Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə34/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   30   31   32   33   34   35   36   37   ...   143

 

 

100 



altında  müvəqqəti olaraq süqut  etmiş, 1108-cı  ildə  isə  sülalə 

siyasi  müstəqilliyini  bərpa  etmişdir.  Baş  vermiş feodal 

müharibələrinə baxmayaraq, Rəvvadilər dövründə Azərbaycanın 

iqtisadi  və  mədəni  həyatı  nisbətən  inkişaf  etmişdir. Bu dövrdə 

Təbriz  abadlaşdırılmış,  şəhərin  ətrafına qala divarları  çəkilmiş, 

elm və memarlıq, mədəniyyətin digər sahələri inkişaf imkanları 

qazanmışdı.  Mədəniyyətin  inkişafına  qayğı  göstərmiş  Rəvvadi 

hökmdarlarına şair Qətran Təbrizi bir neçə qəsidə həsr etmişdir. 

1071-ci  ildə  təqribən bir əsr  hakimiyyətdə  olmuş  «Rəvvadilər 

sülaləsi Səlcuqların əli ilə siyasi fəaliyyətlərinə uzun müddət ara 

verdilər.  Bütün  Cənubi Qafqaz bölgəsi Orta Asiyadan Aralıq 

dənizinə, Qafqazdan İran  körfəzinədək  geniş  ərazini tutan 

qüdrətli  Səlcuq  dövlətinin  tərkibinə daxil olur».

28

 1117-ci ildən 



sonra  Rəvvadilərin  qulamı  olmuş  Ağsunqur  və onun varisləri 

«atabəy»  titulu  ilə  öz  mülklərini monqol işğallarınadək qoruya 

bildilər. 

X-XII  əsrlərdə  mövcud  olmuş  Şəddadilər  dövləti 3 

əmirliyin  (Gəncə, Ani və Dvin) federasiyasından  ibarət idi. 

Şəddadı  sülaləsi Bizans imperiyasına,  Sacilərə,  Rəvvadilərə, 

Şirvanşahlara  və  gürcülərə  qarşı  mübarizə  aparmışdır. 

Şəddadilər  dövləti  Səlcuqilərin  Cənubi  Qafqazdakı  siyasətini 

dəstəkləmiş  yeganə  müttəfiqi idi. Məhz buna görə  də  Səlcuq 

sultanları bu sülaləni özlərinin Cənubi Qafqazdakı valiləri təyin 

etmiş  və  Şəddadi  hökmdarlarının  öz  ərazilərini  genişləndirmək 

siyasətinə mane olmamışlar.  Şəddadi  əmirləri  Səlcuqlarla 

müttəfiqlik  sayəsində XI əsrdə  Cənubi Qafqaz bölgəsinin  ən 

qüdrətli  dövlət  başçıları kimi tanınmışlar. Arran-Naxçıvan-

Gəncə  əmirliyi (971-1075), Dvin əmirliyi (951-1130), Ani 

əmirliyi (1072-1199) bu federativ orta əsr  dövlətinin  tərkib 

hissələri idi. Səlcuqlar  Səddadilərə  müvəqqəti  müttəfiq kimi 

yanaşırdılar. Onlar Cənubi Qafqazda mövqelərini 

möhkəmləndirdikdən sonra 1075-ci ildə 3 Şəddadi  əmirliyi 

arasında daha güclüsü olan Gəncə  əmirliyinin  varlığına son 

qoydular.  Şəddadilər  sülaləsinin banisi Məhəmməd ibn Şəddad 

ibn Qurtaq olmuşdur. Ani və Dvində  Şəddadilər nəslindən olan 

əmirlər Səlcuqilərin vassalı kimi fəaliyyət göstərmişlər. 1199-cu 



 

 

101 



ildə Ani gürcülər  tərəfindən  ələ  keçirildi. Dvin Şəddadiləri  isə 

1130-cu  ildə  Səlcuqilərin  əsaslı  zərbələri  nəticəsində siyasi 

hakmiyyətdən məhrum olunmuşdular. 

Səlcuqi  fəthləri, siyasi nüfuzu  Azərbaycanın  mədəni 

təkamülü  prosesində  mühüm rol oynamışdır. 1040-cı ilin 24 

mayında  Dəndənəkan  (Mərv  yaxınlığında)  döyüşündə  səl-

cuqların  Qəznəvi  qoşunları  üzərindəki  qələbəsindən sonra 

oğuzların  tarixində, Orta və  Ön  Asiyanın,  habelə orta əsr 

Avropasının  taleyində  əsaslı  dəyişiklik  baş verdi. Oğuzların 

işğalçılıq  yürüşləri  və  miqrasiyaları bir neçə  istiqamətdə  baş 

vermişdir.  Oğuzların  Cənubi Qafqaz ərazisində  görünməsi XI 

əsrin ilk rübünə  təsadüf edir: 1018-1021-ci illərdə onlar Araz 

çayını  keçərək  cənub  istiqamətindən Arrana daxil olmuşdular. 

Səlcuqilər  dövləti (1038-1157) oğuzların siyasi fəaliyyətinin 

nəticəsi idi. Sülalənin adı tayfa başçısı Səlcuqun adı ilə bağlıdır. 

Səlcuqilərin ilk sultani Səlcuqun nəvəsi Toğrul bəy (1038-1063) 

olmuşdur. 1055-ci ildə Toğrul bəy Bağdadı ələ keçirərək Abbasi 

xəlifəsinin xeyir-duası  ilə  «İslam  aləminin ali dünyəvi 

hökmdarı» oldu. Dövlətin ərazisi Türküstandan Aralıq dənizinə, 

Cənubi Qafqazdan Fars körfəzinədək  uzanırdı. Bu imperiyanın 

çiçəklənmə dövrü XI əsrin II yarısına təsadüf etmişdir. «Səlcuq 

dövlətinin  tənəzzülünün  başlanğıc  anı»

29

 Sultan Məlikşahın 



1092-ci  ildə  ölümündən sonra 10 ildən  artıq  sürmüş ara 

müharibələri  dövrü  olmuşdur. Sultan Səncərin  zamanında 

(1118-1157) imperiyanın varlığı artıq nominal səciyyə daşıyırdı. 

Xorasan  və bir sıra  başqa  qonşu  vilayətlər istisna olunmaqla 

böyük  dövlətin  ərazisi  müstəqil siyasi qurumlara parçalandı. 

İraq  Səlcuq  sultanlığından  «yaxa  qurtarmış»,  əslində bu 

sultanlığı da idarə  etmiş  Azərbaycan  Atabəyləri  dövləti (1136-

1225)  həmin siyasi qurumlar arasında  xüsusilə  fərqlənirdi. Bir 

sıra türk xalqlarının təşəkkülü, türk dilinin geniş yayılması, elm 

və  ədəbiyyatın,  memarlığın,  incəsənətin  digər  sahələrinin 

çiçəklənməsi  Səlcuqilərin  hakimiyyəti  dövrünün  əlamətdar 

cəhətlərindən idi. Səlcuqilər imperiyasında inzibati idarəçilik işi 

tamamilə yerli məmurların  üzərinə  qoyulmuşdu.  Məlikşahın 

dövründə (1072-1092) «Oğuz imperiyasının hərbi-siyasi qüdrəti 




 

 

102 



ən yüksək zirvəyə çatdı».

30

 XI əsrin 70-ci illərinin sonundan bu 



imperiyanın  tərkibində  olmuş  Azərbaycan  nəzərdən  keçirilən 

dövrün passiv obyekti deyildi: Azərbaycanda siyasi 

hakimiyyətdə olan şəxslərin  nüfuzu  və  təsiri XII əsrin 30-cu 

illərindən imperiya miqyasında  nəzərə  çarpırdı. 1160-cı ilin 

sonlarından  etibarən yeni-Azərbaycan  Atabəyləri  (Eldənizlər) 

dövlətinin banisi Şəmsəddin  Eldəniz  İraq  Səlcuq Sulianlığının 

real hökmdarına çevrilmişdi.

31

 Azərbaycan Atabəyləri dövlətinin 



paytaxtı  müxtəlif vaxtlarda Naxçıvan,  Həmədan  və  Təbriz 

olmuşdur. Bu dövlətin  təşəkkül  dövrü 1136-1160-cı  illərə, 

yüksəliş  və  çiçəklənmə 1161-1191-ci illərə,  tənəzzül  mərhələsi 

isə 1191-1225-cı  illərə  təsadüf edir. Şəmsəddin  Eldəniz (1136-

1175),  Məhəmməd Cahan Pəhləvan (1175-1186), Qızıl Arslan 

(1186-1191),  Əbubəkir (1191-1210) və  Özbək (1210-1225) 

qurulmuş  dövlətin  varlığını  təmin  etmiş  hökmdarlar  idilər. Bu 

dövrdə  Azərbaycan  Yaxın  və Orta Şərqin  mühüm  mədəni 

mərkəzlərindən birinə çevrilmişdi. Bağdad və onun ətrafı istisna 

olunmaqla Qafqaz dağlarından Fars körfəzinədək olan böyük 

ərazi  dövlətin banisi Eldənizin  hakimiyyəti  altında idi.

32

  İraq 



Səlcuq  sultanlığı  daxilində  baş  vermiş  hərbi-siyasi  çəkişmələr, 

vaxtaşırı  baş  vermiş  gürcü  həmlə  və  hücumları  Azərbaycan 

Atabəyləri dövlətinin başlıca qayğı obyektləri olmuşdur. 

 

 



 

§2. Azərbaycan mədəniyyətinin başlıca inkişaf 

istiqamətləri. 

 

Nəzərdən  keçirilən  böyük tarixi dövrün ictimai-siyasi 

hadisələri  mədəni prosesin axarına  əsaslı  surətdə  təsir  gös-

tərmişdir.  Ərəb  istilası  və  Azərbaycanın uzun müddət  Xilafət 

tərkibində  olması  Azərbaycanın  mədəni  həyatında da əsaslı 

dəyişikliklərin  başlıca  səbəbi oldu. Bu dəyişiklik  özünü ilk 

növbədə dini baxışlarda  büruzə verdi. Yeni din-islam tədricən 

mənimsənildi,  Azərbaycan  mədəniyyəti islam mədəniyyəti 

sisteminə inteqrasiya olundu, türk dilinin inkişafı  prosesində 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə