Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

O MEİN LİEBER AUGUSTİN... 
Elə o gecə digər cütlük – Sokiraların xutorundan çıxıb şəhərə
gedən iki kirvə sakit səslə oxuyurdular:
Dağın biri ucadır,
O biri yaxındadır... 
Həmin gecə rahib Atanı və onun din qardaşlarını təzə ko-
morda yatızdırdılar ki, Allah eləməsin, bədbəxt hadisə baş verə
bilər.
Karl Osipoviçlə Kulina Yefremovna doyunca rəqs etdilər, ev
sahiblərinə “gute Nacht” deyib, faytonlarına əyləşərək şəhərə
yollandılar. Yolboyu öz təəssüratlarını alman dilində sakitcə bir-
biriylə bölüşürdülər.
Həmin gün illərlə övlad həsrətində olan Nikifor Fyodoroviç
və Praskoviya Tarasovna üçün unudulmaz, sevincli bir gün idi.
İki atılmış körpəni təmtəraqla xaç suyuna salıb övladlığa
götürdülər. Körpələri xaç suyuna salan qadın oturub-durub
deyirdi ki, ömründə belə yaddaqalan mərasim görməyib və yəqin
ki, bundan sonra da görməyəcək. 
Qoca yüzbaşı Sokiranın xutorunda Baş keşişin və digər din
xadimlərinin qınağına baxmayaraq, Nikifor Fyodoroviçin öz
skripkasını futlyardan çıxarıb (mahnını quslidə ifa etmək uyğun
gəlməzdi), mahnını çalıb-oxuduğu vaxtdan artıq altı il keçmişdi... 
Onlar axşamüstü ayrılmaz dostları Karl Osipoviçlə eyvanda
əyləşib Altaya qədər uzanan tünd-yaşıl çəmənliyi seyr edirdilər.
Qırmızı köynəkdə olan iki oğlan uşağı göy çəmənlikdə ora-bura
qaçır, kəpənək kimi uçurdular. Hər üçü dinməzcə baxışlarını on-
lara dikib həzz alırdılar. Onların xəyalı, fikri uşaqların yanın -
daydı. Xeyli tamaşa etdikdən sonra sükutu Praskoviya Tarasovna
pozdu:
– Hörmətli Karl Osipoviç, siz bir məsləhət görün, biz necə
edək? Mən deyirəm, uşaqlar hələ balacadır, onların dərs alan
vaxtı deyil, amma Nikifor Fyodoroviç təkid edir ki, kiçik
olmalarına baxma, hökmən oxumalıdılar. İsa xatirinə deyin, onun
24
Taras Şevçenko


sözündə həqiqət varmı? Deyirəm, heç olmasa bir il gözləyək, o
isə mənimlə razı deyil, bayramdan sonra başlamaq istəyir.
Karl Osipoviç razılığını bildirdi:
– Hə, mən də bu barədə fikirləşirdim. Başlamaq lazımdır,
vaxt çatıb.
– Müqəddəs əzabkeş Varvara! Allahdan qorxun, Karl Osi -
poviç!
– Qorxuram, Praskoviya Tarasovna, çox qorxuram. Sizə
deyim, mənim beş yaşım olanda Şillerdən bəzi şeyləri əzbərdən
oxuyurdum. Bir dəfə şeiri oxuyanda rəhmətlik Kotseba dedi ki,
məndən çox böyük şair olacaq. Əslində, mən kiçik farmaseft
oldum. Odur ki, Praskoviya Tarasovna, bəzən böyük adamlar da
səhv edir.
– Eybi yoxdur, qoy səhv etsinlər, daha bu tezliklə olmaz
ki...Deyir, bayramdan sonra...
– Bəli, bəli! Nə qədər tez olsa, bir o qədər yaxşıdır. 
Praskoviya Tarasovna özünü danladı: “Gör mən kimdən
kömək umuram”, amma bunu dilinə gətirmədi. Karl Osipoviç
tənbəkini iyləyib sözünə davam elədi:
– Bəli, oxumaq lazımdır! Sizin atalar sözündə deyilir ki, elmli
adam işıqlı, elmsiz isə zülmətdir.
– Bilirsiz, Karl Osipoviç, sizin sözünüz bizimçün qanundur,
amma mənim əzizim, gəlin Filipp gününü yola verək, sonra Allah
kərimdi...
Nikifor Fyodoroviç yerində qurcalandı:
– Filipp günündən sonra?...Siz necə fikirləşirsiz, Karl Osi -
poviç, o vaxta qədər gözləmək olar?..
– Dahi Gete deyir: “Ömür qısadır, elm isə əbədidir”.
Praskoviya Tarasovna yenə də öz-özünü danladı: “Ay Allah,
mən nə etdim?..Axı uşaqlar barəsində niyə söz saldım?.. Deyəsən,
axırı yaxşı olmayacaq”. Başını qaldırıb dedi:
– Siz nə istəyirsiz deyin, ancaq mən imkan verməyəcəyəm
ki, Filipp gününə qədər uşaqları incidəsiz...
25
Əkizlər


Nikifor Fyodoroviç narazı halda söyləndi:
– İstəyirsən boynuna mindir, yenə də dediyini deyəcək...
Mənə deyən gərək, beləsini haradan tapmısan...
Bu zaman uşaqlar qaçıb gəldilər. Karl Osipoviç onları əziz -
ləyib soruşdu:
– Hə, nə deyirsən, Zosya, oxumaq istəyirsən?
Zosya cəsarətlə cavab verdi:
– İstəyirəm.
– Vatya, sən necə, oxumaq istəyirsən?
– Mən də istəyirəm! – deyə Vatya atılıb-düşdü.
– Görürsünüz, Praskoviya Tarasovna, siz isə onların
istəklərinə qarşı çıxmaq istəyirdiniz!
– Karl Osipoviç, Allah xatirinə, qoy siz deyən olsun – deyə
uşaqları qucaqlayıb öpdü – ancaq onları necə yerbəyer eləmək
barədə fikirləşmək lazımdır.
Nikifor Fyodoroviç razılaşdı:
Düz deyir, Karl Osipoviç, siz şəhərdə yaşayırsız, sənətinizlə
bağlı müxtəlif təbəqəli adamlarla rastlaşırsız. Seminariyada ox-
uyan tələbələrin biri ilə danışmaq lazımdır ki, uşaqlara dərs desin.
Çox bilikli, diribaş olması vacib deyil.
– Mən böyük həvəslə belə adam axtararam. Bir tələbə tanışım
var, amma o, kimyaçıdır, bu işə yaramaz. Onun vasitəsilə tapmaq
olar.
– Xeyirxah iş görmüş olarsız, Karl Osipoviç!
Nikifor Fyodoroviç uşaqların başını tumarlayaraq nəvazişlə
dedi:
– Biz bu dəcəllərimizə savad öyrətməyə başlamalıyıq.
Mənim hekayəmin gələcək qəhrəmanlarının indi nə fikirləş -
dikləri barədə heç bir söz deyə bilmərəm. Beş yaşlı uşaqlar haq -
qında nə demək olar. Uşaq elə uşaqdır, yetişməmiş gilas kimidilər,
məsum, toppuş, al yanaqlı...
Bir-birinə xeyirli gecə arzulayaraq Karl Osipoviç faytona
əyləşib şəhərə yola düşdü. Nikifor Fyodoroviç isə uşaqlara yat-
mazdan əvvəl dua edib, arıxanaya getdi. 
26
Taras Şevçenko


Adəti üzrə Praskoviya Tarasovna avqustun 16-da Kiyevə
getdi. Qayıdanda müxtəlif oyuncaqlarla yanaşı, müqəddəs
əşyalar da alıb gətirmişdi. Məsələn, əzabkeş İvanın papağını, din
şəhidi Varvaranın üzüklərini, müxtəlif rəngli zərvərəqlər alıb
gətirmişdi. Onların arasında oyuncağa oxşamayan, dəriyə bü -
külmüş iki lövhəcik var idi. Uşaqlar bağlamanı açanda yaşıl,
qalın vərəqlər toplusunu gördülər. Onların sevincinin və təəc -
cübünün hüdudu yox idi. Bu günahsız varlıqlar bilmirdilər ki,
dəriyə bükülmüş müxtəlif rəngli bu kağızlar onların göz yaşlarına
səbəb olacaq. Şirin uşaqlıq azadlığının böyük düşməninə çevriləcək.
Bir sözlə, bu bağlamalardakı kağızların adı ƏLİFBA idi.
Oktyabrın birindən başlayaraq Praskoviya Tarasovna özü
uşaqlara bu sirli təsvirləri öyrətməyə başladı. Öyrətdiyi hər bir
hərf üçün uşaqları şirin Kiyev qoğalı ilə mükafatlandırırdı.
Təəccüblü burasıdır ki, bir neçə gündən sonra uşaqlar
əlifbanın bütün hərflərini əzbərdən oxuya bilirdilər.
Doğrudur, qoğalla dolu olan kisə də artıq boşalmışdı. Bu,
Praskoviya Tarasovnanı məcbur etdi ki, dərsi dayandırsın. Həm
də fikrində tutmuşdu ki, artıq bayram yaxınlaşır. Qoy mənim bu
göyərçinlərim az da olsa, rahat gəzib dolansınlar.
Mənim qəhrəmanlarımın işıqlı azadlıq üfüqü buludlarla
örtülürdü.Tufan sürətlə yaxınlaşırdı.
Elə bayram günü səhər saat doqquzda sanki ildırım çaxdı.
Karl Osipoviç xutorda peyda oldu. O özü ilə birgə daha bir
dəhşətli varlıq da gətirmişdi. Onun uzun, köhnə şinel geyinmiş
dostu qara bulud kimi uşaqların üstünü aldı. Bu, kim ola, kim ol-
maya, Karl Osipoviçin vəd etdiyi və çirkli seminariya auditori -
ya sından tutub gətirdiyi müəllim idi.
Stepan Martınoviç Levitskinin görkəmi onun barəsində bir
neçə söz deməyə adamı vadar edir. O, keşişlərin ən kasıbı Martın
Levitski Atanın oğlanlarından biri idi. Dəqiq bilmirəm, o ya
Glemiyazov, ya İrkliyev, ya da ki, Zolotonoş əyalətindən idi.
Onun çox qəribə, anlaşılmaz taleyi və görkəmi vardı.
27
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə