Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə16/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

– Gör, nə fikirləşmişəm. Məndən on, ya da iyirmi arı pətəyi
götür, elə burada, öz məktəbinin yanında təsərrüfat qur. Birlikdə
arıçılıqla məşğul olaq. Nə vaxt ki, Allah sənin işini avand edər, o
zaman mənim arılarımı qaytararsan. Bu müddət ərzində biz bir-
birimizə qonaq gedib-gələrik. Razısan?
– Siz deyən mənim üçün qanundur.
– İndi isə sizin təmənnasız və həqiqi xristian məhəbbəti ilə
bizim uşaqlara etdiyiniz xidmətə görə mənim və arvadımın
adından bu kiçik hədiyyəni qəbul edin.
O, tünd-qırmızı mahud parçanı təqdim edərək əlavə etdi:
– Mən dərzi Berkonun ardınca adam göndərmişəm. İndilərdə
gələr. Bu parçadan özünüzə pencək, ya da daha nəsə tikdirə
bilərsiniz.
Stepan Martınoviç parçanı əlində saxlayıb uzun müddət ona
baxdı. Özünü elə itirmişdi ki, deməyə söz tapmırdı.
– Bayramda sizin bizim evə ilk gəlişinizin altı ili tamam ola-
caq.
Stepan Martınoviç təşəkkür bildirən göz yaşları ilə bahalı
hədiyyəni qəbul etdi. Onlar məktəbdən çıxdılar.
Xutorda əlində düzbucaqlı arşın tutmuş dərzi Berko onları
qarşıladı. O, Stepan Martınoviçin ölçülərini götürəndə bir neçə
dəfə barmaqlarının ucunda dayanmalı oldu. Boyu o qədər də
uzun deyildi. Stepan Martınoviç ondan xeyli hündür idi. 
Ölçünü götürən kimi dərzi işə başladı. Dərzilərə öz evində bu
cür qiymətli parça vermək o qədər də təhlükəsiz deyil: ya ətəyi
qısa olacaq, ya da qolları. Praskoviya Tarasovna çıxdı ki,
pencəyin necə tikildiyinə baxsın. O da Stepan Martınoviçə, guya,
uşaqların Poltavadan göndərdiyi elə də ucuz olmayan hədiyyəsini
təqdim edərək dedi:
– Bax, Zosya bu qara zolaqlı parçanı, Vatya isə ipək parçanı
gödəkcə tikdirmək üçün sizə göndərib.
Stepan Martınoviç bu bahalı hədiyyələri qəbul edəndə özünü
saxlaya bilmədi. Ürəkdən hönkürdü və dedi:
52
Taras Şevçenko


– Mən nə etmişəm ki, bu cür hörmətə layiq görülmüşəm?..
Demək lazımdır ki, Stepan Martınoviç üç dialektdə sərbəst
danışırdı. Rus, şərait tələb edəndə malorus dillərində, patetik
vəziyyətlərdə kilsə şivəsində danışırdı.
O, təşəkkür bildirən göz yaşlarını axıdan zaman Praskoviya
Tarasovna otaqdan daha iki qalın kətan parçalarını gətirib dedi:
– Bundan özünüzə köynək tikdirərsiniz. Bu mənim hədiy -
yəmdir, yəqin ki, qəbul edərsiniz. Bizim Marina sizin üçün tikər.
Əvəzində mən ona birillik donuz balası verərəm. 
Stepan Martınoviç sevincin ən yüksək zirvəsində idi. O, əlləri
ilə üzünü örtüb həyətə qaçdı. Girəcəkdəki artırmada əyləşib ba -
laca uşaq kimi hönkürdü. Nikifor Fyodoroviç otaqdan çıxıb onun
əlindən tutaraq dedi:
– Biz fikirləşirdik ki, sənə yaxşılıq edirik, sən isə ağlayırsan.
Stepan Martınoviç, biz qocalardan incimə!
– Mən sevincdən ağlayıram.
– Elə isə gəl, arıxanaya gedək. Orada mənim taxtımda uzanıb,
nə qədər istəsən ağlayarsan.
Stepan Martınoviç ayağa qalxdı, dinməzcə Nikifor Fyodoro -
viçin ardınca getdi. Arıxanaya çatanda Nikifor Fyodoroviç
cibindən tabaşir çıxarıb yeşiklərin üstünə “L” yazaraq dedi:
“Allah sizin yeni işinizə xeyir versin” və əlavə olaraq yeşikləri
göstərdi:
– Stepan Martınoviç, öz mülkiyyətinizi qəbul edin.
– Heç olmasa ikisini verin. Sizin xeyirxahlığınız məni həlak
edəcək.
Onlar cökə ağacının altında əyləşdilər. Nikifor Fyodoroviç
arıçılıq haqqında mühazirəsini söyləyib sonda dedi:
– Allah yer üzündə arıçılıqla məşğul olanları çox gərəkli insan
hesab edir. Bu arı ki, var ha, zəhmətsevər canlıdır. Allah da
zəhməti qiymətləndirənləri sevir. Bu cür dinc əmək sizi pis
xilqətli adamlardan qoruyar və insanı alçaldan yoxsulluqdan xilas
edər. Mən uzunmüddətli təcrübəmə və müşahidələrimə əsasla -
53
Əkizlər


naraq bu qənaətə gəlmişəm ki, arı mədəni, mülayim xasiyyətli
insanları sevir.
Stepan Martınoviç ehtiramla Nikifor Fyodoroviçin dedik ləri -
nə qulaq asırdı. Nikifor Fyodoroviç deyirdi:
– Builki yay sona çatmaq üzrədir, inşallah sentyabr başla -
yacaq. Hələlik arıların çoxalması məsələsi ilə məşğul olma ğa
dəyməz. Siz indidən pətəklərin yerini müəyyənləşdirin. Ətra fına
cökə ağacları əkin. Arıları qışlaqda yerləşdirəndən sonra iki-üç
həftəliyə Baturinə gedəcəm. Bizim məşhur arıçı Prokopoviç
orada yaşayır. Ondan gərəkli məsləhətlər alıb geri qayıdacam.
Fikrim budur ki, bundan sonra yalnız arıçılıqla məşğul olum.
Bu səmərəli söhbətdən iki-üç gün sonra Stepan Martınoviç
səhər tezdən “Eneida” kitabı əlində, dərin fikirlər içində öz
məktəbinin yanında var-gəl edirdi. O, kitabdan ayrılmırdı. Uzun
çəkən götür-qoydan sonra xutora getdi. Gördü ki, Nikifor Fyo-
doroviç də əlində “Eneida”nı tutub fikirli halda həyətdə gəzir.
Salamlaşandan sonra dedi:
– Bilirsiniz nə fikirdəyəm?
Bilmirəm, de görüm.
– İstəyirəm bəzi ruhanilər kimi məktəb açım. Uşaqları yığıb
onlara savad öyrədim.
– Sizin fikrinizi bəyənirəm, imkanım qədər kömək göstərərəm.
Bir qədər susub əlavə etdi:
– Ancaq arıçılıqdan əl çəkməyin.
– Əlbəttə, arıçılığın öz yeri, məktəbin də öz yeri...
Bu cür ürəyəyatan razılıq alandan sonra həmən gündən
başlayaraq məktəbdə, onun ətrafında səliqə-sahman işlərinə
başladı. Qonşular bu qərara gəldilər ki, onların müəllim qonşusu
artıq evlənməyə hazırlaşır.
Bayramdan sonra müəllimin üç həftədən çox bir müddətdə
həyət-bacada görünməməsi onları lap təəccübləndirmişdi.
Gözlənilmədən, birdən-birə yeddi, on yaşlarında dörd oğlan
uşağının məktəbin həyətində görünməsi qonşular üçün mübhəm,
54
Taras Şevçenko


sirli məsələyə çevrildi. Əslində, məsələ çox sadə idi. Stepan Mar -
tın oviç Qlemyazovda evlərdə olub, oradan dörd uşaq götürüb
savad öyrətmək üçün özüylə gətirmişdi. Bununla da məktəbdə
təhsilin əsası qoyulmuş oldu.
Stepanın müəllimlik məharətinin sorağı artıq Pereyaslavada və
onun hüdudlarından kənarda şöhrət tapmışdı. (Əlbəttə, bu işdə Karl
Osipoviçin iştirakı az deyildi.) Eyni zamanda Sokiranın uşaqlarının
gimnaziyaya və korpusa qəbul olunması bu fikri daha da
möhkəmlətmişdi. Belə münbit şəraitdə Filipp bayramına qədər
məktəb uşaqlarla doldu. Artıq yaxınlıqda olan xutorlardan mək -
təbə müxtəlif təbəqədən olan uşaqların axını başlamışdı. Stepan
Martınoviçin fəaliyyət göstərməsi üçün geniş imkanlar yaran mışdı.
Nikoldan sonra Nikifor Fyodoroviç tezliklə Baturindən,
Prokopoviçin yanından qayıtdı. Məktəbin divarlarının gillə ağar -
dıldığını, dərs otaqlarının qaydaya salındığını, ətrafda az vaxt ər -
zində böyük işlərin aparıldığını görəndə təəccübləndi və çox
se vindi. Həyət kol-kosdan təmizlənmiş, meyvə və cökə ağacları
sırayla əkilmişdi. Bu işlərin böyük hissəsini valideynlər, xüsusilə
Naum və Berezan kazakları görmüşdülər.
Qış gəlmişdi, hər tərəf qarla örtülmüşdü. Stepan Martınoviçin
məktəbində isə dərslər ara vermirdi. Şagirdlər həvəslə oxuyur-
dular. Stepan hər gün işlərini qurtarandan sonra xutora gedib öz
xe yirxahlarını yoxlayırdı. Sokiraların evində onun hər gəlişi sevinclə
qarşılanırdı. Praskoviya Tarasovna onu əziz adamı kimi qəbul
edirdi. Xutorda uzun qış gecələrini, demək olar ki, şeir, mahnı
oxumaqla keçirirdilər.
Bayram günləri yaxınlaşırdı. Stepan Martınoviç artıq şagird -
lərini evə buraxmağa başlamışdı. Praskoviya Tarasovna bayram
hazırlığı görürdü...
Belə qış gecələrinin birində Karl Osipoviç xutora gəldi. Özü
ilə Poltavadan göndərilmiş məktublar gətirmişdi. Məktublar
uşaqlardan və sizcə, daha kimdən ola bilərdi? Əlbəttə, İ.P. Kot l -
yarevskidən. Praskoviya Tarasovna eşidəndə ki, Poltavadan mə -
ktub gəlib, əlindəki işi atıb cəld otaqdan çıxdı:
55
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə