təlimin əsas ideyaları (antropomorfizmin inkarı, iradə
azadlığı haqqındakı müddəalar, Quranın sonradan yaradılması
fikri və s.) sonralar şiə ilahiyyatçıları tərəfindən təbliğ olunmağa
başlandı. Ədalət və bərabərlik ideyaları ilə zəngin olan
mütəzillik təlimi yuxarıda adları çəkilmiş Azərbaycan alimləri
tərəfindən də fəal surətdə təbliğ olunmuşdur.
VIII yüzillikdə İraq və Suriyada yaranmış, «zühd» (aske-
tizm) əsasında təşəkkül tapmış sufizm (sufilik, təsəvvüf)
Azərbaycanda da geniş yayılmışdı. Öncə sufilik passiv formada
təzahür etdi (mənəvi kamillik ideyası maddi sərvətə qarşı qoyu-
lur, asket həyat tərzinə üstünlük verilirdi). Mistik cərəyan olan
sufizmin səciyyəvi cəhətləri aşağıdakılardan ibarət idi:
1.
İrfanın (oxumaq və zehin işlətmək sayəsində
kamilləşmənin)
xüsusi
tərki-dünya
təcrübəsi
ilə
birləşdirilməsi;
2.
Müridin mistik məhəbbət yolu ilə Allahı dərk etməyə və
tədricən ona qovuşmağa yaxınlaşması təlimi;
3.
Müridi Allaha qovuşanadək mistik yol (təriqət) ilə
aparan ustadın (mürşidin, pirin) yolunun mühüm olması.
Xüsusi rəqslərin və ya duaların sonsuz təkrarı yolu ilə
intuitiv idraka, «nurlanmaya», ekstaza cəhd sufiliyin səciyyəvi
əlamətlərindəndir. Sufizmin Azərbaycanda yayılması IX-X
əsrlərə təsadüf edir. Şəriət, mərifət, təriqət və həqiqət (Allaha
qovuşma) sufizm təliminin başlıca mərhələləridir. Həllac
Mənsura görə, sufinin ruhu Allah ilə gerçək qovuşa bilər. Ekstaz
anlarında o, «ənəl-həqq» (yəni «haqq, Allah məndədir») deyə
qışqırırmış. Ona görə də Mənsur bidətçilikdə (islam dininin
başlıca
ehkamlarına
«yenilik» gətirmək
cəhdində)
təqsirləndirilərək 922-ci ildə edam olunmuşdur. Müsəlman
ilahiyyatçısı, mütəkəllim, sufizmin böyük nümayəndələrindən
biri olmuş Əbu Hamid Məhəmməd ibn Məhəmməd Qəzalinin
108
(1059-1111) islahatçılıq fəaliyyəti sayəsində ortodoksal islamda
sufiliyin təqibi dayandırıldı. Lakin bu məqamadək sufilik təqib
olunan təlim olmuşdur. Sufizmdə şamanizm, buddizm,
zərdüştilik, xristianlıq baxışlarının da əlamətləri vardı. Bu təlim
yarandığı andan ortodoksal islama qarşı müxalifətçi ruhda
olmuşdur. Sufi mütəfəkkirləri şiələrdən fərqli olaraq Allahın
konkret bir şəxsdə (peyğəmbər, imam, və b.) deyil, mistik
özünükamilləşdirmə yolunu keçmiş hər hansı insanda təcəssüm
etdiyini bildirirdilər. Hüseyn əl-Mərəndi, Əbubəkr əz-Zəncani,
İbrahim ət-Təbrizi, Əbülfərəc əl-Varsani, Səid əl-Bərdəyi, Əli
əl-Urməvi, Əbdülhüseyn əl-Zəncani, Məhəmməd əl-Bakuvi əl-
Şirazi IX-X əsrlərin tanınmış
Azərbaycan sufi
mütəfəkkirlərindən olmuşlar. Ömrünün son çağlarında Şiraz
yaxınlığındakı bir mağarada tənha yaşamış,
44
96-97 il ömür
sürdüyü ehtimal olunan Məhəmməd əl-Bakuvi («Baba Kuhi»,
«Bakuhi») həmin alimlər arasında xüsusilə fərqlənmişdir. Onun
ərəb dilində yazılmış üç risaləsi və şeirlər «Divan»ı vardır.
«Bakuvi Azərbaycan sufi ədəbiyyatının və ümumiyyətlə sufi
ədəbiyyatının bizə qədər gəlib çatmış ilk abidəsidir»
45
Abdullah
Ənsari (1006-1086) məlumat verir ki, Baba Kuhi (Bakuvi) xeyli
səyahət etmişdir və o, (yəni, Ənsari) bu alimin sözləri əsasında
30 min hekayət və 30 min hədis yazmışdır.
46
Mənsur Həllacın
ideyaları onun başlıca təbliğat obyektləri idi. «Həllacın
həyatının başlanğıcı və sonu», «Sufilərin hekayətləri»,
«Ariflərin xəbərləri» (hamısı ərəb dilində yazılmışdır) adlı
risalələr (traktatlar)
47
bu Azərbaycan mütəfəkkirinin dini, elmi
və fəlsəfi baxışlarını əks etdirir. Orta çağlarda islam Şərqində
geniş yayılmış və «Azərbaycanda minillik tarixi olan»
48
sufizmin mahiyyətinin anlaşılması üçün Baba Kuhi Bakuvinin
şeirlər «Divan»ının böyük əhəmiyyəti vardır. Şirazda vəfat
etmiş bu Azərbaycan mütəfəkkirinin islam Şərqində fəlsəfi
fikrin inkişaf axarına mühüm təsiri olmuşdur.
Azərbaycanda fəlsəfi fikrin inkişafı o zaman daha çox
«Saflıq qardaşları» («İxvan əs-Səfa») cəmiyyətinin fəaliyyəti ilə
bağlı olmuşdur. X əsrin II yarısında Bəsrə şəhərində yaranmış
49
bu dini-fəlsəfi cəmiyyət gizli şəraitdə fəaliyyət göstərirdi. Orta
Dostları ilə paylaş: |