Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə2/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   2   3   4   5   6   7   8   9   ...   63

– Sənin ürəyin daşdandır nədir, bəyəm baxmaq olmazmı ki,
bilək o nəyə görə tərpənir? 
– Hə, çox istəyirsənsə, sən özün bax ...
– Bəs sən istəmirsən?
– Yox.
– Gəl belə edək, əvvəl sən bax, sonra mən baxaram.
– Yaxşı.
Bundan sonra o, bağlamaya yaxınlaşdı, ehtiyatla onu çevirdi
və nə görsə yaxşıdı... Dəhşət! Bu anda onun dili tutuldu, heç nə
deyə bilmədi, yalnız barmağını paltara tərəf uzadaraq heyrətdən
quruyub qalmışdı. Özünə gələndə ucadan qışqırdı:
– Prasko!.. 
Arvadı bükmələri açılmış bağlamaya, həmin boz rəngli pal-
tara tərəf özünü atdı. Onun əlləri göydən asılı qalmışdı. Bir müd -
dət bu cür tragikomik halətdə dayanandan sonra haray çəkdi:
– Ey müqəddəs əzabkeş İvan Voin, bu nə işdir bizim başımıza
gətirirsən?
Sonra Nikifor Fyodoroviçə tərəf dönüb dedi:
– Bax, yuxuda gördüyüm o iki balaca dana elə belə, boş şey
deyilmiş. Mən sənə deyirdim axı, hökmən nəsə olacaq.
– Ey rəhmli Allah, sənə min şükür! Axır ki, bu qoca yaşımız da
bizi mükafatlandırdın! – deyib xaç çəkdi, yenicə doğulmuş, hələ
dərisi qıpqırmızı olan boz paltara bükülü iki çağanı ehtiyatla qal dırdı. 
– Praskovie, onları tez evə apar, mən də gedib Pritulıxonun
ardınca şəhərə adam göndərim, qoy gəlib özü bildiyi kimi onları
müqəddəs suya salsın, ola bilər başqa şeylər də lazımdı.
– Ax!.. Hə, düz deyirsən, lazımdı! Bir bax, yazıqların
göbəkləri göy otla bağlanıb.
– Hə, yaxşı, onları tez apar! Mən də Klımı Pritulıxonun
ardınca göndərim, – deyə Nikifor Fyodoroviç bir qədər gərgin
hal da söyləndi və tapşırıq vermək üçün yollandı.
İndi sizə ondan danışım ki, uzun illər əmin-amanlıq içində
yaşayan, həmişə xoş güzəran keçirən bu iki xeyirxah qocanın
6
Taras Şevçenko


övladları yox idi. Yeruslan Lazareviç haqqında olan nağılda
deyil diyi kimi, “cavanlıqda lovğalanmaq, qocalıqda kömək,
öləndə ağlamaq üçün” bir kimsələri yox idi. Bu yazıqlar uzun
illər övlad həsrəti ilə cani-dildən, yorulmadan, gecə-gündüz Al-
laha dua edirdilər.
Nəhayət, ümidlərini üzüb, dua etməkdən usandılar.
Onlar artıq bu qərara gəlmişdilər ki, özgə bir uşaq götürüb
tərbiyə etsinlər. Daha nə etmək olardı? Görünür, Allahın məslə -
həti belədir.
Çoxlu köməksiz, baxımsız yetimlər var, xeyirxah insanlar on-
lardan seçib götürürlər, bunlara isə icazə vermirlər. Ona görə ki,
bunlar pandılar. Guya, panıçalardan xeyir gəlməz.
Hələ keçən yaz Nikifor Fyodoroviç Berezan deyilən yerə get -
mişdi. Eşitmişdi ki, orada bir bədbəxt dul qadın öləndən sonra
onun iki uşağı, biri qız, o biri oğlan yetim qalıb. O, çatana qədər
uşaqları dul və övladsız bir varlı tatar alverçisi götürmüşdü. Niki-
for Fyodoroviç evə əliboş qayıtmışdı.
Və budur, birdən Böyük Yaradan üzünü onlara tərəf tutaraq
xoş bir qocalıq bəxş edib. Onlar çərşənbə axşamını və gününü
böyük sevinclə qarşıladılar. 
Axşama yaxın sadiq dostları, Pereyaslava əczaçısı Karl Osi -
poviç Svar gəldi. Adəti üzrə Praskoviya Tarasovnanın əlini öpdü,
Nikifor Fyodoroviçi təbrik edərək tütünqabını çıxardıb iyləməyə
başladı. Tütünqabını ona xatirə olaraq Akkermandan, ya da Du-
bosaradan olan əczaçı dostu hədiyyə etmişdi. Karl Osipoviç
Şvarts tütünü iylədi, skamyada əyləşib, demək olar ki, rus dilində
sözə başladı:
– Bizim şəhərdə hər an yenilik baş verir. Bu gün Andrey
İvanoviçi Altada təsadüfən tapılan bir qadın meyidini yoxlamaq
üçün dəvət ediblər. Meyidi sizin xutorun yanında tapıblar. Siz bu
barədə heç nə esitməmisiniz? 
Belə bir sual verdikdən sonra o, yenə də tütünqabını açıb iki
barmağını ora soxdu. Ev sahibləri mənalı tərzdə bir-birinə baxa -
raq susub qalmışdılar. Karl Osipoviç sözünə davam etdi: 
7
Əkizlər


– Hə, mən hələ tələbə ikən Dorpatda o vaxtlar süvarilər
oradan çıxandan sonra üç, ya da dörd qadın meyidini polis idarə -
sindən bizim anatomiya sinfinə gətirirdilər. 
Polislər üçün fərqi yoxdur, onlar bilmirlər ki, bizim elmi işi -
mizdə kişi bədəni daha cox gərəklidir. Qadın meyidi o qədər də
münasib deyil. Onların cəsədində o qədər piy olur ki, orada ət
tapmaq çətindir. 
Onun sözünü Praskoviya Tarasovna kəsdi:
– Görün nə deyirəm, Karl Osipoviç, siz bizim uşaqların
kirvəsi olmağa razılıq verərsiz? Tanrı bizə iki uşaq bəxş edib. 
– Necə yəni? – deyə Karl Osipoviç təəccüblə soruşdu.
– Elə-belə, çox sadə. Dünən artırmanın yanında Allahın bəxs
etdiyi iki mələk tapmışıq. 
– Təəccüblüdür, – deyə Karl Osipoviç qışqırdı. Tütünqabını
çıxartmaq üçün yenə də əlini cibinə saldı.
– Mən Kulina Yefremovnadan bir daha xahiş edərəm ki,
sizinlə doğmalaşsın. O da almandır. 
– Yox, o, təmiz alman deyil, Mitavidəndir. Amma fərqi yox-
dur... Bu hadisə məni çox, lap çox sevindirdi.
Belə bir xoş təklifdən sevinən Karl Osipoviçin, həmişəki
kimi, gecəni öz sadiq dostları ilə keçirməyə hövsələsi çatmadı.
Onlarla tələsik xudahafizləşib, şəhərə getdi ki, baş verən hadi -
sədən Kulina Yefremovnanı xəbərdar etsin. Karl Osipoviçlə
ayrılanda qocalar bir müddət bir-birinə baxıb duruxdular. Sükutu
ilk olaraq Praskoviya Tarasovna pozdu:
– Nikifor, necə bilirsən, gələn şənbə günü xaç mərasimini
keçirə bilərik? Axı onların həqiqi anası olmalıdır. 
– Mən də elə fikirləşirəm, doğma anası da iştirak etməlidir.
Ancaq bir neçə şənbə gözləmək lazım gəlir. Allah bilir, bəlkə,
onların anası özünü öldürüb. Elə edək ki, günaha batmayaq.
– Yaxşı, gözləyək. Onsuz da yaşıl şənbəyə çox qalmayıb.
Zəhmət olmasa, bir məni dinlə, sabah müqəddəs gündür. Uşaq -
lara necə ad qoyaq, axı ikisi də oğlandır.
8
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə