Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə25/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   21   22   23   24   25   26   27   28   ...   60
Ekologiya

Ekoloji sığınacaq 
Ekoloji sığınacaq konsepsiyası növlərin birgə yaşamaq qanunlarını dərk etmək üçün əlverişli oldu. 
Ekoloji sığınacaq haqqında anlayışı ilk dəfə Amerika zooloqu C.Qrinnel (J.Çrinnell, 1914) irəli 
sürmüşdür. O, bu anlayışa əsasən növ populyasiyasının ərazidə yerləşməsi və müəyyən dərəcədə növün 
bioloji tələbatı mövqeyindən yanaşmışdır. «Ekoloji nişa» anlayışının professğor Q.T.Mustafayev 
«ekoloji mövqe» kimi işlətməyi təklif edir. Ekoloji sığınacaq haqda Ç.Eltonun (Ch.Elton, 1927) 
konsepsiyası daha məhsuldardır. O, «ekoloji sığınacaq» anlayışı dedikdə növün qidalanmasını, yəni 
onun trofik zəncirdə tutduğu yeri nəzərdə tutmuşdur. Trofik sığınacaq haqqında müasir təsəvvür 
(anlayış) məhz Ç.Eltonun şərhi ilə bağlıdır. Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson 
(Ç.Hatchinson, 1957) tərəfindən işlənmişdir. O, «ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq müəyyən 
növün orqanizmlərinin mühitin abiotik şəraiti və canlı orqanizmlərin digər növləri ilə əlaqələrinin 
məcmusu kimi formalaşmasını gəstərmişdir. Ekoloji sığınacaq konsepsiyası haqqında Y.Odumun 
(1975) mövqeyi xüsusi yer tutur. Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: 
növ populyasiyasının fiziki ərazisi, xarici faktorlar qradiyenti sistemində növün yeri və onun 
ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi orqanizmin ekoloji sığınacağı onun yalnız harada 
məskunlaşmasından (yaşamasından) deyil, həmçinin onun nə etməsindən – fəaliyyətindən (o enerjini 
necə dəyişir, onun davranışı necədir, o, fiziki və bioloji mühitə necə münasibət göstərir), asılıdır və o, 
digər növlərlə necə məhdudlanır. Y.Odum ekoloji sığınacağı növün qruplaşmada «sahibi» kimi canlı 
surətdə təyin etmişdir. Belə mövqe ekoloji sığınacaqda anlayışı növün biosenozda yerini inteqrasiya 
ifadəsi kimi daha dəqiq təyin edir. «Ekoloji sığınacaq biliyi (məlumatı) növün nə ilə qidalanması, onun 
kimin şikarı olduğu, nə tərzdə və harada istirahət etməsi və çoxalması suallarına cavab tapmağa imkan 
verir» Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini, eyni zamanda həm ərazidə 
vəziyyətini, həm də qruplaşmada fəaliyyət rolunu, abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, 
Matişov, 1996). «Ekoloji sığınacaq» anlayışını məskunlaşma (yaşama) yerindən) ayırmaq lazımdır. 
Məskunlaşma yeri dedikdə növün yayıldığı və onun mövcudluğu üçün vacib olan abiotik şəraitə malik 
olduğu yer nəzərdə tutulur. Növün ekoloji sığınacağı yalnız mühitin abiotik şəriatindən deyil, həm də 
onun biosenotik ətraf şəraitindən asılıdır. Ekoloji sığınacağın xarakteri həm növün ekoloji imkanları, 
həm də həmin imkanların konkret biosenozlarda nə qədər həyata keçməsi ilə müəyyən edilir. Növün 
qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə görə ixtisaslaşması, həm ekoloji 
sığınacağın daralması, həm də əks proseslər – onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada 
ekoloji sığınacağın daralması və ya genişlənməsinə rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən yaxın 
olan növlər üçün Q.F.Qauzenin formalaşdırdığı rəqibliyin istisnası qaydası belə ifadə oluna bilər: iki 
növ bir ekoloji sığınacaqda keçinmir. Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış 
tərzinin dəyişməsi, başqa sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə bilər. 
Bu halda onlar (növlər) bir biosenozda yaşamaq qabiliyyəti əldə edir. Bir yerdə yaşayan yaxın qohum 
növlərdə adətən ekoloji sığınacağın çox incə məhdudlaşması müşahidə olunur. Belə ki, Afrika 
savannalarında otlayan dırnaqlılar otlaq yemindən müxtəlif cür istifadə edir: zebrlər əsasən otların üst 
hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək zebrdən sonra qalan yemlə qidalanır, ceyranlar 
ən alçaq boylu otları didişdirir, antilop topi isə digər otyeyən heyvanlardan sonra qalan hündür boylu 
quru gövdələr ilə kifayətlənir. Təbii şəraitdə qarışqaların çoxnövlü assosiasiyaları mövcuddur, onların 
üzvləri həyat tərzinə görə fərqlənirlər. Moskvaətrafı meşələrində tez-tez aşağıdakı növlər aşkar edilir: 
Dominant növ (Formica rufa, F.aquillonia və ya Lasius fuliginosus) bir neçə yarusu tutur, torpaqda 
L.Flavus, meşə döşənəyində – Myrmica rubra, torpaqüstü yarusu L.Niger və F.Fusca mənimsəyir, 
ağaclarda isə Camponotus herculeanus məskunlaşır. Qarışqalar ərazidə ayrılması ilə (paylanması ilə), 


həm də qida əldə etmək və sutkalıq vaxt aktivliyinə görə də fərqlənirlər (Çernova, Bılova, 1988). 
Səhralarda ən çox torpaq səthindən qida toplayan qarışqalar kompleksi inkişaf etmişdir 
(herpetobiontlar). Onların arasında üç tropik qrupun nümayəndələri ayrılır: 1) gündüz zoonekrofaqlar – 
ən isti vaxtlarda aktiv olurlar, həşəratların cəsədləri və gündüz aktiv olan xırda həşəratlarla qidalanırlar; 
2) gecə zoofaqları – torpaq səthinə yalnız gecə çıxan yumşaq örtüklü yavaş hərəkətedən həşəratları və 
tüklərini dəyişən buğumayaqlıları ovlayır; 3) karpofaqlar (gündüz və gecə) – bitki toxumlarını yeyirlər.
Bir trofik qrupdan bir neçə növ birgə yaşaya bilər. Belə vəziyyətdə rəqabətdən çıxmaq və ekoloji 
sığınacağı məhdudlaşdırmaq mexanizmi aşağıdakı kimidir: Ölçü diferensasiyası. Məsələn, Qızılqum 
qumlarında üç adi gündüz zoonekrofaqların işçi fərdlərinin orta çəkilərinin nisbəti 1:8:120 təşkil edir. 
Böyük olmayan pişik, vaşaq və pələngin nisbətləri də təxminən belədir. Davranış müxtəlifliyi – yem 
tədarük etmənin müxtəlif mövqeyindən ibarətdir. Qarışqalar yol çəkərək əldə etdikdəri qidanı yuvaya 
daşımaq üçün yükdaşıyanları səfərbər etməklə əksəriyyət hallarda topa halında bitən bitkilərin 
toxumlarından istifadə edirlər. Qarışqalar, yem daşıyanlar tək-tək toplayıcı kimi işlədikdə isə əsasən 
seyrək yayılan bitkilərin toxumlarını toplayır. Ərazi diferensasiyası. Bir yarus daxilində müxtəlif növlər 
tərəfindən qidanın toplanması müxtəlif sahələrdə aparıla bilər, məsələn, açıq sahədə və ya yovşan 
kolunun altında, qum və ya gil sahələrində və s. Vaxta görə aktivlik müxtəlifliyi əsasən sutka vaxtına 
aiddir, lakin bəzən bəzi növlərdə ilin mövsümləri üzrə (əsasən yaz və payız aktivliyi) aktivliyin bir vaxta 
düşməməsi qeydə alınmışdır. Növarası rəqabətin zəifləməsi növün ekoloji sığınacağının genişlənməsinə 
səbəb olur. Kasıb faunaya malik olan okean adalarında bir sıra quşlar özlərinin qohum fərdlərinə 
nisbətən, materikdə olduqca müxtəlif yaşayış yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, 
onlar bu zaman rəqib növlərlə də toqquşmurlar. Əgər növarası rəqabət növün ekoloji sığınacağını 
daraldırsa, hövzədaxili rəqabət, əksinə ekoloji sığınacağı genişləndirir. Növün sayı artdıqca əlavə 
yemdən istifadə olunmağa başlanır, yeni məskənlər mənimsənilir, yeni biosenotik əlaqələr peyda olur.
Ekoloji sığınacaq konsepsiyası bir sıra praktiki məsələlərin bilavasitə həlli ilə bağlıdır. Gözlənilməz 
nəticələrlə qurtaran ən sərt rəqabət baş verə biləcək əlaqələri nəzərə almadan qruplaşmaya yeni heyvan 
və bitki növləri daxil etməkdir. Əksinə, əgər introduksiya olunan növ rəqibə rast gəlmirsə, o asan və 
müvəffəqiyyətlə uyğunlaşır (alışır). Ayrı-ayrı portnyorların qarşılıqlı kontaktının (əlaqəsinin) faydalı 
və ziyanlı olmasına görə yuxarıda göstərilən biosenotik əlaqə tipləri yalnız növarası deyil, həm də 
növdaxili əlaqələr üçün də səciyyəvidir. Lakin növ daxilində ayrı-ayrı növlər arasındakı əlaqəyə görə ya 
başqa dərəcədə baş verir, yaxud da bir qədər spesifikliyi ilə seçilir. Məsələn, may böcəyinin sürfələrini 
quru torpaqda yerləşdirdikdə bir-birini yeyə bilər. Oturaq bonnelilərdə karlik erkək müstəqil qidalanan 
iri dişinin üzərində parazitlik edir. Buna bənzər əlaqələr bəzi dərinlik balıqlarına da xasdır. Dişilər 
üzərində özündən xeyli kiçik olan erkəkləri daşıyır, onlar ağızları ilə dişinin bədəninə yapışır və parazit 
kimi qidalanır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə