97
qonşulara» qarşı hərbi yürüşlərlə əlamətdar olmuşdur. «İslam
dinini yaymaq», «dinsizləri islam yoluna dəvət etmək» şüarları
altında gerçəkləşdirilmiş bu yürüşlər əslində dövlətin ərazisini
genişləndirmək məqsədinə xidmət edirdi. Yəzid ibn Əhmədin
hakimiyyəti
dövründə (991-1027) Yəzidilər
sülaləsinin
iranlılaşması prosesi başlandı. Şirvanda gedən bu prosesin
başlanmasında Ərəb Xilafətinin müxtəlif yerlərində İran
mənşəli, yerli sülalələrin yenidən siyasi hakimiyyətə qayıtması,
islamaqədərki İran mədəniyyətinin (xüsusilə ədəbiyyatın)
vaxtilə Sasanilərin tabeliyində olmuş vilayətlərdə dirçəlişi, eləcə
də vətənpərvər ruhlu, ziyalı iranlıların apardıqları geniş təbliğat
az rol oynamamışdır. «Sasani dövrü nisgili şeybani nəslindən
olan ərəb söykökü haqqındakı xatirələrdən daha cəlbedici ol-
du»
22
. Bu əməllə əslən ərəb olan sülalənin nümayəndələri
Azərbaycan,
Şirvan
zəmininə
bağlandıqlarını, Sasani
ənənələrinə hörmət bəslədiklərini sübut etməyə çalışır, siyasi
hakimiyyətlərinin sosial zəminini
möhkəmləndirməyə,
genişləndirməyə can atırdılar. «Yəzid ibn Əhmədin hakimiyyəti
zamanı hökmranlıq edən xanədanın daxilində ilkin qaynaqlarda
öz əksini tapmamış, məchul hadisələr baş verirdi. Lakin bir
cəhət şübhəsizdir: Şirvanşahların adları dəyişdi-Yəzid ibn
Əhməddən sonra ərəb adlarının əvəzinə qədim Sasani adlarına
qayıdış baş verdi (yəzidin oğlulları Ənuşirəvan və Mənuçöhr
adlanırdılar). Ola bilər ki, artıq X əsrin I yarısında Məzyədi
sülaləsindən olan Şirvanşahlar Sasani mənşəli, nəcabətli
xanədanlarla nikah əlaqələri yaratmış və həmin xanədanların
qadın nümayəndələri əski ənənəni dirçəltmişlər».
23
Şirvanşahlar
X-XI əsrlər ərzində rusların qəfil həmlələrinə, bölgədə
hegemonluğa can atan digər dövlətlərə (Sacilərə, Şəddadilərə,
gürcü hökmdarlarına, Dərbənd əmirlərinə, Salarilərə) qarşı
müqavimət göstərməli olmuş, bir çox hallarda həmin siyasi qu-
rumlardan asılı hala düşmüş, əlverişli siyasi məqamlarda isə
dövlət ərazisini genişləndirməyə can atmışlar. 1066-cı ildən
Şirvan Səlcuqilərin hücum və təsirinə məruz qaldı. Şirvanı vas-
sal tabeliyinə salmış «Səlcuqilər Şirvanşahların hakimiyyətini
zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda Şirvanda siyasi
98
yüksəlişin başlanğıcı nəzərə çarpırdı. Bü yüksəliş XII əsrədək
davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə
dövrünə qədəm qoydu»
24
Bu baxımdan I Əxsitanın (Axsitanın)
hakimiyyəti dövrü (1160-1197) daha əlamətdardır. Həmin
şirvanşahın uğurlu daxili və xarici siyasəti, mərkəzi
hakimiyyətin gücləndirilməsi Şirvanşahlar dövlətinin iqtisadi,
siyasi və mədəni həyatının inkişafı üçün əlverişli şərait
yaratmışdı.
25
1192-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində
Şirvanşahlar dövlətinin paytaxı Şamaxı dağıldı, xeyli əhali,
habelə şirvanşahın ailə üzvləri həlak oldu. Bu hadisədən sonra
şirvanşah öz iqamətgahını Bakıya köçürmək məcburiyyəti
qarşısında qaldı. Bu dövrdə Şirvan dövlətinin İraq Səlcuq
sultanlığından – əslində sultanlıqda hakim olmuş Azərbaycan
Atabəylərindən vassal asılılığı formal səciyyə daşıyırdı.
Şirvanşahlar dövləti XII əsrin sonunadək Azərbaycan ərazisində
mövcud olmuş ən güclü siyasi qurum olmuşdur (bir sıra hallarda
qonşu dövlətlərdən formal asılılıqda olmasına baxmayaraq). Bu
dövlət ölkənin müəyyən qisminin mədəni, ictimai-iqtisadi, siyasi
təkamülü prosesinin fasiləsizliyini təmin etmişdir.
Dərbənd Haşimi əmirliyi bu dövrün Azərbaycan siyasi
həyatında nəzərə-çarpacaq rol oynamışdır. Dərbəndi uzun
müddət ərzində xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə
etmişlər. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə
yetirilirdi. 851-ci ildə isə xəlifə əl-Mütəvəkkil şəhəri və onun
ətraf ərazilərini o zaman Azərbaycan, Arran və Ərminiyyə ha-
kimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta
payı kimi bağışladı. 869-cu ildə mənşəcə ərəb olan, Sulaym
nəslinə mənsub Haşim ibn Suraka əs-Suləmi Dərbənddə
əmirliyin əsasını qoydu. Əmir Xilafətin və Şirvanşahların
tabeçiliyindən çıxdı. Dərbəndi özünün qanuni mülkü hesab edən
Şirvanşahlar bu əmirliyi tabe etməyə, onun varlığına son
qoymağa çalışırdılar. Lakin şimaldan baş verən hücumlara sipər
olan ən yaxın qonşuları ilə münasibətləri gərginləşdirmək Şirvan
hökmdarları üçün sərfəli deyildi. Ona görə də onlar Dərbənd
əmirliyinin nisbi müstəgilliyi faktı ilə barışmalı oldular. XI əsrin
60-70-ci illərində Dərbəndin ictimai-siyasi həyatına Səlcuqilər
99
də fəal müdaxilə etdilər. "Mənbələrdən aydın olur ki, Dərbənddə
Haşimilər sülaləsinin hakimiyyətinin sonu təxminən 1077-ci ilə
– XI əsrin axırlarına təsadüf edir».
26
XII əsrin sonlarına doğru
Dərbənd şəhəri və onun ətrafı Şirvanşahlar dövlətinin tərkibinə
daxil edildi (qaytarıldı). 851-ci ildən XI əsrin sonlarınadək (200
ildən artıq bir müddət ərzində) müstəqil mövcud olmuş, daha
100 il isə Haşimilər sülaləsi ilə şəhər rəisləri arasındakı hərc-
mərclik şəraitində olduqdan sonra Dərbənd Haşimi əmirliyi də
siyasi tarix səhnəsini tərk etdi.
Salarilər dövləti nəzərdən keçirilən dövrdə Azərbaycanın
siyasi həyatında mühüm rol oynamış gerçəklik olmuşdur. 941-
981-ci (başqa məlumata görə 983-cü) illərdə mövcud olmuş bu
dövlətin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin əsasını Deyləm
hakimi Salar Mərzban ibn Məhəmməd (941-957) qoymuşdu.
Yüksəliş dövründə bu dövlətin ərazisi Qafqaz sıra dağlarından
İraq və Mesopotamiya, Xəzər dənizindən Göyçə gölünədək
böyük ərazini öz sərhədləri daxilində ehtiva edirdi. Bu dövrdə də
Azərbaycanın cənub və şimal vilayətləri vahid dövlət tərkibində
birləşmişdi. Şirvanşahlar və Dərbənd əmirləri də Salarilərdən
asılı vəziyyətə düşmüşdülər. X əsrin sonlarına doğru zəifləmiş
bu dövlətin varlığına Rəvvadilər nəslindən olan Təbriz və Əhər
hakimi Əbul-Hica son qoydu. Salarilər dövründə Azərbaycanın
iqtisadi həyatında nisbi dirçəliş nəzərə çarpırdı. Bu dövrdə
ölkədə memarlıq, sənətkarlıq, elm və mədəniyyətin digər
sahələri nisbətən inkişaf etmişdir.
27
Hələ VIII əsrdən Azərbaycanda məskunlaşmış Rəvvadilər
Salarilərin tabeliyində olan Əhər və Qaradağda müstəqillik
uğrunda mübarizə aparırdılar. X əsrin sonundan etibarən
təqribən bir əsr ərzində Rəvvadilər dövləti Azərbaycanın siyasi
tarixində çox mühüm rol oynamışdır. Bu dövlət X əsrin I
yarısından 1116/17-ci ilədək mövcud olmuşdur. Paytaxtı Təbriz
şəhəri olan bu dövlətin əsasını Vəcnə ibn ər-Rəvvad qoymuşdu.
Rəvvadilər mənşəcə Əzdi ərəb nəslinə mənsub idilər. Rəvvadilər
Salarilər dövlətinin varlığına son qoyaraq Azərbaycanın cənub
və cənub-qərb ərazilərində hakimiyyəti ələ keçirmişdilər.
1070/71-ci ildə Rəvvadilərin hakimiyyəti səlcuqilərin zərbələri
Dostları ilə paylaş: |