Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   2   3   4   5   6   7   8   9   ...   63

İkincisi, təzə adaxlının ürəyi, əxlaqı bulaq suyu kimi saf,
xasiyyəti ipək kimi həlim və sakit idi. Bir sözlə, Allah onun daxi -
lini də, xaricini də gözəl yaratmışdı.
Çatışmayan bir cəhəti vardı ki, desəm güləcəksiz. Keçən yay
bu yazıq qız Oqlave adlanan yerdə yaşayan varlı qohumlarıgildə
qalmışdı. Qohumlar Kiyevdəki pansionatdan yenicə qayıtmış -
dılar. Onlar çox savadlı idilər. Hə, bu məsələdə yazıq qızcığaz
özünü yaman itirdi. Onlardan öyrəndi ki, savad təkcə dua oxu-
maq üçün deyil, hər bir yaxşı tərbiyə görmüş xanımın savadlı
olması bir çox başqa işlərdə də gərəklidir. Xüsusilə yüksək təbə -
qələrdə kişiləri cəlb etmək üçün çox vacib şərtdir.
Hələ mahnıları demirəm, o böyük ruh yüksəkliyi ilə qəbul
olu nur. Necə “dərindən inildəyir”, “çoban qızı şəffaf sularda
çimir”, dəlisov çobanı görəndə necə də “Ax!...”qışqırıb bədənini
gizlət məyə çalışır, hətta “Oy Faliley, oy Faliley!” – deyə sevgi -
lisini səsləyir... 
Bax, bunları bilmək, oxumaq qızlara çox lazımdır. Bir də bu
cür savadlı barışnalardan niyə də öyrənməyəsən. Bunlar lap sehr -
baz dılar, hələ gitarada da çalırlar. Gənc xanımının bunlardan xə -
bər 
dar olduğu cavan ərin gözündən qaçmamışdı, bir qədər
fi kir ləşəndən sonra onun mahnılarına əhəmiyyət verməmək qə -
ra rına gəlmişdi. Oxuyub-oxuyub yorulacaq. Görəndə ki, onun
dəbdə olan mahnılarına qulaq asan yoxdur, o vaxt bu çatışmayan
cə hətini tərgidəcək. Hətta bəzən gün sakit keçəndə onun özü ar -
va dının mahnıları üçün darıxırdı. Elə olurdu ki, xahiş edirdi:
– Sənə nə olub, Parasko, bütün günü susmusan? Heç olmasa,
əcnəbi mahnılarından birini oxu.
– Özündən söz düzəltmə, hansıdı o mahnı? 
Nə bilim, oxuyursan eee , “çobanın qızı suda çimirdi”.
– Oxumaq istəmirəm, lazımdısa, sən özün oxu.
– Yaxşı, özüm oxuyaram.
Yavaş-yavaş quslini açmağa başladı, özünün həzin mahnı -
larını ən dərin, duyğulu hislə, valehedici tenor səslə oxuyurdu:
18
Taras Şevçenko


“... Gecəni keçirmək üçün Yunana getmə!...”
Mahnı qurtarandan sonra çox vaxt arvad onun ağuşuna düşüb
isti göz yaşlarını tökərdi. O isə arvadını öpərək deyərdi: “Əsl
dəbdə olan mahnı belə olar”. 
Beləliklə, o, yavaş-yavaş arvadını müasir maariflənmədən
uzaqlaşdırdı, varlı, təhsil almış qohumları və onların öyrətdikləri
dəbdə olan mahnılar unuduldu, sonralar heç yadına da düşmədi. 
Nəvaziş və zarafatla onu o vəziyyətə gətirib çıxartdı ki, artıq
arvadın özü “dəbdə olan” mahnılara acı-acı gülürdü. Çox fikir -
lə şəndən sonra ərinin milli paltarını böyük həvəslə əyninə geydi.
İlahi, bu doğma libasda o özünü necə də yaxşı hiss edirdi. Elə
yaxşı, elə rahat idi ki, hətta Rotşild kimi bank sahibi olsaydı belə,
heç vəchlə öz baronessa paltarını geyinməzdi.
Lakin, əfsus! Tale həyatda heç də hamıya Sokiraya bəxş et-
diyi sevincdən dadmağı qismət etməyib. O da allahın ona verdiyi
neməti yüksək qiymətləndirərək daima şükür edirdi.
Öz gözəl Paraskosundan həzz alaraq fiziki tələbatını da unut -
murdu, daha doğru desək, bir-birindən doymurdular...
Ata yurdunu qaydaya salandan sonra çox fikirləşib qərara
gəldi ki, əkin yerinin yarısını Sulimin kazaklarına icarəyə versin.
Xutorda kəndçi yox idi. Əslində, sevinirdi, yaxşı ki, yoxdur. O,
bu təbəqəyə millətin əsl filantropu (xeyriyyəçisi) kimi baxırdı.
Alta çayının sahillərini öz mal-qarası üçün saxladı ki, oranın şirəli
yulafını biçsin, xutora qədər sahilboyu uzanan cökə meşəliyində
ata-baba peşəsini – arıçılığı yenidən bərpa etsin. Bütün bunları
hə vəslə edirdi. Əslində, arıçılıq çox xeyirli işdir. 
O, ləngimədən Staroduba yazdı ki, yaza qədər ona bir arıçı
göndərsin. O vaxtlar indi məşhur olan Prokopoviç yox idi. Ehti -
yac məcbur edirdi ki, öz-özünə öyrənmiş arıçılara müraciət
edəsən.
Cökə meşəsinə qoyulan bir neçə arı pətəyi xoşbəxt, rahat ke -
çən beş il ərzində Yelendən olan köhnə təriqətçinin köməkliyi ilə
ar taraq beş minə çatdı. Allah ondan öz bərəkətini əsirgəmədi. İndi
19
Əkizlər


o, pan olmuşdu. Bütün gününü arı pətəklərinin arasında keçi rərək
özünü pisniyyətli adamlarla ünsiyyətdən təcrid etmişdi.
İnsanlığa layiq olmayan bütün xoşagəlməz əməllərdən uzaq
olmağı bacaran, güzəranını yalnız öz halal əməyi ilə yola verən
şəxs dünyanın olduqca xoşbəxt adamıdır. Nikifor Sokira məhz
belə xoşbəxt insan idi.
Nə vaxtsa alman torpaqlarında olanda o, almanların kənd
həyatı ilə maraqlanmışdı. Orada görüb-götürdüklərini öz xu-
torunda tətbiq edirdi. Hər yerdə alman təmizliyi, səliqə-sahmanı
yaratmışdı. Doğrudur, Sokira xutorunun görkəmi rəssam qardaşı -
mızı bir o qədər də razı salmadı.
Bütün slavyanlar arasında mənim qaraqaşlı gözəllərimin tayı-
bərabəri yoxdur və haqlı olaraq onları səliqəli ev xanımı kimi
tərifləyirlər. Lakin madam Sokirada bu xüsusiyyət həddindən
artıq idi. Gecə yuxuda görsəydi ki, döşəmə silinməyib, ya da
mətbəxdə nəsə qaydasında deyil, yuxusuna haram qatmaqdan
çəkinməzdi. Durub Marinanı oyadar, onu məcbur edərdi ki, döşə -
məni parıldayana qədər bir neçə dəfə silsin.
Karl Osipoviç hər yerdə deyirdi, əgər yer üzündə cənnət
varsa, o da Praskoviya Tarasovnanın evidir. Beləsi heç yerdə yox-
dur. Evdə olduğu kimi, arıxanada da səliqə-sahman hökm sürürdü. 
Vergilinin “Georgilər” əsəri Nikifor Fyodoroviçin əlinə elə
bil göydən düşmüşdü. Bütün günü qamışdan düzəltdiyi çardağın
altında uzanıb bu kitabı oxuyurdu. Bütün Pereyaslavada heç kəs
bilmirdi ki, qoca arıçı (sakit təbiəti və ləng yerişinə görə onu belə
adlandırırdılar) Vergilini, Homeri və Davidi orijinaldan oxuyur.
Nümunəvi və son dərəcə fövqəladə sadəlik! Mən özüm ən yaxın
dostu kimi tez-tez bir neçə günlüyə onun qonağı olurdum, lakin
Konisskinin salnaməsindən savayı onun evində, hətta Berdiçev
təqvimini də görmədim. Otağında palıddan düzəldilmiş şkafdan
başqa bir şey yox idi. Qəşəng, bahalı cilddə olan Konisskinin
salnaməsi daima açıq şəkildə stolun üstündə olurdu. 
Nikifor Fyodoroviç onu bir neçə dəfə oxumağa başlasa da,
20
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə