Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə24/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

mənzərə keçirdiyim daxili hislərimə uyğun idi. Çöllükdə ceyran -
o tundan başqa nə ot, nə bir ağac görünürdü. Günəş qalxdıqca
səhra elə bil canlanırdı. Bir neçə dəqiqədən sonra üfüqdə ağ,
gümüşü dalğalar göründü. Ucu-bucağı görünməyən səhranı
nəhayətsiz okean-dəniz əvəzlədi. Dənizdəki nöqtələr getdikcə
böyüdü və yelkənli gəmilərə çevrildi. Lakin bu gözəllik uzun
çəkmədi. Yarım saatdan sonra səhra yenə də öz cansıxıcı, yek -
nəsəq görkəmini aldı. Üfüqün arxasından ağ buludlar göründü.
Mən buna çox sevindim. Kazaklardan biri söyləndi:
– Görürsən, bu it uşağı nə edir!
– Nə olub, Diy Stepanıç? – o biri kazak soruşdu. 
Məgər korsan, görmürsən? Çöl yanır!
– Doğrudan ha, yanır! Ax, köpək uşağı!
Mən diqqətlə baxmağa başladım, doğrudan da, üfüqdə
görünən duman yerindən ağ tüstü topası qalxdı və tez də havada
yox oldu. Günortaya yaxın yüngül külək əsdi, mən tüstü iyi duy-
dum. Tezliklə Orinin gümüş zolağı açıldı, qarşıdakı körfəzdən
sərin meh üzümə vurdu. Rahat nəfəs almağa başladım. Dəstə
körfəzin ətrafına yayılana qədər mən artıq çimib çıxmışdım.
Gecə əsrarəngiz, təsviredilməz mənzərə yaranmışdı. Uzanıb
səmanı seyr etməyə başladım və bizim hörmətli rəssamımız
Pavlovu xatırlayıb yuxuya getdim. Yəqin ki, bu cür hislərlə yatdı -
ğıma görə yuxuda Martenin “Sodom və Homorr” əsərini gördüm.
Məni yuxudan dəstənin çaparı oyatdı. Karvan artıq yola düşməyə
hazır idi...”
Səbirli, inadkar və sevimli oxucularımı tam yormamaq məq -
sədilə mən qısaca olaraq qəhrəmanımın gündəliyinə əsasən onun
keçdiyi yolun yalnız xəritəsinin təsviri ilə kifayətlənəcəm.
“... Biz qarsalanmış çöllə xeyli getdik. Or vilayəti sağ əldə
qaldı, səhra əvvəlki darıxdırıcı görkəmini aldı. Yolun yarısında
gördüm ki, adamlar karvandan ayrılmağa başladılar. Kimisi atla,
kimisi piyada eyni istiqamətə yönəldilər. Mənimlə yanaşı gedən
başı çalmalı başqırddan bunun səbəbini soruşdum. O, uzaqda
80
Taras Şevçenko


görünən qara nöqtəni qamçısıyla göstərib dedi: “Mana aulya aqaç”.
(O, müqəddəs ağacdır.) Bu söz məni təəccübləndirdi. Necə? Bu
ölü çöldə ağac?
Mən atımı o tərəfə çapdım. Doğrudan da, yamyaşıl qədim
qovaq ağacı idi. Ətrafında xeyli adam vardı. İnanclı adamlar
ağacın budaqlarına müxtəlif rəngli parçalar, qırmızı lentlər, at
yalının rənglənmiş tüklərini və ən qiymətli qurban sayılan vəhşi
çöl pişiyinin dərisini bağlamışdılar. Ağacı son tərk edən mən
oldum. Ayrılanda atı saxlayıb bir neçə dəfə geri baxdım.
Gördüyüm möcüzəyə inana bilmirdim.
Biz Qarabutaq çayının yanında tikilən istehkamda dayandıq.
Keşiş tikilən qalaçaya xeyir-dua verdi. Tikintidə işləyənlərdən
biri məni və daha bir neçə nəfəri öz alaçığına nahara dəvət etdi.
Burada, Orenburqda o mənim yeganə tanış olduğum adam idi.
Xeyli səmimi söhbətdən sonra ondan ayrıldım. Gedəndə mənə
yol üçün bu səhrada ən qiymətli hədiyyə olan bir butulka as-
traqon və iki limon verdi. Bu hədiyyənin qiymətini Qara-Qumda
bildim. Qarabutaqdan İrgizə (İrtışa) qədər daha iki çox da böyük
olmayan çay keçdik – Yaman-Qayroklu və Yaxşı Qayroklu. Sağ
əldə olan dağların yamacında, İrgiz çayının sahilində, Batır
Dustanın məzarı yaxınlığında dayandıq. 
Bu o yer idi ki, dünən bizdən qabaqda gedən dəstəyə Xvin t -
lərin quldur dəstəsi hücum edərək bir neçə nəfəri öldürmüş, bir
neçəsini də əsir götürmüşdülər. Mən burada ilk dəfəydi başı kəsil -
miş və təhqir edilmiş cəsədlər görürdüm. Karvanın rəisi göstəriş
verdi ki, meyitləri torpağa basdırsınlar. Keşiş məzarların üstündə
dua oxudu.
Daha bir keçiddən sonra biz artıq Ural istehkamına çatmışdıq. 
On beş verst uzanan və cansıxıcı təəssürat yaradan səddi
görəndə bizim sorğumuza cavab olaraq başçı dedi: “Bura İrgiz-
Qaladır”. (“İrtış Qala”)
Biz Ural səddini keçəndən sonra iki dəfə gölün kənarında
dayandıq, üçüncü gecəni isə Calovlu çayında keçirtdik. Bu palçıqlı
81
Əkizlər


çaydan sonra dəhşətli Qara-Qum başlayır. Hələ səhərə xeyli
vardı. Karvan rəisi əmr etdi ki, günortaya qədər aşırımı keçmək
üçün indi yola düşmək lazımdır.
Üç sutka şineli əynimizdən çıxarmadıq. Qara-Qum səhra -
sında qəflətən külək dayanmağa başladı və günortaya yaxın
tamam kəsdi. Quyulara çatmağa hələ on verst qalmışdı. Bu on
verst mənə yüz verst kimi görünürdü. Dözülməz isti başlamışdı.
Həyatımda bu cür dəhşətli yanğı hiss etməmiş və bugünkü kimi
iyrənc su içməmişdim. Quyuları təmizləmək üçün əvvəlcədən
göndərilən dəstə onları tapa bilməmişdi. Biz əlacsız qalıb bu şor,
acı, turş, çirkli suyu içməliydik. Bu zaman mən Qarabutaqda dos-
tumun verdiyi hədiyyəni xatırladım. Limonun köməkliyi ilə bir
stəkan çay içə bildim...
Aşırımı keçəndən sonra cənub tərəfdəki üfüqdə çətinliklə
sezilən göy xətt göründü. O, Aral dənizi idi. Yorğun, əzgin karvan
dənizin havasını hiss edib birdən-birə cana gəldi. Ertəsi gün biz
Aral dənizindəki körfəzdə – Sarı Çaqanaqda çimirdik. 
Daha bir gün duzlu gölün sahili ilə gedib saksaul kolları ilə
örtülmüş düzənliyə çıxdıq. Sırdəryadakı Qamışlı Başıya çatana
qədər yolu gecələr getdik, çünki gündüzlər temperatur kölgədə
40 dərəcəni keçirdi. Günəş çıxanda biz Raim istehkamına
yaxınlaşırdıq. Uzaqdan İrgiz Qala kimi Raim istehkamı da
cansıxıcı görünürdü. Düz, üfüqi xətt üzrə güclə görünən uzun,
üstü qamışla örtülmüş kazarma uzanırdı. Raim deyilən yer yalnız
bundan ibarət idi. 
Demək olar ki, bütün qarnizon bizi qarşılamağa çıxmışdı.
Hamının bənizi dustaqlar kimi solğun, fərəhsiz idi. Mən dəhşətə
gəldim. Bir zabitdən soruşdum:
– Sizdə hansısa şiddətli epidemiya olub?
– Allaha şükür, hər şey yaxşıdır, – deyə cavab verdi.
İstehkama yaxınlaşdıqca geniş, göy rəngdə olan qamış zolağı
açılırdı. Qalın yaşıllığın bəzi yerlərindən gümüşü Sırdərya
boylanırdı.
82
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə