Ekologiya imtahan Suallar


Ekoloji sistemin bioloji məhsuldarlığı. Piramidalar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə27/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
Ekologiya

Ekoloji sistemin bioloji məhsuldarlığı. Piramidalar
İki məhsulvermə səviyyəsi ayrılır: birinci (ilkin) və ikinci məhsul. Vahid zaman ərzində bitkilər 
(produsentlər) tərəfindən yaradılan üzvi kütlə qruplaşmanın ilkin (birinci) məhsulu adlanır. Məhsul 
kəmiyyətcə bitkinin quru və ya yaş halında kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə 
ifadə olunur. İlkin məhsul sanki iki səviyyəyə – ümumi və təmiz məhsula bölünür. Ümumi ilkin (birinci) 
məhsul vahid zaman ərzində fotosintezin müəyyən sürətində bitkilər tərəfindən yaranan üzvi maddələrin 
ümumi kütləsi hesab olunur (tənəffüs sərfi də bura daxildir). Bitkilərin özlərinin həyat fəaliyyətini 
saxlamaq üçün, yəni tənəffüsə sərf olunan məhsul kifayət qədər çox olur. Meşə bitkisi tənəffüsə ümumi 
məhsulun 40...70%-ni sərf edir. Plankton yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabolizmə) 
yalnız 40%-ə qədərini sərf edir. Yaranan üzvi maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə 
sərf olunmayan hissəsi təmiz birinci (ilkin) məhsul adlanır, bu bitkinin artım ölçüsüdür və ondan 
konsument və redusentlər istifadə edir. Deməli, ilkin təmiz məhsul konsument və redusentlər üçün enerji 
ehtiyatıdır. Qida zəncirlərində dəyişilərək (həzm olunaraq) heterotrof orqanizmlərin kütləsinin 
bərpasına sərf olunur. Vahid zaman ərzində konsument kütləsinin artımı qruplaşmanın ikinci məhsulu 
adlanır. Lakin ikinci məhsul ümumi və təmiz məhsula bölünmür, belə ki, konsumentlər və redusentlər, 
yəni heterotroflar öz kütləsini birinci məhsulun hesabına artırır, yəni əvvəlcədən yaradılan məhsuldan 
istifadə edir. İkinci məhsul hər trofik səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən əvvəlki 
səviyyədən daxil olan enerjinin hesabına formalaşır. Ekosistemin bütün canlı komponentləri – 
produsentlər, konsumentlər və redusentlər bütövlüklə qruplaşmanın və ya onun ayrı-ayrı hissələrinin 
ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji kütlə adətən onun yaş və ya quru çəkisi ilə ifadə 
olunur, o, enerji vahidi ilə də (kalori, coul və b.) ifadə oluna bilər. Bu, daxil olan enerji gücü və orta 
biokütlə arasında əlaqəni aşkar etməyə imkan verir. Bioloji kütlənin əmələ gəlməsinə enerjinin hamısı 
sərf olunmur, istifadə olunan enerji birinci məhsulu yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür sərf 
oluna bilər. Əgər konsument tərəfindən enerjinin sərfi sürəti bitkinin artım sürətindən geri qalırsa, bu 
produsentlərin biokütləsinin tədricən çoxalması baş verir və ölü üzvi maddənin artığı (bolluğu) yaranır. 
Bu hal bataqlıqların torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə örtülməsinə, meşədə (məs., 
tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur. Stabil (sabit) qruplaşmalarda bütün 
məhsul praktiki olaraq trofik şəbəkələrdə sərf olunur və bioloji kütlə dəyişməz qalır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə