Ekologiya imtahan Suallar


Turş yağışların ətraf mühitə təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
Ekologiya

Turş yağışların ətraf mühitə təsiri
 
Atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsi turşulu 
yağış adlanır. Turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin 
kimya və metallurgiya zavodları tərəfindən atmosferə kükrd və azot oksidlərinin atılması nəticəsində 
əmələ gəlir. Turş yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen 
kationunun miqdarına əsas diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. 
pH 7-dən aşağı olan məhlul turş, yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0 …. 
14 arasını əhatə edir. Ümumiyyətlə, turşuluğu (pH) 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» 
adlandırılması qəbul edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid (SO2) tərəfindən 
törədilir, qalan üçdə birinə isə azot oksidi (NO) səbəb olur. Bu oksidlər parnik (istilik) effektinə səbəb 
olur və şəhər «smoqunun» (fotokimyəvi dumanın) tərkibinə daxil olur. Müxtəlif ölkələrin sənayesi 
tərəfindən hər il atmosferə 120 mln. tondan artıq kükürd 2 oksid atılır, bu, atmosferin nəmliyi ilə 
reaksiyaya girərək sulfat turşusuna çevrilir. Bu birləşmələr atmosferə düşərkən küləklər vasitəsilə 
mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində Yerə düşə bilər. 
Belə yağışlar göl və çayları «ölü»sü hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara - 
balıqdan tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir. Turş yağışların əsas 
yayıldığı vilayətlər sənaye rayonları sayılır (Şimali Amerika, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye 
şəhərləri), indiyə qədər məlum olan ən turş yağış Kanadada (pH=2,4) və ABŞ_ın Los-Anceles şəhərində 
(pH=2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışlarda turşuluq mətbəx sirkəsi tündlüyünə, 
yaxud limon şirəsi turşuluğuna bərabər olur. Turş yağışlar qlobal iqlim istiləşməsi və ozon qatının 
nazilməsi (dağılması) kimi dünya miqyaslı problem yaratmasa da, onun çirkləndirici təsiri ölkənin 
hüdudlarından çox-çox kənarlara çıxır. Turş yağışlar və su hövzələri. Əksəriyyət çay və göllərdə suyun 
turşuluğu (pH) təbii halda 6 … 8 təşkil edir. Turş yağışların su hövzələrinə (çay, göl, su anbarı) düşməsi 
prosesi bir çox mərhələlər keçir, onların hər birində pH azala və arta bilər. Bütün canlılar pH-ın 
dəyişməsinə həssasdır. Odur ki, su hövzələrində turşuluğun artması balıq təsərrüfatına dözülməz ziyan 
vurur. Turş yağışlardan xüsusilə Kanada, Norveç, İsveç, Finlandiya, ABŞ-ın göllərində bioloji tarazlıq 
pozulmuşdur. Belə ki, İsveçdə balıq yetişdirilən 15000 göl turş yağışların mənfi təsirinə məruz 
qalmışdır, onlardan 4 min göldə canlı həyat əlaməti tamamilə itmişdir, Kanadada 14000 göldə turşuluq 
yüksəkdir, onlardan 4 mini «ölüdür», Norveçin cənub hissəsində göllərin 80%-i ya «ölüdür», ya da kritik 
vəziyyətdədir, burada tədqiq olunan 5000 göldən 1750-də balıq yoxa çıxmışdır (Potapov, 2004), 
Kareliyanın göllərində qızılbalıq və alabalığın ehtyiatı kəskin azalmışdır. İtaliya, İsveçrə, Fransa kimi 
dövlətlərin alp (dağ) göllərinin çoxunda canlı aləm məhv edilmişdir. Göl ekosistemlərində suyun 
turşuluğunun (pH) yüksəlməsi yalnız balıq populyasiyalarını deyil, həmçinin digər hidrobiontları da 
deqradasiyaya uğradır. İsveç alimlərinin tədqiqatlarına əsasən pH=6 olduqda xərçəngkimilər, ilbizlər, 
molyusklar; pH=5,9 olduqda qızılbalıq, çömçəbalığı, alabalıq; pH=5,8-də turşuluq çirklənməsinə həssas 
həşəratlar, fito və zooplanktonlar; pH=5,6 olduqda – xarius (balıq) və alabalıq; pH=5,1 olduqda durna 
balığı və xanıbaluq; pH=4,5-də şimal qızılbalığı və angvil məhv olur. pH-ın sonrakı azalması turşuluq 
çirklənməsinə rezistent (davamlı) həşəratlar və bəzi nadir fito və zooplanktonlar qalır. Turş göllərdə ağ 
mamırın güclü inkişafı müşahidə olunur, bu isə həmin su hövzəsinin bioloji ölü olmasını göstərir. 
Beləliklə, pH<6,5 olduqda neqativ nəticə özünü göstərir, pH<5 olduqda isə «normal» həyat formaları 
dayanır. Turş yağışlar və meşə. Turş yağışlar meşə, bağ, parklara böyük ziyan yetirir. Turş mühitə malik 
olan meşə torpağı və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və canlı 
aləmi pozur. Qeyd edək ki, iynəyarpaqlı ağac cinsləri turş yağışlara daha çox həssasdır. Bu səbəbdən 
dünyanın müxtəlif regionlarında 31 mln. ha meşə məhv olur. Belə ki, Almaniyanın ərazisində turşulu 
yağışların təsirindən küknar meşələrinin demək olar ki, üçdə biri zədələnmişdir. Almaniya ilə Çexiyanın 
sərhəd hissəsində bu səbəbdən xeyli meşə sahəsi sıradan çıxmışdır. Almaniyanın meşəli Bavariya və 
Baden vilayətlərində meşə ərazilərinin yarıya qədəri turş yağışlardan ziyan çəkmişlər. 1980-ci ildə 
ağşam meşələrinin 60%-i sağlam idi. İki ildən sonra onların 98%-i məhv olmuş və ya məhv olmaq 


təhlükəsi altındadır. Kanadada 300 yaşlı balzam küknarı ağacları turşulu yağışların təsirindən sıradan 
çıxmışdır. Turş yağışlar şimali Appalaçda (şimali Amerikada dağ silsiləsi) qırmızı küknardan ibarət 
dağmeşələrinin vəziyyətinin pisləşməsinə və məhvinə səbəb olmuşdur. Avropanın şimalında turşulu 
yağışların təsirindən meşələrin 50%-i ziyan çəkmişdir. Turş yağışların təsirindən torpaqda alüminiumun 
hərəkəti sürətlənir, bu isə bitkini qidalandıran xırda köklər üçün zəhərli sayılır və onların 50%-ə qədəri 
məhv olur, ağacların yarpaqları və iynələri quruyub tökülür, cavan tumurcuqlar şüşə kimi kövrək olub 
qırılır. Ağaclar xəstəlik və zərərvericilərin təsirinə qarşı davamsız olur. Turş yağışlar nəticəsində 
meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı vəhşi heyvanlar da didərgin düşür və ya 
məhv olurlar. Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir, su ehtiyatı 
tükənir. Ən azı onu da gözləmək olar ki, məhv olmuş (qurumuş) ağaclar asidofil növlərlə (yəni turşuluq 
sevən) əvəz oluna bilər. Belə növlərin tərkibi məhdud olub, əksəriyyəti – mamırlar, qıjılar və digər 
alçaqboylu bitkilərdən ibarətdir, belə sahələr iqtisadi baxımdan, hətta mal-qara otarılması üçün də az 
qiymətli hesab olunur. Turş yağışlar və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı. Müəyyən edilmişdir 
ki, kənd təsərrüfatı bitkilərinin böyümə v ə yetişməsinin yağıntıların turşuluğundan asılılığını bitkilərin 
fiziologiyası, mikroorqanizmlərin inkişafı və bir sıra faktorların qarşılıqlı əlaqələri təsdiq edir. Odur ki, 
turş yağışların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirini göstərən 
bütün komponentlərin kəmiyyət uçotu aparılmalıdır. Turş yağışlar torpağın fiziki-kimyəvi xassələrini 
dəyişir, münbitliyini azaldır, canlı aləmin fizioloji inkişafını pozur, bitki örtüyünü deqradasiyaya 
uğradır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır. Torpağın turşuluğu (pH) 3-ə endikdə 
praktiki olaraq bəhrəsiz olur. Ən çox tayqa zonasının torpaqları turşulaşmağa məruz qalır. Bir çox 
heyvan və bitkilər yüksək turş torpaqlarda məskunlaşa bilmir. Turşulu yağışlar səth sularını və torpağın 
üst horizontlarını turşulaşdırmaqla yanaşı, həm də aşağı enən su axını ilə bütün torpaq profili boyu 
yayılır və qrunt sularının da xeyli turşulaşmasına səbəb olur. Turş yağışlar və materiallar (əşyalar) Turş 
yağışların ən nəzəri cəlb edən nəticələrindən biri arxitektur (memarlıq) binaların və incəsənət əsərlərinin 
dağılmasıdır, bura əhəng daşından və ya mərmərdən hazırlanmış tarixi qiymətə malik olan emallar, 
məmulatlar daxildir. Turşu ilə əhəng daşı arasında qarşılıqlı əlaqə olduqca tez aşınmağa və eroziyaya 
səbəb olur. Qeyd etmək lazımdır ki, yüz və hətta min illərdən bəri cüzi dəyişilmiş abidələr və binalar 
indi turş yağışların təsirindən ovulub dağılır. Yunanıstan və İtaliyada antik abidələrin saxlanması ciddi 
problemə çevrilmişdir. Bu, ekosistemin buferlik tutumunun azalmasına bir işarədir. Mütəxəssislər 
alüminiumun və digər zəhərli maddələrin, o cümlədən qurğuşunun turşulu yağışlarla həll olmasından da 
son dərəcə narahatlıq keçirirlər, belə ki, turş yağışlar səth və qrunt sularının çirklənməsinə gətirib çıxara 
bilər. Turş yağışların bir sıra konstruktiv materiallara təsiri ilbəil daha aydın görünür. Amerika 
mətbuatının məlumatına görə turşulu yağışların təsirindən metallar sürətlə korroziyaya uğraması ilə 
əlaqədar ABŞ-da təyyarələrin və körpülərin dağılmasına səbəb olur. Əsas zədələyici inqrediyentlər 
hidrogen kationu, kükürd-2oksid, azot oksidləri, həmçinin ozon, formaldehid və hidrogen peroksidi 
sayılır. Materialların dağılma intensivliyi onun məsaməliyindən asılıdır, belə ki, xüsusi səth yüksək 
olduqca onun sorbsiya qabiliyyəti də artıq olur; tikintinin konstruktiv xüsusiyyətindən asılı olaraq 
səthində müxtəlif oyuqlar olduqda onlar turşulu yağışların toplayıcısı vəzifəsini görür; istismar 
şəraitindən: küləyin sürəti, temperatur, rütubətlik və s. asılı olaraq həyatda üç qrup materiala daha çox 
diqqət yetirilir: metallardan – paslanmayan polad və sinklənmiş dəmirlərə; tikinti materiallarından –
binaların xarici konstruksiyası materialına və qoruyucu materiallara – boya, lak və səth örtüyü 
polimerlərə. Yağıntı və qazların təsiri zamanı onların zədələyici təsiri metalların iştirakı ilə katalitik 
reaksiyanın intensivliyi, həmçinin sinergizmdən, yəni bir maddənin (materialın) digərinə t əsirini 
gücləndirmə qabiliyyətindən asılıdır, bu zaman çox vaxt bərabər korroziya müşahidə olunur. Avropa 
parlamentinin məlumatına görə turş yağıntıların törətdiyi iqtisadi ziyan ümumi milli məhsulun 4%ni 
təşkil edir. Turşulu yağışlarla uzunmüddətli pesrpektivdə mübarizə strategiyasını seçdikdə bunu nəzərə 
almaq lazımdır. Turş yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata 
keçirilməsi vacibdir: - kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması 
kəskin azaldılmalıdır, belə ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni 
təşkil edir. - yeni texnologiya tətbiq edərək: a) yanacağa qənaət etmək; b) yanacaqdan 
kükürdü kənarlaşdırmaq; v) tüstü bacasından çıxan kükürd və azot oksidini tutmaq (200-ə yaxın belə 


texnologiya məlumdur) üzrə tədbirlər həyata keçirilməlidir. - turş yağışlar problemi qlobal problem 
olduğu üçün bu istiqamətdə beynəlxalq əməkdaşlıq aparılır. Buna 1983-cü ildə qüvvəyə minən Avropa 
Konvensiyasının protokolu misal ola bilər. 
Ozon təbəqəsinin dağılması Son onilliklərdə ozon qatının taleyi alimləri və dünya ictimaiyyətini narahat 
edir. Ozon oksigenin izotopu (O3) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozona atmosferdə yer 
səthində və 80 km yüksəkliyə qədər rast gəlinir, lakin onun maksimal konsentrasiyası orta enliklərdə 20 
.. 24 km, tropiklərdə 24-27 km yüksəklikdə yerləşir, yüksək enliklərdə isə 13 … 15 km-ə qədər enir.
Ozonun çox hissəsi strotosferdə yerləşir, troposferdə isə ozonun miqdarı azdır və o, mövsüm üzrə 
dəyişir, həm də havanın çirklənmə dərəcəsindən asılıdır. Troposfer ozonu atmosferdə elektrik və şimşək 
çaxması nəticəsində yaranır. Troposfer ozonu həm də günəş radiasiyasının antropogen qarışıqlara təsiri 
nəticəsində əmələ gəlir, havada olan azot oksidi və CO2-ni avtomobillər yaradır. Bu zaman ozon, 
fotokimyəvi smoqun baş komponenti sayılır. Əgər troposfer ozonunun azalması xeyirlidirsə, strotosfer 
ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər. Biosferdə baş verən ekoloji təzadlardan biri 
də Yer kürəsində canlı aləmi günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan strotosfer ozonu 
təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində isə teztez deşilməsidir. Öz həcminə görə Yerin 
atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi zərif və nazikdir. 
Normal təzyiq və temperatur şəraitində (təzyiq 760 mm civə st. və temperatur 00C) atmosferdəki ozonu 
bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz. Məhz ozon 
təbəqəsi Günəşin qısadalğalı ultrabənövşəyi şüalarını udaraq Yer üzərində bütün canlıları qoruyur və 
istilik rejimini, həmçinin atmosferin dinamikasını təyin edir. Ultrabənövşəyi (UB) şualanma dalğasının 
uzunluğu 1 … 400 nm olan elektromaqnit şüalarıdır. Müxtəlif uzunluqda olan UB – şüalanması insanın 
aktivliyinə eyni cür təsir etmədiyi üçün göstərilən diapazon 3 sahəyə bölünür: UB – A – dalğanın 
uzunluğu 315 …. 400 nm, UB – B -280 … 315 nm, UB – C- 1 …. 280 nm. Uzundalğalı şüalanma UB 
- A - insan orqanizminə zəif bioloji təsirilə səciyyələnir. Ortadalğalı şüalanma UB – B – dəri örtüyünə 
güclü təsir göstərir və raxitə qarşı təsirə malikdir, bu zaman dalğanın uzunluğu 297 nm olduqda 
şüalanma maksimum effekt verir. Qısadalğalı şüalanma UB – C – zülal toxumalarına, göz toruna 
olduqca mənfi təsir göstərir, qan telciklərini dağıdır, xərçəng xəstəliklərinin artmasına, ekvator 
zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağılmasına, eləcə də insan və 
heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. 
ÜST-nin məlumatına əsasən atmosferdə ozonun miqdarının 1% azalması insanlarda dəri xərçəngi 
xəstəliyini 6% artırır. Ozon qatının dağılma sürəti belə davam edərsə, XXI əsrin ortalarında dəri xərçəngi 
xəstəliyi hadisəsi ildə on milyonlara çatacaqdır. Bununla yanaşı, ultrabənövşəyi şüalanmanın 
intensivliyinin artması nəticəsində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür 
(onlarda maddələr mübadiləsinin pozulması və mikroorqanizmlərin – mutantların təsiri sayəsində), 
okeanda fitoplanktonun məhvinə, karbon qazının və oksigenin qlobal balansının pozulmasına və onunla 
müşayiət olunan bütün neqativ nəticələrə səbəb olur. Uzun illərdən bəridir ki, ozon təbəqəsində ozonun 
miqdarının lokal azalması – ozon deşikləri (bacaları) müşahidə olunur. Ozon bacaları dedikdə 
ozonosferdə təbii və antropogen faktorların təsiri ilə ozonun konsentrasiyası xeyli azalan (50%-ə qədər) 
sahələr başa düşülür. Belə böyük sahəli bacalar müxtəlif ərazilər üzərində bəzən bir neçə gün və ya 
həftələr asılı halda qalır və belə hallar getdikcə artır. Tədqiqatlar göstərmişdir ki, ozon qatını aşılayan, 
dağıdan səbəblər əsasən atmosferi çirkləndirən maddələrdir. Bunlardan ən qorxulusu xlor-flüor üzvi 
birləşmələri (freonlar) hesab edilir. Xlor-flüor üzvi maddələri, yəni xlorflüorkarbon (XFK) birləşmələri 
süni yolla çox asan sintez olunur və sənayenin bir sıra sahələrində, o cümlədən məişətdə də geniş istifadə 
edilir. Belə ki, soyuducularda, kondisionerlərdə, lakların, rəng boyalarının, müxtəlif infektisidlərin 
(cücülərə qarşı işlədilən pestisidlər) və s. aerozol qablaşmalarında məhz freonlardan istifadə olunur.
Əslində freonlar inert (təsirsiz) birləşmələrə aid olduğuna görə fauna – flora üçün zərərsiz sayılır və 
insan orqanizminə ziyan (xətər) gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə 
qarşı davamlı və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, 
yer səthində bir çox təsirlərə məruz qalan xlor-flüor üzvi birləşmələri atmosferin ozonla zəngin qatında 
ultrabənövşəyi şüalara qarşı tab gətirməyib asanlıqla parçalanır. Strotosferdə sərbəstləşən bir xlor və ya 


bir brom molekulunun hər biri on min ozon molekulunu tam məhv etməyə qadirdir. Məlumdur ki, ilin 
müxtəlif fəsillərində qütblərə doğru əsən küləklərin sayəsində XFK, haloidkarbohidrogen və digər 
ozondağıdıcı maddələr ozonun dağılmasına daha çox şərait yaranan sahələrə çatır. Belə ki, Şimal və 
Cənub qütblərində, yəni Arktika və Antarktida üzərində mövsümi olaraq strotosfer dumanları 
mövcudluğu şəraitində və Günəş şüalanması nəticəsində həmin maddələr parçalanaraq ozonu dağıdırlar. 
Təxminən 1970-ci illərdən başlayaraq strotosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. 
Antarktikanın bəzi rayonları üzərində sentyabr-oktyabr aylarında ozonun ümumi miqdarı təxminən 60% 
azalır. Hər iki yarımkürənin orta en dariələrində azalma on il ərzində 4-5% təşkil edir. Antarktika 
üzərində ozon təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Afrika qitəsinin sahəsinə müvafiq 
olmuşdur. Arktika üzərində də ozonun ümumi miqdarının azalması öz mənfi təsirini göstərir. 1990-cı 
illərdə strotosferdə xüsusi proqram əsasında və müasir cihazların (xüsusilə peyklər, ozonometr və s.) 
köməyilə yerinə yetirilən tədqiqatlara görə ozonun ixtisar olunması təkcə Arktika və Antarktidaya aid 
olmayıb, həmçinin «kiçik ozon bacaları» bütün qitələrdə müşahidə edilir. Belə ki, süni peyklərin 
«çəkdikləri» xəritələrdə sahəsi orta hesabla 3000 km diametrə bərabər olan kiçik bacaların ekvator boyu 
və orta en dairələrin səmalarına xas olması dəqiq göstərilmişdir. Bu faktdan sonra Avstraliya və Yeni 
Zelandiya üzərində ozonun tədricən və aramsız azalması daha çox narahatlıq doğurur. Yerin ozon 
təbəqəsinin dağılması insanlara və təbiətə fəlakətli neqativ təsir göstərir. Belə ki, ozon bacalarından 
düşən günəş rentgen və ultrabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə yüksək 
olur. Bu isə meşə yanğınlarının sayını artırır. Bu səbəbdən 1996-cı ildə Rusiyada 2 mln ha, Avstraliya, 
Şimali və Cənubi Amerika, Afrika, Avropa və Cənubi-şərqi Asiyada da geniş meşə sahələri yanmışdır. 
1997-ci ildə İndoneziyada baş verən meşə yanğını 5 ay davam edərək onun tüstü-dumanı tək 
İndoneziyanı deyil, həm də Kiçik Asiyanı, Sinqapurun səmasını örtmüş, hətta Cənubi Çin dənizinə qədər 
çatmışdır. İnsanlar tüstüdən boğulmuşdu. Təcrübələrlə sübut olunmuşdur ki, başqa maddələrə nisbətən 
xlor-flüor üzvi birləşmələr ozonu 450-600 dəfə çox dağıdır. Strotosferdə ozonun azalması təkcə 
freonlarla əlaqədar deyildir. ABŞ geofizikləri sübut etmişlər ki, atmosferdə ildə artan azot, kükürd, 
karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir. Göründüyü kimi, ozonu azaldan səbəblər 
çox cəhətlidir. Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən maqnetizm tarazlığının pozulması, 
reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan nəhəng raketlər, nüvə sınaqları, 
ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması və yanğını nəticəsində yox olması 
və s. atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur, nəticədə atmosferin strotosfer qatlarında 
qazların bir-biinə nisbəti pozulur. Müəyyən edilmişdir ki, ozon qatının dağılmasına yüksəksəsli uçan 
cihazlar, təyyarələr və çoxsaylı kosmik aparatların uçuşlarının intensivləşməsi də səbəb olur. NASA-
nın məlumatına görə «Şattl» tipli bir kosmik gəminin buraxılışı 10 mln. tondan çox ozonu «söndürür». 
Ümumiyyətlə, bu təsir növü planetin ozon qatının 10%-ni dağıda bilər. 1987-ci ildə 56 ölkənin 
hökumətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon 
qatını dağıdan xlor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə 
azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə 
Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Manrealda dayandırılması irəli sürüldü.
1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin 
hallonları, tetraxlorid-karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-
cu ildə atmağı xahiş etdilər. 1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min 
tondan 13 min tona endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 
fabrikinə freonların istehsalının dayandırılması üçün 1 milyon dollar ayırmışdır. 1997-ci ildə Monreal 
protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon təbəqəsinin mühafizəsi üzrə 
geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə 
həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2 dəfədən çox 
azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin 
fikrincə bu iş davam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və XXI 
əsrin ortalarına qədər öz təbii halına düşəcək. Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə 
kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu texnika istehsalçıları freonların ozon üçün 
zərərsiz maddələrlə əvəz olunmasına artıq başlamışlar: propan-butan qarışığı, tsiklopentanlı 


köpükləndirici, soyuducu agent - QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları 
ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır. Azərbaycan 
Respublikası 1996-cı ildə ozondağıdıcı maddələrin (ODM) istifadəsindən mərhələlər üzrə çıxarılmasına 
dair Vyana konvensiyasını, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir. Artıq 
Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar 
hazırlamaq üçün zavod tam hazırdır. Bu kompressorlar eyni zamanda «Çinar» İstehsal Birliyində müasir 
soyuducuların hazırlanmasında istifadə ediləcəkdir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə