Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə11/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

bəti, Stepan Martınoviçin daxilində yatan zəif hisləri canlandırmağa
başlamışdı. Onun müəllimlik bacarığından savayı hələ latın
dilində də az-çox bilməsi üzə çıxdı. Arı pətəklərinin yanındakı
cökə ağacının altında uzanıb Tita Liviyanı oxuyanda Nikifor Fyo -
doroviç onu çox aydın başa düşürdü.
Nikifor Fyodoroviçin təqdimatı ilə böyük keşiş Gedeon ona
kiçik kilsə xadimi adı verərək xutorla üzbəüz yerləşən Boris və
Qleb müqəddəs kilsəsində vəzifəyə təyin etdi. O vaxtdan başla -
yaraq Stepan Martınoviç panlarla oturub-durmağa başladı və o
səviyyəyə çatdı ki, yumşaq dəridən tikilmiş çəkmələrdən başqa
heç nə geymirdi. O, Nikifor Fyodoroviçin evinin hörmətli üzvlə -
rindən birinə çevrildi. Evdə olmayanda elə bil nəsə çatışmırdı.
Düzdür, onda cəldlik və itifikirlilik hələ az müşahidə olunurdu,
lakin üzünün cizgiləri tamam dəyişmişdi. Siması təravətli, sakit
və xeyirxah görkəm almışdı. Bir sözlə, əvvəlki görkəmindən
əsər-əlamət qalmamışdı.
Nikifor Fyodoroviç, sən ona bağışladığın təzə paltarla və üç
manat pulla böyük iş görmüş oldun. Sən eybəcər bir varlığı
yüksək fikirli olmasa da, dərin hissiyyatlı insana çevirdin.
Zosya və Vatya nağıldakı qəhrəmanlar kimi günlərlə deyil,
saatlarla böyüyür, dərslərini əla oxuyurdular. Bəli, burada
müəllimin xidmətini nəzərə almaq lazımdır. Stepan Martınoviç
onları bildiyi kimi deyil, oxuduqlarına əsasən öyrədirdi. Bəzən
öz-özünə fikirləşirdi: “Əgər düzgün deyilsə, mən günahkar ol-
mayacam, çünki belə yazılıb”. Uşaqlar on üç yaşına çatanda ən
azı on beş yaşında görünən yetkin oğlanlar kimi görünür dü lər.
Bir-birinə elə oxşayırdılar ki, yalnız Praskoviya Tarasovna onları
ayırd edə bilirdi. Oxşarlıq təkcə xarici görkəmdə deyildi, bütün
hərəkətlərdə və düşüncələrdə bənzərlik çox böyük idi. Məsə -
lən,Vatya oxumaq istəyəndə Zosya da istəyirdi. Zosya gəzməyə
gedəndə Vatya da gedirdi. Yüzbaşı Sokiranın xutoruna Karl
Osipoviçdən başqa kim gəlirdisə uşaqlara baxıb heyrət lənirdilər.
Hələ Nikifor Fyodoroviç və Praskoviya Tarasovna barədə
demirəm.
34
Taras Şevçenko


Günlərin bir günü axşam Karl Osipoviç qəflətən xutora
gələndə ərlə arvadın mübahisəsinin üstünə çıxdı. Nikifor Fyo-
doroviç tez-tez danışığı ilə ucadan qışqırırdı:
Özün bil, necə istəyirsən elə də seç! Hansını hara göndə -
rirsən göndər!
– Yox, sən seç! Mən heç nə bilmirəm!
Bu zaman Karl Osipoviç otağa daxil oldu və Praskoviya
Tarasovna ona müraciətlə:
– Bax, qoy Karl Osipoviç bizim mübahisəmizi həll etsin. Qoy
o bölüşdürsün.
– Hələ siz bölüşə bilməmisiz? İndi deyin görüm, nəyi bölü -
şür sünüz? – deyə Karl Osipoviç əsasını və şlyapasını küncə qoya -
raq soruşdu.
– Bilirsiniz, Karl Osipoviç, məsələ belədir! – deyə Praskoviya
Tarasovna izah etməyə başladı. – Biz qərara gəlmişik ki, oğlan -
ların birini hərbi xidmətə göndərək, digəri isə mülki işlərlə məş -
ğul olsun. İndi bilmirik ki, hansını hara göndərək.
– Hər ikisini mülki xidmətə göndərmək olar, ancaq
əvvəlcədən onlara bəzi şeyləri öyrətmək lazımdır.
– Mən də onu deyirəm, – deyə Nikifor Fyodoroviç sakit səslə
dilləndi.
– Aman Tanrım! Böyüyüblər, oxuyublar, hətta Luka ata
onların biliklərini yoxlayıb, bəyənib, artıq on dörd yaşın için də -
dir lər. Nəsə fikirləşmək lazımdır.
– Fikirləşirəm ki, onları seminariyaya qoyaq.
– Mənsə zabit olmalarını istəyirəm.
– Qoy sən deyən olsun. Göndər zabitliyə. Mən isə istəyirəm
ki, seminariyada oxusunlar. İndi iş o yerdə qalıb ki, hansının
zabit, hansının seminariya tələbəsi olacağını müəyyənləş 
-
dirməliyik. Qoy bunu taleyin özü həll etsin. Karl Osipoviç, püşk
atırıq. Siz də şahid olun.
Püşk atdılar və püşkə görə Zosimə zabit, Savvatiyə isə semi -
nariya tələbəsi olmaq düşdü.
35
Əkizlər


O gecədən başlayaraq Praskoviya Tarasovna elə bil Zosyanı
Vatyadan üstün tutmağa başlamışdı. Əlbəttə ki, bu, o qədər də
nəzərə çarpmırdı. Lakin bu xırdalığı Stepan Martınoviç hiss et -
mişdi. Bir dəfə arıxanada Tita Liviyanı oxuyandan sonra Stepan
Martınoviç dedi ki, bu, yaxşı cəhət deyil. Bir anadan olan iki uşaq
arasında ayrı-seçkilik salmaq olmaz. O bu sözləri öz-özünə deyir -
di. Amma bu sözləri Nikifor Fyodoroviç eşitmişdi və acı-acı gü -
lümsəmişdi.
Bu hadisədən bir il sonra ailə şurası qərara gəldi ki, Zosyanı
Poltavadakı Kadet korpusuna, Vatyanı isə Poltavadakı gimnazi -
yaya göndərsinlər. Qərar yerinə yetirildi
Gözəl səhərlərin birində, saat ona qalmış xutordan yüklü fay-
ton çıxdı. Faytona o qədər şey yükləmişdilər ki, dörd at onu güclə
yerindən tərpətdi. Faytonun ardınca digər kiçik araba da hərəkətə
başladı. O da müxtəlif əşyalarla yüklənmişdi. Bu onların ehtiyat
yükləri idi.
Onlar yola düşməzdən əvvəl Karl Osipoviç şəhərə gedib
evində səliqə-sahman yaratmışdı ki, qonaqları layiqincə öz evində
qəbul edə bilsin. Bu nəqliyyatların ardınca Stepan Martınoviç
addımlayır və öz-özünə fikirləşirdi: “Nahaq, Allah haqqı, çox
nahaq! Yaxşı olardı ki, ikisini də seminariyaya qoyaydılar. Mən
onlar üçün çox əhəmiyyətli işlər görə bilərdim. Hətta onların
xatirinə yenidən seminariyaya qəbul olunardım”.
Bu fikirlər içərisində Stepan Martınoviç ayılıb gördü ki, fay-
ton və araba Karl Osipoviçin evinin qabağında dayanıb. Subay
qocanın evində Allah verəndən yeyib-içdilər. Nikifor Fyodoroviç
iştah üçün bir qədəh araq da içdi. Kəmərlərinin altını bərkidəndən
sonra yenə də faytona və arabaya əyləşib yola düzəldilər. Karl
Osipoviç Zosyanın və Vatyanın cibinə bir qutu nanəli konfet
qoymağı unutmadı. Karl Osipoviçlə Stepan Martınoviç də
xudahafizləşdilər. Karl Osipoviç evdə qaldı. Çünki nüsxələrə
yazılan dərmanları xəstələrə vermək lazım idi. Stepan Martınoviç
xutora getdi ki, oradakı mülkə nəzarət etsin. Təklikdə Marinaya
36
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə