Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə60/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   55   56   57   58   59   60   61   62   63

öyrənmək üçün mənə məsləhətləriniz lazımdır. Sizin dediyiniz
kimi, “işin içinə girmək” üçün nədən başlamalıyam?
Hər şey gözəldir. Tam əminəm ki, sizin məsləhətinizlə çox
şeyə nail olacam. Ancaq bir şeydən qorxuram ki, mənim
“Mələyim” bütün vaxtımı əlimdən ala. Proqramım isə ikinci
pla na keçə. Nəyin bahasına olursa olsun, proqramı ilkin yerinə
ye tirə cə yəm. Amma onu da deyim ki, deyəsən, özümlə bacar -
ma yacam. Necə olacağını bilmirəm. Odur ki, ilk növbədə, “Mələ -
yi” çəkib qurtarmaq istəyirəm. Çünki bu işə çoxdan başlamışam.
Əgər bunu işləyib sona çatdırsam, onda proqram üzərində
arxayınlıqla işləyərəm.
Proqram! Mən öz proqramım haqqında düşünəndə o qədər də
yaxşı olmayan hislər keçirirəm. Bilmirəm ki, bu cür pis fikirlər
ağlıma haradan gəlir. Bəlkə, gələn ilə qədər proqramdan imtina
edim. Ancaq bir ili itirmiş olaram. Bu itki nəyin bahasına başa
gələ bilər? Yalnız müvəffəqiyyətə inam. Amma müvəffəqiyyətə
kim zəmanət verə bilər? Doğrudanmı, mən xəstəyəm. Həqiqətən,
bəzən elə bilirəm ki, başıma hava gəlib. Mən Xemnitserin “Me -
tafi zik”inə oxşamağa başlayıram. Allah xatirinə, gəlin. Məni bu
düşkün haldan xilas edin.
Mən necə də vicdansız eqoistəm. Hansı əsasla sizin gəlişinizi
bu cür tələb edirəm. Hansı ağıllı ideya xatirinə siz öz işinizi, vəzi -
fə nizi atıb min verstlik yolu qət edib mənim kimi axmağı görmək
üçün gəlməlisiniz. Mən buna layiqəmmi?
Rədd olsun sadəlövhlük və ləyaqətsizlik! Bu, uşaq şıltaq lı -
ğın dan başqa bir şey deyil. Mən isə Allaha şükür, birinci qızıl
medal müsabiqəsinə qəbul edilmişəm. Mən artıq yetkin ada -
mam...yox, yox, bəlkə də, düz demirəm. Sadəcə olaraq öz böyük
karyerasına başlamaq ərəfəsində olan rəssamam. Mən sizin qarşı -
nızda, öz qarşımda xəcalət çəkirəm. Əgər doğrudan da, sizə çox
lazım deyilsə onda, Allah xatirinə, paytaxta gəlməyin. Hər halda,
o vaxta kimi, proqramı və ürəkdən gələn mələyimi işləyib qur-
tarana qədər gəlməyə bilərsiniz. Siz sərgi zamanı gəlsəniz, onda
sevincimin həddi-hüdudu olmayacaq. Mənim daimi və çox qəri -
195
Rəssam


bə bir arzum da var. Dəhşətli dərəcədə istəyirəm ki, gözucu da
olsa mənim “Mələyim”in modelinə nəzər salardınız. Yəni mənim
şagirdimə baxardınız. Doğrudan da, qəribə və gülünc arzudur,
deyilmi? Mən istəyirəm ki, sizə onu – ilahi təbiətin yaratdığı
gözəlliyi göstərim.
Aman Allah, belə də özünü sevmək olar! Elə bil ki, bu
möcüzəvi varlığın yaranmasında, guya, mənim də xidmətim olub.
Nə böyük iş imiş ki, mən ona savad öyrətmişəm. Doğrudanmı,
mən sonsuz dərəcədə özümü sevirəm? 
Zarafat bir yana, savadlı olmaq ona xüsusi bir zəriflik verib.
Onun balaca bir çatışmayan cəhəti var. Çatışmamazlığı bu yaxın -
larda bilmişəm. Mənə elə gəlir ki, son zamanlar o, könülsüz oxu -
yur. Bibisi isə Paşayla qürrələnməkdən çoxdan əl çəkib.
Bayramdan sonra mən ona “Robinzon Kruzo”nu oxumağa
verdim. Necə bilirsiniz? Bir ay ərzində kitabın yarısını güclə
oxudu. Etiraf edirəm ki, bu cür biganəlik məni çox kədərləndirdi.
Elə kədərləndim ki, artıq ona oxumağı öyrətməyimə peşman ol -
ma ğa  başladım.
Əlbəttə, bu barədə mən ona heç nə demədim. Amma elə bil o
mənim fikrimi oxumuşdu. Ertəsi gün kitabı oxuyub qurtardı və
axşam çay masası arxasında əyləşəndə ətraflı şəkildə bu ölməz
əsəri mənə danışdı. Defonun əsəri biganə bibiyə elə təsir etmişdi
ki, o, ağıllı şagirdimi öpüşlərə qərq etməyə hazır idi. Bu baxım -
dan mən özümlə onun arasında çoxlu oxşarlıq görürəm. Bəzən
mən də odun kimi elə biganə oluram ki, elə bil heç nə bacarmı -
ram. Allaha şükür ki, bu hal məndə çox uzun sürmür. Onda isə
hələ ki müəyyənləşdirə bilməmişəm. Başa düşmürəm, həmin o
zəhlətökən miçman buranı tərk edəndən sonra bu qız xüsusilə
ciddiləşib, fikirli olub, kitaba biganə olub. Doğrudanmı, o?...
Lakin bu fikri özümə yaxın buraxa bilmərəm. Miçman əsl anti-
pod varlıqdır, qəddardır və özünün ədəbsizliyi ilə çətin ki, hər
hansı bir qadında maraq yarada bilsin.Yox, bu, axmaq fikirdir.
Mən elə bilirəm ki, onda yaranan belə hal psixoloqların dediyi
kimi, yaşla bağlıdır.
196
Taras Şevçenko


Mən öz gözəl modelim və şagirdimlə sizin zəhlənizi tökdüm.
Siz yəqin etmisiniz ki, mən bu qıza qarşı biganə deyiləm. Doğru -
dan da, bu, belədir. O, fövqəladə dərəcədə mənim xoşuma gəlir,
ən yaxın adamım kimi. Lap doğma bacım kimi xoşuma gəlir.
Onun barəsində bu qədər yetər. İndiki vaxtda bundan başqa
sizə yazacağım bir şey yoxdur. Proqram haqqında indi yazmaq
zamanı deyil. Hətta qurtarandan sonra da onun barəsində yaz-
mayacam. İstəyirəm ki, bu haqda siz qəzetlərdə oxuyasınız. Daha
doğrusu, istəyirəm ki, özünüz gözünüzlə görəsiniz. Mən o qədər
inamla danışıram ki, guya, hər şey bitib, yalnız o qalıb ki, prezi-
dentin əlindən qızıl medalı alım və mənim qələbəm münasibətilə
tuş çalınsın.
Gəlin, mənim unudulmaz ürək dostum! Sizsiz mənim qələ bəm
tam olmayacaq. Ona görə ki, mənim indiki və gələcək səa də timin
günahkarı yalnız sizsiniz. Salamat qalın, mənim unudulmaz
himayədarım! Tezliklə yazacağıma söz vermirəm. Sağ olun!
P.S. Yazıq Demski, Nevanın buzlarının əriməsini görə
bilmədi. Öldü. Əsl mömin kimi dünyadan köçdü, sakit, səssiz.
Elə bil yatmışdı. Mariya Maqdalina xəstəxanasında insan həyatı -
nın son dəqiqələrini müşahidə etməyə vadar oldum. Lakin həyat -
dan bu cür sakit, laqeydcəsinə ayrılığı mən görməmişdim.
Ölümündən bir neçə saat əvvəl mən onun çarpayısının yanın -
da əyləşib yüngül məzmunlu broşüranı ucadan oxuyurdum. O,
göz lərini yumaraq dinləyirdi. Vaxtaşırı hiss olunurdu ki, onun
dodaqları bir-birindən ayrılır. Elə bil gülümsəyirdi. Mənim qiraə -
tim çox da uzun çəkmədi. O, gözlərini açıb mənə zillədi və güclə
eşidiləcək tərzdə dedi:
– Siz necə də həvəslə qiymətli vaxtınızı bu cür boş şeylərə
sərf edirsiniz.
Bir qədər özünə gəlib əlavə etdi:
– Yaxşı olardı ki, şəkil çəkərdiniz. Heç olmasa mənim son
anlarımı.
Mənim yanımda adətim üzrə albom və karandaş olur. Mən
onun quru, kəskin profilini çəkməyə başladım. O, yenə də mənə
baxıb kədərli təbəssümlə dedi:
197
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə