Ekologiya imtahan Suallar


Heyvanlarda populyasiyanın yaş strukturu və etoloji struktur



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
Ekologiya

Heyvanlarda populyasiyanın yaş strukturu və etoloji struktur
Növün çoxalma xüsusiyyətlərindən asılı olaraq populyasiyanın üzvləri bir və ya müxtəlif 
generasiyaya mənsub ola bilər. Bir generasiyada olduqda bütün fərdlər yaşa görə yaxın olur və həyat 
tsiklinin növbəti mərhələləri təxminən eyni vaxtda keçir. Qeyri sürülü çəyirtkələrin çox növlərinin 
çoxalması yumurtalardan ilkin yaşlı sürfələr peyda olur. Sürfələrin nəsilverməsi mikroiqlim və digər 
şəraitlərin təsirindən bir qədər ləngiyir, lakin bütövlükdə kifayət qədər birgə keçir. Bu vaxt populyasiya 
yalnız ayrı-ayrı fərdlərin bir bərabərdə inkişaf etməməsilə əlaqədar populyasiyada eyni vaxtda yanaşı 
yaşların sürfələrinə də rast gəlinə bilər, lakin bütün populyasiya tədricən imaginal vəziyyətə keçir və 
yayın sonunda yalnız yaşlı yarımyetişmiş formalardan ibarət olur. Eyni vaxtda yaşayan müxtəlif 
generasiyalı növləri iki qrupa bölmək olar: həyatında bir dəfə və dəfələrlə artan. May böcəyinin dişiləri 
yazda yumurta qoyduqdan sonra tezliklə məhv olur. Sürfələr torpaqda inkişaf edir və dördüncü ilində 
puplaşır. Populyasiyada eyni vaxtda dörd generasiyanın nümayəndələri iştirak edir, onların hər biri 
özündən əvvəlkindən sonrakı ili peyda olur. İlbəil bir generasiya özünün həyat tsiklini başa vurur və 
yenisi gəlir. Belə populyasiyada yaş qrupları dəqiq fasilələrlə ayrılır. Təkrar çoxalan növlərin 
populyasiyalarının yaş strukturu daha da mürəkkəbdir. Bu zaman iki kənar vəziyyət mümkündür: 1) 
yaşlı vəziyyətdə həyat uzun sürmür və 2) yaşlı fərdlər uzun yaşayaraq dəfələrlə çoxalır. Birinci halda 
hər il populyasiyanın böyük hissəsi əvəz olunur. Onun sayı sabit deyil və növbəti nəsilvermə üçün 
əlverişsiz olan ayrı-ayrı illərdə kəskin dəyişə bilər. Populyasiyanın yaş strukturu güclü dəyişə bilər.
İkinci halda populyasiyanın müxtəlif nəsillərinin mövcud olduğu nisbətən davamlı (sabit) strukturu 
əmələ gəlir. Belə ki, Hindistan filləri 8-12 yaşında cinsi yetişkənliyə çatır və 60-70 il yaşayır. Dişilər 
dörd ildə bir, nadir halda iki bala verir. Sürüdə adətən müxtəlif yaşlı fillər 80%, cavanlar isə 20% olur. 
Yüksək nəsilvermə qabiliyyəti olan növlərdə yaş qrupları müxtəlif ola bilər, lakin populyasiyanın 
ümumi strukturu həmişə kifayət qədər mürəkkəb qalır, bura müxtəlif nəsillərin nümayəndələri və onların 
müxtəlif yaşlı nəsilləri də daxil olur. Heyvanların təbii populyasiyalarının insan tərəfindən istismarı 
zamanı onların yaş strukturunun uçotu mühüm əhəmiyyət daşıyır. Hər il çoxlu artım verən növlərin 
populyasiyasının xeyli hissəsini götürdükdə onların sayının azalmasına təhlükə yaranmır. Mürəkkəb yaş 
strukturuna malik olan populyasiyanın çoxlu yaşlı fərdləri məhv edilərsə, onun bərpasını olduqca 
ləngidər. Məsələn, ikinci ili yetişkənliyə çatan qorbuşanın (qızılbalıqlar fəsiləsindən balıq növü) 
kürüverən fərdlərinin 50-60%-ni populyasiyanın sayının azalmasına ziyan vurmadan tutmaq olar. Gec 
yetişən və daha mürəkkəb yaş strukturuna malik olan keta balığının cinsi yetişkən sürüsündən tutulan 
balığın norması az olmalıdır. Yaş strukturunun analizi populyasiyanın həyat boyu yaxın nəsillərdəki 
sayını proqnozlaşdırmağa imkan verir. Belə analizlərdən sənaye sürülərinin (məs. balıq sənayesində) 
dinamikasını əvvəlcədən görməkdə geniş istifadə olunur. Əgər yaş strukturu üzrə əldə olunan 
göstəricilər təbii populyasiyaya mühitin real təsirini düzgün əks etdirirsə, bir çox illər üçün qabaqcadan 
ovlama planını planlaşdırmağa imkan verən yüksək dərəcədə etibarlı proqnozlar alınar. Oturaq 
heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi 
qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir. Kiçik ərazidə fərdlərin 
çoxlu toplanması onların arasında rəqabəti gücləndirir. Odur ki, aydın qrupla həyat tərzi yüksək 


dərəcədə köçəri heyvanlarda inkişaf etmişdir, bunların hərəkətdə olan həyat tərzi yem resurslarına yükü 
və buna uyğun olaraq qida rəqabətini azaldır. Tək həyat tərzi. Həyat tsiklinin müəyyən mərhələlərində 
bir çox heyvanlar üçün xarakterikdir, bu zaman populyasiyanın fərdləri bir-birindən asılı olmayaraq 
ayrılırlar. Ümumiyyətlə, təbiətdə orqanizmlərin tamamilə tək yaşamasına rast gəlinmir, belə olsaydı 
onların əsas həyat funksiyası – çoxalması mümkün olmazdı. Lakin bəzi növlərdə birlikdə yaşayan 
fərdlər arasında olduqca zəif kontakt xarakterikdir. Xarici üsulla mayalanan su sakinləri buna misal ola 
bilər. Tək həyat tərzi sürən növlərin fərdləri qışlama yerində, çoxalma dövrü qabağı çox müvəqqəti 
toplaşma əmələ gətirir. Məs. gicitkən kəpənəkləri payızın sonunda iri salxımlarla çardaqlarda və ya digər 
örtülü yerlərdə, puplar və parabüzən kötüklərin yanında quru meşə döşənəyi altında, naqqa və 
durnabalığı su hövzələrinin dibində qışlama çalalarında toplanırlar. Ailəvi həyat tərzi. Ailəvi həyat 
tərzində də ata-ana (valideyn) və onların nəsillərinin üzvləri arasında əlaqəlar güclənir. Belə əlaqənin 
sadə növü – ata və anadan birinin qoyulan yumurtalara olan qayğıdır: yumurtaların qorunması, 
inkubasiya, havalandırma və s. Quşlarda balaları üçün mürəkkəb qayğı, qanadlanıb uçana qədər davam 
etdirilir. İri məməlilər, məsələn, ayı və pələngin balaları ailə qrupunda bir neçə il cinsi yetişkənlik 
başlayana qədər tərbiyə olunur. Valideynin nəslə qayğını öz üzərinə götürməsindən asılı olaraq ata, ana 
və ya qarışıq tipli ailə ayrılır. Möhkəm yaradılan ailə cütlüyündə balaları yemləməkdə erkək və dişinin 
hər ikisi iştirak edir. Koloniyalar. Orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal 
keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşmalardır. Koloniyaları 
əsasən oturaq heyvanlar əmələ gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola 
bilər (məs. bir çox quşlarda – zağca, qaqarka, şimal dəniz quşu-tupik, qağayı və s.). Koloniyanın daha 
mürəkkəb formasında heyvanların həyat funksiyaları qarşılıqlı yerinə yetirilir, bu isə ayrı-ayrı fərdlərin 
yaşayıb qalması ehtimalını artırır. Belə ümumi funksiyalar düşməndən qorunmaq və xəbərdarlıq siqnalı 
vermək üçündür. Qağayılar, kayralar, bəzi qazlar, qaranquşlar və digər quşlar balalarını və yumurtalarını 
qorumaq üçün adətən səs çıxararaq yırtıcının üzərinə atılır. Qorxunu hiss edib istənilən quş tərəfindən 
qaldırılan həyəcan siqnalı bütün quşları səfərbər edir. Quşların birgə səfərbərliyi hətta iri yırtıcıları 
(tülkü, qırğı, bayquş və b.) da qaçırır. Məməlilər arasında kolonial həyat sürənlərdən marmot, süzən və 
ala quşu göstərmək olar. Məməlilərdə koloniyalar çox vaxt müxtəlif ailələrin ərazidə birləşməsindən 
deyil, törəməkdə olan ailələr arasında əlaqələrin saxlanması və ailə qruplarının artması əsasında yaranır.
Daha mürəkkəb koloniyalar kollektiv halda həyat sürən həşəratlarda (termit, qarışqa, arı) olur. Onlar 
güclü artan ailələr arasında əmələ gəlir. Belə koloniyalarda – ailələrdə həşəratlar əsas funksiyaları 
(çoxalma, qorunma, özünü və nəsli yemlə təmin etmək, quruculuq və s.) birgə yerinə yetirir. Bu zaman 
ayrı-ayrı fərdlər və yaş qrupları arasında əmək bölgüsü və müəyyən əməliyyatları yerinə yetirmək üçün 
ixtisaslaşma aparılır. Koloniyanın üzvləri bir-birilə məlumat mübadiləsi əsasında hərəkət edir. Kolonial 
heyvanlara bəzi qamçılılar, süngərlər və bağırsaqboşluqlar, ibtidai xordalılardan sinassidilər, slaplar 
aiddir. Kolonial bitkilərə müxtəlif birhüceyrləi yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar 
və evqlena yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır. Dəstələr. Heyvanların müvəqqəti 
cəmləşməsi olub hərəkətlərinin bioloji faydalı mütəşəkkiliyini təzahür etdirir. Dəstə (sürü) növün 
həyatında hər hansı funksiyanın yerinə yetirilməsini (düşməndən mühafizə, yem əldə etmək (miqrasiya) 
asanlaşdırır. Dəstə ilə yaşamaq quşlar və balıqlar arasında geniş yayılmışdır, məməlilərdən isə bir çox 
itlər üçün səciyyəvidir. Dəstələrdə bənzətmə (təqlidçilik) reaksiyası və qonşudan oriyentir (səmt) 
götürmək güclü inkişaf etmişdir. Hərəkətləri uyğunlaşdırmaq (əlaqələndirmək) üsuluna görə dəstələr 
iki qrupa (kateqoriyaya) bölünür: 1) ekvipotensial – ayrı-ayrı üzvlərin dominantlığı aydın görünmür;
2) Liderli dəstələr, burada heyvanlar bir və ya bir neçə, adətən təcrübəli fərdlərin davranışına görə 
istiqamət alır. Birinci tipdə cəmləşmək əsasən balıqlara aiddir, kiçik quşlarda və köçəri çəyirtkələrdə də 
müşahidə olunur. İkinci dəstə tipinə adətən iri quşlar və məməlilərdə rast gəlinir. Quşlarda dəstələr 
mövsümi köçmə zamanı, oturaq və köçəri formalarda isə qış yemlənməsi dövründə formalaşır. Dəstələr 
yaratmaq köçmə zamanı koloniya halında yuva tikən və kollektiv yemlənən növlərə xasdır. Tək yuva 
quran və yemlənən növlər uçduqda dəstə əmələ gətirmir. Canavarlar qışda qrup halında ova çıxdıqda 
dəstə əmələ gətirir, belə halda onlar iri dırnaqlı heyvanların öhdəsindən gəlirlər. Sürü. Dəstəyə nisbətən 
sürü heyvanların daha uzun müddətə və daim cəmləşməsidir. Sürü qruplarında növün həyatında bütün 
əsas funksiyalar (yem əldə etmək, yırtıcılardan mühafizə olunmaq, miqrasiya, çoxalma, balanı tərbiyə 


etmək və s.) yerinə yetirilir. Sürünün təşkil olunması variantlarından biri – müvəqqəti və ya nisbi daimi 
liderli qrup sayılır. Liderlər sürü daxilindən fərdlər olub digərlərinin diqqəti onlara cəmləşir, onlar 
davranışları ilə yerləşmə istiqamətini, yemlənmə yerini, yırtıcılara qarşı reaksiyanı və sürünün digər 
xassələrini müəyyənləşdirir. Liderin fəaliyyəti bilavasitə digər fərdləri özünə tabe olmağa 
yönəldilməyib, sürünün daha təcrübəli üzvü liderlik edir. Məsələn, şimal maral sürülərini adətən yaşlı 
başçı aparır. Böyük sürülərdə də ailə və ya yaş qrupları cəmləşir, onlar arasında kontakt (əlaqə) digər 
analoji qrupların üzvləri arasındakı əlaqədən daha səmimi olur. Sürüdaxili qruplaşmalarda ümumi 
liderdən asılı olmayan dominantlıq – tabelik əlaqəsi təşəkkül tapır. Başçı – dominantlar müxtəlif 
kollektiv funksiyasını yerinə yetirir. At ilxısında məsələn, başçı hərəkəti idarə edir, sürünü təhlükədən 
uzaqlaşdırır, yırtıcılardan qoruyur, davanı saxlayır, daylaqlara və xəstə heyvanlara qayğı göstərir və s. 
Mürəkkəb vəziyyətdə müxtəlif növlərin başçıları kəşfiyyat aparır, sürüdən ayrılaraq sonradan geri dönür 
və təhlükəsiz istiqamət müəyyənləşdirir. Başçısı olan qruplarda baş verən münaqişə adətən onun iştirakı 
ilə müxtəlif növlərdə müxtəlif təcavüz dərəcəsinə görə həll olunur. Pavian (meymun cinsi) sürüsündə 
başçı incitmə yolu ilə, qalib başçısı isə çox vaxt qayda-qanunla, nəzərlə və ya başının işarəsi ilə bərpa 
edir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə