Ekologiya imtahan Suallar


Tsikllik dəyişmə.Mövsumi tsikllər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə29/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   25   26   27   28   29   30   31   32   ...   60
Ekologiya

Tsikllik dəyişmə.Mövsumi tsikllər
Xarici şəraitin sutkalıq, mövsümi və çoxillik dövriliyi və orqanizmlərin daxili (endogen) ritmlərinin 
təzahürü, populyasiyaların fluktuasiyası bütün qruplaşmaların – biosenozların tsiklliyində kifayət qədər 
sinxron (eyni zamanda baş vermə) əks olunur. Sutkalıq tsikllər gündüz və gecə temperaturları arasında 
böyük fərq olan yüksək kontinental iqlim şəraitində daha kəskin keçir. Məsələn, Orta Asiyanın qum 
səhralarında qızğın günorta çağında bir çox heyvanlar ya yuvalarında gizlənir, yaxud da yayda gecə 
həyat tərzi, bəziləri isə (ilanlar, hörümçəklər və s.) qışda gündüz həyat tərzi keçirir. Lakin sutkalıq 
ritmlər bütün coğrafi zonalarda müşahidə edilir, hətta tundrada qütb günündə bu ritmə uyğun olaraq 
bitkilərin çiçəkləri açılır və bükülür. İ.A.Şilov (2001) qeyd edir ki, sutka ərzində qanunauyğun ritmik 
dəyişmələrdə biosenotik sistemlərdə növ tərkibində və əsas qarşılıqlı əlaqə formalarında prinsipial 
dəyişiklik baş vermir. Buna əsaslanaraq o, bu prosesi biosenozun sutkalıq dinamikası deyil, biosenozun 
sutkalıq aspekti adlandırılmasını təklif edir. O, qeyd edir ki, sutkalıq aspekt növlərin sutkalıq ritm həyat 
fəaliyyətində aktivliyi ilə təyin olunur. Məsələn, mülayim qurşaq meşələrində biosenozun gündüz 
aspektində gündüz aktivliyi ilə seçilən həşəratlar, quşlar və bəzi digər heyvanlar üstünlük təşkil edir: 
burada çiçəkli bitkilər arasında bitkilərin əksəriyyəti gündüz çiçək açdığından çiçəkləmə dövründə gözəl 
gündüz aspekti yaranır. Gecə vaxtları gecə heyvan növləri (gecə kəpənəkləri, bir çox məməlilər


quşlardan keçisağan, bayquş və b.) və gecə heyvanları ilə tozlanan bitkilərin aktivliyi ilk sıraya çıxır.
Balıqlar arasında da gündüz və gecə aktivliyi olan formalar mövcuddur. Planktonun və planktonla 
qidalanan heyvanların sutkalıq şaquli miqrasiyası məlumdur. Biosenozların sutkalıq aspektləri onların 
«sığınacaq strukturunu» əks etdirir. Vaxta görə aktivlik dövrlərinin bölünməsi birbaşa (bilavasitə) 
rəqabətin səviyyəsini aşağı salır (zəiflədir) və bununla da, eyni bioloji tələbatı olan növlərin bir yerdə 
yaşamağına şərait yaradır. Ümumiyyətlə, sutkalıq aktivliyin ayrılması biosenozu mürəkkəbləşdirir
onun bioloji müxtəlifliyini və mühit resurslarının tam istifadəsinə imkan yaradır. Mövsümi tsikllər. 
Mövsümi dəyişkənlik ekosistemin daha fundamental xarakteristikasına toxunur. İlk növbədə bu, 
biosenozun növ tərkibinə aiddir. İlin əlverişsiz mövsümlərində bir sıra növlər yaxşı yaşayış şəraiti olan 
rayonlara miqrasiya edir. Belə hadisə köçəri quşlar, bir sıra dırnaqlı məməlilər və b. üçün xasdır. Oturaq 
növlər biosenozun əsas nüvəsini təşkil edir, onun mövsümi görünüşünü və ayrı-ayrı dövrlərdə biosenotik 
əlaqələrini təyin edir. Bir sıra növlər ilin müəyyən vaxtında qruplaşmanın həyatından praktiki olaraq 
kənarlaşır və dərin sükutluq halına (poykiloterm heyvanların donuşluğu, homoyoterm heyvanların qış-
yay yuxusu. həşəratların diapauzası) keçirir və ya digər biotoplara və coğrafi rayonlara köçürlər. Bitki 
qruplaşmalarında da mövsüm üzrə həm struktur (yarpaqların tökülməsi, birilliklərin sıradan çıxması, ot 
örtüyünün quruması), həm də funksional (fotosintezin intensivliyinin dəyişməsi, bioloji kütlənin 
toplanması və s.) dəyişiklik keçirir. Biosenozların mövsümi aspektləri landşaft – iqlim zonalarında daha 
yaxşı təzahür olunub mühitin fiziki parametrlərinin yayda və qışda kəskin dəiyşməsi ilə ayrılır. Qismən 
bu tundrada da yaxşı təzahür olunur – yay dövründə bura çoxlu quş, həşərat və digər heyvan növləri 
gəlir, qış dövründə onların əksər hissəsi cənuba miqrasiya edir (quşların çoxu, şimal maralı), digərləri 
donuşluğa qərq olaraq aktiv həyatdan kənarlaşır (həşəratlar, digər onurğasızlar). Uzun qütb gecəsi 
fotosintez imkanının qarşısını alaraq tundra ekosistemlərinin mövsümi dinamikasının funksional 
əhəmiyyətini daha da ağırlaşdırır. Tropikada biosenozların mövsumi fəaliyyəti o qədər də ritmik olmasa 
da müşahidə edilir. Burada onun ən geniş yayılan forması – quraqlıq və rütubətli dövrlərin dəyişməsi 
olub bioloji cəhətdən müəyyən əhəmiyyətə malikdir. Su mühitində mövsümi bioloji proseslər hidroloji 
mövsümlərlə əlaqədardır. Müxtəlif zonalarda onlar birbirinə uyğun gəlmir və su orqanizmlərinin növ 
tərkibinin, onların biokütləsinin və bioloji aktivliyinin qanunauyğun dəyişməsi ilə xarakterizə olunur. 
Belə ki, dəniz plankton qruplaşmaları vaxta görə inkişaf fazasının dəyişməsini aydın nümayiş etdirir. 
«Bioloji yaz» fitoplanktonun kütləvi inkişafı («dənizin çiçəkləmə dövrü») ilə xarakterizə olunur, halbuki 
zooplanktonların əksəriyyət növlərinin bu fonda çoxalması başlanır. «Bioloji yay», əksinə, 
zooplanktonun kütləvi artımı, plankton yosunlarının isə azalması ilə fərqlənir. «Bioloji payız» Arktika 
dənizlərində planktonun ümumi azalması, mülayim zona dənizlərində isə «payız çiçəkləməsi» - 
plankton orqanizmlərinin sayının ikinci partlayışı ilə əlamətdardır. Qış planktonun biokütləsinin 
minimum vaxtıdır, bununla belə bu mövsümi bir çox növlər sükut mərhələsində keçirir. Ayrı-ayrı 
mövsümlərin uzunluğu geniş miqyasda dəyişir: tropiklərdə vegetasiya mövsümü praktiki olaraq ilboyu 
davam edir, Arktika dənizlərində isə adətən 2-3 aydan artıq çəkmir. Qeyd edildiyi kimi, biosenozun 
sutkalıq və mövsümi aspektləri növlərin sayının dəyişməsindən asılı ola bilər, lakin həmin biosenoz 
tipinin parametrlərinə prinsipial toxunmur. Belə hallarda sistemin kəmiyyət dəyişkənliyindən söhbət 
açmaq olar, sistemin keyfiyyət xarakteristikası isə dəyişməmiş qalır. Çoxillik dəyişkənlik (tsikllik). 
Bütün biosenozlar üçün normal hadisə hesab olunur. O, illər üzrə meteoroloji şəraitin (iqlimin 
fluktuasiyası) və ya digər xarici faktorların (məs., çay daşqınının sürətindən) dəyişməsindən asılıdır. 
Bununla yanaşı, çoxillik dövriyyəlik edifikator bitkilərin həyat tsikllərinin xüsusiyyətləri ilə, 
heyvanların (o cümlədən həşəratların) kütləvi çoxalmasının təkrar olunması və ya bitki üçün xəstəlik 
törədən (patogen) mikroorqanizmlərin kütləvi artması ilə bağlı ola bilər. Fıstıq meşələrində yetişmiş 
yaşında ağacların sıx çətirlərinin kölgəsi altında meşəaltı kollar və canlı örtük (ot örtüyü) sıxışdırılaraq 
məhv edilir. Məlum olduğu kimi, fıstıq kölgəyə davamlı ağac sayılsa da, onun yeniyetmələrinin 
(cücərtiləri) böyüməsi və inkişafı üçün az da olsa müəyyən miqdarda işıq tələb olunur. Odur ki, qalın 
meşə döşənəyi üzərində və işıqsız şəraitdə fıstıq cücərtilərinin əmələ gəlməsinə şərait yaranmır. Lakin 
müəyyən vaxt keçdikdən sonra yaşı ötmüş (qoca) ağaclar yıxılır, «pəncərələr» yaranan işıq düşən 
sahələrdə fıstıq yeniyetmələrinin böyüməsinə şərait yaxşılaşır. İlk vaxtları müxtəlif yaşlı ağaclıq yaranır. 


Bütün yaşı ötmüş (qocalmış) ağaclar yıxıldıqdan sonra cavan ağaclar birinci yarusa çıxır və yenidən 
praktiki olaraq birmərtəbəli (yaruslu) fıstıqlıq bərpa olunur. Bütün tsikl iki-üç əsr davam edir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə