Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə23/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

Məktub ucadan oxunanda Praskoviya Tarasovna öz-özünə
fikirləşdi: “Mən də dəli olmuşam, bayaqdan ağlıma gələni
deyirəm. Gör o necə yaxşı yazıb”. Və yazıçıya minnətdarlıqla
baxdı.
Axşama yaxın hər şey qurtardı. Məktubu və pulu Karl
Osipoviçə verib xahiş etdilər ki, sabah poçtla yola salsın.
Karl Osipoviç ev sahibləri ilə xudahafizləşib öz arabasına
əyləşdi. Stepan Martınoviçi yanına çağırıb onun qulağına dedi:
– Sizin pulunuz lazım olmadı. Daldabucaq qapandı.
Bu hadisədən bir ay sonra mənim xutordakı qəhrəmanlarım
Orenburqdan məktub alıb sevinirdilər.Vatya öz himayədarı İvan
Petroviç Kotlyarevskini təkrar edərək öz gündəliyini “Orenburq
milçəyi” adlandırmışdı. 
Rəhmətlik Kotlyarevskinin “Poltava milçəyi” əsl arı idi. Bu-
rada sadə, vicdanlı bir gəncin gündəlik həyatı nəql olunurdu.
Amma mənim xutor qəhrəmanlarım öz əziz Vatyalarının həftəlik
hesabatını oxuyanda əsl poetik həzz alırdılar. Elə bil Vatya
onların gözlərinin qabağında idi. 
“Orenburq milçəyi” müntəzəm olaraq hər həftə xutora uçub
gəlirdi. Qocalar müxtəlif məzmunda olan məktubların öldürücü
ictimai mahiyyətini bilmədən “Milçəyi” ( “Muxa”) böyük qürurla
oxuyurdular.
Mahiyyət bundan ibarət idi ki, Vatya artıq açıq şəkildə
mövcud cəmiyyətdən, Orenburqda hökm sürən susqun, darıx -
dırıcı, boz həyat tərzindən şikayətlənirdi. O yazırdı: 
“...Həyat o qədər maraqsız və darıxdırıcıdır ki, bəzən yaşam
tərzini dəyişdirmək üçün zindan həyatını arzulayırsan”.
O, Orenburqa yola düşəndə qərara almışdı ki, tibb elmləri
doktoru adını almaq üçün dissertasiya müdafiə edəcək, məşhur
cərrah olacaq. Lakin burada onu boz, havasız mühit sıxırdı,
bildiklərini də unutmağa başlamışdı. 
Bu mənəvi durğunluq onda il yarımdan çox davam etdi. 
Orenburq həyatını dəhşətli yuxu kimi təsvir edirdi. Düşü -
nürdü ki, Orenburqun iqlimini əsas gətirib yerinin dəyişdiril -
76
Taras Şevçenko


məsini xahiş etsin, lakin bu vaxta qədər burada iqlimdən şikayət
edən olmamışdı. Baxmayaraq ki, Orenburqda soğan və digər
bostan bitkiləri əmələ gəlmir, amma iqliminə söz ola bilməz...
Sonrakı məktublarında Vatya uzunmüddətli ezamiyyətə
göndərilməsindən, Orsk qalasında düşərgə salmasından, buradakı
taleyi kəm insanların darıxdırıcı məişətindən, onların fərqli və
ağır yaşayış tərzindən yazırdı. Məktublarının birində Uraldakı
qalanı təsvir edirdi.
“...Belə də qala olar? Qırğızlar onu hədər yerə Yaman-Qala
adlandırmayıb. Deyirlər ki, nə vaxtsa burada şəhər olub... Bu
yuxulu sakit mənzərəni ayaqlarına kündə vurulmuş kütlənin kor -
pus komandirinin gəlişi ilə əlaqədar yolu qaydaya salması pozdu.
Kazarmaya yaxın meydanda isə əsgərlər hərbi təlim keçirdi.
Onların yanından keçəndə biri tanış adam kimi gözümə dəydi,
hündür, qamətli... Təbiətin qəribə işləri var, qardaşım Zosyaya
çox oxşayırdı.
Bu oxşarlıq məni bütün gecəni rahat buraxmadı, səhərin
açılmasını səbirsizliklə gözləyirdim.
30 aprel. Mən bu gün başağrısıyla komendantın qəbuluna get-
dim. O məni bir həmkarımla tanış etdi. Qarşılıqlı salamlaşmadan
sonra kompliment olaraq bu günlərdə Həştərxandan qalaya
gətirilmiş bir bədbəxtə çox oxşadığımı dedi. Mən ondan soruş -
dum: “Niyə məhz bədbəxt?”. O mənə izah etdi...
Onlarla xudahafizləşib, batalyonun dəftərxanasına getdim.
Dəftərxanadakı mirzədən soruşdum ki, bu yaxınlarda batalyona
gə tirilənlər arasında Zosim Sokirina adlı əsgər varmı? Mirzə
cavab verdi:
– Var, – mənə baxaraq əlavə etdi, – Zosim Nikiforoviç.
– Ona verilən məhkəmə hökmünü oxuya bilərəm?
– Olar.
Və mən bunları oxudum:
“Hərbi məhkəmənin hökmünə əsasən müxtəlif qeyri-qanuni
və əxlaqsız hərəkətlərinə görə sıravi Zosim Sokirin Əlahiddə
Orenburq korpusuna uzunmüddətli xidmətə göndərilsin”. 
Mən mirzədən soruşdum:
77
Əkizlər


– Həmin sıravi əsgərlə görüşə bilərəmmi?
– Olar. Xahiş edirəm ardımca gəlin.
Və mirzə məni kazarmaya gətirdi.
Bütün kazarmalara xas olan dəhşətli mənzərəni təsvir etmək
istəmirəm. Allah xatirinə, bu məktubu anama oxumayın. O yazıq
bütün bunlara, bu ağır zərbəyə dözə bilməz. Zosya çirkli qalın
köynəkdə daşın üstündə, başını dizlərinin üstünə sallayıb
oturmuşdu. Flaksmanın mütəfəkkiri kimi ədəbsiz əsgər mahnıları
oxuyurdu. Məni görən kimi özünü itirdi və tez də özünü ələ alıb
dedi:
– Qardaşım Vatya, bu sənsən?
– Mənəm.
Bu da mənəm, – deyib qarşımda özünü dartdı.
Onun həqiqi biganəliyi məni titrətdi. Cavabı və hərəkətləri
qarşısında özümü itirmişdim. Uzun müddət ona heç bir söz deyə
bilmədim, o isə mənə acıq verirmiş kimi qarşımda özünü nüma -
yiş etdirirdi.
Nəhayət, fikrimi cəmləyib soruşdum:
– Sənə nəsə lazımdır? 
Vəziyyətini dəyişmədən dedi:
– Lazımdır!
– Nə lazımdır? 
– Pul!
– Mən sənə çoxlu pul təklif edə bilmərəm.
– Nə qədər bacarsan.
Mən ona yüz rubl verdim. O, pulu alıb əlavə etdi:
– Sağ ol, qardaş, biz bunu gözümüzə sürtərik.
Kazarmadan çıxanda ondan xahiş etdim ki, burda olduğum
müddət ərzində vaxt olanda görüşərik.
Olub ki, mən bəzən kədərli olmuşam, amma indiki kimi ağır
iztirab çəkdiyim olmamışdı. Mənə elə gəlirdi ki, Zosyanı yuxuda
görürəm. Doğrudan da, insanda bu cür kəskin dönüş necə əmələ
gələ bilər... Bir adamda bütün insani cəhətlər tamamilə ölə bilərmi?..
78
Taras Şevçenko


Otağa gələndən sonra pul kisəsinə baxdım. Orada bir onluq
da tapa bilməyəndə əmin oldum ki, bəli, bu, Zosyadır.
Ay Allah, o nə günə qalıb! Doğrudanmı, hər şey tərbiyədən
asılıdır? Yox! Qətiyyən, yox! Tərbiyə necə pis olursa olsun, onu
müəyyən qədər dəyişdirə bilər, lakin vəhşi heyvana çevirmək,
insanlığı bu cür məhv etmək gücündə ola bilməz.
Mənim bədbəxt Zosyamı bu rəzil vəziyyətə salan nə oldu?
Bu suala cavab tapa bilmədim. Cəmiyyət, mühit, yoxsa...”
Orsk qalasında olduğu sonrakı günlər barədə Vatyanın
gündəliyində maraqlı bir şey yox idi. Qardaşı onun yanına bir
dəfə əyyaş ədəbsiz zabitlə gəlmişdi. 
Əvvəlcə ondan 100, sonra 50, sonra 25, nəhayət, 10 rubl pul
istəmişdi. 10 rublu ona sabah, ayılandan sonra verəcəyini vəd
etdi. Onun yoldaşı and içirdi ki, Zosyanın dilinə bir damcı da
olsun içki dəyməyib...Zabitin sabahı gözləməyə hövsələsi çat -
madı, çəkinmədən Vatyadan pulu indi tələb etdi. Vatya ağıllı
hərəkət edərək ona pul verdi, yoxsa sərxoş vəhşi elə vəziyyətə
çata bilərdi ki, sonra məsələ polislə sonuclana bilərdi... Bu onun
Orsk qalasında qardaşıyla son görüşü oldu.
Orsk qalasından göndərdiyi son məktubda Vatya yazırdı ki,
bir müddət ondan “Milçək” gözləməsinlər. Gözlənilmədən
qərargahdan əmr alıb ki, Raim düzünə gedib N. adlı həkimi əvəz
etməlidir. 
Ola bilər, orada dörd il qalsın və bundan sonra o, xutora
“Raim milçəyi”ni yola salsın. Vatya yazırdı:
“...Mayın 12-də hərbi hissə, 3000 araba və 1000 dəvədən
ibarət karvanla Orsk qalasından çıxdı.
Birinci gün boş səhradan, arabaların, dəvələrin qaldırdığı toz
buludundan, başqırdların, dəvə karvanını çəkən yarıçılpaq
qırğızların səs-küyündən başqa, demək olar ki, heç nə görüb
eşitmədim. (Ola bilsin ki, vərdiş etməmişdim.) Səhər gün çıxanda
yola düşdük. Sakit, işıqlı və gözəl bir səhər idi. Mən qabaqda
Ural kazakları ilə gedirdim. Möcüzəli, eyni zamanda kədərli
79
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə