Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə58/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   55   56   57   58   59   60   61   62   63

Gözlədiyim kimi, mənim məktubum öz xeyirxah təsirini gös-
tər mişdi. Amma təsir yarımçıq idi. Çünki proqramla əlaqədar hər
şey yaxşı getsə də, qonşusu barədə verdiyim məsləhətlər hələ də
baş tutmamışdı. Bir də ki, sirli taleyin gələcəyi barədə qabaqca -
dan nəsə söyləmək düzgün deyil axı. Odur ki, onun son məktu -
bunu da oxuyaq.
“Mənim unudulmaz himayədarım, bilmirəm necə deyim,
yalnız onu bilirəm ki, siz məni qəddarcasına aldatmısız. Mən sizi
qəlbimin ən yaxın sirdaşı kimi qəbul edirdim. Siz isə ... Allah özü
şahiddir... Niyə söz verdiniz? Öz otaq yoldaşlarımı nə vaxta qədər
inandırmağa çalışmalıyam! Bütün əzablara dözdüm. Düzü, Mi -
xaylov dərhal razılaşdı, lakin həyasız miçman yaza qədər
qalmağa israr etdi. Ayrılanda isə az qalmışdı ki, onunla mübahisə
edim. Hələ o, müqəddəs həftəni də bizimlə birlikdə qalmaq
istəyirdi, lakin sizi gözlədiyim üçün bunun mümkün
olmayacağını ona qəti surətdə bildirdim. Cavabında bığına sığal
çəkərək dedi:
– Sizin qohumunuz Eka lazımlı insandır! Hər yerdə yaşaya
bilər! Onun bu sözləri məni özümdən çıxartdı. Mixaylov məni
sax lamasaydı, Allah bilir, nələr ola bilərdi. Anlaya bilmirəm ki,
o bizim mənzilimizdə nə görüb. Ola bilsin ki, kirayə pulu vermə -
diyi üçün. Qışda olurdu ki, Mixaylov bir neçə gecə evdə olmurdu.
Bəzən gündüzlər bizə baş çəkib, elə o saat da gedirdi. Miçman
yalnız nahar etmək üçün evdən çıxır, sonra içib divana uzanıb ya
yatacaqdı, ya da ki, trubkasını çəkəcəkdi. Axır zamanlar öz şələ-
şüləsini də yığıb bura gətirmişdi. Mən onu evdən qovandan sonra
yenə bir neçə dəfə gecələməyə gəldi. Həyasız insandır. Daha bir
qəribə hal: səfərə gedənə kimi (Qara dəniz donanmasına köçürül -
müşdü) hər gün onu dərsdən qayıdanda ya dəhlizdə, ya pillə kən -
də, ya da ki, darvazanın yanında görürdüm. Bilmirdim axşamlar
o, kimə görə gəlirdi. Cəhənnəm olsun. Allaha şükür ki, canımı
ondan qurtara bildim.
Mənim tələbəm qış uzunu necə də böyük uğurlar əldə edib.
Möcüzədir! Əgər onu vaxtında öyrətsəydilər, ola bilsin ki, alim
189
Rəssam


olardı. İndi o elə sakit, ciddidir ki, adam baxanda həzz alır. Uşaq
oyunlarından və sadəlövh liyin dən əsər-əlamət qalmayıb.
Düzünü desəm, onun savadlanması, əgər buna savadlanma
demək olarsa, ondakı mehriban uşaq məsumluğunu məhv etdiyi
üçün heyifsilənirəm. Digər tərəfdən sevinirəm ki, mənim rəs -
mimdə o mehriban şuxluqdan nəsə qalıb. Şəkil çox gözəl çıxıb.
Doğrusu, şam işığında çətin də olsa, alınıb. Prevo mənə rəsm
üçün yüz gümüş rubl təklif edir. Mən də sərgidən sonra sata ca -
ğıma məm nu niyyətlə razılaşdım. İstəkli tələbəmi tamaşaçıların
ixtiyarına təq dim etməyi çox istəyirəm. Əgər siz gələn dəfə məni
aldat mayıb sərgiyə gəlsəniz, xoşbəxt olaram.
Builki sərgi daha maraqlı olacaq. Həm bizdən, həm də ki,
xaricdən bir çox rəssamlar, o cümlədən Qoras Verne, Qyuden və
Şteynben öz əsərlərini göndərməyi söz veriblər. Apollonun özünə
və onun doqquz gözəl bacısı xatirinə gəlin.
Hələ də mənim proqramım ağır gedir. Bilmirəm sonra nə ola-
caq. Karl Pavloviçin kompozisiyadan razı qalmasından savayı
heç nə deyə bilmərəm. Gələn həftədən işə əsaslı surətdə girişə -
cəm. Bu günə kimi elə bil işdən qaçırdım. Bunun nə demək oldu -
ğunu heç özüm də anlamıram. Hətta tələbəm belə məni tələsdirir.
Kaş bu sadə, mehriban ailənin mənim necə xoşuma gəldiyini sizə
deyə biləydim. Onların doğma oğlu kimiyəm.
Bibi haqqında deməyə sözüm yoxdur:həmişə mehriban və
şəndir. Qaraqabaq və sakit qoca arabir öz kağızlarından ayrılıb
bizimlə birgə zümzümə edən samovarın yanında əyləşir. Bəzən
zarafat da edir. Arabir cibimdə artıq qəpik olanda israfçılığa yol
verib onları Aleksandrovski teatrının üçüncü cərgəsinə qonaq
edirəm. Tamaşa vodevillərdən hazırlananda ümumi təəssürat son-
suz olur. Belə tamaşadan sonra mənim tələbəm və eyni zamanda
modelim, hətta yuxuda belə, deyəsən, vodevil bəndləri oxuyur.
Mən gözəlliyi sevirəm. Daha doğrusu, həsrətindəyəm. Bu
gözəlliyin istər insanın özündə, istərsə onun xarici görünüşündə
olması ilə yanaşı, insandakı ağılın və əlin yaratdığı yüksək hisləri
təsvir edən dahiyanə əsərləri ondan da artıq sevirəm.
190
Taras Şevçenko


Kübar tərbiyə almış qadınlara və kişilərə heyranlıq hissi
duyuram. Onların üzlərindəki ifadələrdən tutmuş hərəkətlərinə
kimi elə dəqiq və ciddi ahəngdarlıq tənzimlənmişdir ki, elə bil
nəbzləri də eyni vurur. Onların arasında ağıllı və axmaq, fleq-
matik və sanqvinik kimi anlayışlara, demək olar ki, rast gəlinmir.
Bu da mənim xoşuma gəlir.
Amma bu məmnunluq hissi uzun çəkmir. Bəlkə, ona görədir
ki, mən onların arasında doğulub böyüməmişəm. Azacıq tərbi -
yəm lə onların səviyyəsinə qalxa bilmirəm. Bəlkə də, elə buna
görədir ki, bu təbəqənin həyatının füsunkar zərifliyinə baxmaya -
raq, qonşularım kimi sadə insanların məişəti mənim daha çox
xoşuma gəlir. Onlarla özümü daha rahat hiss edirəm. O cəmiy -
yət dən isə adam nədənsə çəkinir.
Bilmirəm nədən, axır zamanlar mən Şmidtlər ailəsində də
özümü narahat hiss edirəm. Hər bazar günü evində oluram, lakin
əvvəlki kimi çox qalmıram. Bəlkə də, bu, mehriban, əvəz 
-
olunmaz Şternberqin onların arasında olmamasından irəli gəlir.
Yeri gəlmişkən, Şternberq haqqında.
Bu yaxınlarda onun mənə Romadan yazdığı məktubu aldım.
Həddən ziyadə qəribə adamdır! Əbədi şəhərin onda oyatdığı
təəssüratları yazmaq əvəzinə görün mənə nə tövsiyə edir? Görün,
bu, ağlasığandırmı? Düpati və Piranezi inkar edir. Dəliyə bax!
Yazır ki, Lepridəki yığıncaqda böyük rəssamları, o cümlədən
“İohan Predçev səhrada moizə zamanı” rəsm əsərinin gələcək
müəllifi İvanovu görüb. Xəlvətdə Rusiya rəssamları onu ələ
salırlar. Deyirlər ki, o, Pontiyski bataqlığında itib-batıb. Hər
halda, şəklin üçüncü planı üçün yararlı olan kökləri görünən quru
kötük tapa bilməyib. Almanlar isə İvanovun əsərlərinə heyran -
dırlar. Üstəlik Qreko kafesində nahar zamanı ədəbsiz malorossiya
lətifələri danışan şıq geyinmiş Qoqolla rastlaşıb. Əsas budur ki,
çıxışda o, əbədi şəhərin müqəddəs Pyotr günbəzini daimayaşar
nəhəng Kolizeyə oxşadıb. Əslində isə bu görünüş çox cazibədar,
ehtiraslı bir rəqsdir. Amma bu təqdimat səhnədə gördüyümüz,
rənglənmiş, eybəcər şəkildə deyil.
191
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə