Ekologiya imtahan Suallar


Yırtıcı – şikar, parazit-sahib əlaqələri. Parazitlik



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə23/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
Ekologiya

Yırtıcı – şikar, parazit-sahib əlaqələri. Parazitlik
Canlılar arasında olduqca müxtəlif qarşılıqlı əlaqələr arasında müxtəlif sistematik qrupların 
orqanizmləri üçün ümumi olan müəyyən əlaqə tiplərini ayırmaq olar. Yırtıcı-şikar, parazit-sahib 
əlaqələri bilavasitə qida əlaqəsi olub, partnyorlardan biri üçün müsbət, digəri üçün mənfi nəticə verir. 
Ekoloji qida əlaqələrinin bütün variantlarını, o cümlədən çəməndə otlayan inəyi də bu əlaqə tipinə aid 


etmək olar. İstənilən hoterotrof orqanizm qruplaşmada digər heterotrofu və ya avtotrofu yeməyin 
hesabına yaşayır. Digər heyvanlarla (ovlayıb) qidalanan heyvan yırtıcı adlanır. Yırtıcılar üçün xüsusi 
ovlama davranışı səciyyəvidir. Həşəratların çoxluğu və kiçik ölçüdə olması və asan əldə olunması 
fəaliyyəti ətyeyən heyvanları (adətən quşları) yırtıcıya çevirir. Onlar ovunu sadəcə «toplama» («yığma») 
ilə əldə edərək (quşlar toxumları, dəni yığaraq) onunla qidalanırlar. Həşəratyeyən yırtıcılar qidanı əldə 
etmək üsuluna görə otyeyən heyvanların otlamasına bənzəyir. Ekoloji baxımdan belə qidalanma üsulu 
həm çəməndə otlayan dırnaqlı sürülər, həm də ağacın çətirində yarpaqlarını yeyən tırtıl üçün 
səciyyəvidir. Bəzi quşlar həm həşəratla, həm də toxumla qidalanır. Parazitlik (parazitizm) – növlər 
arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm 
qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) kimi istifadə edir. 
Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar çərçivədə 
ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, mühafizə 
və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun 
orada çoxalmaq və nəsilvermək ehtimalı da artar. Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, 
qansoran həşərat, heyvan və s. ola bilər. Parazit həşəratlar çox vaxt epidemiyanın yayıcısı ola bilər 
(bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.). Parazitin sahiblə sıx təmasda olması iki cür seçmə 
nəticəsidir. Parazitlərin çoxları tam və uzun müddət sahibindən istifadə edərək onun tez ölümünə səbəb 
olmur və özünün daha yaxşı yaşamasını təmin edir. Öz növbəsində sahibinin orqanizminin müqavimət 
gücünə görə seçmə onun üzərində parazitlik edənin vurduğu ziyan getdikcə az hiss olunur. Təkamül 
gedişində sahib və parazit arasındakı kəskin əlaqələr neytral hala, daha sonra isə iki növ arasındakı əlaqə 
hər ikisinə faydalı əlaqəyə çevrilir. Parazitlər tərəfindən vurulan fəlakətli ziyan əksəriyyət halda 
əlaqələrin uzunmüddətli təbii seçmə yolu ilə hələ sabitləşməsi zamanı müşahidə olunur. Odur ki, 
təsadüfi başqa yerdən gətirilən ziyanvericilər kənd təsərrüfatı bitkilərinə və heyvanlara yerli 
parazitlərdən daha çox zərər yetirir. Y.Odum (1975) qeyd edir ki, «yeni mənfi qarşılıqlı təzyiqin 
yaranmasından qaçınmaq və əgər o, baş verərsə, mümkün qədər onun qarşısını almaq lazımdır». 
Yırtıcılıq, parazitizm və digər qida əlaqələri variantlarının əsas ekoloji rolu canlı orqanizmlərin ardıcıl 
olaraq bir-biriləri ilə qidalanaraq maddələrin dövranına şərait yaratmaqdır, məlumdur ki, onsuz həyatın 
mövcudluğu qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı 
tənzimlənməsidir. Bir yırtıcının məhv etdiyi şikarın ümumi sayı əvvəlcə onun istifadə etdiyi növün 
sayına mütənasib sürətdə artır. Buna yırtıcının şikara qarşı funksional reaksiyası deyilir. Lakin 
istifadəçinin (yırtıcının) fiziki imkanından irəli hüdudu vardır. Yırtıcılar tam doyduqdan sonra adətən 
qurbana (şikara) qarşı reaksiyası zəifləyir. Şikarın sonrakı artımı yaxşı yem bazası əsasında yırtıcının 
sayının çoxalması ilə baş verir. Yırtıcı və şikarın sayının tərəddüdü nisbətən daimidir, onların 
amplitudası isə mühitin digər faktorlarının təsiri ilə əlaqədar olaraq geniş hüdudda dəyişə bilər. Say 
tərəddüdü müxtəlif səbəblərdən (çox vaxt təsadüfi) partnyorlardan birinin sayı sıfıra enənə qədər davam 
edir. Belə tərəddüdlər xüsusilə, növarası əlaqələr müxtəlif olmayan kasıb qruplaşmalarda (tundra və 
qütb səhralarında, bir ağac cinsi hakimlik edən meşədə, mədəni bağda və s.) aydın görünür. Y.Odum 
(1975) kommensalizm, kooperasiya və mutualizmi (simbiozu) qarşılıqlı təsirin müsbət növünə aid edir. 
Ekoloqların çoxunun fikrincə sabit (stabil) ekosistemlərdə mənfi və müsbət qarşılıqlı təsirlər tarazlıqda 
olmalıdır. Kommensalizm, kooperasiya və mutualizmə təkamül gedişində müsbət qarşılıqlı t əsirin 
ardıcıl mükəmməlləşmə mərhələsi kimi baxmaq olar. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə