Ekologiya imtahan Suallar


Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
Ekologiya

Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri 
 
Qeyd edildiyi kimi, bərpa olunmayan energetikada faydalı qazıntılar tükənməklə yanaşı, həm də mənfi 
nəticələr baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları vasitəsilə 
atmosferin oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla çirkləndirilir, nüvə enerjisindən 
istifadə edildikdə isə texnogen fəlakətin baş vermə təhlükəsi yaranır. a) İstilik elektrik stansiyaları (İES) 
İES-nin ətraf mühitə təsiri əsasən yandırılan yanacağın növündən asılıdır. Bərk yanacaq. Bərk yanacaq 
yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül, sulfid və kükürd anhidridi, 
azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın qazşəkilli məhsulları 
daxil olur. Uçucu külün tərkibində bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də zərərli qarışıq 
da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur. Daş kömür. Planetimizdə ən 
geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun ehtiyatı 500 ilə çatar. Həm 
də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir. Daş kömürdən sintetik 


maye yanacaq almaq olar. Lakin belə məhsulun maya dəyəri yüksək başa gəlir. Proses yüksək təzyiq 
altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu onu göstərir ki, o, 
ekoloji baxımdan daha təmizdir. Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi 
nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, 
yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti 
pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Maye yanacaq. 
Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd anhidridi, azot 
oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan maddələr 
daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş əraziləri tutan və daim atmosferi çirkləndirən 
kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.
Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur. 
Lakin İESdə təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta 
hesabla 20% azdır. Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir. Beləliklə, İES-
də yanacaq daş kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torfdan istifadə olunur. yanan 
materialların əsas komponentləri karbon, hidrogen və oksigen sayılır, az miqdarda kükürd və azota rast 
gəlinir, metal və onların birləşmələrinin izləri də iştirak edir (ən çox oksid və sulfidlər). Qazşəkilli 
tullantılarla yanaşı, İES-lər böyük kütlədə bərk tullantılar istehsal edir, onlara kömür 
zənginləşdiricilərinin qalıqları, kül və şlaklar daxildir. Daş kömür zənginləşdirici fabriklərin tullantıları 
55-60% SiO2, 22-26% Al2O3, 5-12% Fe2O3, 0,5-1% CaO, 4-4,5% K2O və Na2O və 5%-əqədər C-dan 
ibarətdir. Onlar tullantı laylara atılır – tozlanır, tüstüləyir və ətraf ərazilərin atmosferinin vəziyyətini 
pisləşdirir. Hazırda texnogen sivilizasiya güclü reduksiya qazlarının axınını yaratmışdır, bu, ilk növbədə 
enerji almaq üçün qazıntı yanacaqlarının yandırılması nəticəsində baş vermişdir. 1970-ci ildən 1990-cı 
il daxil olmaqla 20 il dünyada 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln m3 qaz 
yandırılmışdır. Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m3 su və təxminən 
30 milyard m3 hava tələb olunur. İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini 
vulkanın təsirilə müqayisə etmək olar. Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə 
atırsa, İES-lər bu işi daim yerinə yetirir. On min illər ərzində vulkan fəaliyyəti insanın təsərrüfat 
fəaliyyəti nəticəsində əsasən qazıntı yanacağının yandırılması və parnik qazlarının atılması ilə əlaqədar 
100-200 ildə atmosferi bu qədər nəzərə çarpacaq dərəcədə dəyişə bilməmişdir. Energetik qurğuların 
faydalı iş əmsalı hələlik böyük olmayıb 30-40% təşkil edir, yanacağın çox hissəsi boşboşuna (səmərəsiz) 
yandırılır. Əldə edilən enerji bu və ya digər üsulla istifadə edilir və nəhayət istilik enerjisinə çevrilir, 
yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur. Enerji obyektlərinin 
qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir hissəsi qlobal, 
digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də baş verir, 
bununla belə, energetika və qazıntı yanacağının yandırılması əsas qlobal çirkləndirici mənbə hesab 
olunur. Onlar atmosferə daxil olur və onların toplanması hesabına atmosferin qaz tərkibinin, o cümlədən 
parnik (istilik) qazlarının konsentrasiyası dəyişir. Atmosferdə əvvəllər praktiki olaraq rast gəlinməyən 
qazlar – xlorflüor karbohidrogenləri (freonlar) peyda olur. Bunlar qlobal çirkləndiricilər kimi yüksək 
istilik effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir. Beləliklə, 
qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının 20%-
ni atmosferə atır. Onlar yerləşdiyi rayonun ətraf mühitinə və bütövlüklə biosferə əhəmiyyətli dərəcədə 
təsir göstərir. Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları 
və ərazidən axan leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə və su 
orqanizmlərinə neqativ təsir göstərir. Su hövzələrində temperaturun artması və onların təbii hidrotermik 
rejiminin pozulması nəticəsində suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması 
qabiliyyəti azalır, suyun fiziki xassələri dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir 
və s. Su hövzəsinin isinən zonasında suyun şəffaflığı azalır, pH yüksəlir, asan oksidləşən maddələrin 
parçalanma sürəti artır. Belə su hövzəsində fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür. b) 
Atom elektrik stansiyaları (AES) Nüvə energetikası hazırda daha perspektivli hesab edilir. Nüvə 
yanacağının ehtiyatının nisbətən yüksək olması, həm də ətraf mühitə «mərhəmətli» təsirilə 
əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü onun nüvə yatağına bağlamamaq imkanının 


olmasıdır. Belə ki, onun həcmi az olduğundan daşınması üçün böyük xərc tələb etmir. Onu qeyd etmək 
kifayətdir ki, 0,5 kq nüvə yanacağından əldə olunan enerjinin miqdarı 1000 ton daş kömürdən alınan 
yanacağa bərabərdir. Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-lərin istismarı gözə çarpan 
dərəcədə ətraf mühitə təsir göstərmir. 15.2 saylı cədvəldə il ərzində yanacaq sərfi və ətraf mühitin 
çirklənməsi üzrə gücü 1000 MVt olan AES və İES-lərin müqayisəli məlumatları verilir. 1986-cı ilin 
mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək, 
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində 
AES-lər də digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir. Faciəyə qədər 
30 il ərzində radiasiya səbəbindən olmayan qəzalar nəticəsində cəmi 17 adam həlak olmuşdur. 1986-cı 
ildən sonra AES-lərin başlıca ekoloji təhlükəsi qəza ilə əlaqələndirilir. Hərçənd müasir AES-lərdə qəza 
ehtimalı çox azdır, lakin o, istisna deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə 
ən böyük qəza sayılır. Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi radioaktiv 
çirklənməyə məruz qalaraq 20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş SSRİ ərazisində 17 mln əhali 
yaşayan 11 vilayət əziyyət çəkmişdir. Çirklənməyə məruz qalan ərazi 8 mln ha və ya 800000 km2-dən 
artıqdır. Qəza nəticəsində 31 adam ölmüş, 200 nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran 
radiasiya dozası almışlar. Qəzadan dərhal sonra 115 min adam daha təhlükəli zonadan (30 km-lik) 
köçürülmüşdür. Ölənlərin və köçürülənlərin sayı sonralar artmış, küləklə radioaktiv maddələrin 
aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə zonası genişlənmişdir. Qəzanın nəticələri hələ 
neçə-neçə nəsillərin həyatında təsirini göstərəcəkdir. Çernobıl qəzasından sonra bir sıra ölkələrdə 
cəmiyyətin tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti olaraq dayandırıldı, lakin 34 ölkədə atom 
energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES elektrik şəbəkəsinə qoşuldu. AES-
lərin tikintisi hazırda da davam etdirilir. 1999-cu ilin sonunun məlumatına əsasən dünyada istismarda 
olan AES-lərin 436 bloku mövcuddur. Dünyada işləyən elektroblokların ümumi elektrik gücü 335QVt-
ə (1Q Vt=1000 Mvt=109 Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının 17%-ni təşkil 
edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik enerjisinin 50%-ni istehsal edir. Əgər 
hazırda fəaliyyətdə olan bütün AES-lər İES-lərlə əvəz olunarsa, dünya iqtisadiyyatına, bütün 
planetimizə və ayrılıqda hər bir insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona 
əsaslanır ki, AES-lərdən əldə olunan enerji eyni zamanda Yerin atmosferə hər il İES-lərdə üzvi 
yanacağın yandırılmasından alınan 2300 mln ton karbon qazının, 80 mln ton kükürd-2-oksidin və 35 
mln ton azot oksidinin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft) 
yandırılarkən atmosferə tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium 
izotopları olan çoxlu miqdardaradioaktiv maddələr atılır. AES-lərin tikintisi iri şəhərlərdən 30-35 km 
aralı məsafədə aparılır. Ərazi havası dəyişən (təmizlənən), daşqın suları basmayan yerdə seçilməlidir. 
AES-lərin ətrafında əhalinin yaşaması qadağan edilən səhiyyəqoruyucu zona ayrılır. Qlobal yanacaq-
energetik problemlərin tədqiqatlarına əsaslanaraq əksəriyyət nüfuzlu Beynəlxalq təşkilatlar dünya atom 
energetikasının inkişaf perspektivlərini qiymətləndirərkən 2010-2020-ci illərdən sonra dünyada AES-
lərin tikintisinin genişləndirilməsinə tələbatın yenidən artmasını ehtimal edir. Real variantlara görə XXI 
əsrin ortalarında təxminən 50 ölkədə atom energetikasına malik olmaq fikri proqnozlaşdırılır. Bu zaman 
dünyada AES-lərin 2020-ci ildə elektrik gücü ikiqat artaraq 570 QVt-a, 2050-ci ildə isə 1100 QVt-a 
qədər yüksələcəkdir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə