Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə57/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

baxmağa gəlməyəcəksiniz. Əminəm ki, siz gələcəksiz. Səfəriniz
barədə mənə gələn məktubunuzda yazın. Gəlin ki, Mixaylova
ortaq mənzildən imtina etməyə bəhanə yaransın. Miçman, deyə -
sən, onu da bezdirib.Yaxşı ki, mənim qonşularda sığınacaq yerim
var, yoxsa öz evimdən didərgin düşərdim. Xeyirxahlıq göstərib,
yazın ki, gələcəksiniz. Onda hər şey birdəfəlik həll olunacaq.
Salamat qalın, mənim unudulmaz himayədarım. Gələn
məktubumda sizə tələbəmin uğurlarından və qarşıdan gələn
müsabiqənin nəticələri barədə yazacam. Salamat qal.
P.S. Yazıq Demski, artıq otaqdan da çıxa bilmir. Deyəsən,
yaza çıxmayacaq”.
Məktubu alan kimi ona cavab yazdım ki, sərgiyə yox, ola
bilsin ki, qarşıdan gələn müqəddəs həftə ərzində onun mənzilinə
gəlib qonağı olacam. Özü də Şternberqin etdiyi kimi birbaşa
mənzilinə gələcəm. Bunu qəsdən yazdım ki, o, zəhlətökən miç-
mandan canını qutarsın. Düzünü desək, onun hələ formalaşma -
yan gənc xarakterindən ehtiyatlanırdım. Gözləmədiyim halda
abırsız miçmanın tayı peyda ola bilərdi. O zaman müdrikliyə də,
yaradıcılığa da, hörmətə də, həyatdakı digər valehedici hislərə də
əlvida. Bütün pislikləri qəbir örtür.
Bədbəxtlikdən bizim Rusiyada belə hadisələrə tez-tez rast
gəlinir. Bunun səbəbi nədir? Doğrudanmı, bir yığın sərxoş cavan
adamda boy atan xeyirxahlıq rüşeymini məhv edə bilər? Yoxsa
burda bizim anlamadığımız daha nə isə var? Yeri gəlmişkən, xalq
müdrikliyi belə bir fikir formalaşdırıb: “Dostunu mənə göstər,
deyim sən kimsən”. Görünür, Qoqol da əsaslı olaraq qeyd edib
ki, rus yaxşı ustadırsa, hökmən əyyaş olmalıdır. Bu nə deməkdir?
Mən belə başa düşürəm ki, ümumbəşəri sivilizasiyanın nöqsan -
la rından başqa bir şey deyil.
Məsələn, təsəvvür edin, bir kənd mirzəsi savadsız, lakin vic -
danlı insanların əhatəsindədir. Bu ona bənzəyir ki, Sokrat Afina -
dadır. İndi baxın, adama elə gəlir ki, ən mənəviyyatsız bir qrup
əy yaş öz işini yaxşı bilir. Guya, bu mühitdə o, yüzlərlə sadəlövh
kişinin arasında ən savadlı adamdır. Tutduğu mövqedən sui-
186
Taras Şevçenko


istifadə edərək cəmiyyət içərisində qarışıqlıq salır, digərləri onun
bu hərəkətlərinə dözməyə məcbur olur. Sonra isə bütün bu
qarışıqlıqdan çıxmaq üçün baş sındırırlar və sonra o qənaətə
gəlirlər ki, hökmən bacarıqlı adam əyyaş olmalıdır. Həmin adam
layiq olmadığı mərtəbədə özünü hiss edir. Guya, onun səviy -
yəsində bir nəfər də yoxdur. Və buna görə də ətrafındakılar ona
həmişəlik sədaqətli olmalıdırlar. Çünki ondan başqa müraciət
olunası adam yoxdur. Beləliklə, o, heç bir məsuliyyət daşımadan
öz işini görür, yüngül yolla qazandığı pulu içkiyə sərf edir. Bax,
mənə görə əsas səbəb budur ki, bizdə öz işini bilən adam hökmən
əyyaş olmalıdır.
Bundan başqa müşahidə olunub ki, sivil millətlərdən çıxan
bacarıqlı adamlar çox vaxt yüksək mənəvi xüsusiyyətlərə malik
olurlar. Həmişə və hər yerdə hörmətlə qəbul olunurlar. Çox vaxt
onların qarşısında Baxusun allahı kimi təzim edirlər. Bu keyfiy -
yət qeyri-adi insanlara xas olan keyfiyyətdir. Şəxsən mən, böyük
riyaziyyatçı olan bizim Ostroqradskini tanıyırdım. (Adətən, ri -
ya ziy yatçılar cəlbedici olmurlar.) Mən onunla bir neçə dəfə nahar
etmişəm. Süfrə arxasında o, sudan başqa heç nə içmirdi. Bir dəfə
mən ondan soruşdum:
– Doğrudanmı, siz heç vaxt çaxır içməmisiz?
O mənə sadəlövhlüklə cavab verdi:
– Nə vaxtsa mən Xarkovda olanda iki badə çaxır içdim, sonra
özüm-özümə qarşı çıxdım.
Yeri gəlmişkən, çox az adam tapılar ki, iki badə ilə kifayət -
lən sin. Bir çoxları üçüncüsünü, dördüncüsünü içir və sonda öz
kar ye rasını, çox vaxt isə həyatını itirir.
Mənim rəssamım da bu cür ehtiraslı içki vurğunu olan kate-
qoriyaya aid idi. Bu isə yaxşı, müstəqil həyatın ən qatı düşmə -
nidir. Hərçənd ki, mən yekrəng, ayıq səliqənin bir o qədər də
tərəf darı deyiləm. Azad həyat tərzi keçirməyi xoşlayıram. Amma
bu o demək deyil ki, yaxşı, səliqəli adamın açıq düşməniyəm.
Ümumiyyətlə, həyatda ən yaxşı yol orta yoldur. Amma ağıl
tələb edən incəsənət və elm sahəsində orta yol qəbir evinə adsız
187
Rəssam


getmək üçün şərait yaradır. Yəni həyatda o, daimi sənət əsəri qo -
yub getmir.
Mən öz rəssamımda qeyri-adi, böyük yaradıcılıq uğurları gör -
mək istəyirəm, lakin məişətdə adi adam olmasına üstünlük veri -
rəm. Lakin bu iki xüsusiyyət çox nadir halda bir şəxsdə özünü
bü ru zə verir. Mən çox istəyirəm ki, bu sevdiyim gəncdə olan
zərərli meyilləri əvvəlcədən görüm, amma bunu necə edəcəyimi
bilmirəm.
Miçmandan mənim lap zəhləm gedir. Heç qonşulardan da
yaxşı nəsə gözləmirəm. Bu, gün kimi aydındır. Ola bilsin ki, bun-
lar ayrılıq və göz yaşları ilə sona yetsin. Necə ki, ilk məhəbbət
nə qədər alovlu olsa da, sonu göz yaşları ilə bitir. Allah səhv lər -
dən, pisliklərdən və dilənçilikdən qorusun.
O, birbaşa mənə öz şagirdinə vurulduğu barədə demir. Özü
də hansı gənc öz müqəddəs sirrini birbaşa açır. Bir sözə görə öz
sevgisi uğrunda zərif hislərini bildirməzdən əvvəl özünü oda-
suya atmağa hazır olan gənc, doğrudan da, səmimi sevgiyə la -
yiqdir. Görəsən, həyatda başqa cür sevən gənc olurmu?
Onu öz qonşularından uzaqlaşdıra bilən hər hansı bir söz
işlətməsini xatırlamıram. Mən ona məsləhət gördüm ki, tez-tez
Şmidtlə, Fiçtumla və İoximlə görüşsün. Çünki belə insanlarla
görüşmək onun daxili dünyasının formalaşması üçün çox lazım -
dır. Məsləhət gördüm ki, qoca Kolmana tez-tez baş çəksin. Onun
mənzərə ilə bağlı rəngkarlıq məsləhətləri çox gərəklidir. Şagir -
di min hər gün Karl Pavloviçin emalatxanasına getməsi onun yo -
luna işıq salan Allah evinə aparan yol kimi müqəddəs
sayılmalıdır. Məsləhət gördüm ki, bu görüşlər zamanı mənim
üçün “Baxçasa 
ray fontanı”nın akvarellə surətini çəksin.
Məktubun sonunda ona qarşıdan gələn proqramın əhəmiyyəti
barədə yazdım. Məsləhət gördüm ki, imtahana qədər bütün
gecəsini, gündüzünü bu işə sərf etsin.
Elə başa düşürəm ki, ona verdiyim məsləhətlər həm də ilk
mə həb bətin qızğınlığını soyutmağa imkan yaradar. Yazdım ki,
əgər mən yayda paytaxtda qalsam belə, payızda mən hökmən
onun proqramına baxmaq üçün gələcəm.
188
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə