Ekologiya imtahan Suallar


Bitkilərdə populyasiyanın yaş strukturu



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
Ekologiya

Bitkilərdə populyasiyanın yaş strukturu
Bitki senopopulyasiyası müəyyən fitosenoz daxilində onun fenotik vəziyyətindən və ekotopik və genetik 
xüsusiyyətlərindən asılı olmayaraq növün bütün fərdlərini birləşdirir. Bitkilərdə senopopulyasiyanın yaş 
strukturu (yaxud konkret fitosenozun populyasiyasının) yaş qruplarının nisbətilə təyin olunur.
Cücərtilər – toxumda olan ehtiyat maddələrindən və xüsusi assimlyasiyanın hesabına qarışıq qida alır. 
Bu kiçik bitkilər üçün rüşeym strukturun mövcudluğu səciyyəvidir: rüşeym kökün inkişafı başlayan ləpə 
və bir qayda olaraq yaşlı bitkilərdən fərqli olaraq sadə formalı böyük olmayan yarpaqlı biroxlu zoğdur.
İlkin bitkilər – (yuvenil bitkilər) – sərbəst qidalanmağa keçir. Bu bitkidə daha ləpə yoxdur, çox vaxt 
təkoxluluğunu saxlayır, yarpaqlar başqa formada olub yaşlı bitkilərə nisbətən xırdadır. İmmatur bitkilər 
– yuvenil bitkidən yaşlı vegetativ bitkiyə keçid əlamətlərə malikdir. Bunlarda çox vaxt zoğun 
budaqlanması başlayaraq fotosintetik aparatın böyüməsinə şərait yaradır. Yaşlı vegetativ bitkilərdə 
yeraltı və yerüstü orqanların strukturunda növün həyati forması üçün tipik əlamətlər meydana gəlir və 
vegetativ üzvün quruluşu əsasən generativ vəziyyətə uyğun gəlir, lakin hələ reproduktiv orqanlar 
yoxdur. Bitkinin generativ dövrə keçməsi təkcə çiçək və meyvələrin peyda olması ilə deyil, həm də 
orqanizmin dərin daxili biokimyəvi və fizioloji qurulması ilə təyin olunur. Cavan generativ bitkilər – 
çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı struktur formalaşmasının yekunlaşması gedir. Bəzi illərdə 
çiçəkləmədə fasilə də ola bilər. Ortayaşlı generativ bitkilər – adətən ən yüksək böyümə həddinə çatır, 
hər il böyük artım və toxum məhsulu verir. Qoca generativ bitkilər – reproduktiv funksiyası kəskin 
aşağı düşür, zoğvermə və köklərin inkişafı prosesi zəifləyir. Məhvolma prosesləri yenidənyaranma 
proseslərini üstələyir, dezinteqrasiya güclənir. Qoca vegetativ (subsenil) bitkilərdə toxumvermənin 
(meyvəvermə) dayanması, əzəmətliyi aşağı düşür, destruktiv proseslər güclənir, zoğ və kök sistemi 
arasındakı əlaqələr zəifləyir, həyati formaların bəsitləşməsi nəzərə çarpa bilər, immatur tipli yarpaqlar 
peyda olur. Senil bitkilər – son dərəcə zəif olması, ölçülərinin azalması, bərpa olunduqda az miqdarda 
zoğun olması ilə səciyyələnir, bəzən – yuvenil əlamətlər görünür (yarpaqların forması, zoğların xarakteri 
və s.). Ölmüş fərdlər senil vəziyyətin son dərəcə təzahürüdür, bu zaman bitkidə təkcə ayrı-ayrı canlı 
toxumalar qalır. Populyasiyanın fərdlərinin yaş vəziyyətinə görə bölünməsi onun yaş spektri adlanır. 
O, müxtəlif yaş səviyyələrinin nisbətini əks etdirir. Senopopulyasiya əgər bütün yaş qruplarından (və 
ya ona yaxın) ibarət olarsa, (konkret növlərin bəzi yaş vəziyyətləri, məsələn, immatur, subsenil, yuvenil 
təzahür etməyə də bilər) ona normal senopopulyasiya deyilir. Belə populyasiya asılı olmayıb toxum və 
vegetativ yolla özünü saxlama qabiliyyətinə malikdir. Belə populyasiyada bu və ya digər yaş qrupu 
üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca (yaşlı) normal senopopulyasiyalar 
ayrılır. Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə toxumvermənin - 
meyvəvermənin dövriliyi, məhsuldar toxumların və vegetativ rüşeymlərin sayı, toxumların bitiş faizinin 
qalma müddəti, fərdlərin bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) 
təyin olunur. Göstərilən bütün bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit şəraitindən asılıdır. Bir 
senopopulyasiyanın fərdlərinin inkişafı və bir yaş qrupundan digərinə keçmə sürəti müxtəlif 
intensivlikdə ola bilər. Normal inkişafla, yəni yaş vəziyyətləri biri digərini adi ardıcıllıqla əvəz etməsi 
ilə müqayisədə inkişaf tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar 
sükutluq başlaya bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir sıra çəmən, meşə, bozqır 
növləri istixanada və ya əkinlərdə yaxşı aqrotexniki fonda becərildikdə öz ontogenezlərini qısaldır, 
məsələn, çəmən topalotu və çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-
15 ilə qədər və s. Digər bitkilər isə şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez uzana bilər. Quraqlıq 
illərində və intensiv otarma zamanı senopopulyasiyanın ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxır, bəzi 
növləri vaxtsız senil vəziyyətinə keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində 
çiçəkləmə fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır. Yaş spektri yalnız xarici şəraitlə 
deyil, həm də növün reaktivliyindən və davamlığından asılı olaraq tərəddüd edir. Otarmaya qarşı 


bitkilərdə müxtəlif maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir, belə ki, qocalma 
həddinə çatmamış məhv edilir (məs. yovşan), digərində isə bərpa aşağı düşdüyündən 
senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü Ledebur çiləotu). Bəzi növlərdə arealın 
bütün sahəsində geniş diapazon şəraitində normal senopopulyasiyalar yaş strukturunun əsas əlamətlərini 
saxlayır (məs. adi göyrüş, dovşantopalı, çəmən topalı və s.). Belə yaş spektri əsasən növün bioloji 
xassələrindən asılı olub baza spektri adlanır. Baza spektri ən çox davamlı qruplaşmalarda edifikator 
növlərin senopopulyasiyalarına xasdır. Fərdlər nə qədər böyük olarsa, onun mühitə və qonşu bitkilərə 
təsiri geniş sferdə olur. Əgər senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər, cavan və 
ortayaşlı generativ fərdlər üstünlük təşkil edərsə, bütün populyasiya bütövlüklə digərləri arasında 
davamlı vəziyyət tutacaqdır. Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri onun 
vəziyyətini və xarici mühitin dəyişən şəraitinə uyğunlaşmasını əks etdirir və biosenozda növün 
mövqeyini təyin edir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə