Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə18/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

Stepan Martınoviç öz yerinə qayıdanda məktəbi, həyət-bacanı
səliqə-sahmanlı gördü. Qardaşlar ağacları budayıb yeni bağ
salmış, ətrafına çəpər çəkmişdilər. Onlara təşəkkür edib hərəsinə
bir cüt isti çəkmə və gödəkcə tikdirmək üçün demikoton parça
verdi. Onlardan xahiş etdi ki, sabah arı pətəklərini xutordan bura
gətirsinlər. Növbəti gün tapşırıq yerinə yetirildi.
İndi o, təkcə cübbəli keşiş, otuz nəfərə yaxın şagirdin müəl -
limi deyil, həm də kifayət qədər böyük arıçı idi.
Günlər, aylar, illər hiss edilmədən keçirdi. Zosya və Vatya
Poltavada ruhən, fiziki cəhətdən inkişaf edir, böyüyürdülər. Niki-
for Fyodoroviçlə Praskoviya Tarasovna xutorda yavaş-yavaş
qocalırdılar. Bayram günlərində uşaqlarından təbrik məktubları
alırdılar. İndi onların yazdıqları məktubların məzmunu əvvəlki
tək sadə, sadəlövh deyildi. Bu məktublar yazan adamın xarak-
terinin formalaşdığını göstərirdi. 
Məsələn, Zosya kifayət qədər qısa, lakonik cümlələr işlədirdi.
Yazırdı ki, gimnaziyada oxuyanlar arasında o, ən kasıbı olsa da,
təhsildə birincidir. Vatyanın məktubları isə əhatəli idi. Uğurları
barədə qısa yazır, yoxsulluğu haqqında heç eyham da vurmurdu.
Xeyirxah himayədarı haqqında tam bir səhifə yazırdı.
Dördüncü ilin sonunda uşaqlardan belə bir məzmunda
məktub aldılar:
“Əziz valideynlər!
Mən buraxılış imtahanlarını əla verdim. Bütün fənlərdən
yaxşı bal topladım, cəbhə fənni üzrə birinci oldum. Məni
Peterburqdakı zadəgan polkuna göndərirlər. Buna görə də xahiş
edirəm nəzərə alınmayan xərclər üçün müəyyən qədər pul
göndərəsiz.
Sizin itaətkar oğlunuz Z.Sokirin”.
– Sokirin, Sokirin, pis əlamətdir, – Nikifor Fyodoroviç öz-
özünə dedi və ikinci məktubu açdı.
“Mənim mehriban, əziz valideynlərim!
Allah sizin dualarınızı qəbul etdi və mənim zəhmətimi qiy -
mət ləndirdi. Mən öz imtahanlarımı, demək olar ki, müvəf fəqiy -
59
Əkizlər


yətlə verdim. Mənim himayədarım da çox sevindi. O sizə və
ləyaqətli Stepan Martınoviçə salam göndərir. İmtahanları uğurla
verdiyimə görə mənə çox qiymətli mükafat təqdim etdilər. Rek-
torun özü Vergilinin latın dilində olan nəfis cildli “Enei da”sını
təqdim edərkən hamının qarşısında elan etdi ki, mən döv lət
hesabına universitetdə istədiyim fakültədə təhsil almağa layiq
görülmüşəm. Mən tibb fakültəsini seçdim. İndi sizin vali deyn
xeyir-duanızı və məsləhətinizi gözləyirəm. Hansı universiteti
məsləhət bilirsiniz, Xarkov, yoxsa yaxınlıqda olan Kiyev univer-
sitetini? Mən sonuncunu istəyərdim, çünki orada tibb sahəsi üzrə
yaxşı professorlar var. Həm də sizə – mənim sevimli və əziz vali-
dey nlərimə bir qədər yaxın olardım.
Sizin xeyir-duanızı və məsləhətinizi gözləyirəm. Sizin
mehriban valideyn əllərinizi öpürəm. Sizə daima sədaqətli olan
oğlunuz S.Sokira.
P.S. Mənim əvəzimə unudulmaz Stepan Martınoviçi öpün.
Dünən və bu gün bizim xeyirxahımız ayaq və bel ağrılarından
şikayətlənir, artıq üçüncü gündür ki, evdən çıxmır. Onun qiymətli
sağlamlığı üçün mənimlə birgə siz də dua edin”.
Məktubu oxuyub qurtarandan sonra Nikifor Fyodoroviç dedi: 
– Allah, sənə çox şükür, heç olmasa biri adama oxşadı!
– Özü də necə adam! – deyə Karl Osipoviç əlavə etdi. – Mən
sizi inandırıram, ondan doktor, magistr, professor, özü də məşhur
cərrah çıxacaq. Bir çox elmi cəmiyyətlərin üzvü olacaq. İnanın
ki, belə də olacaq. Ay səni gənc həkim! – deyə qışqırdı və kətili
döyəclədi...
Praskoviya Tarasovna Karl Osipoviçə müraciətlə:
– Siz fikirləşirsiz, Zosidən bir şey çıxmayacaq?
– Yox, Allah eləməsin, elə fikirləşmirəm! Ondan yaxşı zabit,
polkovnik, general, hətta feldmarşal ola bilər. Bu onun özündən
asılıdır.
Nə olub görmüşük, nə olacaqsa bundan sonra görərik, –
quru səslə Nikifor Fyodoroviç əlavə edib öz arıxanasına yollandı.
60
Taras Şevçenko


O, uzun müddət qeyri-müəyyən, kədərli fikirlərlə arıxananın
ətrafında gəzdi. Nəhayət, özünü ələ alıb sakitləşdi, hər şeyin
yaxşı olacağı ümidiylə Boqdan Xmelnitskinin “Olacağa çarə
yoxdur, yazıya da pozu” müdrik kəlamını təkrarlayaraq xutora
qayıtdı.
Növbəti gün o, İvan Petroviçə səmimi təşəkkür məktubu
yazdı. 25 rubl pul göndərib İvan Petroviçdən acizanə xahiş etdi
ki, onu uşaqlara versin.
Bir aydan sonra valideynlər Vatyanı xutorda, öz evlərində
qucaqlayıb öpəndə sevinclərinin həddi-hüdudu yox idi.
O, Kiyevə gedəndə yoldaşlarını dilə tutdu ki, bir günlüyə olsa
da xutorda qonaq qalsınlar. Onlar məmnuniyyətlə razılaşdılar.
Zosya Peterburqa Xarkov yolu ilə getdiyi üçün Pereyaslavaya
gələ bilmədi. Yalnız məktub yazmışdı. Karl Osipoviç məktubu
Nikifor Fyodoroviçə kənardan göstərəndə o, Praskoviya
Tarasovna üçün “Kapitan Kopeykin haqqında povest”i oxuyurdu.
Əlbəttə, Kopeykin haqqında hekayət yarımçıq qaldı. 
Nikifor Fyodoroviç məktubu ürəyində oxumağa başladı.
Oxu yub qurtaranda acıqla döşəmənin üstünə tullayıb dedi:
–Yalnız pul istəməyi bilir. Üç yüz rublu istəmək ona zarafat
gəlir.
Sakit bir yer tapıb əyləşdi, Karl Osipoviç də onun ardınca
çıxdı. Praskoviya Tarasovna ehtiyatla məktubu qaldırıb Vateyə
verdi ki, oxusun. Vate astadan oxumağa başladı.
“Mənim əvəzsiz valideynlərim!
Allahın köməyi ilə mən artıq qrinader polkunun zabitiyəm.
Özünüz bilirsiniz ki, qvardiya zabiti özünü necə saxlamalıdır.
Bura nə Poltava, nə də əldən düşmüş Pereyaslavadır. Xeyirxah
insanlar deyirlər ki, bura paytaxtdır. Buna görə də ilk günlər üçün
mənə ən azı 300 rubl lazımdır. Sizin oğlunuz Z.Sokirin”.
Vatya məktubu büküb Praskoviya Tarasovnaya verdi.
– Sən axıra qədər oxudunsa, ver mənə gizlədim.
– Mən hamısını oxudum.
61
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə