Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə7/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   2   3   4   5   6   7   8   9   10   ...   63

bir dəfə də olsun sona çata bilməmişdi. Yalnız bir səbəbə görə.
O, Polşa, İsveç müharibələrində Biron qardaşlarının əclaf hərə -
kətləri barəsində yazılanları da oxuyurdu, halbuki onlar Starodub
analarının qucağından südəmər körpələri alıb, itin cinsini
yaxşılaşdırmaq üçün təzəcə doğulmuş küçükləri əmizdirməyə
məcbur edirdilər. Elə ki, Qolştin polkovniki Krıjanovski haq -
qında yazıya çatırdı, tüpürüb kitabı hirslə örtür və yenə də
tüpürürdü.
Bir dəfə Qulak-Artemovskinin “Ukraina xəbərləri”ndə çap
etdirdiyi Horatsionun iki odası (dahiyanə parodiya!) kitabı ilə
onun yanına gəldim. “Parxoma qədər” odasını oxuyanda biz
Praskoviya Tarasovna ilə ürəkdən gülməyə başladıq. O isə
palıddan düzəldilmiş şkafı açdı, cildi it dərisindən olan kitabı
açdı, vərəqləyərək mızıldandı: “Baxıb görək, nə dərəcədə əsli ilə
doğrudur”. Mən yalnız bu zaman palıd şkafın içindəki latın,
ellinist (qədim yunan dili) və kebraist (qədim yəhudi dili)
dillərində olan qədim dünya ədəbiyyatı nümunələrini gördüm. 
O, əslini ucadan oxudu, kitabı örtüb yerinə qoydu. Otaqda
sakitcə var-gəl edərək oxuyurdu:
PARXOME, XOŞBƏXTLİYİNƏ ŞILLAQ ATMA...
– Afərin! Əla! Tamamilə eynidir! – deyə ucadan dilləndi. 
Mən əvvəllər də xarakterindəki gözəl xüsusiyyətlərə görə ona
böyük hörmət bəsləyirdim, indi isə onun sadə alicənablığı
qarşısında mat qalmışdım.
Sükutu Praskoviya Tarasovna pozdu:
– Niyə hamımız ağzımıza su alıb dayanmışıq? Nə qədər ki,
qaranlıq düşməyib gəlin şam edəyin.
– Əlbəttə, şam yeməyinin vaxtıdı, mən hazır.
Şam yeməyinin sonunda artıq Pereyaslavaya qaranlıq çök -
müşdü və səmada bədirlənmiş ay çox gözəl görünürdü. Üçümüz
də dinməzcə bu mənzərənin seyrinə dalmışdıq.
Bu gözəlliyi hərə öz daxilində yaşayırdı. Nikifor Fyodoroviç
məni özü ilə birlikdə arıxananın olduğu meşəlikdə gecələməyə
21
Əkizlər


dəvət etdi. Təbii ki, mən bu təklifi razılıqla qəbul etdim. Həyatım -
da belə əlamətdar gecə olmamışdı və çox güman ki, bir daha ol-
mayacaq. Biz onunla müxtəlif mövzularda uzun-uzadı söhbət
etdik və təsadüfən mənim ən yaralı yerim olan sarı simə, bizim
xalq mahnılarına toxundu.
Dünyada elə bir filologiya üzrə professor tapılmaz ki, xalq
mahnılarının təsiri və əhəmiyyəti barədə onun kimi dəyərli,
qiymətli mühazirə oxuya bilsin. Bizim ruhu oxşayan mahnı -
larımızın sözlərini və musiqisini necə dərin məhəbbətlə izah
edirdi. O deyirdi:
Bəli, bizim bu cür həzin, təsirli, sadə deyilişli mahnılarımız
önündə müasir dövrdə yaranan romanslar necə də əcaib səslənir.
Mənəviyyatsızlıqdan başqa bir şey deyil.
O, fövqəladə dərəcədə nəzakətlə, ədəblə rəhmətlik müəlli -
minin, Skovorodanın mahnılarına toxundu:
– O, bizim dövrün Diogeni idi, ancaq bəzi dolaşıq mahnılarını
yazmasaydı, daha yaxşı olardı. Onu yamsılayanlar da tapıldı. Elə
götürək knyaz Şaxovskini, yaxud Kotlyarevskini. Onların knyaz
Kurakinin şərəfinə yazdıqları odalar Skovorodun tör-tökün 
-
tülərindən ibarətdir. Yalnız fərq ondadır ki, mənim müəllimim əsl
filosof olaraq kimsəyə yaltaqlanmadı. 
O vaxtlar Kotlyarevskinin “Eneida”sı hələ çap olunmamışdı.
Mən xalq mahnılarının toplayıcısı kimi əvvəllər eşitmədiyim bir
çox mahnıları və variantlarını yazmışam. 
Onun bütün gözəl xüsusiyyətlərinin fövqündə dayanan yüksək
dərəcədə dindar olmasıdır. Ən çox oxuduğu “Əhdi-Cədid” kita -
bıdır. İncildə deyilən bütün müqəddəs həqiqətlərə ruhu, qəlbi və
varlığı ilə inanırdı. Hər bazar və bayram günlərində Blaqoveş -
şenski kilsəsinə arvadı ilə birlikdə gedib ibadət edirdi. 
Kilsənin gözəl, ahəngdar memarlıq işləri ilə yanaşı, ona semi -
nariyada oxuyan tələbələrin ifa etdikləri dini mahnılar daha çox
təsir edirdi. Lakin kilsəyə yeni ikona qoyulandan sonra binanın
memarlığında olan dəyişiklik xoşuna gəlmədiyi üçün ibadətə Us-
22
Taras Şevçenko


penski kilsəsinə getməyə başladı. Lakin kilsənin təmiri zamanı
qənaət naminə altı günbəzdən beşini ixtisara saldılar və o, ibadət
yerini yenə də dəyişməli oldu.
Bu dəfə Pokrov kilsəsini seçdi. Heç bir memarlıq üslubu ol-
mayan, kələ-kötür Pokrov kilsəsi lənətlənmiş İvan Mazepanın
dostu və silahdaşı, Pereyaslava polkovniki Miroviç tərəfindən,
I Pyotrun Azovu işğal etməsi münasibətilə tikilmişdi. Bu kilsədə
mühüm tarixi əhəmiyyət daşıyan şəkil və Matveyevin fırçası
saxlanılırdı. 
Şəkil iki hissəyə ayrılır: yuxarıda Müqəddəs Məryəm Ana,
aşağıda isə I Pyotrla I Yekaterinanın şəkilləri. Onların ətrafında
getman Mazepa və kilsənin kahini ilə yanaşı, tanınmış saray
əyanlarının şəkilləri çəkilmişdir.
İbadət ayinləri sona yetəndən sonra Nikifor Fyodoroviç şəklə
yaxınlaşaraq uzun müddət ondan həzz alırdı. Bəzən hər şeylə
maraqlanan Praskoviya Tarasovnaya şəkildəki adamlar haqqında,
xüsusilə Daniloviç və onun məğlub etdiyi Baturin barədə elə
əhatəli danışırdı ki, arvadı sadəlövhlüklə ondan soruşardı:
– Bəs nə üçün müqəddəslər onları müdafiə edir?..
Səadət piyaləsində mey dolub daşsa da, orada bir damla zəhər
üçün həmişə yer qalır. Sokiraların tam xoşbəxtliyi üçün nə
çatmırdı? Bəli, elədir! Həyatda ən gözəl nemət olan övlad...
İndi Allahın lütfü ilə onlara bir cüt mələk uçub gəlmişdi.
Hamı yığılıb Sokiraların sevincini bölüşürdü. Nikifor Fyodoroviç
çoxdan bəri əlinə alıb çalmadığı skripkanı dilləndirib oxuyurdu:
Kimin istəyi nədir, özü bilər,
Mənimki Paraskadır...
Yəqin ki, utandığından Praskoviya Tarasovna tüpürüb çıxdı,
Karl Osipoviç və Kulina Yefremovna heç bir söz demədən və
rahiblərə məhəl qoymadan bir-birinin əlindən tutub rəqs etməyə
başladılar.
23
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə