Ekologiya imtahan Suallar


Kiçik dövran, Ən mühüm biokimyəvi maddələrin biogen tsiklləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə32/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
Ekologiya

Kiçik dövran, Ən mühüm biokimyəvi maddələrin biogen tsiklləri 
Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez 
prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi maddələrin 
yenidən qeyri üzvi birləşmələrə çevrilməsindən ibarətdir. Biogeokimyəvi dövran biosferin həyatı üçün 


əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv 
olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir. Maddələr 
mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır, o, fotosintezi yaradır. Yer kürəsində 
bu enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen 
arxipelaqından (800 ş.e.d.) üç dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq 
tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün 
enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%). Bir sıra ekosistemlərdə maddə və enerjinin 
ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır (şəkil 
6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı tsikli sayılır. Kiçik dövran, 
şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer ala bilər, «yağışlı» tropik 
meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi səthə yaxın 
yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən bitkiyə» təmin oluna bilər. Lakin 
bütün biosfer miqyasında belə dövran mümkün deyildir. Burada biogeokimyəvi dövran fəaliyyət 
göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi maddələrin (CO2, H2O) atmosfer, hidrosfer və 
litosferin maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski 
biogeokimyəvi tsikllər adlandırmışdır. Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən 
udulan kimyəvi elementlər axırda onu tərk edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra 
yenidən canlı orqanizmə düşür və s. Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. 
Bu dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və 
parçalanma zamanı üzvi maddələrin yenidən qeyri üzvi birləşmələrə çevrilməsindən ibarətdir.
Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə 
dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi 
maddələr dövranını təmin edir. Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası 
sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid 
sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (800 ş.e.d.) üç dəfə çoxalır. Bununla yanaşı, 
istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və 
s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%).
Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. 
Belə dövran adətən bioloji dövran adlanır (şəkil 6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən 
maddələrin qapalı tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi 
olan planktonda yer ala bilər, «yağışlı» tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran 
olmur. Belə ki, kök sistemi səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi 
«bitkidən bitkiyə» təmin oluna bilər. Lakin bütün biosfer miqyasında belə dövran mümkün deyildir. 
Burada biogeokimyəvi dövran fəaliyyət göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi 
maddələrin (CO2, H2O) atmosfer, hidrosfer və litosferin maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-
ayrı maddələrin dövranını V.İ.Vernadski biogeokimyəvi tsikllər adlandırmışdır. Tsiklin mahiyyəti 
aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda onu tərk edərək abiotik 
mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. Belə elementlər biofil 
element adlanır. Bu tsikl və dövranlarla bütövlükdə biosferdə canlı orqanizmlərin mühüm funksiyaları 
təmin olunur. V.İ,Vernadski 5 belə funksiya ayırır: - Birinci – qaz funksiyası – Yer atmosferinin əsas 
qazları, biogen mənşəli azot və oksigen, həm də bütün yeraltı qazlar – ölmüş orqanizmlərin parçalanma 
məhsulu; - İkinci – konsentrasiya funksiyası – orqanizmlər bədənlərində (gövdələrində) çoxlu kimyəvi 
elementlər toplayır, onların arasında birinci yerdə karbon, metallar arasında – birinci kalsium hesab 
olunur. Silisiumun konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku – yosunlar (laminariya), 
fosforunku onurğalı heyvanların skeletləri; - Üçüncü oksidləşmə – reduksiya funksiyası – su 
hövzələrində yaşayan orqanizmlər oksigen rejimini nizamlayır və bir sıra metalların (V, Mn, Fe) və 
qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır; - Dördüncü – biokimyəvi funksiya – canlı 
maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi; - Beşinci – insan fəaliyyətinin biogeokimyəvi 
funksiyası – Yer qabığının getdikcə artan maddələrini, o cümlədən insanın təsərrüfat və məişət ehtiyacı 
üçün lazım olan daş kömür, neft, qaz və b. bu kimi konsentratorları əhatə edir. Biogeokimyəvi dövranda 
iki hissə ayırmaq lazımdır: 1) ehtiyat fondu – orqanizmlərdən asılı olmayaraq hərəkət edən böyük kütlə; 


2) mübadilə fondu – bir qədər az, lakin aktiv olub orqanizmlər və onların bilavasitə əhatəsində olan 
biogen maddənin birbaşa mübadiləsindən irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda 
aşağıdakıları ayırmaq olar: 1) atmosfer və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin 
dövranı və 2) yer qabığında (geoloji dövranda) ehtiyat fondu ilə çöküntü tsikli. Bununla əlaqədar olaraq 
Yerdə yalnız bir prosesi – fotosintez nəticəsində üzvi maddələrin yaranmasını qeyd etmək lazımdır. Bu 
proses Günəş enerjisini sərf etmir, əksinə onu toplayır. 6.3. Ən mühüm biogen maddələrin 
biogeokimyəvi tsiklləri Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında 
gedən proseslərdə maddələrin dəfələrlə (təkrarən) iştirakı elementlərin dövranı adlanır. Oksigen, karbon, 
azot, kükürd və fosforun dövranı xüsusilə böyük əhəmiyyət kəsb edir. Oksigenin dövranı Oksigenin 
dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndirir. 
Oksigenin dövranının əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin əmələ 
gəlməsi, bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi, üzvi qalıqların və 
qeyri-üzvi maddələrin (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi 
dəyişikliklər, bunlar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların 
fotosintetik çevrilmələrin yeni tsiklinə cəlb edilməsinə səbəb olur. Oksigenin dövranında canlı 
maddənin aktiv geokimyəvi fəaliyyəti aydın təzahür olunur, bu canlı maddənin tsikl prosesində aparıcı 
roludur. İl ərzində sintez olunan üzvi maddələrin kütləsinə əsaslanaraq (15% tənəffüs prosesinə sərf 
edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin yaşıl bitki örtüyünün illik oksigen 
məhsulunun miqdarı 300x109 ton təşkil edir. Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda 
yerləşən bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən 
ayrılır, sərbəst oksigen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş vəziyyətdə 
mövcuddur. Dünya okeanı sularının həcmi cəmi 137x1019 litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm3 
oksigen həll olunur. Deməli, Dünya okeanı sularında 2,7-dən 10,9x1012 ton həll olunmuş oksigen 
vardır. Oksigen yanma prosesi və antropogen fəaliyyətin digər növləri üçün istifadə edilir. Bəşəriyyətin 
1980-ci ilə qədər olan tarixində dünyada 84 mlrd. ton daş kömür, 30 mlrd. ton neft və 7,3 trln. m3 təbii 
qaz yanacağından istifadə olunmuşdur. Bu qədər yanacağın yandırılmasına 273 milyard ton oksigen sərf 
edilmişdir, bunun nəticəsində 322 milyard ton karbon qazı əmələ gəlmişdir. Göstərilən yanacağın 90%-
ə qədəri son 40-60 ildə yandırılmışdır. Bura insan, heyvan, bitkilərin tənəffüsünə, mikroorqanizmlərin 
oksidləşmə reaksiyalarına sərf olunan oksigeni əlavə etmək lazımdır. Karbonun dövranı Məlum olduğu 
kimi karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri sayılır. Bu aşağıdakılarla bağlıdır: a) 
Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir. b) Biosferdə karbon 
birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları yalnız karbonun deyil, həmçinin oksigenin və 
bir çox digər elementlərin qlobal yayılmasına və balansına səbəb olur; ç) Karbon atomlarının zəncir və 
həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin müxtəlifliyini təmin edir; c) tərkibində karbon olan qazlar 
– karbon qazı (CO2) və metan (CH4) – antropogen parnik effektində müəyyən rol oynayır. Karbonun 
əsas ekosfer ehtiyatları hidrosfer, litosfer və atmosferdə yerləşir. Onlar arasında intensivliyi ildə on 
milyard tonlarla aktiv karbon mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab 
olunur, bu qurudan çay axınları ilə üzvi maddələrin destruksiyası, həm də atmosferdən – bütün canlı 
orqanizm kompleksinin (biotanın) tənəffüsü nəticəsində daxil olur. Biosferdə mühüm proseslər – qeyri-
üzvi maddələrdən günəş enerjisinin iştirakı ilə (fotosintez) üzvi maddələrin formalaşması, biotanın 
(biosenozun) aerob və anaerob proseslərin fəaliyyəti və üzvi maddələrin destruksiyasından üzvi 
maddələrin sərf olunması prosesləri gedir. Biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı 
Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi 
okeanın dibində toplanır, sonra daha cavan çöküntülərdə örtülür və beləliklə, ekosferdən kənara çıxır, 
bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. Karbonun qlobal tsiklində əsas antropogen axın 
enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru 
ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif 
destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da onun miqdarı durmadan artır və 
parnik effektinin güclənməsinə səbəb olur. Bu məsələ haqqında «Atmosfer» bölməsində ətraflı məlumat 
verilir. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ 
gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar 


mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək 
karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. 
Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə 
olunur, o da öz növbəsində tənəffüs zamanı onu karbon qazı şəklində ayırır. Hidrosferdə karbonun 
dövranı kontinentə (quruya) nisbətən xeyli mürəkkəbdir, belə ki, karbon qaz formasında bu elementin 
yaşı həm atmosferdən, həm də alt qatlardın suyun üst qatına daxil olan oksigendən asılıdır, quru və 
Dünya okeanı arasında karbonun daim miqrasiyası gedir. Bu elementin karbonat və üzvi birləşmələr 
formasında qurudan dənizə gətirilməsi üstünlük təşkil edir. Dünya okeanından karbonun quruya daxil 
olması olduqca az miqdarda, yalnız karbon qazı şəklində atmosferə diffuziya olunaraq hava axınları 
vasitəsilə gedir. Azotun dövranı Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu element bütün 
zülal birləşmələrin vacib komponentidir. Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan 
ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində atmosferin 79% -ni təşkil edir. Biosfer və hidrosferdə 
azotun yerüstü biokütlədə və torpaqda kütləsinin orta nisbəti C:N=160:15 təşkil edir. Azotun ehtiyatının 
biosfer və hidrosferdə nisbətən az olmasına baxmayaraq, bu aktiv element geosferlər arasında tez 
mübadilə edir. Azot tsiklinin kimyəvi şəkli olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və 
torpağa müxtəlif kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir. Azot birləşmələrinin 
dövranında azot toplayan, nitrifikatorlar, denitrifikatorlar mikroorqanizmləri olduqca böyük rol oynayır. 
Yerdə qalan orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu assimilyasiya etdikdən 
sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot toplayır. 
Biosferdə havadan il ərzində orta hesabla 140-700 mq/m3 azot fiksasiya olunur (toplanır). Bunu əsasən 
bioloji fiksasiya təşkil edir, yalnız azotun az miqdarı (35mq/m3) elektrik boşalmaları və fotokimyəvi 
proseslər nəticəsində toplanır. Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan 
çirklənmiş göllərdə baş verir. Atmosferdə və biosferin çöküntü qabığında olan külli miqdarda azot 
ehtiyatının dövranında yalnız quru və okeanın canlı orqanizmləri tərəfindən mənimsənilərək toplanan 
(fiksasiya olunan) azot iştirak edir. Azotun mübadilə fondu kateqoriyasına aşağıdakılar daxildir: 
biokütlənin azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, yuvenil (vulkanogen) azot, 
atmosfer (şimşək zamanı toplanan) azotu və texnogen azot. İnsan fəaliyyəti olmayan geniş massivlərdə 
bitkilər ona lazım olan azotu kənardan torpağa gətirilən (yağışlanitratlar, havadan-amonyak), torpağa
qaytarılan (heyvan, bitki qalıqları, heyvan eks krementləri) azotdan, həmçinin müxtəlif azot toplayan 
orqanizmlərdən alır. Biosferdə azot və kül elementlərinin ən çox miqdarı meşə bitkisində olur. Bütün 
bitki tiplərində kül elementlərinin miqdarı azot kütləsindən 2-3 dəfə artıq təşkil edir. Tundra bitkiliyi bu 
baxımdan müstəsnalıq təşkil edir, burada azot və kül elementlərinin miqdarı təxminən eyni olur. İl 
ərzində ən çox dövriyyədə olan elementlərin miqdarı (yaxud bioloji dövranın həcmi) – rütubətli tropik 
meşələrdə, sonra qaratorpaq bozqırlarında və mülayim qurşağın enliyarpaqlı meşələrində (palıdlıqlarda) 
olur. Azot dövranının mühüm antropogen axını azot gübrələrinin istifadəsi ilə əlaqədardır. 
Aqrosistemlərə verilən azotun təxminən 50%-i kənd təsərrüfatı bitkilərinin tərkibinə daxil olur, onun da 
yarısı tarladan məhsulla birlikdə yığılır, digər yarısı isə torpağın üzvi maddələrində qalır. Beləliklə, 
müasir əkinçilik azot axınının ümumi istiqamətini dəyişmişdir, bu axın, yəni atmosferdən torpağa deyil, 
əksinə gedir. Əhalinin artması və bununla əlaqəli zülal qidasına olan tələbatın yüksəlməsi azot 
gübrəsindən istifadəni və azotun dövranını intensivləşdirmişdir. Bu isə ətraf mühitin çirklənməsinə, o 
cümlədən su hövzələrində evtrofikasiya prosesinin güclənməsinə səbəb olmuşdur. Azot axınının 
antropogen intensivləşməsinin digər amili energetika hesab olunur, belə ki, daş kömür, neft və onun 
məhsullarının, şistlərin, torpağın və s. yandırılması atmosferə amonyakı və azot oksidlərinin 
emissiyasını artırmışdır. Azot oksidləri və amonyak öz növbəsində ətraf mühitin asidifikasiya 
prosesində həlledici rol oynayır. Azot axınının antropogen intensivləşməsinin ətraf mühitə neqativ 
nəticələri müvafiq fəsillərdə (atmosfer, su, torpaq) geniş izah olunur. Kükürdün dövranı Kükürd 
zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal 
dövranı müxtəlifliyi ilə fərqlənərək biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif 
komponentlərin iştirakı ilə gedir. Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi 
dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq 
qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı kükürd oksidinin (SO2) atmosferə 


antropogen təsirinin nəticəsidir. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə 
azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü 
oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-
sulfid qarışır. Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji 
proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər 
(biokütlənin məhsulu və onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir. 
Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin asidifikasiyası, stratosfer və 
troposferdə ozonun vəziyyəti, iqlimin dəyişməsi kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara 
ciddi təsir göstərir. Fosforun dövranı Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün 
ən mühüm kimyəvi elementlərdən biri sayılır. Fosforun əsas rezervuarları (ehtiyatları) quru 
ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çöküntüləridir. Fosforun qazşəkilli formaları 
praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Litosferdə fosforun əksər hissəsi 
kristal süxurlar olub apatitlərin tərkibində olur. (95%) İlk dəfə olaraq quruda fosforun demək olar ki, 
hamısı apatitlərin aşınması nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xarakter daşıyıb-
fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i qədərdir. Torpaq və bitki örtüyündə 
karbon və fosforun konsentrasiyasının orta nisbəti: C:P-750:1-ə bərabərdir.fosforun biokimyası digər 
biogen elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz formasında olmamasilə 
əlaqədardır. Bu, fosforun yamac boyu ağırlıq qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. 
Beləliklə, bu elementin çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks 
istiqamətdə fosforun axını olmur, bu isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla 
kasadlaşmasına və bununla əlaqədar onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 
Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, 
çirkab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin 
evtrofikasiyasının güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona 
yaxındır. Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Bu azotun miqdarından bir neçə dəfə 
çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elementi sayılmır, lakin onun geokimyəvi 
tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bioloji dövranı və 
miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. Onun üzvi birləşmələri bütün bitki və 
heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, 
fosfolipidlərin membranının (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin əsasını təşkil edir. 
Fosfor canlı maddələrdə toplanır, burada onun miqdarı Yer qabığından təxminən 10 dəfə çoxdur. 
Qurunun səthində «torpaq-bitki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir. Fosforun 
mineral birləşmələri çətin həll olur və onun tərkibindəki fosfor elementi bitkilər tərəfindən demək olar 
ki, mənimsənilə bilmir; bitkilər əksərən üzvi qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan 
həll olunan formalarından istifadə edir. Fosforun dövranı «Quru-Dünya okeanı» sistemində gedir. Onun 
əsasını çay axınları ilə fosfatların aparılması, onların kalsiumla qarşılıqlı təsiri, fosforitlərin əmələ 
gəlməsi, vaxtı gələndə yataqlarının səthə çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil 
edir. İnsan öz təsərrüfat fəaliyyətini təbii proseslərin dövriliyini nəzərə alaraq planlaşdırmalıdır, 
xüsusilə onu əkinçilik, otlaq heyvandarlığı, su təchizatı və naviqasiyada (gəmiçilikdə) dəqiq nəzərə 
almaq lazımdır. Şumlama, mineral gübrələrdən istifadə, neft və ağır metallarla çirklənmə torpaq 
faunasını olduqca kasadlaşdırır. Bu zaman normal qida zəncirlərinin həlqələri və biokimyəvi tsikllər 
pozulur, hətta tamamilə sıradan çıxır. Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir 
hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün 
hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 
Aşağıdakı fəsillərdə biosferin təbii ekosistemlərinin təsnifatı, onun ayrı-ayrı hissələrinin (atmosfer, 
hidrosfer, litosfer) geniş xarakteristikası, müasir vəziyyəti, antropogen faktorların təsiri nəticəsində 
dəyişməsi (pozulması) və onların yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər təklif olunur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə