Ekologiya imtahan Suallar


Ekologiya elminin inkişaf tarixi, məqsəd vəzifələri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə2/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   2   3   4   5   6   7   8   9   ...   60
Ekologiya

Ekologiya elminin inkişaf tarixi, məqsəd vəzifələri
Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların 
xarici mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin 
yayılması xarakteri haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel 
(e.ə. 384-322), Böyük Pliney (23-79 e.ə), R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin 
orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə 
toxunulur. Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir 
etmiş, onların davranışları haqqında (məs. balıqların miqrasiyası və qış yuxusu, quşların köçməsi, 
heyvanların qurucu fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə 
üsulundan) yazmışdır. Aristotelin şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371-280 e.ə) 
müxtəlif şəraitlərdə bitkilərin xüsusiyyətləri, onların forma və xüsusiyyətlərinin torpaq və iqlimdən 
asılılığı haqqında məlumatlar vermişdir. İntibah epoxasında, yeni ölkələrin müstəmləkəçiliyi dövründə 
böyük coğrafi kəşflər və sistematikanın inkişafı başladı. Bitki və heyvanların təsviri, onların xarici və 
daxili quruluşu, forma müxtəlifliyi ilk inkişaf mərhələsində bioloji elmin başlıca məzmunu idi. İlk 
sistematiklərdən A.Sezalpin (1519-1603), D.Rey (16231705), J.Turnefor (1656-1708) və başqaları 
bitkilərin bitmə və ya becərmə şəraitindən asılı olmasını göstərmişlər. Ümumiyyətlə, ekologiyanın 
inkişaf tarixini üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma 
və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin 
mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. XVII-
XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri 
yerinə yetirilir. Məs. A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin əsərləri isə hidra və 
mşankalara (1744) həsr olunur. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin – İ.İ.Lepexinin, 
A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası K.Linneyin, 
alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. XVII əsrdə Rusiyanın bir sıra ölkələrinə səyahətlər 
edildi. S.P.Kraşennikov, İ.İ.Lepexin, P.S.Pallas və başqa rus cooğrafları və təbiətşünasları iqlim, bitki 
örtüyü və heyvanat aləminin Rusiyanın geniş ərazisinin müxtəlif yerlərində qarşılıqlı əlaqəli dəyişməsini 
göstərmişlər. P.S.Pallas özünün çox mühüm «Zoocoğrafiya» əsərində 151 məməli və 425 quş növünün 
həyat tərzini, həmçinin miqrasiya, qış (yay) yuxusu, qohum növlərin qarşılıqlı əlaqələri və s. bioloji 
hadisələrin təsvirini verir. Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına 
çevrilməsinin əsas səbəbləri «İqlimin temperaturu, qidanın keyfiyyəti və əhlilləşdirmənin təsiridir». İlk 
evolyusiya 
təliminin 
müəllifi 
LanBatist-Lamark 
(1744-1829) 
orqanizmlərin 
uyğunlaşma 
dəyişgənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən mühüm səbəbi «xarici hadisələrin» təsiri 
olduğunu göstərmişdir. Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq 
insanların təbiətə təsirinin neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi.
Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu. 
Aleksandr Qumboldtun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. 
A.Qumboldt elmə belə təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici 


görkəmi müəyyənləşdirir. O, qeyd edir ki, zonal və şaquli qurşaqlıq coğarfi şəraitində bitkilərin müxtəlif 
taksonomik qruplarında bənzər «Fizionomik» formalar, yəni eyni xarici görünüş yaranır; bu formaların 
paylanması və nisbəti ilə fiziki-coğrafi mühitin spesifikası haqda mühakimə yürüdülür. Bu dövrdə iqlim 
faktorlarının heyvanların yayılmasına və biologiyasına təsirinə həsr olunmuş ilk xüsusi əsərlər meydana 
gəldi. Alman zooloqu Q.Qloqerin (1833) iqlimin təsiri ilə quşların dəyişməsi, Danimarkalı T.Faberin 
(1826) şimal quşlarının bioloji xüsusiyyətləri, K.Berqmanın (1848) istiqanlı heyvanların ölçülərinin 
dəyişməsinin coğrafi qanunauyğunluğu əsərləri buna misal ola bilər. A.Dekandol «Bitkilərin 
coğrafiyası» (1855) əsərində mühitin ayrı-ayrı faktorlarının (temperatur, rütubətlik, işiq, torpaq tipi, 
yamacın cəhəti) bitkilərə təsirini ətraflı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək ekoloji 
plastikliyinə diqqət yetirmişdir. 1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənliyini təsvir etdi və 
onun əsasında özünün demoqrafik konsepsiyasını qurdu. L.B.Lamark «Hidrogeologiya» əsərində 
biosfer haqqında faktiki təsəvvür yaratdı. Fransız həkimi V.Edvardsın (1824) «Fiziki faktorların həyata 
təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın başlanğıcını qoydu, L.Libix (1840) isə məşhur 
«Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz əhəmiyyətini itirməmişdir. İkinci 
mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi 
formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və 
V.V. Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra 
prinsiplərini və anlayışlarını əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi 
öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi 
ekologiyanın banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu 
K.Mebius (1877) biosenoz haqqında mühüm anlayış irəli sürür və onu müəyyən mühit şəraitində 
orqanizmlərin qanunauyğun əlaqələnməsi (birləşməsi) hesab edir. Moskva Universitetinin professoru 
Karl Franseviç Rulye 1841-1858-ci illər ərzində praktiki olaraq ekologiyanın prinsipial problemlərinin 
tam siyahısını vermiş, lakin bu elmi adlandırmaq üçün ifadəli termini tapa bilməmişdir. O, ilk olaraq 
orqanizm və mühitin qarşılıqlı əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Heç bir üzvi canlı orqanizm öz-
özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa cəlb olunur və 
yaşayır. Bu ünsiyyət qanunudur və ya həyat başlanğıcının ikiliyidir (iki tərəfliliyidir), bu onu göstərir 
ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır. Bu prinsipi inkişaf 
etdirərək K.F.Rulye mühitlə qarşılıqlı əlaqəni iki kateqoriyaya bölür: «fərdi yaşayış hadisəsi» və 
«ümumi yaşayış hadisəsi», bu, orqanizm səviyyəsində və populyasiya və biosenoz səviyyəsində ekoloji 
proseslərin müasir təsəvvürünə uyğun gəlir. Rulye çap olunmuş mühazirələrində və məqalələrində 
dəyişkənlik, adaptasiya, miqrasiya, insanın təbiətə təsiri kimi problemlər irəli sürürdü. Orqanizmlərin 
mühitlə qarşılıqlı əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə 
edirdi, ona görə də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. O, zoologiyada xüsusi istiqamətin – 
heyvanların həyatının hərtərəfli öyrənilməsi, onların ətraf aləmlə mürəkkəb qarşılıqlı əlaqəsinin aşkar 
edilməsi məsələlərinin tədqiqinin inkişaf etdirilməsini geniş təbliğ edirdi. Beləliklə, K.F.Rulye 
heyvanların geniş ekoloji tədqiqat sistemini, onun əsasında «zoologiya»nı işləyib hazırlamış, tipik 
ekoloji məzmunda bir sıra əsərlər, məsələn, su, yerüstü və eşici onurğalıların ümumi xüsusiyyətlərinin 
tiplərə ayrılmasını və b. yazmışdır. Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər 
olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə 
təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir. Belə vəziyyətin nəticəsində 
ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi. 
Ciddi bioloji elmdən ekologiya biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, kimya, fizika, 
sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994). Ekologiyanın 
dünyada inkişafının müasir dövründəki inkişafı xarici ölkələrin görkəmli alimləri Y.Odum, 
C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, 
B.Nebel və b. adları ilə bağlıdır. Rusiya ekoloq almilərindən İ.P.Gerasimov, A.M.Qilyarov, 
V.Q.Qorşqov, Y.A. İzrael, Y.N.Kurajskovski, K.S.Losyev, N.N.Moiseyev, N.P. Naumov, 
N.F.Reymers, V.V.Rozanov, Y.M.Sviriyev, A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar. 1859-cu ildə 
Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı cinslərin 
saxlanması» kitabı çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii 


seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur. Ekologiya termini 
birdə-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. XIX əsrin ikinci yarısında 
ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə 
(temperatur, işıq rejimi, rütubətlilik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra mühüm 
ümumi nəticələr çıxarıldı. A.Qumboltun «fizionomik» istiqamətini davam etdirərək Danimarka botaniki 
A.N.Beketov (1825-1902) bitkilərin coğrafi yayılması ilə, onların anatomik və morfoloji quruluşlarının 
xüsusiyyətləri arasındakı əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatların əhəmiyyətini göstərdi. 
A.F.Middendorf Arktika heyvanlarının quruluşunun ümumi xüsusiyyətlərini və həyatını öyrənərək 
Qumboltun təlimini zooloji obyektdə öyrənilməsinin əsasını qoydu. D.Allen (1877) Şimali Amerika 
məməli heyvanlarının və quşların iqlimin coğrafi dəyişilməsilə əlaqədar bədənlərinin və hissələrinin 
proporsiyasını (nisbətini) və rənginin dəyişməsi üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.
Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın 
müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Özünün «Orqanizmlərin 
ümumi morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan 
biliklərin cəmi kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi, həm də 
qeyri-üzvi) qarşılıqlı əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və 
bitkilərlə bilavasitə və ya dostluq və ya düşmənçilik əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün 
mürəkkəb qarşılıqlı əlaqələri öyrənir, bu əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»ni törədən şərait 
adlandırmışdır. Dokuçayevin tədqiqatları Q.F.Morozov tərəfindən davam etdirilərək «Meşə haqqında 
təlim» əsərində meşənin ekologiyasının əsasını qoydu. Sonralar Q.N.Vısotskinin işləri meşənin 
ekologiyası elmini zənginləşdirdi. XX əsrin əvvəllərində hidrobioloqlar, fitosenoloqlar, botaniklər və 
zooloqların ekoloji məktəbləri formalaşır, onların hər birində ekoloji elmin müəyyən tərəfləri inkişaf 
etməyə başladı. Brüsseldə III Botanika konfransında (1910) bitki ekologiyası rəsmi olaraq fərdlərin 
ekologiyasına (autekologiya) və qruplaşmaların ekologiyasına (sinekologiya) parçalandı. Belə bölgü 
heyvan ekologiyası və ümumi ekologiyaya da aid edildi. Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin 
əvvəlində qəti formalaşdı. Bu dövrdə Amerika alimi Ç.Adams (1913) ilk ekoloji məlumatı – heyvanların 
ekologiyasının öyrənilməsinə dair dərslik, V.Şelvordun yerüstü heyvanların qruplaşmaları (1913), 
S.A.Zernovun hidrobiologiya (1913) üzrə və digər alimlərin (Ç.Elton, 1927; R.Qessa, 1924; K.Raunkor, 
1929) ekoloji məlumatları meydana gəldi. 1913-1920-ci illərdə ekoloji elmi cəmiyyətlər təşkil olundu, 
ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris olunmağa başladı. 
Görkəmli rus alimi V.İ,Vernadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə onun 
«Biosfer» adlı kitabı çap olunur, orada ilk olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusunun – 
«canlı maddələrin» planetar rolu göstərilir. Ekoloji elmin bir sıra başlıca vəzifələri vardır. Onların 
arasında aşağıdakıları qeyd etmək olar: Biosferaya və təbii sistemlərə insan təsiri ilə bağlı həyatın 
təşkilinin qanunauyğunluqlarının araşdırılması;Yer və bioloji ehtiyatların ağıla uyğun istismarının elmi 
əsaslarının 
yaradılması;İnsan 
fəaliyyətinin 
təsiri 
altında 
olan 
təbiət 
dəyişikliklərinin 
proqnozlaşdırılması; Biosferada baş verən proseslərin idarə olunması;İnsanın yaşadığı mühitin qorunub 
saxlannması; Populyasiyaların saylarının tənzimlənməsi; Ziyanverən növlərlə mübarizədə insana mənfi 
təsir edən vasitələrin mümkün qədər az işlənməsi;Yararsız hala gəlmiş təbii sistemlərin yenidən 
qurulması. Ekoloji təhsilin vəzifələrini aşağıdakı kimi ifadə etmək olar: — Insanın təbiətin bir parçası 
kimi anlaşılması, bütüt canlıların birliyi və dəyərliliyi, insanın biosferin qorunması olmadan yaşayışının 
olumsuzluğu; — Insan yaşamının, onun peşə fəaliyyətinin təbii mühitə bağlı olan 
qanunauyğunluqlarının öyrədilməsi; — Enerjiqoruyucu texnologiyaların, ekoloji baxımdan təmiz olan 
gələcəyə yönəlmiş resursların işə salınması. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə