Ekologiya imtahan Suallar


Biosfer. Canlı maddə. Böyük dövran ( maddə )



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə31/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Ekologiya

Biosfer. Canlı maddə. Böyük dövran ( maddə )
«Biosfer» haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) 
yaratmışdır.Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. (sferi). Bura bütün canlı 
orqanizmlər və onların məskunlaşdığı mühit daxildir. V.İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı 
orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. 
Onun fikrincə biosferin maddəsi mütəlif olub geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı 
maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), 
biratil (biokos) ibarətdir. - Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir. - Biogen 


maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən yaradılan üzvi və üzvi-mineral maddələr (daş 
kömür, torf, neft, əhəng, gil, mərmər, qranit və b.) daxildir. - Atil (kosnıy) maddələrə qeyri üzvi mənşəli 
dağ süxurları, su canlı orqanizmlərin yaşaması üçün substrat və ya mühit sayılır. - Biokos maddələr canlı 
və cansız (atil) maddələrin sintezindən yaranır. V.İ. Vernadski yazır ki, bu maddələr biosferdə canlı 
orqanizmlərlə və atil proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil edir. 
Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos maddələrinə çöküntü süxurları, 
aşınma qabığı, bütün təbii sular, torpaq, sualtı torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin 
biokosda nisbəti tərəddüd edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı 
və biogen) maddələrdən ibarətdir. Canlı maddə və biosferdə həyatın paylanması. Əvvəllər planetimizin 
səthində geoloji zaman ərzində bir-birini əvəz edən proseslərin əksəriyyətinə sırf fiziki, kimyəvi və ya 
fiziki-kimyəvi hadisələr (yuyulma, həllolma, çökmə, hidroliz və b.) kimi baxılırdı. Vernadski isə ilk 
dəfə olaraq canlı orqanizmlərin geoloji rolu təlimini yaradaraq göstərdi ki, canlıların fəaliyyəti Yer 
qabığının dəyişməsində əsas faktor sayılır. Vernadski yazırdı ki, Yerin geoloji tarixində hər bir 
orqanizmin ayrılıqlı iştirakı cüzidir, lakin yerdə canlılar hədsiz dərəcədə çoxdur və onlar yüksək 
çoxalma potensialına malik olub yaşama mühiti ilə aktiv qarşılıqlı əlaqədədir, son nəticədə birgə 
(müştərək) xüsusi qlobal miqyasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdirir. - Canlı orqanizmlər 
hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir çox nəsillərdə təkrar yenidən təzələnir və təbiətin 
digər komponentləri ilə müqayisədə seçmə biokimyəvi fəaliyyətə və müstəsna yüksək kimyəvi aktivliyə 
malikdir. Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. O, yerdə olan 
canlı orqanimzlərin rolu haqqında yazmışdır: Şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin 
zahiri qabığının kimyəvi vəziyyəti bütövlükdə həyatın təsiri altındadır, canlı orqanizmlərlə təyin olunur, 
şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə daşıyır. O, Günəşdən şüa enerjisi formasında 
çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şüasının enerjisini Yerin kimyəvi 
enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır. Bu canlı maddələr özünün tənəffüsü, 
qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalanması, daim öz maddəsindən istifadə 
etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyişməsi, özünün doğulması, 
çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar hadisələrdən birini törədir. 
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, 
atmosfer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, 
buxarlanmaya, maddələrin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur. 
Biosenozun(biotanın) ətraf mühitin formalaşmasında və sabitləşməsində rolunu onun qlobal 
funksiyaları (energetik, destruktiv, konsentrasiya, mühit yaratma, nəqletmə) ilə göstərmək olar. Canlı 
maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə nəticəsi hesab olunur: energetik funksiya 
bioloji dövranın bütün həlqələrini enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq 
(seyrək), lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və toplanmasına şərait 
yaradır. Canlı maddələrin mühityaratma funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı 
mühüm hadisələr baş vermişdir: a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, 
biosenoz əsasən yerin oksigen atmosferini formalaşdırır və karbon qazının konsentrasiyasına təsir 
göstərir; b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir. Dünya okeanı sularının əmələ gəlməsində 
biotanın iştirakı istisna olunmur. ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, 
fosforit, boksid, karbonat və silisium süxurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar 
yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernadski qraniti keçmiş biosferin izləri adlandırır. ç) 
Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir. d) Sahəsinə görə 
olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxarlandırıcı effektinə 
görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud Yerin quru 
sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yaratmağa 
imkan vermiş və ona 70-75% nəzarət edir. e) Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq 
edilmişdir ki, bioloji aşınma dağ süxurlarının parçalanmasında əsas rol oynayır (xırda torpaq 
hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir); ə) canlı maddə biogenlərinin 
miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası biotanın fəaliyyətindən 
çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın dibində səthinə 


nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmosferdə olan 
konsentrasiya ilə müvazinət (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon 
qazının konsentrasiyası okeanın səthində və dərinliyində bərabərləşir. Bunun nəticəsində atmosferə 
CO2-nin atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası 
atmosferdə CO2-nin konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq 
ətraf təbii mühitin sabitliyini təmin edir. Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi 
inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasilidir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı 
əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaranmışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri 
nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan həyata qədəm qoyan zamandan bəri, yəni 
2-3 milyon il ərzində böyük təkamül keçirmişdir. Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti 
əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən 
aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. 
Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. Yer qabığının süxurlarında bakteriyaların müşahidə 
olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında 2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya 
müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bərabər yayılmışdır. O, səhrada, tundrada, 
okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin digər sahələrində olduqca zəngin 
(bol) və çoxmüxtəlifliyi ilə fərqlənir. Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin 
ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sərhəd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və 
havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanların üst qatlarında, su hövzələrinin dibində və 
xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ. Vernadski litosferdə orqanizmlərin 
ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmışdır. Müasir baxışlara görə 
biosfer planetin möhtəşəm ekosistemi olub maddələrin qlobal dövranını saxlayır. Biosfer anlayışının 
coğrafi təbəqə və ya coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sinonim hesab 
etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük litosfer, hidrosfer və biosferin bir-
biri ilə qarşılıqlı təmasda olan Yer təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer, Dünya 
okeanı və orqanizmlər arasında maddələr və enerji axınları mübadiləsi baş verir. Beləliklə, coğrafi 
təbəqənin xarakterinə onun bütün komponentlərinin eynidərəcəli təsvirləri daxildir. Biofer anlayışının 
isə mərkəzi həyatdır, həyatın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz 
tərkibi, suların, torpağın tərkibi və s. daxildir. . Təbiətdə maddələrin dövranı Təbiətdə əsas iki maddələr 
dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran. 6.2.1.Təbiətdə maddələrin 
böyük (geoloji) dövranı. Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik enenjisinin qarşılıqlı təsirilə baş 
verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə yetirilir. Maqmatik 
süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan zonasında 
(hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada 
əriyərək maqmanı – maqmatik süxurların yeni mənbəyini əmələ gətirir. Bu süxurlar yerin səthinə 
çıxdıqda aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur (şəkil 6.4.). 
Maddələr mübadiləsinin simvolu dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə sikli olduğu 
kimi təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur. 
Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya Okeanı 
səthindən buxarlanan su (buna Yer səthinə düşən Günəş enerjisinin demək olar ki, yarısı sərf olunur) 
quruya aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. 
Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması – su buxarının 
kondensasyası – həmin okeanın səthinə yağıntının düşməsi. İl ərzində Yerdə suyun dövranında 500 min 
km3-dən artıq su iştirak edir. Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə 
əsas rol oynayır. Suyun bitkilər tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması 
nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 2 milyon ilə bölünür və parçalanır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə