Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə31/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   27   28   29   30   31   32   33   34   ...   143

 

 

91 



İspaniyadan  Hindistanadək bir çox  ölkələri  və  xalqları 

tabe etmiş ərəblər fəth olunmuş yerlərdə yeni tipli idarəçilik sis-

temi qura bilmədilər və yerlərdə mövcud olan idarəçilik sistemi 

saxlanıldı.  Ərəb Xilafəti  Azərbaycanda da əldə  olunmuş 

mövqelərini qorumaq, gücləndirmək  məqsədilə  fəal  köçürmə 

siyasəti yeridirdi. Öncə  Ərəbistan  yarımadasının  şimal 

hissəsində  yaşayan bir sıra  ərəb  tayfaları (Abbasi sülaləsinin 

hakimiyyətə  gəlişinədək), sonra isə  həmin  yarımadanın  cənub 

qismində  yaşayan  ərəb  tayfaları  Azərbaycana  köçürülərək 

məskunlaşdırıldı. «Ərəblərin Azərbaycanda köçürmə siyasəti IX 

yüzilin birinci rübünə  qədər davam etdi. Ancaq Harun ər-

Rəşidin  dövründə  baş  qaldıran  və  əl-Məmun  dövründə  ən 

yüksək  zirvəsinə  çatan  xürrəmilər  hərəkatı,  eləcə  də bir çox 

ərazilərin  Xilafət  tərkibindən  çıxması  ərəb  tayfalarının Qafqaza 

mühacirətinə  təsir etdi və  nəhayət, onu tamamilə  dayandırdı»

5



Ərəblərin gəlişi və yeni ərazilərdə qərarlaşması ilə Azərbaycanın 

dini,  mənəvi  həyatında  əsaslı  dəyişikliklər  baş verdi. «Ərəb 

işğalının ilk dövründə yerli əhali  ilə  ərəblər  arasındakı 

münasibət  çox  mürəkkəb idi və  əsasən  işğal  prosesində 

bağlanılmış  müqavilələrlə  tənzimlənirdi».

6

  Azərbaycanda da 



yalnız bütpərəstlər zorla müsəlmanlaşdırıldı, «əhli-kitab»a (xris-

tianlara,  yəhudilərə,  atəşpərəstlərə) etiqad və  adətlərini icra 

etmək icazəsi verilmişdi. Bu icazə müqabilində həmin əhali can 

vergisi-cizyə  ödəyirdi.  Cizyəni  yalnız  «sağlam  kişilər» 

ödəyirdilər,  əhalinin qalan qismi bu vergidən azad olunmuşdu. 

Lakin  çox  keçmədən islam ideoloqları  bütpərəstliklə  yanaşı 

atəşpərəstliyi  də aradan qaldırmaq  xəttini  yeritməyə  başladılar. 

Mənbələr  və arxeoloji materiallar sübut edir ki, islam dini 

Azərbaycanın  Şimalında  cənub  vilayətlərinə  nisbətən daha gec 

mənimsənilmişdir.  Şəhərlilər  islamı  kənd  əhalisinə  nisbətən da-

ha «həvəslə» qəbul edirdilər. Lakin bu «həvəsin» iqtisadi səbəbi 

vardı:  Ərəb  işğalı  dövründə  kəndlilərə  nisbətən daha ağır  cizyə 

vergisi ilə yüklənmiş şəhərlilərin, xüsusilə tacir və sənətkarların 

islamı ilk növbədə  qəbul  etməsi  onların  öz  varidatını qorumaq 

cəhdindən,  ərəb  üsuli-idarəsinin  isə tacir və  sənətkarlara daha 

böyük  güzəştlər  verməsindən  irəli  gəlirdi.

7

  Artıq X əsrdə 




 

 

92 



Azərbaycanın  təqribən  bütün  şəhərlərində came məscidlərinin 

olması bu qarşılıqlı iqtisadi marağın ideoloji təzahürü idi. 

Ərəblər  Azərbaycanı  yalnız  fəth  etmək deyil, uzun müddət 

ərzində burada qərarlaşmaq,  ölkənin iqtisadi potensialından 

maksimum  dərəcədə  bəhrələnmək  məqsədini  güdürdülər  və bu 

məqsədlərin  gerçəkləşməsi  naminə  müəyyən  güzəştlərə  getmək 

məcburiyyətində  idilər. VIII-X əsrlər  ərzində  Dərbənd 

Azərbaycanın şimal vilayətlərində islamın yayılmasının mərkəzi 

olmuşdur.  Təbiidir ki, Azərbaycan  əhalisi  də yeni dini (islamı) 

sürətlə və qeyd-şərtsiz qəbul etmədi. Əsrlər boyu islamaqədərki 

dinlərə, dini baxışlara  bağlı  olmuş  Azərbaycan  əhalisinin yeni 

dinlə  tanış  olması  üçün zaman tələb olunurdu. Mənbələrin  və 

elmi  ədəbiyyatın  nəzərdən  keçirilməsi  əsasında  belə  qənaətə 

gəlmək olar ki, Azərbaycan 

əhalisinin 

əksəriyyətinin 

islamlaşması prosesi ilk ərəb  işğallarından  keçən  təqribən 3 əsr 

ərzində  baş  vermişdir.  Ölkə  miqyasında  islamın  qərarlaşması 

Azərbaycanın  mədəni  təkamülündə  əsaslı  dönüşün  başlanğıcını 

qoydu. 


Ərəb  yürüşləri  ərəfəsində  Azərbaycanda onlarla müxtəlif 

miqyaslı şəhər vardı. Lakin ərəb işğalı ərəfəsində Azərbaycanın 

bütün  şəhərləri  ticarət  və  sənətkarlıq  mərkəzləri deyildi. Yalnız 

beynəlxalq tiranzit ticarətinin  başlıca  yolları  üzərində olan 

Bərdə,

8

  Beyləqan (Paytakaran), Dərbənd (Bab əl-Əbvab) kimi 



iri şəhərlər bu çür mərkəzlərdən idilər. Bu şəhərlərdə dünyəvi və 

ruhani  əyanlar,  sələmçilər,  tacirlər,  əkinçiliklə  əlaqəsini  üzmüş 

sənətkarlar yaşayırdılar. Həmin şəhərlər hərbi-inzibati mərkəzlər 

olduğu üçün daha geniş inikşaf imkanlarına malik idilər. Əsasən 

ticarət-sənətkarlıq  mərkəzləri olan şəhərləri  (Şəki,  Qəbələ, 

Naxçıvan,  Ərdəbil,  Çirdiman, Amaras) ikinci kateqoriyaya aid 

etmək mümkündür. Kənd tipli şəhərlər üçüncü kateqoriyaya aid 

oluna bilər. Bu kateqoriyaya aid etdiyimiz şəhərlər xırda feodal 

mülklərinin inzibati mərkəzləri  olduğuna baxmayaraq, natural 

həyat tərzinə, əkinçiliyə mail idilər. VIII əsrdən təqribən X əsrin 

II  yarısınadək  (təqribən 150 il) Azərbaycanın  şəhər  həyatında 

nisbi iqtisadi durğunluq  hökm  sürmüşdür:  Ərəb  işğalı,  xəzər 

yürüşləri,  ərəb-xəzər  hərbi  qarşıdurması, yerli əhalinin  Xilafətə 



 

 

93 



qarşı  çıxışları bu durğunluğun  başlıca  səbəblərindən  olmuşdur. 

Ərəb işğallarından sonra qədim Albaniyanın Şəki, Qəbələ, Ama-

ras  şəhərləri  beynəlxalq  ticarətdəki  mövqelərini  itirdilər  və 

Bərdə,  Dərbənd,  Ərdəbil,  Marağa,  Gəncə,  Şamaxı bu ticarətdə 

aparıcı  mövqelər  qazandılar.  Ərəb  canişinlərinin  iqamətgahı 

uzun  müddət  ərzində  Bərdədə  yerləşmiş, bu isə  həmin  şəhərin 

daha üstün inikşafını təmin etmişdir. Şəhər xəlifə Osmanın (644-

656)  hakimiyyəti  dövründə  ərəb  işğalına  məruz  qalmış, 654-cü 

ildə  Xilafətin  Şimal  vilayətlərinin  canişini  öz  iqamətgahını 

Dvindən Bərdəyə köçürmüş, şəhər ərəblərin Qafqazdakı canişin-

liyinin 

mərkəzinə 

çevrilmişdi. Lakin ərəblərin 

Arranı 


işğalınadək Sasani mərzbanlarının (canişinlərinin) iqamətgahı və 

alban katolikoslarının patriarxlıq taxtı burada yerləşdiyinə görə

9

 

şəhərin yüksəliş meylli təkamülündə təqribən fasilə olmamışdır. 



Sasani-Bizans 

müharibələri 

zamanı 

xəzərlər 



tərəfindən 

dağıdılmış  Bərdə  Əməvi  xəlifələri  dövründə  bərpa olundu. 

Xilafətdə Abbasi sülaləsinin  hakimiyyətə  gəlişindən sonra 

Bərdənin inzibati-siyasi mərkəz kimi rolu daha da artdı.  Ərəb 

Xilafətinin 

zəifləməsi, 

separatçı 

meyllərin 

güclənməsi 

nəticəsində Bərdə şəhəri Cənubi Qafqazdakı inzibati mərkəz sta-

tusunu itirdi. Sonralar isə  şəhər  Sacilərin, 942-ci ildən 

Salarilərin  başlıca  şəhərlərindən  birinə  çevrildi.  Bərdənin 

yüksəlişi X əsrin II yarısınadək davam etdi. «Qapılar qapısı-Bab 

əl-Əbvab  (Dərbənd) bu dövrdə  Arranın ikinci böyük  şəhəri 

olmuşdur.  Ərəblər  Dərbəndin strateji və  ticarət  əhəmiyyətini 

nəzərə alaraq onun azad şəhər statusunu saxladılar.  Şəhəri 

əmirlər və ya rəislər şurası idarə edirdi. Tiflis ərəb mənbələrində 

Arranın  üç  böyük  şəhəri  sırasında  sadalanır. 944-cü  ildə ruslar 

Bərdəni dağıntılara, talanlara məruz qoydular. Bu hadisədən so-

nra  Beyləqanın rolu və  əhəmiyyəti  yüksəldi.  Bərdənin 

tənəzzülüdən sonra Gəncə  şəhəri Arran vilayətinin  mərkəzinə 

çevrildi.

10

  Şəmkir  (əl-Mütəvəkkiliyyə),  Şamaxı  (əl-Yəzidiyyə), 



Bakı,  Ərdəbil,  Marağa,  Urmiyə bu dövrün  mühüm  sənətkarlıq, 

ticarət  və  mədəniyyət  mərkəzlərindən  olmuşdur.  Ərəb  işğalı 

dövründə Ərdəbil cənubi Azərbaycanın ən böyük və əsas şəhəri 

idi. Yaqut əl-Həməvi şəhərin əhəmiyətini qeyd edərək göstərirdi 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə