onların tikilməsinə başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət – 1000 l.s. (sonralar o «Krasnaya
zvezda» İES və Krasin adına İES adlandırıldı). 1902-ci ilin martında istismara buraxılan Belqorod
elektrik stansiyasında «Zulcer» firmasına hər birinin 1000 l.s gücü olan dörd buxar maşını, «Lezner»
firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 6000 v gərginlikli generatoru quraşdırıldı.
Bibi-Heybət elektrik stansiyasında «Simens-Qalske» firmasının 500 l.s. gücündə olan iki buxar maşını
qoyuldu. Belqorod və Bibi-Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada ən böyük stansiyalar idi.
1912-ci ildə Bibi-Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı. İşə
AEQ firmasının 8000 kvt gücündə olan turbogeneratoru daxil edildi.
Belə turbogeneratorun daxil
edilməsi BibiHeybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı. 1914-cü ildə Bibi-Heybət və
Belqorod stansiyaları arasında əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda elektrik sisteminin yaranması
tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi-Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən
faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a çatdırıldı.
1913-cü ildə respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində ümumi gücü 635 kvt olan bir
sıra kiçik elektrik stansiyaları işə düşdü. Sovet dövründə energetika quruculuğunun mərhələləri 1920-
ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən
elektrik stansiyasını (Romanı – 4000 kvt, Zabrat – 720 kvt, Sabunçu – 700 kvt, Suraxanı – 900 kvt və
Artyom adası – 1420 kvt) birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000
kvt-a
çatdırıldı. Bakının mədənlərində neft istehsalı dünyanınkının 17,8%-ni və SSRİ-nin neft hasilatının
80%-ə qədərini təşkil etməsini nəzərə alaraq QOELRO-nun planında Bakı sənaye rayonunun
elektrikləşdirilməsinə xüsusi diqqət ayrıldı. Elektrik stansiyalarının genişləndirilməsi ilə yanaşı, elektrik
şəbəkələri də inkişaf etdirildi. 1935ci ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.
Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də hər birinin gücü 25000
kvt olan iki terlofikasiya
turbini, Krasin adına İES-ə isə 25000 kvt gücü olan hər bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə
bütün aqreqatlar işə salındı. Sistemin gücü 251,6 min kVt-a çatdırıldı. 1941-ci ildə Sumqayıtda İstilik
Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və gücü 25000 kvt olan AP-25-
l tipli teplofikasiya turbini işə salındı. 1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-
a çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə çox təşkil etdi. 1940-cı ildə yarımstansiyaların sayı – 139,
20 – 110 kvt-lıq hava xətlərinin uzunluğu 651 km, güc transformatorlarının ümumi gücü 589600 kvt
təşkil edirdi. Bu illərdə «Severnaya» İES-i və Mingəçevir SES-i işə salındı, fəaliyyətdə olan elektrik
stansiyalarında rekonstruksiya işləri aparıldı. «Severnaya» İES-də yeni enerji bloku montaj edildi, Əli
Bayramlı İES-i tikildi. 1980-ci illərdə hər birinin gücü 390 mvt olan iki aqreqatdan
ibarət Şəmkir SES-
i tikildi. 1983-cü ildə Azərbaycan İES-də iki aqreqatın montaj işləri qurtardı. Hazırda Azərbaycan İES-
i (Mingəçevir) 2400 mvt gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik stansiyası sayılır. O,
respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan İES-nin axırıncı 7 və 8-
ci enerji blokları istismara verildi. Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir
göstərdi, «Azərbaycan İES – Ağdam - İmişli» elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.
Hazırda «Azərenerji» AC-nin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar
Azərbaycan iqtisadiyyatının gələcək inkişafına etibar edərək ona xeyli kreditlər ayırır. Belə ki, 1995-ci
ildə Yenikənd SES-nin tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi.
«Severnaya» İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı.
Planlaşdırılmış işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır. Hazırda 500
və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil edir. Bütün
kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın enerji sisteminin gücü xeyli artacaq və sonralar
Azərbaycan elektrik enerjisini Avropaya ixrac edə biləcəkdir.
Dostları ilə paylaş: