Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə9/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

Belələri haqqında Nikifor Fyodoroviç özünəməxsus fikirlər
söyləyir. Bu təbiətdə olan insanları harasa yola salanda hökmən
dualar edib, onu kiməsə tapşırmalısan. Elə bil tale belə adamları
bir-birinə rast gətirəndə xarici görkəmlərinin kontrastını təyin
etmək istəyib. Hal-hazırda Nikifor Fyodoroviçin qarşısında
dayanan müəllimin əcaib uzun və arıq görkəmi, elə bu cür də
yöndəmsiz sümüklü qolları, dana dərisi rəngində olan sifəti,
üzündən qabarıb çıxan yekə burnu, sallaq qulaqları, şişkin alt
dodağı bu müxtəlifliyi tamamlayırdı. Nikifor Fyodoroviçin
təbiəti imkan vermirdi ki, ən kasıblardan biri olan bu insanı işlə
yükləsin.
Stepan Martınoviçin daxili dünyası xarici görünüşü ilə
ahəngdarlıq təşkil edirdi. Məsələn, bir dəfə imtahan zamanı pro-
fessor ondan soruşmuşdu: “Sən, Styopa,dərsdən yadında qalan
nə varsa de. Bu mənə kifayət edər”. Styopa da öz növbəsində
uzun müddət fikirləşib deyir: “Trubej ətrafında yanğının necə baş
verdiyi, sonra da alovun Andruşaya necə keçdiyi mənim
yadımdadır”. “Hə, yaxşı Styopa, elə bu da kifayətdir”.
O, bayram günlərində evə getmək üçün heç vaxt icazə
istəməzdi. Çünki yarımuçuq daxmalarında hansısa bir bayramı
qeyd etmək mümkün deyildi. Bu səbəbdən o, bayramları soyuq,
çirkli sinifdə keçirərdi. Elə olurdu ki, onunla birgə seminariyada
oxuyan bir neçə tələbə də qalardı. Bu yazıq tələbələr
valideynlərinə yazılı təbrikdən başqa heç nə göndərə bilmirdilər.
Yazdıqları məktublarda da imkan daxilində onlara kiçik bayram
payı göndərilməsini xahiş edərdilər. Misal üçün, Styopa və onun
qardaşlarının kasıb valideynlərinə yazdıqları məktubun birini ox-
uyaq.
TİTUL VƏRƏQİNDƏ
“Əziz valideynlərim. Bu məktubu sizə şimal şəhərindən,
həmişə Allahın nəzəri üstündə olan, Pereyaslavada yaşayan
oğlunuz yazır. Sizi qarşıdan gələn bayram münasibətilə təbrik
edirəm. Sizdən İsa Məsih xatirinə xahiş edirəm, əgər mümkünsə,
28
Taras Şevçenko


mənə darıdan bişirilmiş kömbə ilə bir tikə sala, imkan olsa, bir
qədər də şirniyyat və isti çəkmə göndərəsiniz”.
Məktubun bu yerində Styopa yenə də fikrə getdi, onun
hiyləgər dostu Luka Nesterovski natamam məktubu dartıb əlin -
dən aldı və digər din qardaşlarına oxudu. Bununla da aləm qarış -
dı. O vaxtdan Styopanı lağa qoyub onu “İsti çəkmələrdə yanğın”
adlandırırdılar. O da çəkinərək heç kimə bir söz demədən susub
onlardan uzaqlaşdı.
Styopanın daxili dünyası barəsində, yəni onun tərki-dünya
olması haqqında çox söz deyə bilərəm. Amma hələlik bu qədər
bəs edər.
Karl Osipoviç öz 
protejesini (tələbəsini) Nikifor Fyodoroviçə
təqdim edəndə evin kənizi Marina onu diqqətlə süzürdü. Styopanı
başdan-ayağa süzəndən sonra dirsəyini sakitcə Praskoviya
Tarasovnaya toxundurub pıçıltı ilə soruşdu:
– Bu, canlı adamdır?
– Canlıdır, – deyə Praskoviya Tarasovna otaqdan çıxdı. Ma-
rina da onun ardınca getdi.
– Karl Osipoviç, siz mənim xahişimi həddindən artıq yaxşı
yerinə yetirmisiz. Mən demişdim uşaqlara dərs demək üçün
müəllim gətirəsiniz. Demişdim ki, çox da dikbaş olmasın. Siz isə
mənə müqəvva təqdim edirsiniz.
– Nikifor Fyodoroviç, balaca uşaqlara əlifbanı öyrətmək üçün
bundan yaxşısı ola bilməz. Siz məndən avtomat kimi danışan
müəllim tələb edirsiniz. Mənə elə gəlir ki, beləsini heç yerdə tapa
bilməzsiniz. Sizin balacalar üçün bu, qızıl külçəsi sayılmalıdır.
– Qoy siz deyən olsun. Bu gün biz razılığa gələk, sabahdan
isə “ya Allah” deyib işə başlayarıq.
Karl Osipoviç soruşdu:
– Niyə bu gün olmasın?
– Acığınıza gəlməsin, ona görə ki, qozbeli qəbir düzəldər.
Sizinlə nə edəcəyimi bilmirəm. Alman kimi doğulmusunuz,
alman qalaraq da qəbir evinə gedəcəksiniz.
29
Əkizlər


– Bəs siz necə, qəbrə türk və ya fransız kimi gedəcəksiniz?
– Mənim məsələm başqadır. Allaha çox şükür ki, mən öz
evimdəyəm, siz isə Karl Osipoviç, uzaqda yaşayırsız. Unutmayın
ki, bu gün böyük bayram mərasimləri başlayır. Bayramın gəlişi
münasibətilə biz kilsəyə getməliyik.
– Hə, demək, siz Allaha dua etməyə gedirsiniz? Yaxşı işdir,
onda mən bu adamı aparıb sabah tezdən bura gətirərəm.
Razılaşma məsələsinə qalanda, biz artıq bu barədə danışmışıq.
Ayda bir manat pul və yeddi kilo darı verməlisiniz, hərfləri
öyrənib qurtarandan sonra xalat və nə isə əlavə bir şey, yaxşı olar
ki, bir cüt çəkmə verərsiniz. Razısız?
– Məmnuniyyətlə.
Və onlar ayrıldılar.
Ertəsi gün, yəni oktyabrın ikisində Styopa xutora tək gəldi.
Adəti üzrə dua oxuyub işə başladı. O vaxtdan başlayaraq havadan
asılı olmadan, istər yağış, istər qar yağmasına baxmayaraq,
pedaqoq bir xutordan digərinə işə salınmış maşın kimi
addımlayırdı. Uşaqların dərketmə qabiliyyəti yaxşı olduğundan
əlifbanı sürətlə öyrənirdilər. İşin yaxşı gedişatını görən Nikifor
Fyodoroviç daxilən özündə rahatlıq tapır və Karl Osipoviçin
haqlı qeydlərini qəbul etməyə başlayırdı. O, artıq ürəyində Karl
Osipoviçə onun təqdim etdiyi “maşına” görə minnətdarlığını
bildirirdi.
Qəribədir, Praskoviya Tarasovnanın, eləcə də Nikifor Fyo-
doroviçin sakitləşdirə bilmədiyi həmişə oynağan uşaqlar müəllim
həyətdə görünən zaman elə onun özü kimi sakit və hərəkətsiz
olurdular. Bütün dərs boyu sehrlənmiş adamlar kimi hərəkətsiz
əyləşib, necə deyərlər, burunlarının üstünə qonan milçəyi qov -
mağa da cəsarət etmirdilər. Onlar müəllimdən dərsə aid olmayan
heç bir söz eşitmirdilər. Mənə elə gəlir ki, onların sehrlənməsinə
səbəb də elə bu idi.
Dekabrın birinə qədər iki ay ərzində əlifbanın son hərfinə
qədər öyrəndilər. Şagirdlərinin son dərsini dinləyəndən sonra
30
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə