Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə63/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   55   56   57   58   59   60   61   62   63

hətta savadlıdır. Necə deyərlər, naz etməkdən əsər-əlamət yoxdur.
Mən öz müşahidəmdən xəcalət çəkdim ki, belə gözələ qarşı
şübhə ilə yanaşmışam. Bundan sonra onun adi pərəstişkarı deyil,
xeyirxah, səmimi dostuna çevrildim. Bilmirəm niyə, amma mən
də onun xoşuna gəlmişdim və biz dostlaşdıq. Özümün açıqqəlbli
olmağımla fəxr etmirəm. Mənim kimi yaşlı adamın gözəllik
qarşısında heyranlığı adicə maraqdan başqa bir şey deyil. Az
qalmışdı ki, vodevildə qoca axmağın rolunu oynayım. Məni adi
bir təsadüf xilas etdi.
Bir dəfə səhər tezdən öz doğma adamları kimi qəbul edildim.
Belə ki, onlar məni səhər çayına tez-tez dəvət edirdilər. O səhər
gördüm ki, arxa tərəfdən onun qısa saçlarına uzun saç əlavə olu -
nub. Gördüklərim heç xoşuma gəlmədi. Əvvəl fikirləşdim ki, bu,
arxa tərəfdən burulmuş təbii saç ola bilər. Amma yox. Məhz bu
təsadüf öz sevgimi ona bildirməkdən məni çəkindirdi. Və yenə
də əvvəlki kimi xeyirxah dost kimi qaldım. Demək olar ki, hər
gün ədəbiyyat, musiqi və incəsənətin digər sahələrindən bu təhsil
görmüş qadınla etdiyim söhbətlərdən sonra vicdanım yol verməz -
di ki, onun barəsində qeybətə yol verim.
Bir ildən sonra bütün bu danışıqlardan nəticə çıxarıb gördüm
ki, bu qadın gözəllik və incəsənət barəsində laqeyd halda danışır.
Bu mənim inamımda bir az tərəddüd yaratdı. Dünyada alman və
rus dillərində yazılan elə bir kitab yoxdur ki, oxumasın. Ancaq
birini də yadında saxlamayıb. Mən bunun səbəbini soruşdum. O
bunu belə əsaslandırdı ki, hələ qız olan vaxtında elə bir qadın
xəstəliyi keçirib ki, yaddaşı tamam korlanıb. Mən də buna sadə -
löh vlüklə inandım. Amma görürəm ki, qız vaxtı oxuduğu lazı m -
sız şeirləri indi də əzbərdən deyir. Bundan sonra vicdanım yol
vermədi ki, onunla ədəbiyyat haqqında danışım. Tezliklə öyrən -
dim ki, onların evində heç bircə kitab da yoxdur.
Qış gecələrində o, adamlar yığılanda kart oynayırdı. Amma
bu zaman da könülsüz oynayırdı və tez-tez baş ağrısından şika -
yət lənirdi. Əgər kart oynayanlar ərinin başına yığışırdısa, o, heç
nə olmamış kimi masanın yanında əyləşib kartlara baxırdı. Elə
204
Taras Şevçenko


bil öz kartı idi. Bu yaxşı məşğuliyyət gecə keçənədək davam edir -
di. Mən isə belə ruhsuz səhnələr yarananda o saat küçəyə çıxır -
dım. Cavan, gözəl qadının bu cür hissiyyatsız işlə məşğul
ol ması na baxmaq məndə həqarət hissi oyadırdı.
Bundan sonra mən onun barəsində başqa fikirdə oldum. Daha
dəqiq desəm, o mənim üçün əsl imtiyazlı gözələ çevrildi.
Əminəm ki, bu cür imtiyazlı gözəl olmaq onu unudulmuş
əyalətdə bir neçə ildən sonra əsl əbləhə çevirəcək. O, artıq bu
yolu yarılamışdı. Mən maymaq, sadəlövh isə özüm üçün elə bil
Eldoradonu kəşf etmişdim. Demə, bu Eldorado sadəcə olaraq
ağacdan düzəldilmiş kukladır. Hansı ki, nəticə etibarı ilə bu kuk-
laya baxanda adam iyrənir.
Gözəllik haqqında söylədiyim acıqlı monoloq sizdə elə təəs -
sürat oyatmasın ki, bu sahədə mən ikinci Buonarottiyəm. Elə şey
yoxdur. Mən də hamı kimi gözəlliyin aşiqiyəm. Ola bilsin ki,
daha da qızğın aşiqlərdən biriyəm. Amma iş burasındadır ki, heç
bir vəzifəyə, rütbəyə baxmadan öz inamımın nə dərəcədə düzgün
olduğunu açıq şəkildə söyləmək istəyirəm. Özü də mən bütün
bunları o məqsədlə edirəm ki, gözəllik haqqında dediklərimi
rəssam dostum üçün nəşr etdirəcəm.
Aman Tanrım, məni bu ağılsızlıqdan qoru. Belə bir kitab nəşr
etdirsəm, birinci olaraq doğma bacım məni satqın İuda kimi
rastına çıxan ilk ağacdan asar. Yeri gəlmişkən, bacım gözəl deyil.
Deyilənlərin ona heç bir aidiyyəti yoxdu.
Bəla haradan başlayır? Əlbəttə, tərbiyədən. Əgər savadlı vali -
deynlərə Allah gözəl bir qız övladı bəxş edirsə, elə onların özü
uşağı korlamağa başlayır. Onlar öz qızlarını digər uşaqlardan
üstün tutur. Öz sevimli balasının təhsili barədə görün nə fikirləşir -
lər: “Nə üçün uşağın vaxtını bu boş kitablarla sərf etməliyik,
onsuz da ona veriləcək cehiz gələcəkdə yaxşı karyera qurmağa
kifayət edər”. Doğrudan da, valideynlərin öncəgörənliyi həyata
keçir, bax, bədbəxtlik elə buradan başlanır. Bizim sevimli slavyan
qəbilə miz, baxmayaraq ki, qafqaz ailəsinə daxil edilir, xaricən öz
gör kə mini fin və monqol qəbilələrindən götürüb. Təbiidir ki, çox
205
Rəssam


na dir hallarda bizdə gözəl qızlar olur. Bu nadir yaranışı elə bələk -
də olanda öz gərəksiz tərbiyəmizlə, onu yalandan tərifləməklə,
onda özünə vurğunluq hissi yaratmaqla və digər lüzumsuz tərbiyə
üsullarımızla məhv etmiş oluruq. Nəticədə ondan odun kukla
düzəldib şar kimi şişirdirik. Yalandan səriştəsiz rəssamlar kimi
onu necə gəldi bəzəməkdən çəkinmirik. Hansı ölkədə ki, Allah
gözəl qadınları özü yaradır, bax bu cür gözəllər çox sadə olurlar.
Mənə görə sadə qadın ən gözəl qadındır.
Heç özüm də bilmirəm ki, insan qəlbini didən qadın gözəlliyi
haqqında bu uzun söhbətimi kim üçün edirəm. Hə, yadıma düşdü,
dostum üçün danışırdım. Amma mən elə düşünürəm ki, gözəllik
haqqındakı nəsihətlərim onun heç karına da gəlməyəcək. Yazdıq -
larından çıxardığım nəticə budur ki, təsvir etdiyi mələk çətin ki,
mənim rəssamımın qəlbinin dərinliklərinə yol tapa bilsin. Çünki
mənim şagirdim təbiətin dahiyanə gözəlliklərini çox yaxşı
anlayır. Onun təsvir etdiyi mələk, yəqin ki, irigözlü, fındıqburun
bir qızcığazdır. Bizdə belə subyektlər az deyil və belələri təhlükə
yaratmır.
Ancaq onun ipək təbiətli bibisi kimi subyektlər də az deyil,
lakin onlar fövqəladə dərəcədə təhlükəlidirlər. Baxmayaraq ki,
mənim şagirdim onun bibisini mənə çox yaxşı insan kimi təsvir
edir, həqiqətdə isə o mənə Qoqolun aradüzəldən arvadlarını
xatırladır. Onların işi-peşəsi ara düzəltməkdən və ya ara vurmaq-
dan ibarət olur. Onlar hərəkətlərini elə tənzimləyirlər ki təcrü -
bəsiz gənclər onların toruna düşür.
Əlbəttə, mənim dostum Qoqolun qəhrəmanlarından deyil. Bu
baxımdan, mən heç də narahat deyiləm. Həm də ilk məhəbbətin
alovu nə qədər atəşli olsa da, tez keçib gedir. Ancaq yenə də
fikirləşirəm ki, ehtiyatlı olmaq lazımdır. Ona görə ki, məsləhətsiz,
təsadüfi nigahlar ağıllı, hətta ehtiyatlı adamlarda da tez-tez baş
verir. Hər ehtimala qarşı mən ona ibrətamiz sözlər yazmışam.
Ona dost kimi açıq-aşkar yazmışam. Nədən ehtiyat etməsini
lazım olduğunu demişəm. Ona məsləhət görmüşəm ki, sevimli
bibiyə qarşı çox da heyranlıq duymasın. Çünki sən, əsasən, ondan
qorunmağı bacarmalısan.
206
Taras Şevçenko


Mən hələ də yazdığım məktuba cavab almamışam. Ancaq
yəqin ki, mənim məsləhətlərim onun xoşuna gəlməyəcək. Bu isə
pis əlamətdir. Ola bilsin ki, yay ərzində proqramla məşğul
olduğundan mənə cavab yazmağı unudub.
Yay ötüb keçdi, sentyabr, oktyabr ayları gəldi, mənim dos-
tumdan bir xəbər çıxmadı. “Arı”nı oxuyuram. Sərgidən yazıb -
lar.Yəqin ki, məqalə Kukonikindir. Mənim dostumun mələyini
tərifləyib göylərə qaldırıblar, amma proqramı barədə heç nə
yazmayıblar. Bu nə deməkdir? Doğrudanmı, proqram alınmayıb?
Mən ona daha bir məktub yazıb xahiş etdim ki, bu susqunluğun
səbəbini izah etsin. Proqram haqqında, nə iş gördüyü barədə
mənə yazsın.
Onu da bilirəm ki, dost sualına cavab vermək o qədər də asan
deyil. Xüsusilə iş yaxşı getməyəndə. İki aydan sonra mən məktu -
bu ma cavab aldım. Cavab çox qısa və mənasız idi. Elə bil o, hər
şeyi açıq yazmaqdan utanır və qorxur.Yeri gəlmişkən, məktubun -
da hansısa uğursuzluğuna işarə edir (yəqin ki, proqram alınma yıb).
Bu uğursuzluq az qala onu məhv edəcəkmiş. Yazır ki, onun sala-
mat qalmağında öz xeyirxah qonşularına borcludur. Demək olar
ki, hazırda o, heç bir iş görmür. Həm fiziki, həm də ruhən əzab
çəkir. Bütün bunların nə ilə qutaracağını bilmir.
Əlbəttə, onun yazdıqlarını mən bir qədər şişirdilmiş halda
qəbul etdim. Belə hallar gənc, həssas naturalar üçün adi haldır.
Onlar həmişə milçəkdən fil düzəldirlər. Amma onun vəziyyəti
barədə ətraflı məlumat almaq istəyirdim. Məni narahat edən bu
idi. Amma necə, kimdən öyrənim. Onun özündən heç nə öyrənə
bilməyəcəyəm.
Mixaylova müraciət etdim ki, dostum barəsində mənə yazsın.
Məsuliyyətli Mixaylov məni çox da gözlətmədi. Həmişə olduğu
kimi, özünün orijinal və ətraflı cavabını yazdı. Görün Mixaylov
nə yazır:
“Qardaşım, sənin dostun axmaqdı. Özü də lap yekəsindən.
Dünya yaranandan bəri belə bir axmaq doğulmayıb. Onun proq -
ramı uğursuz olduğundan gözlənilməz addım atdı. Bilirsən nə
207
Rəssam


etdi? Evləndi, Allah haqqı, evləndi. Bilirsən kimə evləndi? Öz
mələyinə. Özü də hamilə mələyinə. Qiyamətdir: hamilə mələk!
Onun özünün dediyi kimi, məhz hamiləlik onu evlənməyə
məcbur etdi. Elə düşünmə ki, bu işdə təkcə o, günahkardır. Bütün
işləri həmin cüvəllağı miçman qatıb qarışdırıb. Qızın özü etiraf
etdi. Afərin miçman! Şuluq salıb heç nə olmamış kimi Nikolaye -
və getdi. Amma sənin geniş ürəkli axmağın şorbaya düşmüş
toyuq kimi qanadlarını şappıldadır. O deyir ki, indi bu yazıq qız
nə etməlidir? Qızın doğma bibisi onu evdən qovsa hara sığına -
caq? Beləliklə, qızı götürüb saxladı. İndi özün de, bu dünyada
belə axmaq görmüsənmi?
Doğrudur, görməmişəm, heç eşitməmişəm də. Vallah buna
bənzər hadisəyə rast gəlməmişəm. Hələ bunlar bir yana, gülünc
vəziyyət ondan ibarətdir ki, mənə məktub yazan zaman “mələyi”
artıq hamilə imiş. Əla! Bu cür sadəlövh yaxşılığı mən nə təbiətdə,
nə də ki, şəkillərdə görməmişəm.
Sərgidə camaat ondan əl çəkmirdi.Yadınızdadırsa, Tirinovun
“Tambur çalan qız”ı bu cür hay-küy yaratmışdı. Əla şeydi. Karl
Pavloviçin özü bir neçə dəfə bu şəklin qarşısında dayanıb baxdı.
Bunun nə demək olduğunu, yəqin ki, bilirsiniz. Bu şəkli hansısa
varlı, dul qadın alıb yaxşıca pul ödədi. Şəklin surəti, litoqrafiyası
hər yerdə, bazarda, dükanda, yol ayrıclarında, bir sözlə, hər yerdə
sərgilənib. Böyük uğurdur. Bu axmaq isə evləndi.
Bu yaxınlarda ona baş çəkəndə gördüm ki, onda xoşagəlməz
dəyişiklik əmələ gəlib. Görünür, bibi onun əl-qolunu yaxşıca
bağlayıb. Artıq o, Karl Pavloviçin yanına getmir, bəlkə də, utanır.
O, işi arvadı ilə başlayıb onun kimi gözəl körpə qızı ilə qur-
tarmaq istəyir. Əgər bu, yaxşı alınsa “Mələyi” də üstələyəcək.
Körpənin və ananın ifadə qüvvəsi təəccüblü dərəcədə yaxşı
alınıb. Proqramın uğursuzluqla nəticələnməsinə mən də təəccüb -
lənirəm. Bilmirəm, gələn il onu, evli rəssamı müsabiqəyə buraxa -
caqlarmı?
Yəqin ki, yox. Sənin fərsiz dostun haqqında deyəcəklərim
bunlardır. Salamat qal! Bizim Karl Pavloviçin səhhəti o qədər də
yaxşı deyil. Fikirləşir ki, yazda İsaakiyev kilsəsində işə başlasın.
208
Taras Şevçenko


Sənin M.”
Dostumun bu açıq-aşkar yazdığı məktubu oxuyandan sonra
məni dərin kədər bürüdü. Sevimli dostumun parlaq gələcəyi artıq
sona yetib. Özünün şəfəq saçdığı bir zamanda, şöhrətinin məhsul -
dar çağında bu hala düşməsi məni çox kədərləndirdi. Ən dəhşətli
hal budur ki, ona kömək etmək qeyri-mümkündür. İnsan kimi o,
ağıllı addım atmayıb. Lakin çox böyük, xeyirxah iş görüb. Əgər
o, adi rəssam olsaydı, bu hadisə ona bir o qədər də böyük təsir
göstərməzdi. Lakin onun kimi gələcəyi parlaq olan rəssam üçün
bu, məhvedici zərbədir. Ümumi xəzinənin hesabına onu xaricə
göndərməyə də ümid yoxdur. Öz hesabına isə xaricə getmək
qeyri-mümkündür. Əgər o, yorulmadan işləyib müəyyən məbləğ
əldə etmiş olsa da belə, arvad-uşaq bu vəsaiti onun əlindən ala-
caqlar.
Beləliklə, Romadakı ölməz əsərləri görmək ona qismət ol-
mayacaq.Belə ki:
İtaliya,
Xoşbəxt diyar,
Sən möcüzələr
Məmləkətisən.
Arzusunda olduğu 
Cənnəti 
Səndə tapmaq üçün
Hələ qanadları bərkiməmiş
Gənc ilham pərisi 
Sənə doğru can atırdı.
Bu xoşbəxt, cazibədar diyar dostum üçün həmişəlik arzu
olaraq qalacaq. Məgər bu cür qeyri-adi hadisədən sonra bu arzu-
lar məmləkəti ona qapılarını açarmı? Bu, çox rast gəlinən hadisə dir.
Bizdə elə xeyirxah, həqiqi himayədarlar yoxdur ki, xaricdə
oxumaq üçün rəssama pul versinlər. Əgər belə bir varlı adam risk
edib xərci öz üzərinə götürsə belə, rəssamı yalnız özü ilə apar -
maqla razılaşar. Pulu dilənçi payı kimi sədəqə verər. Onunla
nökəri kimi davranar. Qaldığı mehmanxananın, arvadının dəniz
209
Rəssam


vannası qəbul etdiyi anı çəkdirər. Belə varlılar istəyər ki, onun
haqqında danışılsın: “Gör bu insan incəsənəti, rəngkarlığı necə
sevir ki, rəssamı ilə birgə xarici səfərə çıxıb”.
Yazıq rəssam. Gör, sən hansı qeyri-insani əzablara dözməyə
məhkumsan. Təbiətdə və incəsənətdə gözəllik aşiqi olan yazıq
insan. Mən sənə qibtə etmirəm. Necə deyərlər, Romaya gedəsən,
Papanı görməyəsən. Amma xaricdə olmağın şöhrəti sənə vurulan
ən qəddar tənədir. Yox, yaxşı olardı ki, ağayla faytonda xaricə
getməkdənsə, yolçu olub tək gedəsən. Ya da ki, birdəfəlik
fikrindən əl çəkəsən.
Eh, mənim öz cənnətini tapmaq arzusuyla yaşayan rəssamım.
Sənin qismətin budur ki, bir tərəfə çəkilib öz Apollonuna təzim
edəsən. Mənim dostum təəccüblü dərəcədə öz taleyi ilə axmaq
oyun oynadı. Artıq iki həftədir ki, Mixaylovun yazdığı açıq
məktubu, demək olar ki, hər gün oxuyuram. Vallah, belə bir
sərsəm, bağışlanılmaz hərəkətin reallığına inana bilmirəm. O
dərəcədə inana bilmirəm ki, Peterburqa gedib bu əcaib həqiqəti
öz gözlərimlə görmək istəyirəm. Əgər tətil vaxtı olsaydı heç bu
barədə fikirləşməzdim. Bədbəxtlikdən tədris ayıdır. Hətta ora
getmək mümkün olsa belə, on dörd gün ərzində nə edə bilərəm?
Yalnız onun bədbəxtliyini görüb qayıtmalı olacam. Halbuki bu
cür bədbəxtliyi yatıb yuxularımda da görə bilməzdim.
İlk təəssüratdan ayılıb yaxşıca fikirləşəndən sonra qoca Sa -
turnun nə deyəcəyini, eyni zamanda Mixaylovla daimi yazışmanı
davam etdirmək qərarına gəldim. Şagirdimdən məktub almaq
ümidimi itirmişəm. Mixaylovun məktublarına olan ümidlərim də
tamam kəsilib. Ona arxayın olub mən bir şeyi unutmuşdum, bu
adam daimi yazışmaya qadir deyil. Əgər mən ona yazdığım
məktuba cavab almışdımsa, bu, əsl möcüzə idi.
Neyləmək olar, səhv etmişəm. Kim səhv etmir ki? Mən ona
ardıcıl bir neçə məktub yazdımsa da, heç birinə cavab almadım.
Lakin bu məni usandırmadı. Bir-birinin ardınca daha təsirli
məktublar yazdım. Cavab isə gəlmək bilmirdi. Nəhayət, mən
özümdən çıxıb ona çox kəskin, lakin qısa bir məktub yazdım. Bu
210
Taras Şevçenko


məktub Mixaylova təsir etdiyindən mənə aşağıdakı məzmunda
cavab yazdı:
“Təəccüb edirəm ki, səndə nə qədər səbir, vaxt, nəhayət,
kağız və həvəs var ki, yazdığın məktubları sərsəmlik adlandırma -
yasan. Gör, kimin haqqında yazırsan. Axmağın birisi barədə. Belə
bir adam haqqında nəinki yazmağa, heç düşünməyə dəyərmi?
Özü də sənin yazdığın “gülməli” məktublar kimi. O, əskik adam -
dır. Tüpür getsin. Sənə təsəlli üçün onu da deyim ki, o, arvadı və
“mamaşası” (onu belə çağırır) ilə birlikdə çəkilmə araq içir. Əv -
vəlcə o öz “mələyi”ni təkrarlamağa başladı. O qədər təkrar etdi
ki, artıq bazarda onun surətlərini almaqdan bezdilər. Sonra mağa -
zal ar üçün litoqrafiya rəngləməyə başladı. İndi bilmirəm nə işlə
məşğuldu. Yəqin ki, indi o, qəpik-quruş qazanmaq üçün donuz
sifətləri çəkir. Onu heç kəs görmür. Hardasa iyirminci cərgədə
itib-batıb. Keçən həftə sənin xatirinə onu axtarmağa getdim.
Mənzilini Smolenski qəbiristanlığının yanında güclə tapdım. Onu
evdə tapa bilmədim. Arvadı dedi ki, hansısa məmurun yanına
seansa gedib.
Onun natamam “Madonna”sı ilə maraqlandım. Çox kədərlən -
dim. Fikirləşdim ki, bu adam məhv olub. Onu gözləmədən və
sahibə ilə xudahafizləş 
mə 
dən çıxıb getdim. O mənə iyrənc
göründü.
Xəstə olmasına baxmayaraq, Karl Pavloviç İsaakiyevski
kilsəsində işə başlayıb. Həkimlər ona məsləhət görür ki, gələn
ilə qədər işi saxlayıb, yayda xaricə getsin. Amma o, başladığı işi
yarımçıq qoymaq istəmir. Məgər sənin bizim möcüzələr yaradan
Karl Pavloviçin işinə baxmaq üçün qısa müddətə olsa da, bura
gəlmək fikrin yoxdurmu? Həm də öz axmaq tələbənlə maraqla-
narsan. Mənə elə gəlir ki, sən də evlənmisən, amma etiraf etmir -
sən. Mənə yazma, cavab verməyəcəm. Əlvida!
Sənin M.”
Aman Tanrım! Doğrudanmı, bir bədbəxt evlilik belə tezliklə
dahi ola biləcək bir gənci məhv edə bilər! Başqa bir səbəb yox-
dur. Səbəb bədbəxt, uğursuz evlilikdir.
211
Rəssam


Mən tətili səbirsizliklə gözləyirdim. Nəhayət, imtahanlar
qurtardı, məzuniyyət götürüb birbaşa Peterburqa gəldim. 
Peterburqda Karl Pavloviçi görə bilmədim. Həkimlərin məs -
lə həti ilə o, işi saxlayıb Madera adasına getmişdi. Böyük çətin -
liklə Mixaylovu tapdım. Bu qeyri-adi adamın heç vaxt özünün
daimi mənzili olmayıb. O, quş kimi göylərdə yaşayıb. Mən onun -
la küçədə, artıq leytenant olan bacarıqlı miçmanla qol-qola ge -
dən də rastlaşdım. Bilmirəm, o nəyə görə yenidən Peterburqda
peyda olmuşdu. Mən bu adama baxa bilmədim. Mixaylovla sa -
lam laşdım, onu kənara çəkib, dostumun ünvanını soruşmağa
başladım. Mixaylov əvvəlcə qəhqəhə çəkdi, sonra gülüşünü sax -
la yıb miçmana müraciət edərək dedi:
– Bilirsən, o kimin mənzilinin yerini soruşur? Sənin sevimlin
N.N.-in ünvanını.
Mixaylov yenə də gülməyə başladı. Miçman süni halda ona
qoşuldu. Mixaylov yersiz gülüşü ilə məni əsəbləşdirdi. Nəhayət
ki, özünə gəlib dedi:
– Sənin dostun indi yeddinci verstdə olan ən isti mənzildə
yaşayır. Onu müsabiqəyə buraxmadılar. Çox da fikirləşmədən
ağılsızlıq edib, özünə isti yer tapdı. Bilmirəm, o, salamatdır, ya
yox.
Mixaylovla xudahafizləşmədən fayton tutub xəstəxanaya
yollandım.
Ürək tutması olduğu üçün məni onun yanına buraxmadılar.
Ertəsi gün onu gördüm. Növbətçi mənə onun nömrəsini belə
dedi:
– Rəssam N.N.
Əgər növbətçi bunu deməsəydi, mən onu tanıya bilməyəcək -
dim. Ağlasığmaz dərəcədə dəyişmişdi.Təbiidir ki, o da məni
tanımadı. O məni Pinellinin şəkillərindəki hansısa romalıya ox -
şa dıb qəhqəhə çəkdi. Sonra barmaqlıqlarla əhatələnmiş qapının
ar xasına  çəkildi.
Aman Tanrım, bu cür dəhşətə necə dözəsən! İnsan ağlını iti -
rib. Dəli olub. Bu bədbəxt obrazın tamaşasına bir neçə dəqiqə
212
Taras Şevçenko


bax mağa dözümüm çatmadı. Növbətçi ilə xudahafizləşib şəhərə
qayıtdım. Ancaq mənim bədbəxt dostum, nə Akademiyada, nə
Ermitajda, nə teatrda, bir sözlə, heç yerdə mənə rahatlıq vermədi.
Onun dəhşətli görünüşü hər yerdə məni təqib edirdi. Xəstəxanaya
gündəlik gəlişim ilkin dəhşətli təəssüratımı yavaş-yavaş aradan
qaldırırdı.
Onun dəliliyi günbəgün zəifləməyə başlamışdı. Amma fiziki
gücü artıq yox idi. Nəhayət, yataqdan qalxa bilməyəcək hala düş -
dü. Mən asanlıqla onun otağına girə bilirdim.Vaxt ötdükcə elə bil
özünə gəlməyə başlamışdı. Ancaq məni tanımırdı. Bu dəfə onun
yanına səhər tezdən gəldim. Səhər saatlarında əhvalı bir qədər
yüngülləşirdi. Onu çox sakit vəziyyətdə gördüm. Ancaq elə zəif
idi ki, əlini də tərpədə bilmirdi. Nəyisə xatırlayırmış kimi uzun
müddət mənə baxdı və düşüncəli nəzərlərdən sonra adımı dedi.
Onun işıqlanan gözlərindən yaş sel kimi axmağa başladı.
Sakit ağlamaq hönkürtüyə çevrildi. Hönkürtüsü qəlbimi didirdi.
Allah eləməsin, bundan sonra nə vaxtsa belə dəhşətli hönkürən
insan görüm. İstədim oranı tərk edim. Lakin o işarə etdi ki, get -
mə 
yim. Sonra əlini mənə tərəf uzatdı. Əlini tutub yanında
əyləşdim. Hön kürtüsü yavaş-yavaş sakitləşdi. Kipriklərindən iri
göz yaşları diyirlənirdi. Bir neçə dəqiqədən sonra tamamilə
sakitləşdi və yuxuya getdi. Sakitcə əlimi onun əlindən çəkib,
sağalacağına ümid edərək otaqdan çıxdım.
Ertəsi gün, yenə də səhər tezdən xəstəxanaya gəldim. İlk ras -
tıma çıxan gözətçidən soruşdum: “Mənim xəstəm necədir?”
Gözət çi dedi: “Əlahəzrət, sizin xəstəniz artıq canını tapşırıb.
Dünən səhər necə yatıbsa, bir daha oyanmayıb”.
Dəfndən sonra özüm də bilmədim nəyə görəsə bir neçə gün
Peterburqda qaldım. Həmən günlərin birində Mixaylovla rastlaş -
dım. O mənə dünən miçmanı Nikolayevə yola salmasını dedik -
dən sonra söhbət rəhmətlikdən, dul arvadından və onun natamam
“Madonna”sından düşdü.
Mixaylovdan xahiş etdim ki, məni onun arvadının yaşadığı
mənzilə aparsın. Məmnuniyyətlə razılaşdı. Çünki natamam
“Madon na”ya o da baxmaq istəyirdi.
213
Rəssam


Mərhumun mənzilində rəssamın yaşadığını xatırladan palitra
və qurumuş rənglərdən başqa heç nə görmədim. İndi bunları sınıq
bir şüşə əvəz edirdi. Mən “Madonna” barəsində soruşdum.
Sahibə məni anlamadı. Mixaylov ona izah etməyə başladı ki, bir
zamanlar baxdığımız şəkli bizə göstərsin. O bizi başqa otağa
apardı və biz “Madonna”nı gördük. Üstünə köhnə əsgi salın -
mışdı. Şəklə görə ona on rubl təklif etdim. Qadın məmnuniyyətlə
razılaşdı. Əldə etdiyim qiymətli əsəri büküb trubkaya saldım. Və
biz on rublla xoşbəxt olan dul qadını mənzilindəcə qoyub uzaq -
laş dıq.
Ertəsi gün mən tanışlarımla xudahafizləşdim. Görünür, həmi -
şə lik olaraq Şimali Palmiranı tərk etməli olacam.
Unudulmaz dahi Karl artıq Romada dünyasını dəyişmişdi.
25 yanvar 1856 – 4 oktyabr 1856
214
Taras Şevçenko


MÜNDƏRİCAT
Əkizlər.................................................................................................3
Rəssam............................................................................................102
Редактору  
Азяр Аббас
Бядии вя техники редактору  
Абдулла Ялякбяров
Компйутер тяртибатчысы  
Абдуллащ Рцстямов
Корректору   
Цлкяр Рящимова
Чапа имзаланмышдыр 04.03.2014  Каьыз форматы 60х90 
1
/
16.
Физики чап вяряги 13,5.  Сифариш 14.  Тиражы 500.
«Асполиграф ЛТД» ММЪ няшриййат-полиграфийа 
мцяссисясинин мятбяясиндя чап олунмушдур.
Бакы, АЗ 1052, Ф.Хойски кцч., 121
Б
Тел: (+99 412) 567 81 28; Фах: (+99 412) 567 82 68
е-маил: асполиэраф_аз@йащоо.ъом


TARAS ШЕVЧЕНКО
Якизляр. Ряссам
(Повестляр)
Бакы, «Асполиграф», 2014.

Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə