Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə35/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   31   32   33   34   35   36   37   38   ...   143

 

 

103 



fasilə yarandı. Təqribən XI əsrədək ərəb dili elmi, dini və ədəbi 

yaradıcılığın  başlıca  vasitəsinə  çevrildi. Buna obyektiv amillər 

(ümumi dilin, əlifbanın  olmaması  və.s)  əlverişli  şərait 

yaratmışdı.  Xəlifə  Əbdülməlikin (685-705) islahatı  nəticəsində 

kargüzarlıq  ərəb  dilində  aparılmağa  başlandı, 1-2 əsrdən sonra 

ərəb dili tədricən  işğalçının  dilindən  mədəniyyət  göstəricisinə 

çevrildi. «Rəsmi dil kimi Xilafətdə  Əməvilərin  hakimiyyətdə 

olduqları dövrdə (750-ci ilədək) Sasanilərdən qalma fars və yeni 

işğalçıların  ərəb  dilləri,  Abbasilərin  hakimiyyətdə  olduqları 

dövrdə  isə  (Səlcuqlaradək)  ərəb dili işlədilirdi».

33

  Ərəb 


hökmranlığı dövründə «milli-etnik sərhədlər tədricən zəifləyərək 

yox  dərəcəsinə  çatmışdı»

34

.  İmperiya  əhalisinin dini və etnik 



müxtəlifliyinin artıq Abbasi xəlifələri tərəfindən nəzərə alınması 

Xilafətdə IX əsrin  ortalarından  etibarən  dünyəvi  elmlərin 

inkişafı  üçün  şərait  yaratdı. Ortodoksal (rəsmi,  mühafizəkar) 

islamın  təriqətçilərlə  çəkişmələri,  sünni  və  şiələrin  geniş 

mübahisələri isə dini nəzəriyyələrin, müsəlman hüququnun (fiq-

hin),  fəlsəfənin,  məntiqin  inkişafına  səbəb oldu. İslamda 

ziddiyyətli  fikirlərin  artması  çoxsaylı  mədrəsələrin  təsis 

olunmasını  labüd  və  zəruri etdi. Mənbələrdən  aydın olur ki, 

Xilafət  ərazisində ilk mədrəsə X əsrin  sonlarında  Nişapurda 

(İranın  şimal-şərqində)  açılmış, sonralar isə islam aləminin 

bütün  böyük  şəhərlərində  yayılmışdır.  Xəlifə Harun ər-Rəşidin 

dövründə  Bağdadda  təsis  olunmuş, «Darül-hikmə» və ya 

«Xizanət  əl-hikmə» («Hikmət evi» və ya «Hikmət  xəzinəsi») 

adlandırılmış elmi mərkəz müxtəlif (xüsusilə yunan və ya sirya-

ni)  dillərdə  yazılmış  əsərlərin  ərəb dilinə  tərcümə  olunması, 

geniş  yayılması  sahəsində xeyli iş  gördü.  Beləliklə, yeni tarixi 

dövrdə antik (qədim)  mədəni  dəyərlərin  dirçəldilməsi, bu 

dəyərlərin  ərəb  dilində  geniş  yayılması,  yenidən  nəzərdən 

keçiriliməsi prosesi gerçəkləşdi və ərəb dili bu prosesdə başlıca 

ötürücü rolunu oynadı. 

114 surədən (fəsildən) ibarət olan, ayələrə bölünən Quran 

yalnız islam dininin deyil, hüququn,  Şəriətin  və  ümumiyyətlə 

müsəlman  xalqlarının  ideologiyasının  əsasını  təşkil edir. Orta 

çağlarda  fəlsəfi, ictimai, siyasi, etik, estetik görüşləri Qurandan 




 

 

104 



təcrid olunmuş halda təsəvvür etmək qeyri-mümkündür. Hər bir 

ideoloji  cərəyan,  təlim bu ya digər  dərəcədə onunla bağlıdır. 

İslam dininin və Ərəb dövlətinin banisi Məhəmməd Peyğəmbər 

Əleyhissəlamın  sağlığında Quran şifahi formada olmuşdur. 

Məhəmmədin  vəfatından sonra müqəddəs  mətnin  tədricən 

unudulması təhlükəsi olduğuna görə bütün «vəhy»ləri toplamaq, 

onları  yazıda  maddiləşdirmək  zərurəti  yaranmışdı.  Xəlifə 

Əbubəkrin  dövründə (632-634) bu işi Zeyd ibn Sabit gördü.

35

 

Üçüncü  xəlifə  Osmanın  dövründə (644-656) Quranın  mətni ilk 



dəfə əl ilə tərtib olunmuş, yazılmış kitab formasına salınmışdı və 

məhz  həmin kitab Quranın ilk nəşri hesab olunur.

36

 Orta 


çağlarda islam Şərqində Quranı bilmək, onu təfsir, təbliğ etmək 

alimlik, ariflik əlaməti hesab olunurdu. Buna görə  də islam 

ilahiyyatı nəzərdən keçirilən dövrün mədəni həyatının ayrılmaz, 

tərkib elementi olmuşdur. Quran, sünnə (hədislər toplusu), icma 

(din  xadimlərinin yekdil qərarı)  və qiyas müsəlman  hüququnun 

(fiqhin)  əsasları idi. İlk iki əsasda ortodoksal (mühafizəkar) 

mövqe  üstün  olmuşdur.  Beləliklə, VII əsrin 30-cu ilində siyasi 

vəhdət (dövlət) əldə etmiş ərəblər beynəlxalq aləmdə (Yaxın və 

Orta  Şərqdə)  hərbi  uğurlar  qazandıqdan sonra ideoloji (islamın 

bərqərar olunması və  yayılması), mədəni (ərəb dilinin hegemon 

mövqe qazanması) sahələrdə də nəzərəçarpaçaq nailiyyətlər əldə 

etdilər. Lakin mühüm bir cəhəti qeyd etmək  lazımdır ki, siyasi 

və  hərbi  cəhətdən  fəth  olunmuş  ölkələrin  çoxusunun  mədəni 

səviyyəsi  fatehlərin  (ərəblərin)  mədəni  səviyyəsindən  yüksək 

idi. Buna görə də mədəni sahədə qalib tərəf fəth olunmuş ölkələr 

və xalqlar oldu. Bəzi hallarda səhvən  «ərəb  mədəniyyəti»  kimi 

təqdim olunan «islam  mədəniyyəti»nin  inkişafında  aparıcı, 

həlledici rol və  mövqe qeyri-ərəblərə  məxsus  olmuşdur. «İslam 

mədəniyyəti»nin  təkamülü  prosesində  Azərbaycan  mədəni 

potensialının fəal iştirakı danılmaz tarixi gerçəklikdir. 

İslam  ilahiyyatı  Ərəb  Xilafətində daha çox  inkişaf  edən 

sahələrdən idi. İlahiyyatın  inkişafı  zamanın  tələbindən 

törəmişdi.  Ərəb  xəlifələri  hərbi-siyasi yolla fəth  etdikləri 

ölkələrdə  özəl  dinlərini  (islamı) daha geniş  yaydıqdan sonra 

islamın daha dərindən araşdırılmasına və təbliginə can atırdılar. 



 

 

105 



Quran,  hədislər toplusu, müsəlman  hüququ (fiqh) bu tarixi 

dövrün  ilahiyyatı  üçün  başlıca  araşdırma  obyektlərinə 

çevrilmişdi.  İlahiyyatçılar,  fəqihlər (islam hüquqşünasları) 

Azərbaycanda da fəaliyyət  göstərirdilər.  Əl-Müqəddəsi bu 

alimlərin  əsasən  sünniliyn  hənbəli  məzhəbinə  mənsub 

olduqlarını qeyd edirdi. Əbu Səid Əhməd İbn Hüseyn əl-Bərdəyi 

Bağdadda 

fəaliyyət 

göstərmiş 

görkəmli 

Azərbaycan 

ilahiyyatçısı, 

hənəfiliyin 

və 


mötəzililiyin 

tanınmış 

nümayəndəsi,

37

 hüquqşünas idi. Bu şəxs Bərdə şəhərində anadan 



olmuş ilk təhsilini burada almış, sonralar həcc ziyarətinə çıxmış, 

bu  ziyarətdən sonra vətənə  qayıtmamışdı. O, Bağdadda 

qərarlaşmış, elmi, mənəvi 

axtarışlarını burada davam 

etdirmişdir. 

Dövrünün 

görkəmli 

ilahiyytçıları 

və 

hüquqşünaslarından  təhsil  almış  Əbu  Səid  əl-Bərdəyi sonralar 



sahib  olduğu  biliklərin  geniş  təbliği  və  tədrisi  ilə  məşğul 

olmuşdur. O, Bağdaddan  Məkkəyə  gedərkən  həcc  ziyarətinə 

gəlmiş  şəxslərlə  birlikdə 929-cu ildə  qərnatilər  tərəfindən  qətlə 

yetirilmişdir.

38

 Əbubəkr Əhməd ibn Harun əl-Bərdəyi əl-Bərdici 



(844-914)  öz  dövrünün  görkəmli  hədis  tədqiqatçılarından 

olmuşdur.  Bərdənin 14 fərsəxliyində  yerləşən  Bərdic  yaşayış 

məntəqəsində anadan olmuş bu şəxs sonralar Yaxın  Şərqin bir 

çox  ölkələrini  gəzmiş,  Nişapur,  Bağdad  və  Məkkə  şəhərində 

yaşamışdır. Əhməd Bərdici həmin dövrün tanınmış alimlərindən 

təhsil  almış, sonralar pedaqoji fəaliyyət  göstərmişdir.  Əhməd 

Bərdicinin  zəngin elmi yaradıcılığından  yalnız  «Əl-əsma  əl-

müfrədə» («Nadir adlar»)  kitabının  əlyazması  zəmanəmizədək 

gəlib  çatmışdır.

39

  Əsərdə  bəzi  peyğəmbər  əshabələri,  onların 



ardıcılları,  hədis  tədqiqatçıları, bu alimlərin  vətəni  və  həmin 

alimlər  haqqında  deyimlər  öz  əksini  tapmışdır.  Əbubəkr 

Məhəmməd ibn Abdulla əl-Bərdəyi (961-ci ildə vəfat etmişdir)

40

 



də  Bərdə  şəhərinin  yetirməsi idi. O, bir müddət  Bağdadda 

yaşamış, xaricilik və  mütəzililik  cərəyanlarının  görkəmli 

nümayəndəsi kimi tanınmışdır. Məhəmməd əl-Bərdəyi ilə 951-ci 

ildə  görüşmüş  İbn  ən-Nədim  «onu  xaricilərin  hüquqşünas 

alimlərindən biri kimi təqdim edərək hüquqa dair on altı əsərinin 

adını  çəkmişdir»

41

.  Yəqub ibn Musa əl-Ərdəbili (941-ci ildə 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə