Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə15/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

mənim daha çox xoşuma gəldi. Oxuyanda barmaqları ilə çırtma
çalıb elə oynayır ki, adam ona valeh olur. Mənim Zosyamı çox
istəyirdi. Ayrılanda ağladı.
Biz Lubnadakı kilsədə olduq, müqəddəs Afanasini ziyarət
etdik. O elə bil canlı adam kimi şüşənin arxasında əyləşmişdi.
Bax, kilsə belə olar da. Bizim Blaqoveşşenski kilsəsinin bir
tayıdır. Praskoviya Tarasovnanın sözünü Nikifor Fyodoroviç
kəsdi:
– Ancaq bizim ikonalar asılan təzə divarla onu müqayisə
etmək olmaz.
– Daha orasını mən bilmirəm. Xorolda gecələdik. Ancaq eti-
raf edim ki, mən Xorolu görmədim. Stansiyaya çatana qədər
yatmışdım. Bir də Vişnyakaya çatanda oyanmışam. Vişnyaka
böyük kənddir. Ancaq miskin görünüşü var, baxanda adam qor -
xur. Deyirlər ki, oranın sahibi gününü əyyaşlıqla keçirir. Nə
istəyir onu da edir. Adını demişdilər, bilirdim. Ancaq indi unut -
mu şam. Nikifor Fyodoroviç, onun adı sizin yadınızdadır?
Nikifor Fyodoroviç dedi:
– N.Obolonski.
– Hə, hə, elədi. Amma çox yaxşı kilsələri var. Deyirlər,
hansısa general arvadı Plamençixa öz ərinin qəbri üstündə
tikdirib. Sonra Beloçerkovda gecələyib, səhəri gün paromla çayı
keçdik. Mən bərk qorxurdum: parom balaca, bizim arabamız isə
maşallah, böyük. Deyirlər Beloçerkov panları həddindən ziyadə
varlıdılar. Yalnız çömçə balığı yeyirlər. Pulla dolu dəmir sandıq -
larının üstündən durmayıb, elə oradaca yatırlar. Hətta deyirlər,
onlardan birinin dükanı, bahalı evi əşyaları ilə yananda sandığın
üstündən durmayıb ki, gəlib oğurlayarlar. Tfu!.. Rəzalətdir!..
Reşetilovkada ona qədər kilsə var. Orada, demək olar ki, yalnız
kazaklar yaşayır.
Poltavaya çatmazdan əvvəl karvansarada nahar etdik. Nikifor
Fyodoroviç yenicə uzanıb istirahət etmək istəyirdi ki, ora kilsə
müğənniləri gəldilər.
48
Taras Şevçenko


Stepan Martınoviç yerində qurcalandı.
– Karvansaraya daxil olan kimi onlardan biri ucadan bağırdı:
“Şinqarka, araq süz!” Mən qorxudan az qaldı ki, öləm. Ömrüm
boyu belə vahiməli səs eşitməmişdim. Nəhəng, pəzəvəngin
birisiydi. Saçları kirpinin tikanları kimi dimdik qalxmışdı...
Hə, Poltavada olanlardan qoy Nikifor Fyodoroviçin özü
danışsın.
Bəli, qeyri adi hadisə, arvad söhbətini yarıda kəsib, kişiyə
danışmağa imkan verir.
– Yaxşı, sona qədər nə olubsa danışacam. Elə bilirəm, Karl
Osipoviçlə Stepan Martınoviç axşamı bizimlə keçirməkdən imtina
etməzlər.
Hər iki dinləyici razılıq əlaməti olaraq başlarını tərpətdilər.
– Hə, – deyə Nikifor Fyodoroviç söhbətə başladı. – Allah
nəzərlərini uşaqların üzərindən əsirgəmədi. Düzünü deyim, mən
heç vaxt Poltavada olmamışam. Orada dostum-tanışım da yoxdu.
Eşitmişdim ki, gimnaziyanın müdiri bizim məşhur şairimiz Kotl-
yarevskidir. Onun mənzilinin yerini öyrənib, birbaş yanına getdim.
Təsəvvür edin, o elə bir evdə yaşayır ki, bizimkindən yüz dəfə
sadədir. Adicə komadır. İki xidmətçisi var. Qulluqçu Qapqa və
muzdur Kirik. Məni özü qarşıladı. Komasına apardı. Özü ilə yanaşı
əyləşdirib soruşdu ki, onunla nə işim var. Dedim mənə onun
köməyi lazımdır. O, gülümsəyərək soruşdu: “Sizin soyadınız
nədir?” Dedim: “Sokira”.
– Sokira, Sokira – o təkrar etdi. Sizin iki uşağınız var: Zosim
və Savvatıy.
Stepan Martınoviç elə bil iynənin üstündə oturmuşdu.
Kotlyarevski sözünə davam etdi: 
– “Siz istəyirsiniz ki, onların birini gimnaziyaya, o birini kadet
korpusuna yerləşdirəsiniz”. – “Elədir ki, var”, – mən dedim və
ondan bütün bunları haradan bildiyini soruşmağa cəsarət etmədim. 
– “Deyəsən, təəccübləndiniz ki, mən sizin uşaqlarınızın adını
haradan bilirəm”. – “Düzü, bir az təəccübləndim”.
49
Əkizlər


– “Qulaq asın, mən sizə əhvalatı danışaram”.
Stepan Martınoviç qorxudan titrəyirdi.
– “Bir dəfə mən öz həyətimdə gəzirdim”, – deyə Kotlyarevski
əhvalatı olduğu kimi danışmağa başladı. Bu zaman hündür boylu
bir qulluqçu həyətə girib dedi ki, Knyagina Refnina sizi çay
içməyə dəvət edir. Mən istədim ki, papağımı götürüb həyətdən
çıxam. Bu zaman o mənə dedi: “Mənə acığınız tutmasın. Sabah
səhər gələrsiniz. Öz adamlarınızı da gətirərsiniz”.
Stepan Martınoviç dərindən nəfəs aldı.
– “Doğrudan ha, mən hara tələsirəm, deyirlər, zaman
tələsdirir, tarix isə yazılır. Bəli, yenə də darvazanın yanında
gəzirdim, bir də gördüm mənə bir nəfər yaxınlaşır...”
Bu sözləri eşidəndə Stepan Martınoviç Nikifor Fyodoroviçin
ayaqlarına düşüb yalvarmağa başladı:
– Günahkar nökərinizi bağışlayın. Mən sizin müqəddəs
tapşırığınızı yerinə yetirməmişəm: evi yiyəsiz qoyub sizin
ardınızca Poltavaya qədər qaçmışam.
Nikifor Fyodoroviç məsələnin nə yerdə olduğunu bilib,
Stepan Martınoviçi qaldırdı və qucaqlayıb öpdü. Onu stula
əyləşdirib sakitləşdirəndən sonra hadisəni müdir ona necə
danışmışdısa, axıra qədər olduğu kimi söylədi.
– Ay Allah, mən günahkarını bağışla! Onun çəkmələrinin
bağını bağlamağa layiq deyiləm. Məndə necə cəsarət olub ki,
onunla yanaşı əyləşmişəm, yemək yemişəm, hətta ona iki şahı
pul da təklif etmişəm ki, mənim şagirdlərim barədə etdiyim
xahişi müdirə çatdırsın. Bağışla, bağışla məni, ay Allah! O cür
böyük insanla qardaşım kimi yanaşı əyləşmişəm! Aman Allah,
dəhşətdir! Sabah, elə günü sabah Poltavaya gedib onun
ayaqlarına yıxılacam, deyəcəm ki,...
Nikifor Fyodoroviç dedi:
– Sabah getməyin, yayda bir yerdə gedərik.
– Yox, yayı gözləyə bilmərəm. Üzr istəməsəm yaya qədər
ölərəm. Gör mən necə pis iş tutmuşam!
50
Taras Şevçenko


– Siz elə bir iş görmüsünüz ki, sayənizdə uşaqlar dövlət
hesabına təhsil alacaqlar: biri gimnaziyada, digəri korpusda. İvan
Petroviçin xoşuna elə gəlmisiniz ki, sizin xahişinizlə uşaqları
yerləşdirdi, hələ özünün “Eneida” kitabını imzası və avtoqrafla
sizə hədiyyə göndərib. Allah ona cansağlığı versin. Mənə də
“Eneida” kitabını bağışladı, özü də imzası ilə. Yaxşı olar ki,
gedək evə, burada artıq qaranlıqdır. Evdə kitabı sənə təqdim
edərəm, mənə verilən kitabı da göstərərəm.
Stepan Martınoviçin öz gözləri ilə kitaba yazılan sözləri –
“Möhtərəm S.M.Levitskiyə xatirə olaraq İ.Kotlyarevski” – oxu -
yanda necə sevindiyini təsvir etmirəm. O, hönkürərək yazılan
sözləri öpüb dedi: 
– Ay Allah, bu necə böyük insandır, mənim soyadımı da bilir!
Şam yeməyindən sonra Karl Osipoviç şəhərə yola düşdü.
Stepan Martınoviçdən başqa xutorda hamı yatmışdı. O, kitabı
götürüb Altanı keçərək özünün soyuq məktəbinə gəldi və çırağı
yandırdı. “Eneida”nı oxumağa başladı.
Nikifor Fyodoroviç onun yanına məktəbə gələndə günəş artıq
xeyli qalxmışdı. Çıraq yanır, Stepan Martınoviç isə oturub kitab
oxuyurdu. Nikifor Fyodoroviç məktəbə daxil olub dedi:
– Mənim dostum, hər vaxtın xeyir.
Stepan Martınoviç başını qaldırdı və gördü ki, səhər çoxdan
açılıb, çıraq hədər yerə yanır.
– Hər vaxtınız xeyir! Hər vaxtınız xeyir, Nikifor Fyodoroviç.
Mən bütün gecəni kitab oxumuşam. Qiymətsiz kitabdır! Vaxtınız
olanda arıxanada mən onu sizin üçün ucadan oxuyaram. Sehrli
kitabdır! Möcüzədir!
– Bəli, məhz sehrli kitabdır! Gör, nə demək istəyirəm, mənim
dostum. Bundan sonra biz nə edəcəyik? İndi siz də, mən də tək
qalmışıq, bekarıq! Sizin öyrətməyə şagirdiniz, mənim də imtahan
götürən müəllimim yoxdur. İndi biz nə edək?
– Heç mən özüm də bilmirəm, – deyə Stepan Martınoviç
kəkələdi.
51
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə