Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə59/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   55   56   57   58   59   60   61   62   63

Görün nə yazır, – təsəvvür et ki, məşhur Talioni Roma
küçələrində gördüyüm və ona havayı baxdığım heykəllərin
surətidir. 
Bu sözlərdən sonra ona nə deyəsən!..
Mən sizə onun yazdığı məktubun özünü göndərərəm. Orada
sizin barədə də maraqlı fakt var. Yazıq, hələ də Tornovski
barəsində düşünür.
Siz onu tez-tez görürsünüz. Deyin görüm, o öz həkimi ilə
xoşbəxtdirmi? Əgər xoşbəxtdirsə, bizim dostumuz barəsində ona
nəsə deyib boş xatirələrlə sakit ailəsini narahat etməyək. Yox,
əgər xoşbəxt deyilsə, onda deyin ki, dünyadakı ən mehriban
varlıq, yəni bizim dostumuz Şternberq onu əvvəlki tək
səmimiyyət və nəvazişlə sevir. Bu onun qəlbinin kədərini ovun-
durar. İnsan əziyyət çəkəndə, çətinliklərə dözəndə, sədaqətli dos-
tundan səmimi, mehriban söz eşidərkən əziyyət verən çətinlikləri
bir anlıq belə olsun unudur. O, tamamilə xoşbəxtdir. Deyilənə
görə, bir anlıq xoşbəxtlik uzun illərin ağır iztirabını əvəz edə
bilər.
Mənim dəyərli dostum, bu sətirləri oxuyanda siz gülümsünüb
fikirləşəcəksiniz ki, iztirablar və sınaqlar barəsində belə gözəl
fikir yürütdüyümə görə mən özüm hansısa bir sınaq qarşısında
qalmamışam ki? And içirəm, mənim heç bir çətinliyim yoxdur.
Sadəcə olaraq qəhərləndim. Tamamilə xoşbəxtəm. Siz və Vilya
kimi dostum olandan sonra başqa cür ola da bilməz. Mənim
taleyim kimi ilahi qismət az insanların qarşısına çıxır. Əgər siz
olmasaydınız, kor ilahə mənim yanımdan keçib gedəcəkdi. Lakin
siz onu küçəyə atılmış zavallı bir pintiyə diqqət yetirməyə vadar
etdiniz.
Aman tanrım! Son dərəcə xoşbəxtəm. Mənə elə gəlir ki,
xoşbəxtliyin bütövlüyündən qəşş edib öləcəm. Hökmən mənə
cüzi də olsa, kədər lazımdır. Özünüz fikirləşin, nə fikirləşsəm, nə
istəsəm, hər şey o dəqiqə alınır. Bizim dahi maestrodan
başlayaraq hər kəs məni sevir, mərhəmət göstərir. Elə onun
sevgisi tam xoşbəxt olmaq üçün kifayətdir.
192
Taras Şevçenko


O, tez-tez mənim mənzilimə gəlir, arabir, hətta mənimlə nahar
da edir. Deyin, onu sizin mənzilinizdə ilk dəfə görəndə belə
xoşbəxt anlar barədə düşünə bilərdimmi? Mənim kimi hər şeydən
uzaq dilənçinin bəxtinə çıxan bu böyük xoşbəxtlik bəzi ağalara
belə qismət olmayıb. İndi yer üzündə elə insan varmı ki, mənim
bu halıma qibtə etməsin?
Keçən həftə o mənim sinfimə gəldi. Etüdlərimə göz gəzdirdi,
ayaqüstü bir necə qeydlərini bildirdi və nəsə demək üçün dəhlizə
çağırdı. Mən də fikirləşdim ki, Allah bilir, nəsə mənə mühüm bir
şey deyəcək. Mənə təklif etdi ki, onunla birgə gedib Uvarovların
bağ evində nahar edək. Mən dərsi qoyub getmək istəmirdim. Onu
fikrindən daşındırmaq istəyəndə mənim hərəkətlərimi şagird
dəcəlliyi, yersiz müqavimət adlandırdı. Dedi ki, bir dərsi burax-
maqla heç nə olmaz.
Sonra əlavə etdi:
– Əzizim, mən sənə elə mühazirə oxuyacam ki, onu heç es-
tetika professorundan da eşitməmisən.
Bundan sonra mən nə deyə bilərdim ki? Palitra və fırçanı
yığışdırdım, paltarımı dəyişdim və getdim.Yeri gəlmişkən, es-
tetikadan bir şey görmədim.
Nahar masası arxasında adəti üzrə deyə-gülə söhbət etdik.
Yeməkdən sonra isə mühazirə başladı. İş belə oldu.
Qonaq otağında qəhvə içən zaman qoca Uvarov danışmağa
başladı ki, zaman çox tez keçir, saatın əqrəbləri sürətlə irəliləyir,
biz də bu almazdan dəyərli zamanın qədrini bilmirik. Öz
oğullarına baxaraq əlavə etdi:
– Xüsusilə gənclər.
– Hə, düz deyirsiz, – deyə Karl Pavloviç məni göstərərək
onun fikrini tamamladı, – elə biri bu. Bu gün dərsi qoyub bağ
evində vaxtını keçirir.
Elə bil mənim üstümə qaynar su tökdülər. O, heç nə olmamış
kimi vaxtın hədərə getməsi barədə öz mühazirəsini davam et-
dirdi. Mən öz övladlarını yeyən Saturnun heykəlinin rəmzini indi
başa düşdüm. Bu mühazirə elə təsirli, elə ata məhəbbəti ilə de -
193
Rəssam


yilirdi ki, mən elə buradaca qonaqların yanında danlanan uşaq
kimi ağlamağa başladım.
Bütün bunlardan sonra indi siz deyin. Mənim nəyim çatmır?
Bəli, siz çatmırsınız.Yalnız burada siz çatmırsınız. Görəsən, sizi,
mənə doğma olan insanı, əsl dostumu qucaqlayıb öpəcəyim günü
görüb, o dəqiqələrin sevincini yaşayacağammı?
Bilirsiniz nə var? Siz mənə yazmayın ki, müqəddəs ayda
gələcəksiniz. Əgər belə olmasaydı hökmən keçən qış mən sizi
ziyarət edəcəkdim. Görünür, müqəddəslər göydən mənim yerdəki
xoşbəxtliyimə qibtə edirlər. Elə buna görə də bu sevincli görüşə
imkan vermədilər. Baxmayaraq ki, özümü çox xoşbəxt hesab
edirəm, bəzən elə kədərlənirəm ki, canımı qoymağa yer tapmı -
ram. Belə əzablı dəqiqələrdə mənə təsəlli verən gözəl və xeyirxah
şagirdimdi. O bunu yaxşı bacarır. Bəzən mən istəyirəm ki, bu
kədərli dəqiqələrimdə əzab çəkən ürəyimi gözyaşları içərisində
ona açım... Amma düşünürəm ki, belə bir vəziyyət onun qızlıq
ləyaqətini alçalda bilər. Onda mən başımı divara vurub dağı -
daram. Ancaq heç bir qadını, xüsusilə onu alçalda bilmərəm. Hal-
hazırda o mənim ilahi gözəlimdir.
Gərək ki, keçən payız mən sizə yazmışdım, gözəl şagirdim
barəsində sizə geniş məlumat verəcəyəm. Fikrim var idi ki, onu
mələklər kimi güllərin arasında “pendant” edib ona bağışlayım.
Lakin qışda zanbaq və ya ağ gül tapmaq çox çətindir. Həm də
zəhlətökən miçman mənə mane oldu. Artıq bu maneələr aradan
qaldırılıb. Fikirləşirəm ki, imkan olduqda, yəni proqramlar arası
vaxtım olsa istədiyim layihəni yerinə yetirəcəyəm. Buna indi
imkanım var, çünki mənim proqramım çox da mürəkkəb deyil.
Cəmi üç fiqurdan ibarətdir.
Fiqurlar bunlardır – “İosif zindan yoldaşlarının – saqinin və
çörəkpaylayanın yuxularını yozur”. Süjet köhnədir, çox işlənilib.
Buna görə də yaxşıca çalışmağı tələb edir, yəni yeni yaradıcılıq
təxəyyülü tələb edir. Mexaniki iş burada, demək olar ki, azdır.
İrəlidə isə hələ üç ay var. İndi siz mənə yazın ki, bu işin əhə miy -
yə ti nə dərəcədə mənim üçün lazımlı ola bilər. Bu işi daha yaxşı
194
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə