Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə62/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   55   56   57   58   59   60   61   62   63

Sokratdan, Berqhemdən başlayaraq bizim günlərə qədər bu cür
biabırçı hallar adi məişətdə davam etməkdədir.
Əfsuslar olsun ki, belə atəşli ürəklər öz sevgisinə layiq tərəf-
müqabili seçə bilmir. Ən pisi budur ki, bir balaca gözünü oxşayan
gözəlliyi tamamlanmış sevgi kimi qəbul edir. Ona elə gəlir ki,
axtardığı həyat elə budur. Mənim rəssamımda ən çox qorxduğum
və anlamadığım cəhətlər bunlardır.
Görünür, o da bütün tanınmış dahilər kimi öz incə qəlbini
qadın yubkasında olan şeytanın əsarətinə verəcək.Yaxşı olardı ki,
o, Sokrat və Pussen kimi zarafatyana da olsa ev şeytanından
uzaqlaşıb öz yolu ilə gedə bilsin. Əks halda, əlvida mədəniyyət,
əlvida incəsənət, əlvida elm, əlvida poeziya. Həyatda olan bütün
gözəlliklərə əbədi əlvida.
Əsl mahiyyət parçalanıb. Ən qiymətli dəyər çirkaba bürünüb.
Günəş şəfəqləri ilə işıqlanan sakit artist həyatı zəhərli məişət
havasında boğulur. Necə yaxşı olardı ki, bu cür günəş şəfəqləriylə
işıqlandırılmış həyat ailə xoşbəxtliyindən kənarda səadətini tapa
biləydi.
Neçə-neçə böyük əsərlər bu məişət zibilliklərinin içində
boğulub. Əgər onlar yaransaydı yer üzündəki bütün insanlar
ondan həzz alıb təmizlənərdi. Lakin təəssüf! Dahilər üçün də,
bizim bu qardaşımız üçün də isti ocaq, ailə səadəti lazımdır.
Hissiyyatlı və sevən qəlbin rahatlığı təbiətdən və incəsənətdən
zövq alıb doyduqdan sonra ruhi rahatlıq lazımdır. Bu rahatlığı
yalnız öz ailəsində, uşaqlarının yanında xeyirxah və sevimli
arvadı ilə birlikdə tapa bilər. Yüz qat xoşbəxt rəssam odur ki,
necə deyərlər, özünün prozaik həyatını gözəl musiqi ilə ahəngdə
yarada bilsin. Allahın verdiyi bu gözəllik sonsuzdur, nəhayət -
sizdir. Mənə yaxın olanların ailə xoşbəxtliyini müşahidə edəndə
bu qərara gəldim: mənim bu qeydlərim yalnız o insanlara aiddir
ki, onlar təbiətdə olan bütün gözəlliklər qarşısında baş əyir və
ondan ilham alırlar. Bu yazıqlar çox vaxt səcdə etdikləri bütlərin
qurbanına çevrilirlər. Lakin belələrini günahlandırmaq olmaz,
çünki gözəllik, xüsusilə qadın gözəlliyi onlar üçün dağıdıcı
201
Rəssam


amildir. Başqa cür ola da bilməz. Bu elə həmin şeydir ki,
gözəlliyi, həyatda olan bütün əzəməti ləkələyir və zəhərləyici
mənbəyə çevrilir.
– Bu necə ola bilər? – gənc hiddətlə qışqırır və deyir:
– Allah tərəfindən gözəl ona görə yaradılıb ki, bizim göz
yaşlarımızla və iztirablı həyatımızla tamamlanan əzabımızı ovun-
dursun. Doğrudur, Allah tərəfindən ona verilən təyinat bundan
ibarətdir. Amma bilmək olmur, bu təyinatı onun özü, yoxsa biz,
çoxbilmişlər dəyişdiririk. Çox vaxt elə bizim özümüz Allahın
verdiyi bu yüksək neməti urvatsızlaşdırıb qəlbsiz, ruhsuz,
hərəkətsiz bütə çeviririk. Onun yalnız bir mahiyyəti var: bütün
gözəl hisləri əzsin, özünə tabe etsin. Bu, eqoizmdir. Hər şeyi
məhv edən gözəllikdən doğan mahiyyətdir.
Bəli, eqoizm. Biz hələ uşaq olarkən imkan vermişik ki, o bizi
idarə etsin. Eqoizm gələcəkdə bizim ürəyimizi odlandıran, onu
özündən çıxardan bir haldır. O zaman biz onun gələcək gücünü
təyin etmək iqtidarında olmuruq. O bədbəxt gündən başlayaraq
biz bu hala günahsız dəcəllik kimi baxırıq. Çox vaxt öz gözəl li -
yi miz qarşısında belə ağlımızı itiririk. Yalnız güzgü onun yeganə
yol yoldaşıdır. Həyatda onu tərbiyə edəcək və dəyiş di rə cək elə
bir şey yaranmayıb.
Təsadüfən bizim atdığımız özünəsevgi toxumunun kökləri o
qədər dərinə işləyir ki, müalicəsi olmayan xəstəliyə çevrilir.
Güllər üzərində apardığım müşahidələrin nəticəsi budur. Xüsu -
silə bu müşahidələri imtiyazlı gözəllər üzərində aparanda
düşüncələrimə bir daha inanmalı oluram. İmtiyazlı gözəllər yal -
nız gözəl ola bilər. O, sevimli, sədaqətli qadındır, xeyirxah, zərif
anadır, hətta səni dəlicəsinə sevən məşuqədir. Lakin təəssüf ki,
bunların əksi olan varlıqlar daha çoxdur. Həmin varlıqlar özlərin -
də ancaq xarici gözəllik daşıyırlar. Buna ağac gözəlliyi deyilir.
Bizim tərəfimizdən axmaqlıq olardı ki, ağacdan nəsə qeyri-adi
bir şey tələb edək.
Bax, buna görə mən məsləhət görürəm ki, gözəl heykəlləri
yalnız uzaqdan seyr etmək lazımdır. Heç bir vəchlə onlara yaxın -
202
Taras Şevçenko


laşmaq olmaz. Daha doğrusu, belələriylə evlənmək olmaz. Xüsu -
si ylə rəssamlara, o cümlədən özlərini elmə və incəsənətə həsr
edən bütün insanlara bunu məsləhət görürəm. Əgər rəssama gö -
zəl qadın lazımdırsa, öz sevimli sənəti üçün naturaçılar, rəqqa -
sə lər və digər peşəkarlar var. Evdə isə ona adi, insanı sevən,
xe yir xah arvad lazımdır. Ona imtiyazlı gözəl lazım deyil. Belə
qadın onun həyatına yalnız ötəri, gözqamaşdırıcı işıq sala bilər.
Sonra isə bir an içərisində sönən meteor kimi qəlbində ani
yaranan sevinci silib aparar. Ondan əsər-əlamət qalmaz. Gözələ
əsl aktrisa kimi ona pərəstiş edən kütlə lazımdır. Fərqi yoxdur,
onlar həqiqi pərəstişkarlardır, yoxsa yalançı. Belələri üçün təki
çoxlu pərəstişkar olsun. O, gözəl mərmər heykəldən başqa bir
şey deyil.
Bizim atalar sözündə deyildi kimi: “Hər parıldayan qızıl
deyil”.
Gözəllər arasında da istisnalar olur. Təbiət nəhayətsiz və
müxtəlif çalarlıdır. Bu istisnaya dərindən inanıram. Lakin qeyri-
adi hadisə kimi. Mən bu inamımda ona görə ehtiyatlıyam ki,
yarım əsr alicənab, nəcib insanlar arasında yaşasam da bu cür
möcüzə ilə rastlaşmamışam. Demək olmaz ki, mən mizantroplar,
ya da abırsız qeybətcillər sırasına aid olmuşam. Əksinə, mən
həmişə gözəllik pərəstişkarı olmuşam. Həm təbiətin özünə, həm
də yaradılan ilahi sənətə.
Bu yaxınlarda görün, başıma nə gəlib.
Abırlı və ya sivil cəmiyyətdən uzaq, geridə qalmış əyalətdə
bir müddət yaşamalı oldum. Bu əyalətdə digər cazibədar qadın -
larla yanaşı, gözəl, kübar qadınları da görürdüm. Hər halda, onlar
özlərini belə adlandırırdılar. Onlardan biri ilə tanış oldum. Onu
da deyim ki, burada bu cür qadınlarla tanış olmaq çox da çətin
deyil.
Yenicə tanış olduğum gözəli müşahidə etdim. Möcüzə baş
verdi. Əvvəlki gördüyüm gözəllərlə müqayisədə heç bir oxşarlıq
tapa bilmədim. Öz-özümə düşündüm: “Bu səhrada mən vəhşiləş -
məmişəm ki?”Yox, hərtərəfli gözəl qadındır. Ağıllıdır, ciddidir,
203
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə