Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə55/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

təm təraqlı şəkildə baş keşiş müqəddəs Mixaylın və knyaz Pus -
kov skinin ardınca gedirlər.
Necə də təəccüblü təzaddır? Şəklin birinci planında, düz or-
tada əlində xaç tutmuş, bənizi solğun rahib atın üstündə əyləşib.
Rahibin sağ tərəfində Şuyskinin ölməkdə olan ağ atı. Şuyskinin
özü isə əlləri yuxarıda dağıntılara tərəf qaçır. Rahibin sol
tərəfində qoca qarı gənc bir oğlanı, lap dəqiq desək, cavan yeni -
yet məni döyüşə yola salmaq üçün dua edir. Daha sol tərəfdə isə
bir qız vedrədən yorğun əsgərlərə su verir. Şəklin lap künc tərə -
fində yarıçılpaq vəziyyətdə olan can verən əsgəri bir qadın qolları
ara sında saxlayır. Ola bilsin ki, bu qadın gələcəkdə dul qalacaq.
Necə də qəribə, müxtəlif epizodlardı.
Mən hələ şəklin yarısını sizə təsvir etmədim. Əgər bu mü -
kəm məl yaradıcılıq əsərini ətraflı təsvir etmək fikrinə düşsəydim
bu məktub sonsuz, lakin yenə də natamam olacaqdı. Yüksək
dərəcədə poetik əsərin hələlik prozaik oçerki ilə kifayətlənin.
Vaxt gələr sizə onun konturlarını göndərərəm. Onda siz aydın
görə cəksiniz ki, bu necə dahiyanə əsərdir.
Sizə daha nədən yazım, mənim unudulmaz himayədarım?
Mən sizə az-az yazdığım üçün özüm də utanıram. Məni tənbəl
olduğuma görə danlamağınız ədalətli deyil. Başqaları kimi
gündəlik həyatımı cəlbedici şəkildə yazmağın ustası deyiləm.
Amma bu mənim tənbəlliyimə dəlalət eləmir.
Bir müddət əvvəl (məhz məktub yazmaq üçün) Julya Janenin
tərcümə etdiyi “Klaris” əsərini oxudum və yazıçının müqəd di-
məsini bəyəndim. Məktublar isə elə uzun, elə xoşagələn idilər ki,
oxumaqdan doymurdum. Necə olur ki, insanın hövsələsi belə
uzun məktublar yazmağa çatır? Xaricdən göndərilmiş məktubları
bir o qədər də bəyənmədim: iddiası böyük, mahiyyəti isə azdır.
Pedantizmdən başqa bir şey deyil.
Sizə etiraf etmək istəyirəm ki, məndə güclü yazmağı öyrən -
mək istəyi var, lakin bilmirəm necə. Məni öyrədin. Sizin məktub -
la rı nız elə maraqlıdır ki, mən onları əzbərdən bilirəm. Sizin
mək tub yazmaq sirrinizi öyrənənə qədər hələlik qəlbimin diktə
et diyi kimi yazacam. İndi isə səmimi etirafımı incəsənət əvəz etsin.
180
Taras Şevçenko


Karl Pavloviçin mənzilində gecələdikdən sonra saat onda
həvəssiz olaraq öz evimə getdim. Mixaylov artıq evdə idi və
yarıyuxulu miçman üçün stəkana şərab süzürdü. Hərdəmxəyal
qonşu qızı isə heç nə olmamış kimi mənim otağımdan baxıb
ürəkdən güldü. Onda nə özünəhörmət, nə də ki, ciddilik var idi!
Bu, təbii sadəlik idi, yoxsa küçə tərbiyəsinin nəticəsi? Bu sual
mənim üçün hələ də cavabsızdır. Ona görə ki, mən ona qeyri-
şüuri olaraq ba la ca uşağa bağlanan kimi bağlanmışam. Həqiqətən
də, uşaq kimi onu əlifba öyrənməsi üçün masanın arxasına
əyləşdirdim. Ax şam lar o, cümlələr arasındakı əlaqəni möh kəm -
lədir, mən isə ya cızma-qara eləyirəm, ya da ki, ondan portret
çəkirəm. Siması sadəcə olaraq gözəllik nümunəsidir!
Yaxşı olan bilirsiz nədir? Öyrənməyə başlayandan o, gülməyi
tərgidib. Ciddi uşaq simasına baxanda məni gülmək tutur. Fikrim
var ki, bütün qış boyu işim olmayanda ondan indi oturduğu kimi,
şam işığında, göstərici əlində, əlifbanı öyrənən yerdə etüd çəkim.
Çox zərif rəsm alına bilər. Bilmirəm, rənglərlə öhdəsindən
gələcəm, ya yox. Karandaşla onun rəsmi yaxşı alınır.
Bu yaxında mən onun bibisi ilə qeyri-adi bir tərzdə tanış
oldum. Adətim üzrə mən saat on birdə sinifdən evə gəlirdim. Paşa
məni dəhlizdə qarşıladı və bibisinin adından məni öz evlərinə
qəhvə içməyə çağırdı. Bu hadisə məni təəccübləndirdi və imtina
etdim. Həqiqətən, tanımadığım mənzilə, özü də ki, qonaqlığa
necə gedim? O mənə söz deməyə imkan vermədi və əlimdən tu-
taraq inadcıl buzov kimi qapılarına tərəf dartdı. Mən də tərslik
edir dim. Əlimi ondan xilas etməyimə lap az qalmış qapı açıldı
və bibi özü köməyə gəldi. Heç bir söz demədən o biri əlimdən
tutub məni otağa saldılar, qapını açarla bağlayıb dedilər ki, özü -
mü evim dəki kimi hiss edim.
– Artıq dərəcədə xahiş edirəm, utanmayın, – təngnəfəs olan
sahibə dedi, –özünüzü rahat hiss edin. Paşa, niyə ağzını ayır mı -
san? Tez qəhvə gətir!
– Bu dəqiqə, bibi, – Paşa o biri otaqdan cavab verdi.
181
Rəssam


Bir dəqiqə keçməmiş Paşa məcməyidə qəhvədan və fincanlar
əsl Qeba kimi otağa girdi. Bibi də bir balaca Tuçeqonitelə oxşa -
yır dı.
– Sizinlə çoxdan tanış olmaq istəyirdim, – qonaqpərvər sahibə
söhbətə belə başladı.
– Lakin belə bir təsadüf ələ düşmürdü. Şükür Allaha, bu gün
istədiyim alındı. Sadəliyimizə görə bizi bağışlayın. Daha bir fin-
can qəhvə yerinə düşərmi? Qaymaq satan çoxdandı ki, bu tərəf -
lə rə gəlmir, bazar qaymağı isə pis olur. Nə etmək olar? Uzun
müd dətdir ki, Paşa mənim sizinlə tanış olmağımı istəyir. Siz isə
əsl rahib kimi adamayovuşmazsınız. Heç dəhliz tərəfə də baxmır -
sınız. Bir fincan da için. Bizim Paşayla xariqələr yaratmısınız.
Sa də cə olaraq onu tanıya bilmirik:səhərdən axşamacan əlindən
kitab düşmür, səs-küy də salmır. Adamın ürəyinə yağ kimi yayı -
lır. Bizim təəccübümüzü təsəvvür edin. Dünən gecə sizin dostu -
nuzun verdiyi şəkilli kitabı çıxartdı və oxumağa başladı. Düzdür,
o qədər də sürətli olmasa da, hər şeyi başa düşmək olurdu. O
kitab necə adlanır?
– “Vekfild keşişi”, – arakəsmədən çıxaraq Paşa dedi.
– Hə, hə, keşiş. O yazıq həbsxanada nə əzablar çəkir, qızını
necə axtarır. Bütün kitabı olduğu kimi oxudu, yuxum da qaçdı.
Mən ondan soruşanda ki, səni kim öyrədib, dedi ki, siz öyrətmi -
si niz. Düzünü desəm, biz sizə borcluyuq. Mənim Kiril Afanasi -
çim işdə olmadığı vaxtda evdə kağız-kuğuzla məşğuldu. Gecə
olan kimi ağzımıza su alırıq, danışmırıq, bir gecə bir il kimi görü -
nür. İndi isə vaxtın necə keçdiyini hiss etmirəm! Bir fincanın da
yeri varmı?
Mən imtina edib, getmək istəyirdim. Lakin alınmadı. Sahibə
kobud bir şəkildə mənim qolumdan tutub yerimə oturtdu və dedi: 
– Bilmirəm sizdə necə, bizdə belə eləmirlər – salam, sağ ol.
Sizdən xahiş edirəm ki, bizimlə qalıb söhbət edəsiniz və Allah
verəndən bir tikə yeyəsiniz.
Yeməkdən və söhbətdən imtina etmək üçün məndə olmayan
ağrıları bəhanə gətirdim. Məsələ burasındadır ki, mən sinfə get -
182
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə