Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə5/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   2   3   4   5   6   7   8   9   ...   63

Skovoroda yazaraq xahiş etdi ki, musiqinin ilkin əsaslarını se-
vimli şagirdinə öyrətsin. Filosof ayrılmaz dostunun xahişini
gecikdirmədən fleyta və sobakosunu (musiqi üzrə kitab) götürüb
Pereyaslavaya gəldi.
Oğlana həzin musiqi ladlarını elə öyrətdi ki, artıq bir il
keçməmiş, ikilikdə müxtəlif dini nəğmələr və duetlər oxudular.
Onlar birlikdə mələklər günündə, şamdan sonra Qriqori Ata üçün
quslinin (çalğı aləti) müşayiətiylə Skovorodanın satirik nəğmə -
sini elə məharətlə ifa etdilər ki, qonaqlar heyrətdən donub qalmış -
dılar. Nəğmə belə başlayırdı:
Hər hansı bir şəhərə mənəviyyat və hüquq, 
Orada yaşayan əhalinin ağlına görə verilir.
Əgər müəlliminin əsl filosof səliqəsizliyi nəzərə alınmazsa,
doğrudan da, gənc Sokira musiqi sahəsində inanılmaz uğurlar
qazanırdı. 
Olurdu ki, mistik-filosof boz uzun əbasını geyər, başına
samandan düzəldilmiş çələng qoyar, fleytasını əlinə alıb hara
gəldi baş götürüb gedərdi. Sadiq dostu da, ondan ayrılmırdı. Pere -
yaslavadan otuz verst uzaqda olan Berezana gedəndə ilham
almaq xatirinə yolüstü Vıbla adlanan qədim, hündür qəbirlərə
daxil olub allahın yalnız ona bəxş etdiyi qüvvəni alar və bu ilahi
bəxşişi dostu Yakim Lukaşeviçlə bölüşmək üçün onun yanına
yollanardı. Dostunun yanında bir qədər qaldıqdan sonra o biri
dostlarının görüşünə gedər və bir aydan sonra onu Kiyevdə
görərdin. Dostu İvan Levando ilə qapının yanındakı skamyada
əyləşib insan ruhunun işıqlı səma ilə bağlılığı haqqında bədahətən
yazılmış dissertasiyanı oxuyaraq növbəti moizəyə hazırlaşardı.
Kiyevdə bir qədər yaşayandan sonra Staykada peyda olar,
oradan Traxtemirova yollanar, səhəri gün Pereyaslavada qərar
tutardı. Burada musiqi dərslərini deyəndən sonra bu dəfə Yaqo -
tindən tutmuş Poltavaya qədər yenə də dostlarını yoxlamaq üçün
səfərə çıxardı. 
Qreçko fikirləşirdi ki, gənc Sokiranın musiqi istedadı barədə
məktəb yoldaşı Bortyanskiyə məktub yazsın, lakin görünür, tale
başqa cür məsləhət bilib.
15
Əkizlər


Gənc Sokiranın on iki yaşı tamam olanda mənfur 1812-ci il
hadisələri onu haqladı.
Nəhayət, mənhus 1812-ci ildə bətnində böyütdüyü yırtıcı
əjdahanı bayıra püskürdü. Bütün çarlığı, müqəddəs ocaqları od-
alov bürüdü. Uşaqdan ahıla qədər hamı əlinə silah aldı ki, Moskva
yanğınını düşmən qanı ilə söndürsün. Bu həyəcanlı çağırış bizim
sakit Ukrayna sərhədlərinə qədər gəlib çatdı. Mənim doğma
vətənim, öz anam Ukrayna hərəkətə gəldi. Malorusiyanın fəda -
kar, gözüqanlı oğulları özünümüdafiə dəstələri yaratdılar. 
Mənim cavan dostum da özünü saxlaya bilmədi, dini kitabı
və quslini bir tərəfə atdı. Piryatina şəhərinə gəlib, Polkovnik
Sviçkonun piryatinski polkuna yazıldı.
Məsələni hərtərəfli öyrənib biləndən sonra Qreçko dostu
Nikolay Sviçkoya məktub yazıb xahiş etdi ki, bu qanlı hərbi
xidmət illərində onun şagirdini tək buraxmasın. Dostu Qreçko-
nun xahişini yerinə yetirərək ona ata qayğısı göstərdi. Polkovnik
Sviçko Sokiranı birinci dərəcəli vəzifəyə təyin etdi və polk Pir -
yatina şəhərindən çıxıb yürüşə başladı.
Polk Pereyaslava şəhərindən keçəndə Qriqori Ata başda ol-
maqla ruhanilər şəhər divarlarının yanında əsgərləri qarşılamağa
çıxdılar. Ata onları xaçla kölgələyib müqəddəs su çilədi. Öz
ciyərparəsinə çatanda qəhərdən boğazı tutuldu, gözləri yaşla
doldu. Bir anda özünü ələ alıb həzin səslə dedi:
– Allah sənin tərəfində olsun və səni qorusun!..
Qanlı hadisələr arzu olunan qələbə ilə sona yetdi, iti dişli
fransız vəhşisi öz mağarasına qədər qovuldu. Bizim rəşadətli or-
dunun əsgərləri öz kəndlərinə, xutorlarına qayıtdılar. Silahlarını
bir tərəfə qoyub kotanan, xışdan yapışdılar.
1815-ci ilin ortalarında Sokira yüzbaşı rütbəsində öz doğma
Pereyaslava şəhərinə qayıtdı. Bu zaman artıq onun xeyirxah,
ruhani və mənəvi atası Qriqori sağ deyildi. Sokira Qriqori atanın
vəfatından çox kədərlənmişdi. 
Yalnız bələdiyyə idarəsində adına yazılmış vəsiyyətnaməni
tapa bildi. Unudulmaz xeyirxah insan vəsiyyətnamədə yazaraq
16
Taras Şevçenko


bildirmişdi ki, qədim klassiklərin qiymətli nəşrlərindən, yəhudi -
lərin “Tövrat”ından, fransız ensiklopediyalarından və Konis -
skinin salnaməsinin əlyazmalarından ibarət kitabxananın bir
hissəsi Sokiraya verilir. 
Vəsiyyətnamənin birinci vərəqində böyük maarifçi öz əli ilə
bu sözləri yazmışdı:“Mənim gənc dostuma ilahiyyat və digər
elmlərin doktoru Qriqori Qreçkoya itaətli Q.Konisski xatirə
olaraq göndərir”.
Kitabxanadan başqa ona ən bahalı skripkasını, içəri hissə -
sində rəqs edən və fleytada çalan iki çoban şəkli çəkilmiş sevimli
quslisini vəsiyyət etmişdi.
Sokira əvvəlcə xeyirxah, unudulmaz müəlliminin müqəddəs
ruhunu və solmaz xatirəsini yad edərək dini mərasim təşkil etdi,
dualar oxudu. Qiymətli mirasları anası öləndən sonra artıq ona
boş görünən xutoruna gətirdi. 
O, baba yurdunda səliqə-sahman yaratmağa başladı. İşləri
qurtaran kimi əvvəlcə ruhaniləri dəvət edərək qəsrdə dini məra -
sim keçirdi, atasının, anasının, vəfat edən yaxın qohumlarının və
xeyriyyəçi Qriqori Atanın xatirəsini əziz tutaraq minlərlə adama
ehsan verdi, dualar oxutdurdu. 
Öz xutorunda tək qalandan bir qədər sonra həyat ona
darıxdırıcı gəldi. Bir neçə ay nə edəcəyini bilmədi. Yalnız gecə -
lərin birində müqəddəs deyim yadına düşdü: “Tək adam yaşaya
bilməz”.
Ertəsi gün atını yəhərləyib mindi və Sulimovkaya sürdü. Hələ
müharibəyə getməzdən əvvəl orada çox da varlı olmayan panın
bir qızı böyüyürdü. Ata-babadan gəlmə adətlərə məhəl qoymayıb,
qızın özüylə, ata-anasıyla danışdı. 
İsa peyğəmbərin mövludundan sonra nişanlandılar.
Bu cür tez-tələsik toydan sonra ailənin xoşbəxt yaşayacağına
güman yox idi. Amma şükürlər olsun ki, hər şey yaxşıdan da
yaxşı oldu. 
Birincisi, Sokiranın cavan arvadı gözəllər gözəli idi. Başqa -
sına yuxuda da belə arvad qismət olmaz.
17
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə