Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
Ekologiya

Biosenozun ərazi (məkan)


 
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda 
bitkinin yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur. Müxtəlif boya malik olan bitkilər 
bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik) quruluşunu alır: assimlyasiya edən 
bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək mühitdən müxtəlif cür istifadə 
edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. Məsələn, Lənkəran 
ovalığında və dağətəyi hissədə dəmirağac üçyaruslu (üçmərtəbəli) mürəkkəb qarışıq meşəlik yaradır. 
Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi (xurması) 
də qarışır. Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt 
mərtəbəni isə samşit, bigəvər və başqa kollar tutur (3-7 metr). Meşədə həmişə yaruslararası (yarusdan 
kənar) bitkilər də mövcuddur, bunlara ağacların gövdə və budaqlarında mamır və şibyələr, ali sporlu və 
çiçəkli epifitlər və lianlar aiddir. Yarusluq bitkilərə işıq axınından tam istifadə etməyə şərait yaradır – 
yüksək gövdəli bitkilərin çətirləri altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif 
günəş işığını da tuta bilirlər. Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa 
da, o qədər aydın görünmür. Burada həm də meşəyə nisbətən az yarus ayrılır, meşədə də bəzən yalnız 
iki aydın görünən yarus olur. Məsələn, yüksək doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, 
bəzən isə çətiryarpaq və ya cil ot örtüyü olan ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin assimlyasiya 
edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə ayrılır. Bitki örtüyünün yarusları müxtəlif 
uzunluqda ola bilər, məsələn, ağac yarusunun hündürlüyü 30-50 metrə qədər, kol yarusu 2-6 m, mamır 
yarusu isə cəmi bir neçə santimetr təşkil edir. Hər bir yarus müəyyən kompleks şəraitə uyğunlaşır və 
fitoiqlimin yaranmasında özünəməxsus iştirak edir. Beləliklə, ağac-kol və ot yarusları müxtəlif ekoloji 
vəziyyətlərdə yerləşir, bu isə bitkilərin fəaliyyətinə və yaruslarda yaşayan (məskunlaşan) heyvanların 
həyatına təsir göstərir. Fitosenozların torpaqaltı yarusu bitki köklərinin işlədiyi dərinlikdən, kök 
sisteminin aktiv hissəsinin yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə (altıya qədər) torpaqaltı 
yarus muşahidə etmək olar. Heyvanlar əksəriyyət etibarilə bu və ya digər bitki örtüyü yarusunda 
yerləşir. Onlardan bəziləri ona uyğun yarusdan kənara çıxmır. Məsələn, həşəratlar arasında aşağıdakı 
qruplar ayrılır: torpaqda məskunlaşanlar – geobiy, yerüstü səth qatında – herpetobiy, mamır yarusundakı 
– briobiy, ot örtüyündəki –fillobiy, bir qədər yüksəkdə yerləşən, həşəratlar isə aerobiy adlanır. Quşlar 
arasında yalnız yerdə yuva quranlar (toyuqkimilər, tetra quşu, tənək quşu və b.), kol yarusunda yuva 
quranlar (oxuyan qaratoyuqlar, qar quşu, silviya quşu) və ya ağac çətirində yuva quranlar (alacəhrə, 
payız bülbülü, iri yırtıcılar və b.) ayrılır. Su ekosistemlərində irimiqyaslı şaquli strukturu ilk növbədə 
xarici faktorlar əmələ gətirir. Pelaqialda təyinedici faktorlara işıqlanma və temperatur qradiyetləri və 
biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə 
faktora qruntun müxtəlifliyi, dib qatlarında suyun hidrodinamikası əlavə olunur. Şaquli strukturun 
xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.
Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə əvəz olunur, onların ölçüləri qısalıb, yaxud 
böyüyə bilər. Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. 
Ona görə onların daxilində struktur vahidləri ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir, məs. 
mikroqruplar, mikrosenozlar, mikrofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərkibinə, növlərin 
say nisbətinə, yaşına, sıxlığına, məhsuldarlığına və başqa xassələrinə görə fərqlənirlər. Mozaiklik 
müxtəlif səbəblərdən – biotopun xüsusiyyətlərindən, mikrorelyefin, torpağın müxtəlifliyindən, 
mikroiqlimin təsirindən, bitkilərin mühitəmələgətirmə təsirindən və onların bioloji xüsusiyyətlərindən 
yaranır. O, heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə örtülməsi, qarışqa 
yuvalarının əmələ gəlməsi, dırnaqlılar tərəfindən səthin topalanması və bitkilərin yeyilməsi 
(zədələnməsi) və s.) və ya insanın təsiri (meşənin qırılması nəticəsində yeni ağaclığın əmələ gəlməsi, 
mal-qara otarılması, ocaq qalama və s.), güclü küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. 
nəticəsində yaranır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə