Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə4/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   2   3   4   5   6   7   8   9   ...   63

Tezliklə ehtiyatda olanları müntəzəm fəaliyyət göstərən his -
sə lərə cəlb etməyə başladılar. Başqaları kimi mayor Sokira da
xeyli müqavimət göstərdi və buna görə edam olundu. Zadəganlıq
hüququ onun azyaşlı oğluna keçdi. Beləliklə, Karpo Sokira nəs -
li nin davamçısının aqibəti faciə ilə sona çatdı.
Gənc Fyodor Sokira uşaqcanlı anasının, faciəli şəkildə ölən
atasının yeganə oğlu olduğundan varis kimi bütün var-dövlətə
sahib çıxdı. 
O, kilsə və mülki məktubları oxumağı, xoşavazlı kilsə mah -
nılarını çox yaxşı ifa etməyi bacarırdı. Bütün bunları ona gözəl-
göyçək anasının öyüd-nəsihətinə baxmayaraq, kilsənin xeyirxah
mirzəsi Stepan Perepelitsya öyrətmişdi. 
O vaxtlar, hətta zadəganlara oxumağı əmr etməsəydilər,
maariflənməyi əhəmiyyətli bir iş saymazdılar. Lakin gənc Fyodor
qeyri-şüuri olaraq təhsil almağın, oxumağın faydalı olduğunu
hiss etmişdi. Anasından təkidlə xahiş edirdi ki, onu Kiyevə aparıb
ruhani məktəbinə qoysun. 
Xeyli xahiş-minnətdən sonra anası daha tab gətirə bilməyib
qərara gəldi ki, onu Kiyev ruhani məktəbinə aparsın. Ruhani mək -
təbinə yerləşdirəndən sonra məktəbin, yaxud akademiyanın o
vaxtkı təlimatçısı, çox ciddi və dindar qoca Dionis Kuşka Atanın
nəzarətinə verdi. Onun nəzarəti altında olmasını ona görə məslə -
hət bildi ki, kimsə balaca uşağı pis yola, oğurluğa, quldurluğa
cəlb edə bilməsin. 
Sokira nəticədə məktəbdə və ya Podolski bazarında məşhur
İvan Levonda ilə, Qriqori Qreçkoyla, o zaman artıq filosof kimi
tanınan Qriqori Skovorodla dostluq etməyə başladı. Bunlardan
başqa onu məktəb həyatında heç kim cəlb etmirdi. O, yaxşı oxu -
yurdu. Təhsil məsələsi onunla qurtardı ki, günlərin bir günü
Kiyevə gələn Zaparojets cavanları dostları Yermol Kiçkanı
Mejiqor monastırına yola salırdılar. Ruhani qardaş üçün layiqli
yolasalma mərasimi təşkil etdilər. Podoladan aldıqları arağı
papaqlarına töküb təntənəli musiqi sədaları altında Mejiqoriyaya
12
Taras Şevçenko


yola düşdülər. Dostlar yol boyu gəlib gedənə, ötürməyə gələnlərə
qardaşlıq arağı süzür, mahnı oxuyur, dəstənin qabağında rəqs
edirdilər. Belə gözəl mənzərədən şövqə gələn yeniyetmə Fyodor
Sokira Bratski monastırının hündür hasarından aşaraq Zaparojets
qardaşlarına qoşuldu. (Mərasimlə əlaqədar darvaza bağlı idi.) Bu
hadisədən sonra onun sədası Böyük Zaparojets-Luqadan gəldi.
Daha sonra Zaparojets deputatları sırasında Qolovata ilə birgə
Böyük Yekaterinanın qəbulunda və general Tekeliyanın qeyri-
rəsmi ziyafətində görünür. Aşağı Zaparoji hərbi hissəni məğlub
etdikdən sonra kapitan rütbəsində və əslən zadəganlıq hüququ
alaraq Pereyaslava şəhərinə dönür.
Anasının yasını yola verəndən sonra öz doğma xutorunun
əhalisi ilə mehriban şəraitdə yaşamağa başladı və çox keçmədi
ki, evləndi.
Bu xoşbəxt günlərində özünün məktəb yoldaşı baş keşiş
Qriqori Qreçko ilə olan tanışlığını bərpa etdi. Onun vasitəsilə
artıq tanınmış moizəçi İvan Levando və həqiqi filosof Qriqori
Skovorodo ilə yenidən əlaqəni qura bildi. 
Elə bu vaxtlar idi, birinci arvadından olan oğlu Nikifor artıq
böyümüşdü. Atası oğlunun təhsili ilə bağlı mistik filosofla çox
götür-qoy eləsə də, arzusuna çatmayıb öldü, yeniyetmə oğlu isə
nə edəcəyini bilmirdi. Lakin bu xoş niyyət üçün yaxşı işlər
görmək lazım idi. Atasız qalan oğlunu bu qaranlıqdan, mənəviy -
yatı pozğun mühitdən xilas etmək lazım idi. Anası çox götür-qoy-
dan sonra oğlanı atasının yaxın dostu, xeyirxah və müdrik
maarifçi, Pereyaslava kilsəsinin baş keşişi Qriqori Qreçkonun
yanına göndərdi.
“İncil”də buyurulur ki, yaxın adam haqqında yaxşı söz deyə
bilmirsənsə, pis söz də demə, lakin çox təəssüf. Heç də həmişə
öz günah və böhtanlarımızı həyata keçirməkdən çəkinmirik. Mən
müqəddəs həqiqətin qarşısında aciz adamam, odur ki, gənc Soki -
ranın anası barədə bir neçə söz deməyi lazım bilirəm, ona görə
ki, bunu deməmək olmaz. 
13
Əkizlər


Yaxşı ad qazanmaq bizlərdə müqəddəs iş sayılır. Qadın üçün
bu, daha vacibdir. Bədbəxtlikdən Nikiforun anası belə olmadı.
Bütün Pereyaslava vilayətinə yayıldı ki, o, Fyodor Sokiranın atası
evindən qaçaraq xaricdə, yəni Dneprin o tayında, Traxtemirovda
ərə gedib. Təbii ki, onların birliyi adi maraqdan əmələ gəlmişdi
və hamıya məlumdur ki, bu cür evlənənlər nadir halda xoşbəxt
olur. 
Ola bilsin ki, deyilənlər qeybətsevənlərin ağız yaradıcılığıdır.
Necə olursa olsun, Qriqori ata onun bu hərəkətini pislədi və
oğlanı öz himayəsinə aldı.
Mənə görə, o, çox ağıllı və xeyirxah addım atıb, ona görə ki,
yeganə uşağı olan anaların tərbiyəsinə az inanıram.
Beləliklə, balaca Sokira yeddi yaşa çatanda, tutqun səhərlərin
birində Qriqori Ata dərsə başlamazdan əvvəl oğlan üçün dua
oxudu və əlifba kitabını onun qarşısında açdı. Oğlan heç bir
çətinlik çəkmədən bütün hərfləri oxuyanda Qriqori Ata bərk
təəccübləndi. “Yaxşı əlamətdir” – fikirləşib, az-ba və s. hərfləri
ona göstərdi. Uşaqdakı fərasəti və digər yaxşı xüsusi keyfiy -
yətləri təyin edəndən sonra slavyan dilindən başqa ona daha üç
dil; yəhudi, yunan və roma dillərini öyrətməyə başladı. Yəqin,
fikirləşirdi ki, ondan həkim, ya da, ən azı, filosof ola bilər. Müəl -
liminin fikirlərindən, böyük planlarından xəbərsiz olan yeniyet -
mə Nikifor sakitcə və həvəslə öz işindəydi. 
On yaşında o, Davidi, Homeri və Horatsionu çox rahat oxu -
yurdu. On bir yaşına çatanda müəllimini Yeni il münasibətilə
dörd dildə təbrik etdi və Kiyev metropoliti Serapionun şərəfinə
Kiyev ruhani akademiyasının yazdığı mədhiyyəni ona dörd dildə
oxudu. Müəllim hərarətlə şagirdini qucaqlayıb dedi: “Toxum
məhsuldar yerə düşüb”. Lakin bütün bunlara baxmayaraq, Soki -
ranı bütün elmlər üzrə filosof etmək arzusu çin olmadı. 
On beş yaşına çatanda o, müəllimindən musiqi təhsili almağa
başladı. Qriqori Ata bilirdi ki, insan ürəyinə daha güclü humanist
duyğular aşılamaq üçün musiqi lazımdır. Buna görə dostu filosof
14
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə