Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə28/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   24   25   26   27   28   29   30   31   ...   60
Ekologiya

Ekoloji 
piramidalar 
Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək üçün təkcə 
qidalanma zənciri sxemindən deyil, ekoloji piramidalardan da istifadə edilir. Funksional qarşılıqlı 
əlaqələri, yəni trofik strukturu qrafik şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. 
Piramidanın əsasını produsentlər səviyyəsi təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın 
mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji piramida tipi məlumdur: 1) say (kəmiyyət) 
piramidası (Elton piramidası) – hər səviyyədə orqanizmlərin sayı ifadə olunur; 2) biokütlə piramidası – 
canlı maddənin kütləsini (ümumi quru çəki, kalorilik və s.) səciyyələndirir; 3) Məhsul (və ya enerji) 
piramidası universal xarakter daşıyıb ardıcıl trofik səviyyələrdə birinci məhsulun (və ya enerjinin) 
dəyişməsini göstərir. Enerji əsasən yırtıcı – şikar əlaqəsi ilə ötürülən trofik zəncirlərdə çox vaxt say 
piramidası qaydasına, yəni qida zəncirlərində iştirak edən fərdlərin ümumi say zəncirinin hər sonrakı 


həlqəsində produsentdən konsumentlərə doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.5.). Bu 
hal bir qayda olaraq yırtıcıların qida obyektindən (şikardan) iri olması və yırtıcının birinin biokütləsini 
saxlamaq üçün bir neçə və daha artıq şikarın tələb olunmasıdır. Digər tərəfdən aşağı trofik səviyyədən 
yuxarı səviyyəyə doğru enerjinin miqdarının itməsi (hər səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) 
və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin olmasıdır – orqanizm kiçik olduqca maddələr 
mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti yüksəlir. Lakin müxtəlif 
ekosistemlərdə say piramidası formasına görə olduqca fərqlənir, ona görə sayın cədvəl formasında 
verilməsi daha yaxşı olar. Bioloji kütlənin isə qrafik şəklində göstərilməsi məqsədəuyğundur. O, 
müəyyən trofik səviyyədə canlı maddənin miqdarını aydın göstərir, məsələn, vahid kütlənin vahid 
sahədə yerləşməsi – q/m2 və ya həcm – q/m3 və s. ilə ifadə olunur. Yerüstü ekosistemlərdə biokütlənin 
aşağıdakı piramida qaydası fəaliyyət göstərir: bitki kütləsinin cəmi bütün otyeyənlərin kütləsindən 
artıqdır, otyeyənlərin kütləsi isə bütün yırtıcıların biokütləsindən yüksəkdir (şəkil 5.6.). şəkildə bəzi 
biosenozlarda biokütlə piramidaları göstərilir. Şəkildən görünür ki, yuxarıda göstərilən biokütlənin 
piramida qaydası okean üçün gerçək (uyğun) olmayıb çevrilmiş (döndərilmiş) şəkildədir. Okean 
ekosistemi üçün yırtıcıların biokütləsinin yüksək səviyyədə toplanması xarakterikdir. Yırtıcılar uzun 
illər ömür sürür, onların generasiya dövriyyəsinin sürəti aşağıdır, lakin produsentlərin – fitoplankton 
yosunlarının dövriyyə qabiliyyəti biokütlənin ehtiyatını yüz dəfələrlə ötüb keçə bilər. Bu o deməkdir ki, 
təmiz məhsul burada da konsumentlərin yediyi məhsuldan da artıqdır, yəni produsentlər səviyyəsindən 
keçən enerji bütün konsumentlərdən keçən enerjidən yüksəkdir. Buradan məlum olur ki, trofik 
əlaqələrin ekosistemə təsirinin daha mükəmməl əksi məhsulun (və ya enerjinin) piramida qaydası 
olmalıdır: vahid zaman ərzində hər özündən əvvəlki trofik səviyyədə biokütlənin (və ya enerjinin) 
miqdarı özündən sonrakından artıqdır. Məhsul piramidası trofik zəncirlərdə enerjinin sərfi qanununu 
əks etdirir.Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks etdirir, məhsul 
(enerji) piramidası isə universal xarakter daşıyır. Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni 
təbiət ümumi məhsulu tam istifadə etməyə cəhd edir. Ekosistemin enerjisi və onun kəmiyyət (say) 
göstəriciləri haqda əldə edilən məlumat məhsuldarlığı pozmadan (dağıtmadan) təbii ekosistemlərdən hər 
hansı bir miqdarda bitki və heyvan biokütləsini götürmək mümkünlüyünü dəqiq nəzərə almağa imkan 
verir. İnsan təbii sistemlərdən kifayət qədər çox məhsul götürür, buna baxmayaraq onun üçün əsas yem 
mənbəyi kənd təsərrüfatı hesab olunur. Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu 
götürməyə çalışır, lakin otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı sərf 
edilməlidir, məhsulun çox hissəsi sənayeyə gedir və tullantılarda itirilir, yəni burada təmiz məhsulun 
90%-i itir və yalnız 10%-i bilavasitə insan tərəfindən istifadə olunur. Təbii ekosistemlərdə enerji 
axınları da öz intensivliyi və xarakteri üzrə dəyişir, lakin bu proses ekoloji faktorların təsiri ilə 
nizamlanır, bu isə bütövlükdə ekosistemin dinamikasında təzahür olunur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə