Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə3/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   2   3   4   5   6   7   8   9   ...   63

Nikifor Fyodoroviç Kiyev “Kanonik”ini götürdü, eynəyini
taxdı, kitabı vərəqləyərək iyun ayını axtarmağa başladı. Ayı və
tarixi tapanda heyrətlə xaç çəkdi və qışqırdı:
– Praskoviya! Sabah möcüzə yaradanların – Zosim və
Savvatiyanın günüdür!
– Daha başqası yoxdumu?
– Başqasını neynirsən? Bunlar arıçılığı müdafiə edən və
qoruyanlardı.
O, bir daha xaç çəkib kitabı örtdü və ikonanın altına qoydu.
Sizə deyim ki, Nikifor Fyodoroviç mahir arıçı idi. Bu səbəb -
dən Praskoviya Tarasovna cəsarət edib deyə bilmədi ki, bu adlar
onun xoşuna gəlmir.
Bundan sonra qocalar dinməzcə axşamladılar, Allaha dua
edib yatmağa getdilər.
Nikifor Fyodoroviç öz taxtına uzandı, Praskoviya Tarasovna
körpə əkizləri yerləşdirdiyi işıqlı otağına getdi. 
Beləliklə, süvari polkun Pereyaslava şəhərindən çıxışı xeyir -
xah qocalar üçün əlamətdar hadisə oldu.
Bu əhvalatı uzatmamaq üçün nə xutorda, nə də onun ətrafında
baş verən olayları təfərrüatı ilə yazmağı lazım bilmirəm. Ona
görə ki, az-çox baş verənlərin bu əhvalata bir o qədər də aidiyyəti
yoxdur, varsa da, çox azdır.
Mənim əsl qəhrəmanlarım Allahın işıqlı dünyasına dünən gə -
liblər. İndi sizdən soruşuram, bu gün onların haqqında nə demək
olar? Buna görə də yaxşıca fikirləşəndən sonra qərara gəldim ki,
xutor və orada yaşayan sakit təbiətli əhalisindən yazım. Qoy
səbirli oxucularıma aydın olsun ki, mənim gələcək qəhrəman ları -
mın uşaqlıq və yeniyetməlik illəri kimlərlə və nə ilə əhatə olunub. 
Haqlı olaraq atalar sözündə deyilir: “Beşikdən necə çıxmı -
sansa, məzara da elə gedəcəksən”. İndi isə baxıb görək, bu atalar
məsəli nə dərəcədə ədalətlidir. 
Deyirlər, uşaqlıq təəssüratı o qədər güclüdür ki, o bizimlə bir -
likdə ölür. Əgər insanın uşaqlıq illəri köntöy dekorasiyalarla və
9
Əkizlər


ya oyunbaz aktyorlarla əhatələnibsə, artıq gənclik dövründə ona
tərbiyə verməyin xeyri yoxdur. Ya da əksinə, həmin adamın uşaq -
lıq çağları ilahi təbiətin qoynunda, gözəl bir ananın qucağında və
imanlı bir xristian atanın nəzarəti altında keçibsə, onda bu cür
gözəl təəssüratlar bu adamı qala divarları kimi mühafizə edəcək,
onu həyat yollarında hər cür pisliklərdən çəkindirəcək.
Gəlin görək, bu deyimlərə nə dərəcədə inanmaq olar. 
Bütün varlığı, ürəyi və zehni ilə əcaib fransız yazarlarının
heyranı olan bu günümüzün bir çox gənc yazarları kimi orijinal
görünməkdən qaçmaq istəyirəm. Bu tip yazarlar orijinal görün -
mək xatirinə cavan ürəklərini didib-dağıdır, usanmadan, utan-
madan fransızları yamsılamaqla özlərini yarımallah, A.Dümadan
da orijinal yazar sayırlar. Onlar əsl dindardılar, mən ki, imansız
Fomayam. Öz bildiyim kimi, köhnə qaydada yazmağa başla ya cam.
Əvvəlcə həmin yerin mənzərələrini, sonra iştirakçılar, onların
məişəti, xasiyyətləri, vərdişləri, çatışan və çatışmayan cəhətlərini,
sonra isə gücüm çatan qədər hadisələrin dramaturgiyasını müəy -
yənləşdirərəm. Yazının forma və metodu mənim üçün təzə
məsələ deyil. Yazı üslubum pis deyil, yaxşıdır. Yaxşı isə necə de -
yərlər, heç vaxt köhnəlmir. Amma bir şeydən, naz-qəmzədən baş -
qa. Təəssüf ki, o, çox tez, vaxtından əvvəl solur. Nə isə...
Gəlin, belə başlayaq.
Kiçik də olsa, məşhur Alta çayının sahilində, Pereyaslav şə -
hərinin dörd verstliyində qoca yüzbaşı Sokiranın xutoru yerləşir.
Bir sözlə, bu yer quduz, şöhrətpərəst, lənətlənmiş Svyatapolkun
öz doğma, mömin qardaşı Qlebi doğrayıb öldürdüyü yerin əks
tərəfində yerləşir. Koniskanın dediyinə görə, elə bu yerdə 1547-ci
ildə, gecəyarısı qanlı hadisə baş vermişdi. Yüzbaşı Sokiranın xu-
toru həmin yerin əks tərəfindədir. Səliqə baxımından pedantlıq
dərəcəsinə çatdırıldığı üçün bura çox da mənzərəli yer deyil,
lakin ətrafı çox gözəldir. Alta sahillərini qucaqlayan hündür, göy
qamışlıq çayı görünməz edir. Sokiranın xutoru ilə üzbəüz sıx göy
qamışlığı pişpişə və qaraqovaq ağaclarından ibarət meşə kəsir. 
10
Taras Şevçenko


Altanın sol sahilində yaşıl pişpişənin arasında ağ rəngli kiçik
kilsə görünür. Kilsə Pereyaslav şəhərinin dindar xristianlarının
köməkliyi ilə tikilib. Günahsız Qleb həmin kilsənin daşdan
hörülmüş sütununun üzərində qətlə yetirilmişdi. Kilsə hasarından
başlayaraq ta şəhərə qədər uzanan düzənlikdə darı və buğda
əkilir. Orada arabir tarixi qəbirlər də gözə dəyir. Şəhərə yaxın
yerdə qəbirlər daha sıx və hündürdür. Belə ki, uzaqdan baxanda
ada ma elə gəlir ki, şəhər qəbirlərdən tikilib. Pereyaslava şəhərinin
özü, eləcə də digər şəhərlər də kənardan dumanlı görünür. Ancaq
şəhərin üzərində qotika üslubu ilə ucaldılmış yaşıl qüllənin
günbəzi qızılı rəngdədir. Yarımvizantiya memarlığını əks etdirən
kilsənin özü 1690-cı ildə məşhur memar, sonralar mürtəd elan
edilmiş İvan Mazepa tərəfindən tikilmişdir. Taxtadan olan tünd
rəngli digər qüllə damın boz fonundan aydın seçilir. Bu, məşhur
Uspenski kilsəsidir ki, burada 1654-cü ildə Ukrayna xalqının
bütün təbəqələrini təmsil edən deputatları və ağsaqqallarıyla
birlikdə getman Zinoviy Boqdan Xmelnitski Moskva çarı Alek-
sey Mixayloviçə sədaqət andı içmişdir. Şəhərdən xeyli uzaqlarda
hündür Dnepr dağları görünür.
Nikifor Fyodoroviç Sokiranın palıd ağacından hazırlanmış,
gerblərlə bəzədilən və çox da hündür olmayan evini babası Karp
Sokira tikmişdir. O, imperator III Pyotrun ölümündən sonra Pe-
terburqdan bura holland çervonu ilə dolu kisəylə gəlmişdi. Rot-
mistr rütbəsi və irsən zadəganlıq titulu da almışdı. 
Öz doğma Pereyaslava şəhərinə gələn kimi böyük həvəslə və
maneəsiz olaraq o vaxtkı Pereyaslav polkovniki, qaraçı İva-
nenkonun qızına evləndi. Arvadına cehiz kimi verilən Alta çayı
sahillərindəki çəmənlikdə bir neçə sot əkinə yararlı torpaq
sahəsinə və bütün təsərrüfatı ilə xutora sahib oldu. Bir, ya da iki
ildən sonra öz cavan arvadını və bir yaşlı oğlunu burada qoyub,
ehtiyatda olan portupey-mayor rütbəsiylə xidmətə yazıldı. Polkla
birlikdə Malorusiyadan uzaqlara getdi.
11
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə