Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə56/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

məliy dim, artıq birinci saat yekunlaşmaqdadır. Saat yeddiyə qə -
dər qayıdacağıma söz verib çıxdım. Sözümün üstündə durub saat
yeddidə qonaqpərvər qonşumun evində idim. Samovar stolun
üstündə idi, o məni əlində çay stəkanı ilə qarşıladı. Bir stəkan
çaydan sonra məni digər otaqda bir topa kağız üzərində işləyən
daz, eynəkli qocaya təqdim etdi. Qoca stoldan qalxdı, əlini mənə
uzatdı və dedi: 
– Çox xahiş edirəm, əyləşin.
Mən oturdum, o isə eynəyini çıxarıb əl yaylığı ilə sildikdən
sonra yenidən taxdı və sakitcə masasına yaxın əyləşib əvvəlki
kimi kağızlarla məşğul olmağa başladı.
Beləcə bir neçə dəqiqə keçdi. Nə edəcəyimi bilmirdim.
Vəziyyətim getdikcə gülməli hal alırdı. Sahibə sağ olsun, mənə
yardımçı oldu.
– Ona mane olmayın, – o biri otaqdan dedi.
Bura gəlin, bizim yanımızda darıxmazsınız. 
Mən səssizcə zəhmətkeş qocanı tərk edib, diribaş sahibənin
yanına keçdim. Sakit Paşa “Vekfild keşişi”nin rəsmlərinə baxırdı.
– Bizim qocanı gördüz? – sahibə dedi. – Həmişə belədir.
Kağızlara elə öyrəşib ki, onlarsız bir an belə qala bilmir.
Zəhmətkeş ev sahibinin ünvanına kompliment deyib Paşadan
xahiş etdim ki, ucadan oxusun. O, kifayət qədər yavaş, lakin düz -
gün və aydın şəkildə “Vekfild keşişi”ndən səhifəni oxudu. Buna
görə bibisi məni o qədər təriflədi ki, bu təriflər üç səhifəyə də
sığmaz. Tərifdən sonra çay mərasimi davam elədi. Mənə yaxşı
müəllim olduğumçün sonsuz təşəkkürdən savayı çayla birgə rom
da təklif edildi. Rom Foqtda olduğundan Paşa onu gətirmək üçün
getməli idi. Buna görə də çaydan və romdan imtina etməli oldum.
Qonaqpərvər sahibə buna çox təəssüfləndi.
Saat on birdə şam edib onlara hər gün gələcəyim barəsində
söz verib getdim.
Sizə dəqiqliklə deyə bilmərəm ki, bu yeni tanışlıq məndə
hansı təəssüratları yaratdı. Deyilənə görə, tanışlıqda ilk təəssürat
çox vacibdir. Bu tanışlıqdan ona görə razıyam ki, indiyə qədər
183
Rəssam


Paşa ilə olan dostluğum mənə qəbahətli görünürdü. İndi elə bil
bütün bu qəbahətlər aradan qalxdı və dostluğumuz qəfil tanışlıqla
daha da möhkəmləndi.
Mən hər gün onlara gedir və bir həftədən sonra köhnə tanış
kimi elə bil öz ailəmin yanındayam. Onlar mənə öz evlərində ma -
dam Yurgensin verdiyi yeməyin qiymətinə bərabər yemək təklif
etdilər. Mən də mehriban madam Yurgensi qonşularımla əvəz et -
dim. Sözün açığı, peşman da deyiləm, ona görə ki, qayğısız su -
baylar məclisi məni darıxdırırdı. Onların evində rahatlıq, sakitlik,
dinclik var idi. Bütün bunlar mənim sülhsevər xarakterimlə
ahəngdarlıq təşkil edir. Paşanı bacı, bibini də bibim deyə çağırı -
ram. Qocaya isə heç cür müraciət etmirəm, çünki onu yalnız
nahar vaxtı görürəm. Deyəsən, o, bayram günləri də işə gedir.
Onlarda mən özümü elə rahat hiss edirəm ki, Karl Pavloviç
istisna olmaqla, demək olar ki, heç yerə getmirəm. İoxim, Şmidt
və Fiçtumların evində nə vaxt olduğumu xatırlamıram. Bilirəm
ki, yaxşı iş görmürəm, lakin nə edə bilərəm:mehriban insanlara
yalan danışmağı bacarmıram. Bu, aristokrat təhsilinin çatışmaz -
lı ğından başqa bir şey deyil. Gələn bazar günü hamısına qonaq
gedəcəyəm və gecəni də Şmidt ailəsinin evində keçirəcəm. Belə
getsə dostluğumuz pozulacaq.
Bütün bunlar düzələr, mənim əsl dərdim Mixaylovladı. Daha
doğrusu, məhz Mixaylovla yox, onun ürək dostu miçmanla. O,
hər gecə bizdə qalır. Bu, hələ harasıdır, özü ilə Allah bilir, haranın
adamlarını gətirir və bütün gecəni içki içib, qumar oynayırlar. Bu
azğınlıq belə davam etsə, istəməsəm də mənzili dəyişməli ola-
cam. Heç olmasa yaz tez gələydi, zəhlətökən miçman dənizə
gedərdi.
Paşanın boyalarla olan etüdünü şam işığında çəkməyə
başladım. Siması çox gözəl alınır, lakin lənətə gəlmiş miçman
işləməyə mane olur. Bayrama qədər yekunlaşdırıb yeni rəsmə
başlamaq istəyirəm, lakin çətin ki, alınsın. Qonşularımın mən zi -
lin də işləmək istəyirəm, ancaq utanıram. Şam işığında şəkil elə
xoşuma gəldi ki, bu simanı yekunlaşdırandan sonra Paşadan yeni
184
Taras Şevçenko


etüdlər çəkməyi fikirləşdim. Heyif ki, əklil üçün ağ qızılgülləri
indi tapmaq mümkün deyil, lakin bu, vacibdir. Amma bu, son ra -
nın işidir.
Paşa artıq yaxşı oxuyur və qiraəti sevir. Bu mənim üçün həd -
dən artıq xoşdur, lakin onun üçün mətn seçəndə çətinlik çəkirəm.
Bilmirəm niyə, amma deyirlər ki, cavan qızların roman oxuması
düzgün deyil. Yaxşı roman təxəyyülü genişləndirib, qəlbi nəcib -
ləş dirir. Hansısa quru, ağıllı kitab isə nəsə öyrətmək bir yana,
hələ bir oxumağa qarşı nifrət aşılayır.
İlk dəfə ona “Robinzon Kruzo”nu verdim. Bundan sonra isə
Araqo və ya Dyumon Dyurvelin səyahətlərini təklif edəcəm.
Bundan sonra isə hansısa romanı verəcəm. Ola bilsin ki, Plu tarxı.
Heyif ki, bizdə Vazarinin tərcümə edilmiş əsərləri yoxdur, olsaydı
onu bizim mükəmməl sənətin məşhurları ilə də tanış edərdim.
Necə fikirləşirsiniz, mənim planım yaxşıdır? Əgər bunun
əksinə nə isə demək istəsəniz gələn məktubunuzda yazın, mən
sizə səmimi qəlbdən minnətdar olaram. İndi mən onu yaxın,
qohum bir insan kimi maraqlandırıram. Mən isə ona rəssam gözü
ilə özümün tamamlanmamış rəsm əsərim kimi baxıram. Nəyi
oxumağı onun özünə həvalə etməyi qəbahət hesab edirəm. Ona
görə ki, onun seçmək imkanı yoxdur. Yaxşı olardı ki, ona oxu -
mağı öyrətməyəydim.
Qonşularımla sizi bezdirdim. Hə? Amma nə etmək olar? Belə
bir atalar sözü var: “Kimin harası ağrıyırsa, o barədə şikayət lə -
nir”. Düzünü desəm, daha deməyə sözüm yoxdur. Heç yerə
getmirəm, heç nə ilə də məşğul olmuram. Bilmirəm, tale mənə
gə lən yaya nə hazırlayır, amma mən onu səbirsizliklə gözləyirəm.
Başqa cür gözləmirəm. Gələn yay seçdiyim, daha doğrusu, sizin
təyin etdiyiniz yol üçün həqiqi təməl qoyulmalıdır. Karl Pavloviç
deyir ki, bayramlardan sonra birinci qızıl medal üçün proqram
elan ediləcək. Bu taleyüklü proqramı təsəvvürümə gətirəndə az
qalır ki, ağlım başımdan çıxsın. Birdən məndə alındı? Dəli ola -
ram. Bəs siz? Doğrudanmı, siz üçillik sərgi üçün hazırlanan proq -
rama, sizin təsdiq etdiyiniz və onu yaradan tələbənizin işinə
185
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə