Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə61/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   55   56   57   58   59   60   61   62   63

Necə də sakit modeldir, elə deyilmi?
Mən çəkməyə davam edirdim. Qapı sakitcə açıldı, mənzil
sahibəsinin çirkli sifəti göründü. Məni görən kimi qapı arxasında
gizləndi. Demski gözlərini açmadan təbəssümlə mənə işarə etdi
ki, ona tərəf əyilim. Mən əyildim. O, uzun müddət susdu və nəha -
yət, anlaşılmayan səslə titrəyib dedi:
– Allah xatirinə, mənzil kirayəsini ona ödəyin. Allah qoysa,
hesablaşarıq.
Mənim yanımda pul olmadığı üçün tez evə getdim. Yadımda
deyil, evdə məni bibinin qəhvəsi, yoxsa nəsə gecikməyə vadar
etdi. Dəqiq deyə bilmərəm. Demskinin yanına gələndə artıq gü -
nəş qüruba enmişdi. Günəşin son şüaları onun otağını al çəhrayı
rəngə elə boyayırdı ki, mən bir neçə dəqiqə gözlərimi qıymalı
oldum. Gözlərimi açıb, onun çarpayısına yaxınlaşanda adyal
altında artıq onun ruhsuz bədəni qalmışdı. Onu necə qoyub get -
miş dimsə, elə o vəziyyətdə də qalmışdı. Adyalın qatları tərpən -
mir di. Üzünün təbəssümü dəyişməmişdi. Gözləri yatan adam kimi
yumulmuşdu. Yalnız möminlər bu cür sakitcə ölür. Demski də
həmin möminlərdən idi. Mən onun yarımsoyuq əllərini sinəsinin
üstünə qoydum. Soyuq çənəsindən öpüb, adyalı üstünə çəkdim.
Sahibəni tapıb, rəhmətliyin borcunu ödədim. Ondan xahiş etdim
ki, dəfn mərasimini mənim hesabıma təşkil etsin. Özüm isə qəbir -
qazan axtarmağa getdim.
Üçüncü gün mən müqəddəs Stanislavsk kilsəsindən rahib
dəvət etdim. Fayton kirayələyib gözətçinin köməkliyi ilə onu ta -
bu ta qoyduq və Demski ilə birlikdə uzun yola çıxdıq.Tabutun da -
lın ca mən, rahib Posyada və onun kiçik köməkçisi gedirdik. İşə
bax ki, həmişə yol boyu rastımıza gələn dilənçilərdən bir nəfər
də olsun bizə qoşulmadı. Halbuki bu yazıq tüfeylilər ac it kimi
ehsan iyini o dəqiqə duyurlar. Onlar bizdən hər hansı bir sədəqə
gözləmədikləri üçün bizə qoşulmadılar.
Həmişə İsa Məsihin adından istifadə edən bu sırtıq alver -
çilərdən zəhləm gedir. Onlara nifrət edirəm. Qəbiristanlıq dan
qayıdanda mən rahibi rəhmətliyin mənzilinə dəvət etdim. Ona
198
Taras Şevçenko


görə yox ki, ehsan verək. Ona görə ki, Demskinin kitabxana sını
göstərmək istəyirdim.
Bu kitabxana ağzı qapanmış bir neçə yeşiyə yığılmışdı. Kitab -
xa na nın çox hissəsini tarix və hüquq kitabları təşkil edirdi. Kitab -
ların bir çoxu yunan, latın, alman və fransız dillərində idi. Alim
rahib maraqla yunan və roma klassiklərinin əsərlərini vərəqləyir -
di. Mən isə yalnız fransız dilində olan kitabları bir yerə yığırdım.
Qəribədir, polyak dilində Leleveladan başqa, yalnız Mitskeviçin
bir kitabı var idi. Doğrudanmı, o öz doğma ədəbiyyatını sevmir -
miş? Ola bilməz!
Kitabxananı yerbəyer etdikdən sonra mən özümə fransız
dilində olan kitabları götürdüm. Qalanını alim rahibə təklif etdim.
Vicdanlı rahib heç cür razılaşmadı ki, bu cür xəzinəni havayı
qəbul etsin. O, təklif etdi ki, Demskinin qəbri üstündə qranit
plitələri öz hesabına qoyduracaq. Öz tərəfimdən mən xərcin yarı -
sını çəkməyi üzərimə götürdüm. Elə oradaca plitələrin formasını
və ölçüsünü təyin etdik, üzərində nə yazılacağını müəyyənləşdir -
dik. Yazı çox sadə alındı: “Leonard Demski, mort. anno. 18...”
Bütün işləri yekunlaşdırıb, hərə öz payını götürüb köhnə dost-
lar kimi ayrıldıq.
Qəribədir, doğrudanmı, rəhmətlik Demski heç kimi özünə
yaxın buraxmayıb, ya da ki, məndən başqa kiməsə yaxınlaşıb
dostluq etməyib? Onun mənzilində mən heç kimə rast
gəlməmişdim. Lakin küçəyə çıxanda onun tanışları tez-tez yaxın -
la  şıb dostyana görüşür, hətta bəziləri onun əlini sıxırdılar. Onlar
hamısı hörmətli adamlar idi. Amma bu da doğrudur ki, necə
deyərlər, nüfuzlu, hörmətli adamların Demski kimi zəhmətkeş,
yoxsul birinin evində nə işi var?
Çox kədərlidir! Bu cür hörmətli insanlara adamın yazığı gəlir.
Bir daha salamat qalın. Məni unutmayın, mənim unudulmaz
himayədarım!”
Geniş yazılmış çoxşaxəli məktubdan bu qənaətə gəldim: bi -
rinci, mənim tələbəm, doğrudan da, əsl rəssam olacaq. Çünki o,
yük sək dərəcədə xeyirxah və mülayim adamdır. Sadə insanlar bu
199
Rəssam


cür səmimi ola bilməzlər. Bu cür insanlar təmənnasız yaxşılıq
edir lər. Necə ki, mənim şagirdim rəhmətlik Demskiyə qarşı belə
mərhəmətlə yanaşıb.
Bu cür gözəl, təmənnasız bağlılıqda mən xüsusi bir şey gör -
mürəm. Adi insanın bir-birinin dərdini duymasıdır. Bu böyük,
gö zəl xüsusiyyət insanlığa, elmə münasibətdən irəli gəlir. İnsan-
lar öz təbiətinə və bizə göndərilən səmavi kitabların öyrətdiyinə
görə, hamı bir-birinə qarşı belə olmalıdır. Ancaq təəssüflər olsun
ki, bizim aramızda çox az adamlar bu müqəddəs tövsiyələri yeri -
nə yetirir. Bu gözəlliyi ona verilən ilahi təbiətində qoruyub sax -
laya bilmir. Belə insan çox azdır. Bəlkə də, ona görədir ki, bizə
qeyri-adi görünən, təmənnasız sevən, həqiqi xeyirxah adamlar
qəribə gəlir. Belə insanlara biz kometa kimi baxırıq. Bizim
çirklənmiş mənəviyyatımız bu cür şəfəq saçan varlıqlara çox
baxa bilmir. Və belələri az-az gözə dəyir. Biz öyrəşmişik ki,
ətrafımızdakı təmiz insanlara böhtanlar atılsın, onlar çirkaba
batırılsın. Əgər bu, baş tutmasa, həmin insanları dilənçiliyə və
əzablara düçar edirik. Təmiz insanları bir otaqda saxlayıb qapını
örtməliyik ki, çirkləndirilmiş havadan udmasınlar. Bəli, təəssüf
ki, bütün bunlar acı həqiqətdir. Deyəsən, mən yersiz danışdım.
İkinci, mənim sevimli rəssamımın məktublarından bu qənaətə
gəldim ki, o, olduqca həssasdır. Özü də bilmədən, səmimi
qəlbdən yelbeyin şagirdinə vurulub. Bu, adi haldır. Eyni zamanda
yaxşıdır, hətta deyərdim ki, rəssam üçün bu, çox lazımdır.
Yoxsa akademik etüdlər içərisində ürək qurum bağlayar.
Məhəbbət insan ruhunu alovlandırır. İnsan nə yaradırsa yalnız
ilahi hissin təsiri ilə yaradır. Bu, həyatın yazılmış qanunu və
poeziyasıdır. Bütün bunlar gözəldir.Yalnız bir şərtlə, Libelt bunu
belə izah edir: məhəbbətin gözü kor olur.
Qəribədir, tez-tez olur ki, gözəlliyi qiymətləndirən, ona son-
suz dərəcədə vurğun olan səmimi ürəklərin bəxtinə mənəviyyatca
əcaib varlıqlar düşür. Belə insanlar buxarı tüstüsünü ciyərlərinə
çəkir və onlara elə gəlir ki, təmiz, ətirli gül iyləyirlər. Az-çox az
hallarda bu cür atəşli ürəklərə ahəngdarlıq yol yoldaşı olur.
200
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə