Ekologiya imtahan Suallar


Ekosistemin xarakteristikası və enerjsi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə26/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
Ekologiya

Ekosistemin xarakteristikası və enerjsi
Ekosistem terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki Artur Corc Tensli daxil etmişdir. Termin 
müəyyən sahədə (biotopda) bütün orqanizmlər (yəni biosenoz) daxil olmaqla istənilən vahidi (olduqca 
mütəlif həcmdə) və onun sistem daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji axınının 
müəyyən dəqiq trofiq strukturunu, növ müxtəlifliyini və maddələr dövranını (yaxud biotik və abiotik 
mühit arasında mübadiləni) ifadə edir. Sadə desək, biosferdə maddələr mübadiləsi gedən üzvi və qeyri 
üzvi komponentlərin istənilən məcmusu ekosisem adlanır. Tenslinin fikrincə ekosistem yer səthində 
əsas təbiət vahididir. O, ekosistemə biotop və biosenozun tam vahidi kimi baxır. «Ekosistem» anlayışı 
«biotop» anlayışından ayrılmaz surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif ölçülü və ya həcmli 
coğrafi rayondur. Biotop və ya ekotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə malik olan su 
hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Aşağıdakı biotoplar ayrılır: 
polipedop, yəni torpaq sudibi məskəni; klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop 
– su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan 
mikrotoplar da ayırırlar. Biotop bəzən üzvi təbiətli (parazitlərdə) ola bilər. Şibyə yastığında ekosistemin 
bütün komponentlərini tapmaq olar: simbiotik yosunlar – produsent rolunu oynayıb fotosintez prosesini 
yerinə yetirir. Konsument kimi bəzi xırda buğumayaqlılar çıxış edir, onlar şibyələrin canlı toxumaları 


ilə qidalanır, göbələk hifləri isə yosunların hüceyrələrində parazitlik edir. Göbələklərin hifləri və 
şibyələrin yastıqlarında yaşayan mikroskopik heyvanların (gənələr, nematodlar, ibtidailər, rotatoritlər) 
çoxu redusentlər rolunda çıxış edir. Göbələk hifləri yosunların yalnıız canlı hüceyrələrin deyil, həmçinin 
ölü hüceyrələrin hesabına yaşayır, xırda heyvanlar – saprofaqlar ibtidailərin ölü kök və yarpaqlarını 
emal edir. Bu işdə onlara bir çox mikroorqanizmlər köməyə gəlir. Belə sistemdə dövranın qapalılıq 
dərəcəsi olduqca kiçikdir: parçalanan məhsulların çox hissəsi yağış suları vasitəsilə yuyularaq 
şibyələrdən kənara aparılır, ağacın gövdəsi boyu aşağı tökülür. Bununla yanaşı, heyvanların bir hissəsi 
digər yaşayış yerinə köçür. Bəzi ekosistem tiplərində maddələrin onların sərhədindən kənara aparılması 
o qədər yüksək olur ki, onların sabitliyi aparılan maddələrin miqdarı kənardan daxil olur. Bura axar su 
hövzələri, çaylar, dik dağ yamaclarında yerləşən sahələr aiddir. Digər ekosistemlər daha çox tam 
maddələr dövranına malikdir. (az meylli yamaclardakı meşələr, çəmənlər, bozqırlar, göllər və s.) Lakin 
heç bir ekosistem, hətta yerin ən böyük ekosistemləri tamamilə qapalı dövrana malik deyil. Qitələr 
okeanlarla intensiv maddələr mübadiləsi aparır, bununla belə bu proseslərdə atmosfer böyük rol oynayır, 
planetimizin hamısı materiyanın bir hissəsini kosmik fəzadan alır, bir hissəsini isə kosmosa qaytarır. 
Beləliklə, həyatın ekosistem təşkili onun mövcudluğu üçün mühüm şərtlərdən biri sayılır. Yer üzərində 
həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi karbon 
qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, 
onunla otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni 
günəş enerjisi bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır. Enerji orqanizmdən orqanizmə 
ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə birlikdə alır. Bütün canlı 
orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər. Hər bir 
qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə, 
biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun 
müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə
bir trofik səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir. Qida zəncirində hər bir 
həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi kütlənin yaradıcıları, 
qalanları isə konsumentlərdir. İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü trofik səviyyə – 
bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər ətyeyənlərlə 
qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də səviyyəyə görə ayırmaq olar: birinci, ikinci, 
üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas 
rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida 
zəncirinə daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların 
əti daxil olduğu üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak 
edir. Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində 
ikinci həlqədə olur. Konsumentlərin enerji balansı aşağıdakı kimi formalaşır. Qəbul olunmuş qida 
adətən tam mənimsənilmir. Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis 
halında) və sonradan digər qida zəncirinə cəlb olunur. Mənimsənilmə faizi qidanın tərkibindən və 
orqanizmin qida həzmedən fermentlərinin yığımından asılıdır. Konsumentlərin qəbul etdikləri qida tam 
mənimsənilmir. Bitkiyeyən heyvanlarda mənimsənilən qida 12...20%, ətyeyənlərdə isə 75%-ə qədər 
təşkil edir. Enerji sərfi hər şeydən əvvəl metabolistik prosesləri saxlamaqla əlaqədardır, buna tənəffüs 
sərfi deyilir, o, orqanizmin ayırdığı CO2-nin ümumi miqdarı ilə qiymətləndirilir. Enerjinin xeyli az 
hissəsi toxumaların əmələ gəlməsinə, bir qədəri qida maddələrinin ehtiyatına, yəni böyüməyə sərf 
olunur. Qidanın qalan hissəsi ifrazat, nəcis halında ayrılır. Bununla yanaşı, enerjinin xeyli hissəsi 
orqanizmdə kimyəvi reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır (səpələnir). 
Nəticədə metabolizmə istifadə olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə yayılır. 
Beləliklə, enerjinin böyük hissəsi bir trofik səviyyədən digərinə keçərkən yüksək olur və itir. Bir trofik 
səviyyədən digərinə keçidikdə enerji itkisi təxminən 90%-ə qədər təşkil edir; hər sonrakı səviyyəyə 
əvvəlki səviyyədən 10%-dən artıq olmayaraq enerji keçirilir. Belə ki, əgər produsentin (bitki 
orqanizminin) kaloriliyi 1000 couldursa, otyeyən heyvan (fitofaq) tərəfindən tam yeyildikdə onun 
(fitofaqın) bədənində 100 coul, yırtıcının bədənində isə 10 coul qalır. Əgər bu yırtıcı başqa yırtıcı 
tərəfindən yeyilərsə, onun payına bitki qidasının kaloriliyindən cəmi 1 coul, yəni 0,1% düşür. Lakin 


enerjinin səviyyədən səviyyəyə belə ciddi şəkildə keçməsi o qədər də real deyildir, çünki ekosistemin 
trofik zəncirləri mürəkkəb surətdə qarışaraq trofik şəbəkələr əmələ gətirir. Ancaq nəticədə həyatın 
mövcudluğu üçün enerjinin dağılması və itirilməsi yenidən bərpa olunmalıdır. Fotosintezedən 
orqanizmlərdən başlanan zəncir yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi zənciri), bitkilərin 
ölmüş (çürümüş) qalıqlarından, heyvan cəsədlərindən və peyinlərindən (ifrazat, nəcis) başlanan zəncir 
isə parçalanmanın detrit zənciri adlanır. Müxtəlif ekosistem tiplərində yeyilmə və detrit zəncirlərindən 
keçən enerji axınının gücü müxtəlifdir: su qruplaşmalarında enerjinin çox hissəsi birhüceyrəli yosunlarla 
fiksasiya olunaraq fitoplanktonla qidalanan heyvanlara, daha sonra yırtıcılara daxil olur, enerjinin 
olduqca az hissəsi parçalanma (detrit) zəncirinə qoşulur. Qurunun ekosistemlərinin əksəriyyətində isə 
bu nisbət əksinə olur, yəni məsələn, meşədə bitki kütləsinin illik artımının 90%dən çoxu töküntü halında 
detrit zəncirinə daxil olur. Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək 
iki trofik şəbəkə növünə yayılır, lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə